![]() |
![]() ![]() ![]() |
|
Onlar kimi aldadır - elektron siqaret fəsadı....
Son zamanlar siqaret çəkənlərə qarşı cəza mexanizmlərinin sayı artıb. Amma bu, xüsusən də gəncləri siqaretdən yayındıra bilirmi? Niyə bu zərərli vərdişə daha çox gənclər meyl edir? Ümumi rəqəmlər nədən xəbər verir?
Ümumiyyətlə, elektron siqaret çəkənlər say etibarilə üstünlük təşkil edir. Çünki bu cür siqaretlər digərləri ilə müqayisədə daha cəlbedici olmaqla həm də asılılıq yaradır, ondan imtinanı çətinləşdirir. Lakin bu qanun layihəsində elektron siqaretlərlə bağlı heç bir müddəa yer almayıb. Azərbaycanda siqaret çəkənlərin 36.7 faizini kişilər, 2.26 faizini isə uşaqlar təşkil edir. Qadınlarla bağlı rəqəmlərə gəldikdə isə Azərbaycanda gündəlik olaraq siqaret çəkən qadınların sayı təxminən 11 mindir. Bu barədə tobaccoatlas-ın 2015-ci il məlumatında qeyd olunub.
Məlumatda deyilir ki, Azərbaycanda siqaret çəkənlərin 0.58 faizini qızlar təşkil edir ki, bu da rəqəm etibarı ilə 1600-dür. 2016-cı ilin hesabatında isə qeyd olunur ki, Azərbaycanda siqaretdən dünyasını dəyişən qadınlar 8.51 faiz olub. Bu isə həftəlik olaraq 48 qadının siqaretdən dünyasını dəyişməsi deməkdir. Burada qeyd olunur ki, siqaret çəkməyə görə iqtisadi ziyan dəyəri isə 1387 milyon manatdır ki, bura da səhiyyə xərcləri ilə əlaqəli birbaşa xərclər və erkən ölüm və xəstələnmə səbəbindən itirilmiş məhsuldarlıqla bağlı dolayı xərclər, erkən ölümlə əlaqədar olaraq itirilən məhsuldarlıq dəyəri daxildir.
Britaniyadakı elm adamları, Bristol Universitetinin valideyn və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən ALSPAC araşdırma mərkəzinin 14 500 ailənin iştirak etdiyi araşdırmasından sonra bu nəticəyə gəliblər.
1266 gəncin 2004-2008-ci illərdə qeyd edilən məlumatlarını nəzərdən keçirən tədqiqatçılar 13,14 və 17 yaşlarındakı iştirakçıların siqaretdən və spirtli içkidən istifadə etməklərini və ürək damarlarının sağlamlığını araşdırıblar.
Burada iki əsas dəyişiklik irəli çıxıb:
- Həyatları boyu çəkdikləri siqaret sayı;
- Spirtli içkidən istifadə etməyə başladıqları yaş.
Araşdırma nəticələrinə əsasən, həyatı boyunca 100-dən artıq siqaret çəkənlər, ya da daha çox spirtli içki qəbul edənlərin ürəklərində, 20-dən az siqaret çəkənlərin və gündə 2 spirtli içki qəbul edənlərə nisbətdə daha çox damar sərtləşməsi əlamətlərinə rast gəlinib.
BBC-yə açıqlama verən Böyük Britaniya Ürək Fondunun (BHF) direktoru, professor Metin Avkiran dərnəyin maliyyə dəstəyi verdiyi bu araşdırmanın “cəsarət verən nəticələr” təqdim etdiyini söyləyib.
“Bu araşdırma ürək arteriyalarındakı problemlərin gənc yaşlarda belə özünü göstərə biləcəyini və bunun sonrakı illərdə çox ciddi problemlərə səbəb olacağını göstərir. Həqiqətən həyatınızı xilas edə biləcək bəzi dəyişiklikləri etmək üçün heç bir zaman gec deyildir” deyən Avkiran bunları əlavə edib:
“Siqareti tərgitmək ürəyinizi qorumaq üçün edə biləcəyiniz tək və ən yaxşı yoldur. Spirtli içki qəbul edirsinizsə, bunun təklif edilən miqdarı keçməməsinə diqqət etməlisiniz”.
Yalnız yaşı 60-dan yuxarı olan şəxslər deyil, 30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir. Bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Yeşim Taşova bildirib. “İhlas” xəbər agentliyinə danışan professor əlavə edib ki, 50 yaşlı xroniki xəstələr də risk qrupuna daxildir.
Amerika alimləri siqaretə vərdiş əmələ gətirən maddəni aşkar ediblər. Britaniyanın “Deyli Teleqraf” qəzetinin yazdığına görə, 11 siqaret markası üzərində aparılmış tədqiqatlar Amerika bazarında ən çox satılan bu tütün məmulatlarının siqaret çəkənlərin beyninə müxtəlif dərəcədə təsir göstərdiyini aydınlaşdırıb. Belə ki, “Marlboro” siqaretlərində bu maddənin miqdarı 9,6 faiz, “Uinston”da 6,2 faiz, “Kemel”də 2,7 faizdir.
“Marlboro” siqaretlərinin istehsalçısı olan “ Filip Morris” şirkətinin nümayəndəsi isə bu faktlara özünəməxsus tərzdə münasibət bildirərək deyib ki, “təhlükəsiz siqaret yoxdur və onların hamısı eyni dərəcədə vərdiş yaradır”.
ÜST xəbərdarlıq edir ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.
Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.
Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.
Elektron siqaretlərdən gənclər daha çox tütünçəkmənin əvvəlində istifadə edirlər. Bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir. Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Halbuki çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edir. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər, sadəcə, marketinq siyasətidir.
Dünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib. Yeniyetmələrin 28,8%-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər.
Ziqmund Freyd insanların vərdişlərini maraqlı izah edirdi. O deyirdi ki, oral tip xarakterli insanlarda vərdişlər daha çox olur. Ən çox da siqaret çəkmək. Bu gün bu vərdişlər azyaşlılar arasında sürətlə yayılır. Səbəb isə çox sadədir. Psixoloji mühitdə yaranan boşluq. Azyaşlı hər hansı bir formada özünün psixi enerjisini realizə etməlidir. Təəssüf ki, bu zaman onları doğru istiqamətə yönləndirmək olmur. Çünki valideyn və uşaq arasında çox dəhşətli uçurum var. Uşaqların bu tip addım atmalarına səbəb isə birbaşa valideynlərin özləridir.
Valideynlər bunu qəbul etməsə də, azyaşlı uşaqların yanında siqaret çəkərək ilk olaraq özləri bu vərdişi onlara təlqin edirlər. Uşaqlarda bunu örnək alır və özünü kişi kimi sübut etməyə çalışır. Bu, eynən qızlarda da belədir.
Hazırladı: Sevinc
Qoz qida dəyəri, qidalandırıcı xüsusiyyətləri və ləzzətli dadı ilə insan sağlamlığına çox faydalıdır.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu çərəzin tərkibində sağlam yağlar, liflər, vitaminlər və minerallar var.
Qoz ürək xəstəliklərindən beyin xəstəliklərinə, yaddaş problemlərindən şəkər xəstəliyinə qədər bir çox sağlamlıq vəziyyətinə faydalı hesab edilir.
Qoz digər çərəzlərdən daha yüksək antioksidant aktivliyə malikdir. Həmçinin bir ovuc qoz ovqatı yaxşılaşdırır.
Yüksək qan təzyiqi ürək xəstəliyi və insult üçün mühüm risk faktorudur. Qoz yemək yüksək qan təzyiqi olan insanlarda təzyiqi aşağı salmağa kömək edə bilər.
Qoz zəngin antioksidant mənbəyidir. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək hüceyrə və toxumaların zədələnməsi riskini azalda bilər. Bu, yaşlanma prosesini yavaşlatmağa və müxtəlif xroniki xəstəliklərin riskini azaltmağa kömək edir.
Qozda müxtəlif vitaminlər (məsələn, C və E vitamini) və minerallar var. Bu qidalar immunitet sistemini gücləndirə və bədəni xəstəliklərdən qoruya bilər.
Qozun digər bir xüsusiyyəti də iltihabı azaltmasıdır. Qoz tərkibindəki polifenollarla oksidləşdirici stress və iltihabla mübarizə aparır.
Qozda olan E vitamini dəri sağlamlığını dəstəkləyir, dəri hüceyrələrini qoruyur və saç sağlamlığını dəstəkləyə bilir.
Qoz təbii olaraq melatonin adlı bir hormon ehtiva edir. Melatonin yuxu rejimini tənzimləyən və yuxu keyfiyyətini yaxşılaşdıran bir hormondur. Buna görə də qoz istehlakı melatonin səviyyəsini artıraraq yuxu rejimini dəstəkləyir.
Beləliklə qoz:
1. Ürək sağlamlığını dəstəkləyir.
2. Beyin funksiyalarını yaxşılaşdırır.
3. Antioksidantlarla zəngindir.
4. İmmunitet sistemini gücləndirir.
5. Xərçəng riskini azalda bilər.
6. Dərinin və saçın sağlamlığını dəstəkləyir.
7. Çəkiyə nəzarətdə kömək edə bilər.
8. Depressiyanın təsirlərini aradan qaldırır.
9. Yuxu keyfiyyətini yaxşılaşdırır.
10. Reproduktiv sağlamlığı dəstəkləyir.
11. Anemiyanın qarşısını alır.
Yüksək keyfiyyətli makaron sağlam pəhrizin bir hissəsi ola bilər, lakin bəzi növlər var ki, onlardan tamamilə imtina etmək daha yaxşıdır. Çünki onlar minimum qidalandırıcı maddələr ehtiva edir və yalnız bədənə zərər verir.
Bu barədə amerikalı həkim Lusiya Qarsiya məlumat verib.
Mütəxəssis bu cür məhsullar arasında "mivina" kimi tanınan hazır əriştələri vurğulayır. Onun əsas üstünlükləri aşağı qiymət və tez hazırlanmasıdır. Bununla belə, həkimlər xəbərdarlıq edirlər: sağlamlığın qiyməti çox yüksəkdir.
Ümumdünya Əriştə Assosiasiyasının (WINA) məlumatına görə, 2020-ci ildə məhsulun 116 milyard porsiyadan çoxu istehlak edilib ki, bu da ildə adambaşına 15 porsiyaya bərabərdir.
Tez hazırlanan əriştə nədir?
Bu əriştə qızardılmış məhsuldur. Əriştə xəmiri əvvəlcə buxarda bişirilir, sonra qızardılır, sonra formaya salınaraq qablaşdırılır. Bu məhsul yüksək kalorili və yağlıdır. Daimi istehlak piylənməyə səbəb ola bilər. 100 qram hazır əriştə təxminən 480 kalori, 22 qram yağ, 6 qram duz və cəmi 10 qram protein ehtiva edir. Eyni zamanda, vitaminlər, minerallar və pəhriz lifinin miqdarı minimaldır.
Vitaminlər, minerallar və pəhriz lifi bədənin ehtiyac duyduğu əsas komponentlərdir. Bu maddələrin çatışmazlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, hazır əriştə çox duza malikdir: hər porsiya üçün təxminən 6 qram. Davamlı olaraq bu qədər duzu olan qidaları qəbul etmək orqanizmə ciddi ziyan vura bilər./lent.az