Ardını oxu...
İnsanın uzun müddət olan yemək vərdişləri uşaqlıq və ya yeniyetməlik dövründə kifayət qədər davamlı və sabit ola bilər. Ona görə də onların dəyişdirilməsi heç də həmişə asan olmur və bu proses müəyyən vaxt aparır.Foodinfo.az xəbər verir ki, şiddətli aclıq yaşamamaq üçün pəhrizinizi strukturlaşdırmaq vacibdir. Pəhrizə həcmli, lakin kalorisi olmayan qidalar əlavə etmək lazımdır.Ardıcıllığı və hazırlanma üsulu ilə fərqlənən tərəvəz və meyvələr pəhrizinizi şaxələndirməyə kömək edəcək.Arıqlama zamanı pəhrizdə quş əti, yağsız mal əti, balıq, az yağlı süd məhsulları və yumurta kimi zülallı qidalara diqqət yetirmək vacibdir. Kifayət qədər protein olmalıdır, çünki o, toxluq hissi verir.

Ardını oxu...
Ana olmaq hər bir qadınının arzusu, hər evin, ailənin əsas sütunlarından biridir.

Lakin ana olmaq heç də hər qadına asanlıqla nəsib olan bir nemət olmur. Övlad sahibi olmaq istəyən ailələr isə bu yolda hər bir addımı mübah sayırlar.

Ana ola bilməyən ailələrə müalicə üsulları haqqında müxtəlif səpkidə vasitələr var. Lakin bəzən yaş ötdükcə qadın orqanizmində olan folekulların gücləri mayalanmaya çatmır və hamiləlik baş vermir.

Bu zaman digər cavan qadınlardan hamilə qala bilməyən fərdə folekulyar donor olur. Bu könüllü şəkildə baş verir.

Lakin dəfələrlə sosial şəbəkələrdə yayımlanan, hətta məşhur xəstəxanaların və həkimlərin reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat müqabilində folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə uyğun olan kriteriyalar da göstərilir.

Məsələ ilə bağlı mama-ginekoloq Rəşad Sultan "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bunun adı yumurta hüceyrə donorluğudur:

"Belə ki, bəzi qadınlarda yaşla və yaxud digər faktorlarla bağlı öz yumurtalıqlarında yumurta hüceyrə olmur, tükənir. Ona görə də onlar övlad sahibi olmaq üçün donor yumurtalarından istifadə edirlər. Bu proses süni mayalanmada olan dərmanlar vasitəsilə yumurta yetişdirmə prosesi başqa bir qadında aparılır.

Həmin qadından yumurtalar yumurta toplama prosesi ilə toplanır, sonra uşaq sahibi olmaq istəyən qadının ərinin spermatozoidləri ilə birləşdirilərək rüşeym əldə edilir və müəyyən vaxtdan sonra həmin rüşeymlər ana olmaq istəyən qadının uşaqlığına qoyulur".

Ginekoloq qeyd edib ki, bu prosedura bütün dünyada tətbiq olunur:

"Yumurta donorluğuna icazə verilən və verilməyən ölkələr var. Ümumiyyətlə, ölkəmizdə “Reproduktiv sağlamlıq haqqında” qanun yoxdur. Yəni, bu prosesləri icra etməyə icazə verən qanun mövcud deyil. Eyni zamanda bunu qadağan edən qanun da yoxdur.

Buna görə də illərdir bu xidmət edilir və bu sahədə yumurtalığı tükənmiş minlərlə qadın ana olub. Donorun necə seçilməsi ilə bağlı da qanun olmadığına görə, o da tənzimlənmir. Halbuki ən həssas məsələ məhz budur. O qanun hələ də hazırlanmaqdadır, ümid edirəm ki, qəbul edilməsi uzun vaxt almaz.

Donorun seçilməsi, əslində, etik olaraq yaxşı olar ki, o donoru övlad sahibi olmaq istəyən şəxs tanımasın. Normal ölkələrdə qanun bu şəkildədir. Sadəcə donorun fiziki parametrlərini və qan qrupunu seçə bilsin. Biz də ölkəmizdə bu prosesi edərdən etik qaydalara riayət etməyə çalışırıq, amma bəzi mərkəzlərdə övlad sahibi olmaq istəyən şəxslərin tanıdığı donorlardan da istifadə olunur.

Məsələn, qadın bacısını gətirir ki, mənim yumurtalığım tükənib, bacımdan yumurta toplayın.

Follikulların satılması məsələsinə gəkdikdə isə, donorlar təsadüfi insanlar seçilir, bu da doğrudur. Buna görə elanlar verilir ki, kim donor olmaq istəyirsə, müraciət etsin".

Həkim donorluğun orqanizmə təsirlərindən də danışıb və vurğulayıb ki, donorluğun orqanizmə fəsadları da var:

"Yumurta yetişdirmə və toplama prosesinin riskləri var. Ödənilən pul da buna görədir. Belə ki, proses zamanı həmin donorda hiperstimulyasiya dediyimiz yumuralıqların şişməsi baş verə bilir. Yumurta toplama da kiçik cərrahi müdaxilədir və hər müdaxilədə olduğu kimi zədələnmə, infeksiya riskləri vardır".
 
 
 
Ardını oxu...
Yaz aylarında ən çox A, D, B1, E, B12, B6, B2 və K vitaminlərinin çatışmazlığı müşahidə olunur.Foodinfo.az xəbər verir ki, immun və sinir sistemlərinin normal fəaliyyəti üçün zəruri olan vitamin və mineralların çatışmazlığını kompensasiya etmək üçün yaz pəhrizi müxtəlif olmalıdır.A vitamini qırmızı və narıncı tərəvəz və meyvələrdə, balıq, heyvan və quşların qaraciyərində, həmçinin balıq yağında olur.B vitaminləri taxıl, qoz-fındıq, ispanaq, kartof və yerköküdə olur. D vitamini isə sardina, siyənək, qızılbalıq, ton balığı, süd və kəpəkli çörəkdə mövcuddur.E vitamini çatışmazlığını qida rasionuna taxıl məhsulları daxil etməklə kompensasiya etmək, K vitaminini isə yaşıl tərəvəzlərdən, yulaflardan və itburnudan almaq məsləhət görülür.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, alimlər Marburq virusuna yoluxmaların artması ilə bağlı xəbərdarlıq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Marburq virusu yoluxduğu insanların təxminən yarısını öldürə bilər və keçmiş epidemiyada yoluxmuşların 88 % -i ölüb.

Maraqlıdır, yenidən aktivləşən bu virusun ölkəmizə gəlmə ehtimalı varmı?

İnfeksionist-hepatoloq Mərdan Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Avropadan bizə gəlməsi mümkündür:

"Bu, hemorragik virus xəstəliklər qrupuna daxildir. Bu xəstəliklərdə qansızmalar müşahidə edilir, yüksək qızdırma olur. Daxili orqanlara qansızmalar, dəridə səpkilər müşahidə edilir, xəstəlik ümumilikdə ağırgedişli hesab olunur.

Bu virus infeksiyası endemikdir, adətən bizim regionda hemorragik qızdırmalara rast gəlinmir. Nadir rast gəlinən bir şeydir. Avropadan bizə gəlməsi isə mümkündür. Çünki Avropada varsa, bizə gəlmə ehtimalı var. Hazırda isə Avropada tək-tük yoluxma halları müşahidə olunur".

Onun sözlərinə görə, xəstəlik koronavirus və qızılcadan fərqlənir:

"Bu virus daha çox sıx təmasla yoluxur, yəni hava-damcı yolu ilə yoluxulan xəstəlik deyil. Ən sürətli yoluxma hava-damcı yolu ilə yoluxulan xəstəliklərdir. Koronavirus belə xəstəliklər qrupuna aid idi. Amma Marburq qızdırması belə deyil.

Ona görə bu qızdırma sürətlə yoluxan deyil və bu səbəbdən ölkəmizə gəlməsi qorxulu hesab olunmur. Bu xəstəlikdən biz rahatlıqla özümüzü qoruya bilərik. Yəni, bu xəstəliyə yoluxan şəxslə sıx təmasda olmadan xəstəlikdən qorunmaq olar".

Xatırladaq ki, virusun ilk aşkar edildiyi 1967-ci ildən bəri Cənubi və Şərqi Afrika, eləcə də Avropada 12 "Marburq qızdırması" hadisəsi qeydə alınıb.

2005-ci ildə Anqolada "Marburq qızdırması"na yoluxan 252 nəfərdən 220 nəfəri və ya 90 faizi vəfat etmişdi.

Alimlər bildirirlər ki, "Marburq qızdırması"nda ölüm nisbəti 90 faizədək çata bilər.

Marburq virusunun da orijinal daşıyıcısı meyvə yarasalarıdır. İnsana yoluxma yarasaların qonduğu və toxunduğu meyvə ağaclarının meyvəsini yedikdə olur.

Xəstəliyin simptomları hemorragik qızdırma, güclü baş, bədən ağrıları, qusma, ishal, qanlı qusma, dəridən qanamadır.

İnkubasiya dövrü 7 gündür, sonra qızdırma qəfildən 40 dərəcəyə qədər qalxır.
 
Ardını oxu...
Şəfa mənbəyi olan qatığın içinə 1 qaşıq kətan toxumu əlavə etdikdə, verdiyi güclü təsirlərə inanmayacaqsınız.Toxumlar sağlamlığımız üçün vacib vitamin və minerallar təmin edən qidalardır.Omeqa-3 yağ turşuları, lif, zülal, B1, B6, folat, dəmir, maqnezium və fosfor ehtiva edən kətan toxumu bu qidalar arasındadır.Kətan toxumu qida xüsusiyyətləri və sağlamlıq faydaları ilə tanınan ən qiymətli toxumlardan biridir.Ancaq kətan toxumunu qatığa əlavə etdikdə bu faydalar daha da çoxalır.Kətan toxumu ilə zənginləşdirilmiş qatıq balanslaşdırılmış pəhrizin mühüm elementidir və bir çox sağlamlıq faydaları təqdim edir.Kətan toxumu yüksək lif tərkibi ilə həzmi dəstəkləyir və toxluq hissini artıraraq çəkini idarə etməyə kömək edir.Omeqa-3 yağ turşuları ilə zəngin olan kətan toxumu ürək sağlamlığını yaxşılaşdırır, xolesterini aşağı salır və qan təzyiqini tarazlayaraq sağlam qan dövranı sisteminə töhfə verir.Həzm sistemini tənzimləyən kətan toxumu və qatıq qəbizliyə qarşı da dərmandır.Bu qarışıq həm də immunitet sistemini gücləndirir və xəstəliklərdən qoruyur. Orqanizmi təmizləyərkən, ödəm, şişkinlik və qaz kimi narahatlıqları azaldır.
 
Ardını oxu...
Son zamanlar paytaxtın müəyyən küçələrində və metroların çıxışlarında balıq və toyuq məhsullarının satışına rast gəlinir.

Anti-sanitar şəraitdə, üzəri açıq olan belə məhsulların satışı zamanı qaydalara əməl olunmur.

Həmçinin, bu məhsulların haradan gətirilməsi də sual altındadır.

Daha ətraflı “ATV Xəbər”in süjetində:

 
Ardını oxu...
Göz həkimi bir ailə dostumuz var.
Nilufer Köylüoğlu İstanbul Dünya Göz xəstəxanasında çalışdığı vaxtlarda doğuşdan kor və sonradan görmə qabiliyyətini itirimiş xəstələrlə məşğul olurdu. Bu gün o klinik fəaliyyəti ilə bərabər akademik çalışmalar aparır.
O illərdə xalam oğlu Emil Yusifov Türkiyənin önəmli göz məktəblərindən biri olan İzmirdəki Ege Universitetinin oftalmologiyasında rezidenturanı bitirib uzmanlığını almış, İstanbuldakı klinikalardan birində çalışırdı.
Futirologiya, əsasən də tibbi texnolojilərlə bağlı məqalə yazanda tez-tez Niluferlə Emilə zəng vurur, onların fikrini soruşurdum. Çox qəribə bir durum yaranırdı, korluqla bağlı hər ikisinin problemə baxışı hardasa eyni idi – “yaxında korluq problemi kökündən həll olacaq” deyirdilər.
Ancaq əgər Nilufer məsələyə çox həyəcanla, hətta ifrat nikbinliklə baxırdısa, Emil daha təmkinli idi. Xaloğlu “Abi, oftalmologiya korluğa qədər hələ əksik qalan əzəli göz problemlərini, məsələn, qlaukomanı həll etməlidir” deyir və əlavə edirdi: “Texnoloji o həddə çatacaq ki, korluq problemi çox asan çözüləcək”.
Emillə Nilufəri tanış etməyə hazırlaşırdım.
Ancaq Nilufər İstanbuldan Kütahyaya, Emil isə köçüb Bakıya yerləşdi.
Doğulduqları şəhərlər hər ikisini özünə çəkdi…
İndi Emil dünya miqyaslı məşhur hocalarından öyrəndiklərini Ana Vətənində tətbiq edir, İstanbulda qazandığı təcrübəni həmkarları ilə paylaşır. Bakıya hər gəlişimdə mütləq Emillə görüşür, saatlarla müxtəlif mövzuları müzakirə edirik.
İlon Mask “Neurolink Telepatiya” layihəsinə start verəndə Emil amerikalı milyarderin yaxında korluq məsələsinə də “girişəcəyini” təxmin etmişdi. “Mask şübhəsiz ki, böyük mühəndisdir, güclü oyunçudur, avantürist kimi görünsə də Tibb sahəsindəki layihələri böyük həyəcan yaradır”, –Emil deyir.
Həqiqətən də iflic olmuş insanları beynin gücü ilə yeritmək, doğuşdan kor olanların gözünə nur vermək…bütün bunlar insanın qulağına nağıl kimi gəlir. Ancaq Emil Bakıda qlaukoma (qara su), refraktiv cərrahiyə (eynəkdən qurtulmaq), torlu qişa xəstəlikləri, cərrahi və tibbi retina, uşaq göz xəstəlikləri sahəsində xəstələrinə şəfa verərkən məs., kataraktla bağlı korluqla da məşğul olur (Emilin sahəsini yazarkən tibbi terminləri qarışdırmamaq üçün göz həkimi olan həyat yoldaşımdan dəstək aldım).
“Oxuyuram Leninin kitablarını dəstədən geri qalmamaq üçün” demişdi şair. Həkimin də “Lenin kitabları” onun mütəmadi olaraq xaricdəki beynəlxalq konfranslarda iştirak etməsidir. Xarici həmkarlarla təmasda olmaq, yenilikləri öyrənmək, tibbdə təzə trendlərdən xəbərdar olmaq…Xaloğlu oftalmologiya konfranslarını buraxmamağa çalışır.
İndi gələk bu yazının ortaya çıxma səbəbinə.
2018-ci ildə İlon Maskın kitabını Ana dilimizə tərcümə edəndə ağlıma da gəlməzdi ki, altı il sonra iki xaloğlunun bu şəklini paylaşacam.
O vaxt Maskı Spacex, Tesla ilə tanıyırdılar.
Bu gün isə artıq “Neurolink” layihəsi də var.
Maskın gizli xəyalı idi insan beyninə çip yerləşdirmək.
Artıq reallıqdır – Xəyal idi, gerçək olur…
***
Ardını oxu...
Bir neçə gün əvvəl Mask Neuralink-in kor insanlara görmə imkanı verəcək Blindsight beyin implantını elan etdi. Daha öncə o, insan beyninə neyroçip yerləşdirərək ilk xəstəsi ilə şahmat oynamışdı.
İlon Mask X sosial şəbəkəsində bu inqilabi addımını belə anons etdi:
"Blindsight Neuralink-in Telepatiya layihəsindən sonrakı növbəti məhsuludur. Qeyd edək ki, Blindsight implantı artıq meymunlar üzərində sınaqdan keçirilib. Xəstələrin görməsi ilk etapda Nintendo qrafik oyunundakı kimi aşağı olacaq, lakin sonra o, normal insanın görmə qabiliyyətini üstələyə biləcək"…
Blindsight sayəsində hətta doğuduğundan kor olanlar belə görmə qabiliyyətinə sahib olacaqlar.
Sevinirəm ki, artıq bizim Səhiyyə sistemində də xəyal qurub, onları gerçək etmək üçün çalışan yeni nəsil savadlı, idealist həkimlər var.
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu
TEREF
 
Ardını oxu...
Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənir. Unlu qənnadı məmulatlara peçenye, pryanik, vafli, tort, piroq, keks və s., şəkərli qənnadı məmulatlara isə marmelad, karamel, şokolad, mürəbbə, cem və s. kimi məhsullar aiddir.Foodinfo.az Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qənnadı məmulatlarından istifadə zamanı diqqət olunmalı məsələlərə dair maarifləndirici məlumatını təqdim edir:İlk növbədə qeyd edək ki, qənnadı məmulatlarının daşınma və saxlanma rejiminə düzgün riayət edilməlidir. Bu rejimə əməl olunmadıqda, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itə bilər. Sadalanan maddələrin miqdarı çirkləndirici maddələrin yolverilən maksimum miqdarını keçdikdə isə insan orqanizmində ciddi xəstəliklər yarana bilir.Məhsulun düzgün qablaşdırılması onun xarici təsirlərdən etibarlı şəkildə qorunması üçün vacib şərtdir. Qablaşdırma prosesi məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki etiket məlumatlarına diqqət yetirməlidir. Draje birbaşa günəş şüasının təsirinə məruz qalmadan saxlanılmalıdır. Karamel, halva 18 °C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmayan şəraitdə saxlanmalıdır. Düzgün saxlanma rejiminə riayət edilmədikdə halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxuya malik olur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18 °C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. Tez xarab olan qənnadı məhsullarının daşınması xüsusi nəqliyyat vasitələrində 6 °C-dən aşağı temperaturda həyata keçirilməlidir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, havalandırılmadır. Məhsulların düzgün yerləşdirilməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.Unlu qənnadı məmulatlarının dadı və iyi isə çeşidinə müvafiq olmaqla, kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18 °C-dən aşağı temperaturda və 65-75 %-dən yuxarı olmayan nisbi rütubətdə saxlanmalıdır. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız əlcək, maska, bone və digər xüsusi gigiyenik vasitələrlə təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.
 
 
 
Ardını oxu...
Günəşdə bir neçə partlayışın baş verməsindən sonra yaxın günlərdə maqnit aktivliyinin artması müşahidə olunacaq.

TEREF Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev “İzvestiya” nəşrinin əməkdaşı ilə söhbətində bildirib.

Alim xəbərdarlıq edib ki, Günəşdə bir neçə partlayış olduğu üçün maqnit aktivliyi tez bitməyəcək:

“Partlayışların bəzilərində emissiyalar olub, bəzilərində isə yox. Buna görə də pozulmuş maqnit mühiti bir neçə gün davam edəcək. Amma maqnit qasırğasının olub-olmayacağını indidən söyləmək çətindir”.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası martın 23-də Günəşdə güclü parlamanın baş verdiyini bildirib. Martın 23-də Günəşdə bir neçə güclü partlayışın baş verməsindən sonra maqnit qasırğasının olacağına dair ehtimallar irəli sürülüb.

Belə bir ehtimalı ABŞ-nin Kosmik Hava Proqnozu Mərkəzi də təsdiqləyib.
 
Ardını oxu...
Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. TEREF medicina.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:"Yediyimiz bir çox qidalar gec təsir edən zəhər kimidir. İlk növbədə bu qazlı, şirin içkilərdir. Qazlı içkidə çoxlu süni aromalaşdırılmış və şirinləşdirici maddələr var. O, bədənin içində boş kalorilərdən yağ qatı, təbəqəsi əmələ gətirir.Elə insan var ki, qazlı su, limonad narkomanıdır. Xüsusən Kola, Fanta, energetik içkilər və s. Onlar heç bir yeməyi onlarsız yemir, hər gün 2 butulka içir və gördükdə dayana bilmir. Beyin artıq bu içkiləri siqaret, narkotik kimi tələb edir. Bu içkilərdən asanlıqla xilas olmaq da çətindir.Siyahıda ikinci yerdə ağ çörək, ağ undan bişirilmiş məmulatlar, xəmir məhsulları gəlir. Müxtəlif peçenye, bulka, pirojna, vaflilər qanda şəkəri, insulini qaldırır.Üçüncü yeri bütün piştaxtaları və kafeləri cənginə alan transyağlar tutur. Eləcə də müxtəlif konservlər, kartof-fri. Hətta faydalı balığın konservində belə civə var ki, çox yedikdə toxumalarda, orqanlarda yığılır".
 

Dünyapress TV

Xəbər lenti