Şəmkirdə yararsız halda olan xəstəxana: Xəstələri başqa yerə göndərirlər
Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
Sosial şəbəkədə Şəmkirdə yararsız hala düşən tibb müəssisəsinin fotoları yayılıb. TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib.
"Əvvəllər Şəmkir Rayon Ağciyər Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb müəssisəsi hazırda yararsız halda olduğu üçün 2021-ci ildən stasionar tibbi xidmət dayandırılıb, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Ftiziatrik kabinet olaraq yalnız kiçik bir hissədə ambulator tibbi xidmətin göstərilməsi mümkündür.
Bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yeni yaradılacaq mərkəzdə vərəm və ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası, müəssisələrin strukturunun optimallaşdırılması həyata keçiriləcək" - qurumdan bildirilib.
 

Dünyapress TV

Xəbər lenti