Ardını oxu...
20 il əvvəl hipertoniya istisnasız yaşlı təbəqənin xəstəliyi hesab olunurdu, risk qrupu 40 yaşdan hesablanırdı.
“Medicina” xəbər verir ki, həkim Nadejda Podkorıtova hazırda 35% təzyiq xəstələrinin orta yaş qrupunu əhatə etdiyini deyib:
“Hipertoniya müntəzəm olaraq təzyiqin 135/90-ı keçməsidir. Bu zaman damar divarları daxildən təzyiqə məruz qalır, ürəyin işi yüklənir. Nəticədə böyrək, beyin, ürək və əsas orqanlar risk altında qalır.
50-60 yaşdan sonra hipertenziya riski müəyyən səbəblərdən artır. Orta yaşda təzyiqin səbəbi: piylənmə, duz, zərərli qidalanma, içki, irsiyyət və oturaq həyat tərzidir.
Son zamanlar 40 yaşa qədər kişi və qadınların təzyiq şikayəti ilə müraciətlərin sayı artıb.
Onlarda da yaşlılardakı kimi simptomlar görülür, amma cavan orqanizm təzyiq yüksəlməsinə hazır olmadığı üçün daha kəskin reaksiya verir.
Gənc yaşda hipertoniya hormonal dəyişikliklər, erkən klimaks, siqaret və daha çox stresdən olur.
Daha çox stress və təşviş fonunda təzyiq qalxır, erkən infarkt, insult və digər ürək-damar xəstəliklərinə səbəb olur. Buna görə də 50 yaşı gözləmədən, elə ilk təzyiq qalxması zamanı həkimə müraciət edin”.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Tribunainfo.az AQTA-ya istinadən xəbər verir ki, tədbirlər çərçivəsində “Aznur” MMC-nin Belarus Respublikasından idxal etdiyi “Aqrokombinat Dzerjinskiy” MMC-nin istehsalı olan ümumi çəkisi 450 kq dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
 
 
 
Ardını oxu...
Nigeriyanın Sokoto əyalətində diqanozu bəlli olmayan xəstəlik səbəbindən 3 uşaq dünyasını dəyişib, 127-si isə xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriyanın Sokoto əyalətinin qubernator müavini İdris Qobir məlumat verib.

Xəstəliyin səbəbini araşdırmaq üçün əraziyə ekspert qrupunun göndərildiyini qeyd edən Qobir, xəstəliyin yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.
 
Ardını oxu...
Çay Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Ölkəmizdə adətən armudu stəkanda içilən bu içki süfrəyə şirniyyat, çərəz və limonla birlikdə verilir. Hətta susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, qonağa hörmətin əlaməti sayılır.

Bundan başqa, çay ürək sağlamlığı üçün faydalıdır. Bu içki bağırsaq sağlamlığını yaxşılaşdırır, insult riskini azaltmağa kömək edir, qan şəkərinin səviyyəsini aşağı salır.

Bəs mədəniyyətimizdə bu qədər mühüm yerə malik olan çay hər hansı ciddi xəstəliyə səbəb ola bilərmi?

Musavat.com xəbər verir ki, Türkiyənin məşhur həkimi Atilla Eroğlu çayın müxtəlif faydaları olduğu kimi bəzi zərərlərinin də olduğunu bildirib.

Həkimin sözlərinə görə, 85 dərəcədən yuxarı istehlak edilən çay həzm sistemində ciddi yanıqlara və hüceyrə dəyişikliklərinə səbəb olur.

Eroğlu xəbərdarlıq edib ki, çox isti içilən çay həzm sistemindəki baryeri yox edir və xərçəngə səbəb olur.

Buna görə də, mütəxəssislər istənilən isti içkinin 65 dərəcədən yuxarı temperaturda içilməməsini tövsiyə edirlər.
 
Ardını oxu...
Endokrinoloq Yekaterina Yanq stresin orqanizmə mənfi təsirləri haqqında təfərrüatları paylaşıb.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, belə hallar səbəbindən insanın uyğunlaşma mexanizmləri işə düşür, o cümlədən tənəffüs və nəbz, qan təzyiqi, əzələlərdə gərginlik və mədə-bağırsaq traktının hərəkətliliyində artma baş verir. Beləliklə, bədən daha çox enerji və qida sərf etməyə başlayır, tez bir vaxtda onların çatışmazlıqları ilə qarşılaşır.

Həkim öz Telegram kanalında xəbərdarlıq edib ki, stresin təsiri altında orqanizmdə zülal parçalanmağa başlayır və mədə şirəsinin turşuluğu azalır. Bu da zülal itkisini daha da artırır.

"Qida maddələrinin xroniki çatışmazlığı patologiyaların riskini artırır və bədəni vaxtından əvvəl qocaldır", - Yanq yazıb.

Stres səbəbiylə bədəndə ciddi dəyişikliklərin qarşısını almaq üçün qida çatışmazlıqları dərhal düzəldilməlidir. Bu, düzgün qidalanma ilə edilə bilər. Bu vəziyyətdə insan istənilən təcrübəyə daha asan dözür və daha tez sağalır, - endokrinoloq belə qənaətə gəlib.
 
Ardını oxu...
Rusiya geniş spektrli superbakteriyalara qarşı dözümlü yeni nəsil preparatı qeydiyyatdan keçirib.

Ftortiazinon adlı dərmanı Qamalei adına Mikrobiologiya institutu hazırlayıb.

Artıq Səhiyyə Nazirliyi Rusiya istehsalı olan, həb formasında yeni antibiotiki rəsmi qeydiyyatdan keçirib.

Yeni dərman bağırsaq çöpü, pnevmoniya klebsiellaları, Pseudomonas aeruginosa kimi bakteriyalara qarşı nəzərdə tutulub.

O, digər antibiotiklərə davamlılıq qazanmış superbakteriyaların virulentliyini azaldır və toksinlərin hasilini söndürür, eləcə də bakteriyaların qanda, orqanizmdə hərəkətini bloklayır və onları immunitet üçün təsirsiz hala gətirir.

Hazırda Ftortiazinon dünyada analoqu olmayan antibiotikdir. \\Medicina.Az
 
Ardını oxu...
Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz? - Diaqnozu özünüz qoyun

Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.

Medicina.az xəbər verir ki, əlamətlərinə əsasən hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.

- Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması - B1, B12 vitamini çatışmazlığı
- Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi - B6 vitamini çatışmazlığı

- Qan azlığı - Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı

- Saç və dırnaq problemləri - H vitamini (biotin) vəB7 vitamini çatışmazlığı

- Görmə problemləri - A vitamini çatışmazlığı

- Sümük ağrıları - D vitamini çatışmazlığı

Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.
 
Ardını oxu...
Virciniya Universitetinin alimləri müəyyən ediblər ki, kişi Y xromosomunda yerləşən Uty genindəki mutasiya kişilər arasında ürək çatışmazlığının daha çox yayılmasına səbəb olur.

Hurriyyet.Az xəbər verir ki, nəticələr "Nature Cardiovascular Research" jurnalında dərc olunub.

Ürək çatışmazlığı ürəyin normal şəkildə doldurulub boşalmamasıdır. Bu patoloji orqanizmin ehtiyaclarına uyğun olaraq orqanlara qan tədarükünün pozulmasına və ürək sancmalarının sayının artmasına səbəb olur (orqan və toxumaların oksigenlə təmin edilməsi üçün kompensasiya mexanizmi). Qlobal miqyasda xroniki ürək çatışmazlığı kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

Alimlər erkək Y xromosomunda lokallaşdırılmış genləri tədqiq edərkən aşkar ediblər ki, onlardan biri olan Utydə olan mutasiya erkək siçanların immun sistemində nasazlıqlara səbəb olur. Xüsusilə, qüsurlu Uty immun hüceyrələrin (makrofaqlar və monositlər) işini dəyişdirir ki, onlar fibroza - çapıq əmələ gəlməsinə daha çox meylli olurlar. Funksional ürək toxumasının birləşdirici toxuma ilə əvəzlənməsi kontraktil disfunksiyaya, elektrofizioloji dəyişikliklərə, aritmiyalara və ürək çatışmazlığına səbəb olur.

Alimlər vurğulayıb ki, Utidəki mutasiya Y xromosomunun itirilməsinin nəticəsi ola bilər. İnsanlarda iki cinsi xromosom var - X və Y. Kişilərdə adətən hər növdən bir, qadınlarda isə iki X xromosom olur. Fakt budur ki, yaşla bəzi kişilər hüceyrələrindən Y xromosomlarını itirməyə başlayırlar. Bu cür dəyişikliklər bir sıra təhlükəli xəstəliklərlə əlaqələndirilir. \\Qaynarinfo
Ardını oxu...
"Ciddi ürək xəstəliyi olan sürücülər avtomobil sürməməlidirlər".

Bu barədə kardioloq və terapevt İvan Stepanenko bildirib.

Mütəxəssis ürək-damar xəstəliklərindən əziyyət çəkən bütün sürücülərə avtomobil idarə etmək imkanlarını həkimləri ilə müzakirə etməyi tövsiyə edib.

"Bəzi patologiyalar halında, məsələn, bir sıra ürək ritminin pozulması ilə sükan arxasına keçmək qəti qadağandır. Lakin əksər hallarda ürəyində problem olan insanlarda bununla bağlı məhdudiyyət yoxdur", - deyə Stepanenko qeyd edib.

Bundan əlavə, kardioloq vurğulayıb ki, ürək dərmanları avtomobil idarə etmək qabiliyyətinə təsir etmir. \\Redaktor.Az
 
Ardını oxu...
Ruslarda və dünyada adı qarmala, suriya rutu, qəbirotu, cadugər bitkisi adlanan üzərlik əsasən Asiyada, Qafqazda bitir.

Şərq insanları bu qəribə bitkinin və toxumlarının beyinə, bədənə, ruha təsir etdiyini qədimdən müəyyən ediblər.

“Medicina” xəbər verir ki, təbabətin atası İbn Sina qarmalanın bihuş edici, təmizləyici, yara açıcı və ağrıkəsici təsiri olduğunu demişdi.

O, özü oynaq və sinir ağrılarında bədəni qarmala yağı ilə bağlamağı tövsiyə edirdi.


Kolit, menstruasiya problemi və sidik saxlamamağın da dərmanı üzərlik imiş.

Üzərlik hələ tam yetişib toxumları açılmamış toplanır.

Üzərlik tüstüsü ilə məbədləri, evləri, insanı, xəstələri qara qüvvələrdən təmizləyirdilər.

Eləcə də bu bitki maqların, cadugərlərin, müxtəlif rituallarla məşğul olan qarıların istifadə etdiyi bitki idi. İnsanın həyatına uğuru gətirib, problemləri uzaqlaşdırırmış.

Alimlər üzərlik tüstüsünün həqiqətən sakitləşdirici, rahatlaşdırıcı, dezinfeksiyaedici təsirini sübut edib.

Onun zökəm, qrip, malyariya, mədə-bağırsaq problemi, yaralar və qıcolmalarda, sinir xəstəliklərində faydalı olduğu bildirilir.

Toxumunun dəmləməsi astma, təngnəfəslik, bronxitdə təsirlidir.

Oynaq, revmatizm, sümük ağrılarında bitkidən isti vanna edirdilər.

Elmi araşdırmalar otun çubuqlarını yandırarkən buxar və tüstüsünün təsirindən dizenteriya, vərəm çöpləri, bağırsaq çöpləri, bakteriya və virusların təsiri azalır, yoluxma riski azalır, xəstəliklər yayılmır.
 

Dünyapress TV

Xəbər lenti