Ardını oxu...
“Ölkədə duru, eləcə də kərə yağı bazarında ciddi problemlər var. Nehrə yağı kimi “Nənəmin yağı” adı altında satılan məhsulların əksəriyyəti saxtadır, təmiz süddən hazırlanmır”.

Bunu TNS-ə Azad istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O, əmtəə bazarında satılan saxta duru yağların olduğunu da bildirib: “Yunanıstdan gətirlən "Vero Greco” 5 litrlik zeytun yağı var. Üzərində zeytun şəkli olan yaşıl qutularda qablaşdırılır və 45 manatdan baha qiymətə satılır. O yağlar saxtadır və biz bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat vermişik. Məlum olub ki, həmin yağların tərkibində maksimum 5 faiz zeytun yağı var. Məhsul zeytunun “jmıx”ından hazırlanıb, qalanı isə naməlum bitki yağlarıdır. Üzərində olan ştrix-kod müəmmalıdır. Bununla bağlı Yunanıstana - istehsalçıya yazdım. İstehsalçı mənim səhv etdiyimi bildirdi. Sonra araşdırma apardıq və məlum oldu ki, həmin ştrix-kod Yunanıstanda saxta yazılıb. Bu barədə gömrük orqanları və AQTA-nı məlumatlandırmışam”.

AİB sədri bildirib ki, kərə yağı bazarında da problemlər davam edir: “Kərə yağı adı ilə satılan yağların çoxu qarışıq yağlardır. Məsələn,“Tulçinka” yağı qarışıq yağdır, amma əhali onu kərə yağı kimi alır.

Bu qəbildən olan yağların üzərində “təbii yağ” yazılır, inək şəkli çəkilir, amma bunlar inək yağı deyil. AQTA rəhbərliyinə yazmışam ki, bu yağların tərkibi göstərilsin. Sadəcə bitki yağları yazılmasın.

Əmtəə bazarında təmiz yağlar da var”.

AİB sədrinin sözlərinə görə, Yeni Zelandiya yağları daha keyfiyyətlidir: “Yeni Zelandiyada konfransa getmişdim və orada yağların istehsalı ilə tanış olmaq imkanım oldu. Heyvanlar açıq havada otladığı, qış mövsümü olmadığı üçün kərə yağı nisbətən ucuz gəlir. Əslində, kərə yağı 20 manatdan ucuz olmalı deyil”.

AİB sədri bildirib ki, kərə yağları əllə sxdıqda daha bərk olur, kəsəndə əzilir. Marqarin yağları isə səlis kəsilir.
 
Ardını oxu...
Rusiya Səhiyyə Nazirliyi vapes və elektron siqaretlərin yaratdığı EVALI xəstəliyinin yayılmasının artması ilə bağlı xəbərdarlıq edib.
Qayanrinfo xəbər verir ki, xəstəlik haqqında ətraflı məlumat şöbənin “Telegram” kanalında yerləşdirilib.
EVALI elektron siqaretlərin çəkilməsi və vapinqlə əlaqəli kəskin ağciyər xəstəliyidir. Bu xəstəliklərin simptomları qızdırma, ümumi zəiflik və nasazlıq, öskürək və nəfəs darlığıdır.
Xəstəliyin əsas simptomu siqaret çəkənin ağciyərlərində kompüter tomoqrafiyası ilə aşkar edilən patoloji dəyişikliklərdir. Üstəlik, EVALI-nin ilk əlamətlərindən biri mədə-bağırsaq traktının pozulmasıdır.
 
Ardını oxu...
“Lancet” dərgisi ABŞ, Norveç və İspaniya alimlərinin müxtəlif xalqlarının qocalma sürətini müqayisə edən bir araşdırma dərc etmişdi. Nüfuzlu tibb dərgisndən bəzi qeydlər…
Alimlər hər ölkədəki ortalama insan ömrünün uzunluğundan deyil, qocalıqla bağlı xəstəliklərin hansı yaşda özünü göstərməsindən yola çıxıblar. 1990–2017 illər arasındakı periodları təhlil edən elm adamları müəyyən ediblər ki, insanda qocalığın başlama yaşı 65 yaşdır.
Ancaq maraqlıdır ki, 65 yaşı heç də bütün ölkələrə şamil etmək olmur. Məsələn, yaponlar özlərini ancaq 76 yaşından sonra qocalmış hiss etməyə başlayırlar.
Bu göstərici Papua Yeni Qvineyada çox avınacaqlıdır – papuaslar 45 yaşında özlərini artıq qoca bilirlər.
Əfqanıstanda insanlar 51,6, Lesotoda isə 53,6 yaşında qocalmış sayırlar.
Bəxtəvər Yaponiya, İsveçrə, Fransa və Sinqapurda qocalıq yaşı 76-dır.
İtalyanlar 74,8, israillliər 74, Amerikalılar isə 68 yaşa qədər özlərini orta yaşlı hesab edirlər.
Rusiyada vəziyyət Əfqanıstandan bir qədər yaxşıdır.
Ruslar 59 yaşına gələndə özlərini artıq qoca sayırlar.
Ukraynada isə göstərici 57-dir.
Rusiyada və Ukraynada kişilərin sağlamlığı qadınlarla müqayisədə daha bərbad durumdadır. Tədqiqatlar Şərqi Slavyanyan kişilərinin tez yaşlandığını, artıq 53-55 yaşlarında qocalığın başladığını göstərir.
Ukraynada bu göstərici daha da pisdir – 50-53 yaş.
“Lancet” bu dataya əsasən rus kişilərinin fizioloji qocalığının 55-də başladığını (qadınlarda 65) nəzərə alaraq onların məhz bu yaşlarda təqaüdə çıxmalarını tövsiyyə edir...
***
Doğrusu Rusiya və rus cəmiyyətinə bir az bələd olanlar Şərqi Slavyan insanının o yaşlarda həm çox qoca, həm də sağlam olmadığını asanlıqla müşahidə edə bilirlər. Bu, xüsusilə 35-40 yaşından sonrakı kişilərə aiddir, çünki onlar nəsli kəsilməkdə olan növə çevrililirlər.
Bütün bunları görmək üçün demoqrafik vəziyyətə, uşaq ölümü, uşaq narkomaniyası və uşaq alkoqolizmi kimi göstəricilərin apokalipsisi andıran statistikasına baxmaq kifayətdir. Bu işlər Kremlin “uşaq doğun, uşaq doğun” deməsilə, maddi stimullar verməsilə olmur.
Bunun üçün insan sağlam olmalıdır.
Sağlam insanı isə yetişdirmək lazımdır.
O da ancaq sağlam cəmiyyətlərdə mümkün olur…
https://t.me/ibrahim_nebioglu
TEREF
 
 
 
Ardını oxu...
Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
Sosial şəbəkədə Şəmkirdə yararsız hala düşən tibb müəssisəsinin fotoları yayılıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib.
"Əvvəllər Şəmkir Rayon Ağciyər Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb müəssisəsi hazırda yararsız halda olduğu üçün 2021-ci ildən stasionar tibbi xidmət dayandırılıb, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Ftiziatrik kabinet olaraq yalnız kiçik bir hissədə ambulator tibbi xidmətin göstərilməsi mümkündür.
Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yeni yaradılacaq mərkəzdə vərəm və ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası, müəssisələrin strukturunun optimallaşdırılması həyata keçiriləcək" - qurumdan bildirilib.
 

Ardını oxu...
Azərbaycanlı jurnalist Dəryanur Cəfərova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini onun adına saxta xəstəlik yazmaqda ittiham edib. O, bu barədə sosial hesabında yazıb:

Ardını oxu...

“Mən Yevlaxda qeydiyyatdayam. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranandan bəri bir dəfə də olsun xəstəxanaya müraciət etməmişəm. İndi sistemdə görürəm ki, guya 2020-2021-ci illər ərzində burnumdan qan açılması ilə bağlı adını qeyd etdikləri həkimin qəbulunda olmuşam. Hətta mənə xəstəlik də tapıblar. 2020-ci ildə məndə babasil aşkar ediblər. Sizdə hər şey yaxşıdı?Bunları kim daxil edib sistemə? Niyə mənim xəstəliyim olmaya-olmaya burada xəstəlik qeyd olunub?”,- deyə jurnalist qeyd edib.

Ardını oxu...

Tribunainfo.Az
Ardını oxu...
Son illərdə həkimlər getdikcə daha çox həyəcanverici bir tendensiya – gənclər arasında xərçəngə yoluxma hallarının artmasını qeyd edirlər. Bu problem getdikcə aktuallaşır və elm adamları 50 yaşdan kiçik insanlar arasında xərçəngə yoluxma hallarının bu qədər sürətlə artmasının nədən qaynaqlandığını anlamağa çalışırlar.
ABŞ-da aparılan bir araşdırma, ölkədə istehlak edilən qidaların demək olar ki, 75%-nin ultra işlənmiş qidalar (UPF) kateqoriyasına aid olduğunu qeyd edib. Bu məhsullar insan sağlamlığına ciddi təsir göstərən, xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına töhfə verən müxtəlif əlavələr və süni inqrediyentlərlə doludur. AMR-nin sağlamlığa təsirləri getdikcə daha çox müzakirə olunur və onların zərərli olduğuna dair sübutlar artır.
Şimali Karolinadakı Duke Universitetində onkoloq olan doktor Nicholas De Vito xəstələrinin dəyişən demoqrafik xüsusiyyətlərini öz gözləri ilə görüb. O qeyd edib ki, xərçəng xəstələrinin daha çox yaşı 45-dən aşağı olan gənclərdir. Həkim De Vito hesab edir ki, bu fenomenin bir səbəbi AMR-nin yüksək səviyyədə olduğu qeyri-sağlam qidaların istehlakının kəskin artması ola bilər. Bu məhsullar təkcə müxtəlif xəstəlikləri təhrik etmir, həm də bağırsaq mikrobiomunu dəyişdirir, xroniki iltihab və digər patoloji proseslərə səbəb olur ki, bu da son nəticədə xərçəngin inkişaf riskini artırır.
Son üç onillikdə vəziyyət daha da pisləşib: 1990-cı ildən 2019-cu ilə qədər dünyada gənclər arasında xərçəngə yoluxma hallarının sayı 79%, ondan ölüm halları isə 28% artıb. Birləşmiş Ştatlar dünyada erkən xərçəngə yoluxma hallarına görə altıncı yerdədir, 50 yaşdan kiçik hər 100 000 nəfərə 87 xəstəlik yoluxma halı var. Gələcəklə bağlı proqnozlar isə daha qorxuludur: 2030-cu ilə qədər erkən mərhələdə xərçəngə yeni yoluxma hallarının sayı 31%, ölüm halları isə 21% arta bilər.
Bu məlumatlar əhalinin qida rasionunda və tənzimləmə siyasətində təcili dəyişikliklərə ehtiyac olduğunu göstərir. Dr.DeVito tütünə tətbiq edilənlərə bənzər qida sənayesinin daha sərt tənzimlənməsinin vacibliyini vurğulayır. O hesab edir ki, səhiyyə mütəxəssisləri, ictimai səhiyyə ekspertləri və hökumətlərin birgə səyləri AMR-nin ictimai sağlamlığa mənfi təsirini əhəmiyyətli dərəcədə azalda bilər və nəticədə gənclər arasında xərçəng xəstəliyinin azalmasına səbəb ola bilər.
Bu tədbirlər vaxtında görülsə, mövcud tendensiyanı geri qaytarmaq və daha az gəncin xərçəng xəstəliyinə tutulduğu bir mühit yaratmaq olar.
 
Ardını oxu...
Astara rayonunun İranla sərhəd Rudəkənar, Suparibağ, Məscitməhəllə, Qapıçıməhəllə, Artupa, Səncərədi, Alaşa və Züngüləş kəndlərində dabaq xəstəliyinin yayıldığı iddia edilir. Artupa kəndində adının çəkilməsini istəməyən sakinlərdən birinin sözlərinə görə, həmin xəstəliyin yayıldığı Qapıçıməhəllə sərhədin yaxınlığında yerləşir: "Xəstəlik də oradan gəldi. Dörd-beş il bundan əvvəl xəstəlik eyni qaydada belə yayılmışdı. Nə qədər mal-qara tələf oldu. Özümün beş inəyim var. Ağızlarından su gəlirdi. Bağladım. Malları öz cibimdən müalicə etdim. İndi yaxşıdırlar. Təhlükəli xəstəlikdir. Kənddə dabaq xəstəliyinə tutulmuş mal çoxdur. Gündən-günə də sayları artır".

Kəndin digər sakini Raman Cəfərov da dabaq xəstəliyinin yayıldığını deyir: "Baytar həkimə müraciət edəndə gəlib baxırlar. Mənim də iki baş inəyim xəstələnmişdi. Vaxtında qarşısı alındı. İndi, Allaha şükür, sağalmağa doğru gedir".

Kənd sakinlərinin sözlərin görə, mal-qaranı qapalı şəraitdə saxlamağa üstünlük verirlər. Amma demələrinə görə, xəstəliyə ciddi yanaşmayan adamlar da var.

"Öz pulumla müalicə edirəm"
Kəndin sonunda inəklərin ağacın altında toplaşdığını gördük. Kənd sakinlərindən biri bizə yaxınlaşıb bildirdi ki, inəklərin arasında xəstə olanı da var: "Mən malımı bağlamışam. Hamısı xəstədir. Dərmanları almışam. Öz pulumla müalicə edirəm. Bilmirəm, sonu nə olacaq. Məsləhət görərdim ki, xəstə mala yaxın durmayasız".
İranla sərhəd xətti Züngüləş kəndinin ərazisindən keçir. Kənd dağ yamacında yerləşir. Kənd sakinlərindən birinin deməsinə görə, mal-qaralarını meşəyə ötürürlər: "Dallarınca getməsək, gəlmirlər. Ona görə dabaq xəstəliyinə tutulmalar barədə məlumatımız yoxdur".

Qapıçıməhəllə kəndində isə bildirdilər ki, xəstəliyə tutulmuş inəklərin sayı artır. İranla sərhəd xətti boyunca uzanan yolun əks tərəfində, ağacların kölgəsində duran inəklər gözə dəyir. Onların arasında xəstəhal inəklər də gördük.

"Çox sürətlə yayılan xəstəlikdir"
Suparibağ və Rudəkənar kəndlərində də xəstə inəklərin olduğunu dedilər. Mal-qara saxlamaqla məşğul olan Seləkəran kənd sakini Mikayıl Əhmədov da dabaq xəstəliyinin yayıldığından gileylənir: "Dabaq xəstəliyi yaman yayılıb, bizim malları da tutub. Anamgildə inək xəstədir. 10-15 il əvvəl bu ərazilərdə geniş yayılmışdı. Deyirdilər ki, İrandan keçib. Dabaq xəstəliyinə tutulmuş mala yaxınlaşarkən əlcək geyinilməlidir. Özünü gözləməlisən. Bu xəstəliyin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulur. Peyvənd edirlər. Mənim mallarıma bununla bağlı heç bir iş görülməyib. Vurulan vaksinin keyfiyyəti də yaxşı olmalıdır. Vaksinin vaxtı keçəndə təsiri olmur".

Onun sözlərinə görə, xəstəliyin qarşısı alınmasa, qısa müddətdə əraziyə yayılacaq: "Çox sürətlə yayılan xəstəlikdir. Xəstəlik malın ən çox ayağından tutur. Yanında duran sağlam mala dərhal keçir. Kəndlər həyəcan təbli çalırlar, bunlar deyir ki, dabaq xəstəliyi yoxdur. Əlamətlər bu xəstəliyə işarədir. Heç olmasa, dərman versinlər".
Rəsmi: "Bizdə belə bir xəstəlik yoxdur"
Astara rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundov isə rayonun ərazisində dabaq xəstəliyin olmadığını söyləyir: "Bizdə belə bir xəstəlik yoxdur. İlin bu vaxtında Qazayağı otunun inkişaf etmə dövrüdür. Onlar zəhərli otlardır. Heyvan bu otu yeyəndən sonra ağzından su gəlir. Elə bilirlər, dabaq xəstəliyidir. Quraqlıq dövrüdür, dırnağı zədələyir, deyirlər, dabaqdır. Çağırışlar olur. Təsərrüfat sahibi dabaq xəstəliyinin olduğunu deyir ki, baytar həkmi tez gəlib baxsın. Qapıçıməhəllə kəndi İranla sərhəddə yerləşir. Məkan balacadır. Adətən dabaq xəstəliyi o tərəfdən keçir. Hazırda bu xəstəlik aşkarlanmayıb".

Məsələyə İranın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
 
Ardını oxu...
Payızın başlanğıc ayı sayılan sentyabr təzə meyvə və tərəvəzlərin bol olduğu bir aydır. Foodinfo.az xəbər verir ki, bu dövrdə bağlardan və tarlalardan yığılan məhsullar həm vitaminlərlə zəngindir, həm də qidalandırıcıdır. Sentyabr ayında yetişən meyvə və tərəvəzlər təbiətin bizə təklif etdiyi ən təbii dadlara malikdir.Meyvələr:Sentyabr ayında yetişən meyvələrdən alma, armud, üzüm, əncir və nar xüsusilə populyardır. Bu meyvələr vitamin C, lif və antioksidantlarla zəngin olub immun sistemini gücləndirir və orqanizmi enerji ilə təmin edir.Tərəvəzlər:Tərəvəzlərdən isə balqabaq, kartof, kələm, kök, pomidor və badımcan bu ayda bol olur. Sentyabrda yığılan tərəvəzlər təzə və dadlı olur, həmçinin bədənə lazım olan vitamin və mineralları təmin edir.Bu dövrdə təbii və mövsümi məhsullarla qidalanmaq orqanizmin ehtiyac duyduğu qida maddələrini balanslı şəkildə qəbul etməyə kömək edir.
Ardını oxu...
Əgər simptomlar 24 saatdan çox davam edərsə, həkimə müraciət etmək mütləqdir.
Qarpız və ya yemişdən sonra ürəkbulanma, qusma, diareya və titrəmə halı kimi zəhərlənmə əlamətlərini hiss etdikdə, daha çox maye içmək, uzun müddət qusmağa laqeyd yanaşmamaq, həmçinin bir müddət qida və spirtli içkilərdən imtina etmək lazımdır.
Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Vidnovski Klinik Xəstəxanasının qastroenteroloqu Lyudmila Suxorukova RİA Novosti-yə bildirib.
"Zəhərlənmə zamanı ilk yardım: bu halda daha çox maye içmək məsləhətdir. Bunun üçün adi qazsız su, meyvə kompotları (meyvə şirələri deyil) və ya bir qədər şirinləşdirilmiş su uyğundur. Susuzluğun ağır nəticələrinin qarşısını almaq üçün su-elektrolit balansını saxlamaq məqsədi ilə xüsusi məhlullar var. Bunlar suda həll olunmuş toz və ya sistem (vena daxili infuziya) ola bilər. Sistem xəstəxana şəraitində həkim təyinatı ilə həyata keçirilir", Suxorukova bildirib.
Həkim qeyd edib ki, diareya zamanı reseptsiz dərmanlar qəbul etmək olar. Ancaq qeyd etmək lazımdır ki, onların hamısı uşaqlar üçün uygun olmaya bilər.
"Uzun müddət qusmağa laqeyd yanaşmayın. Qusma başlayırsa və bir neçə saat dayanmırsa, kömək üçün həkimə müraciət edin. Təcili yardım və ya xəstəxana həkimləri onu dayandırmaq üçün iynə vura bilərlər", agentliyin həmsöhbəti əlavə edib.
Əgər hərarət yüksəlirsə, titrəmə və baş ağrıları yaranırsa, qızdırma əleyhinə dərman qəbul etmək və istirahət etməyə çalışmaq tövsiyə olunur.
"Bir müddət yeməkdən imtina edin. Xalq təbabəti ilə müalicə etmək və spirtli içki qəbul etmək məsləhət deyil. Əgər simptomlar 24 saatdan çox davam edərsə, həkimə müraciət etmək mütləqdir", Suxorukova söyləyib.
Qastroenteroloqun sözlərinə görə, qarpız və ya yemiş yeyiləndən sonra zəhərlənmənin ilk əlamətləri bir saatdan iki günə qədər davam edə bilər. Bunun ciddiyəti bir çox amillərdən, o cümlədən zəhərlənmənin növündən (qabıqdakı bakteriyalar, xarab olmuş qarpız və ya yemiş, pestisidlər və ya nitratlar), insanın yaşından, çəkisindən, yediyinin miqdarından və müşayiət olunan xəstəliklərin olmasından asılıdır. Zəhərlənmənin ən çox rast gəlinən simptomlarını ürək bulanma və qusma, diareya, qarında narahatlıq, zəiflik, titrəmə, həddindən artıq tərləməni qeyd etmək olar.
 
 
 

Ardını oxu...
Son zamanlarda ürək-damar xəstəlikləri səbəbilə ölənlərin sayı artıb. Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

“World Statistics” beynəlxalq statistika mərkəzinin apardığı araşdırmaya görə, Azərbaycan ürək xəstəlikləri səbəbindən hər 100 min nəfərə 388 ölümlə siyahıda ikinci yerdədir.

Amma məhz son günlərdə ürək probleminə görə ölənlərin sayında artım insanlarda təşvişə səbəb olub.

Bunun səbəbi nədir?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, əvvəllər ürək xəstəliyindən ölümlərin çoxluğunda qidalanmağımız, az hərəkətliliyimiz, əsəb, stres, ekoloji və digər faktorlar rol oynayırdısa, indi səbəb koronavirusdur:

“Koronavirus pandemiyası göstərdi ki, zədələnmiş damarlar, ateromanın tutulması çox geniş hal alıb. Koronavirusdan ölüm hallarının çoxu da məhz damar tutulmasına görə oldu. Nəzərə alsaq ki, insanların əksəriyyəti gedib peyvənd olunmadan vaksin kağızı aldı, bu da xırda epidemiyaların davam etməsinə gətirib çıxardı. Bu gün hələ də yoluxma halları davam edir.

Onlar arasında isə kamorbid vəziyyəti, bədənində interferon səviyyəsi aşağı olan, onkoloji xəstələr və s. var ki, bu şəxslərdə ölüm halları arta bilər.

Çünki koronavirus vaxtı sosial şəbəkələrdə laqeyd adamların vaksin əleyhinə yazdığı statuslar təlqinə meyilli şəxslərə təsir etdi və ona görə də bunun nəticələrini biz indi görürük”.
 

Dünyapress TV

Xəbər lenti