Ardını oxu...
Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəzən isə analar körpələrinə ana südü ilə yanaşı uşaq qidalarından da verirlər. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur.
Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya olduğu, bunun isə GMO bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Bir sıra psixoloqlar uşaq qidalarının marketlərdə əl çatan yerdə saxlanılmasını məsləhət görmür. Çünki bu, qidaları görən və süd verən analara psixoloji təsir göstərir və onların südü azalır. Belə olan təqdirdə isə yalnız ana südü ilə doymayan uşaqlara bu qidalardan almaq məcburiyyəti yaranır. Baş çəkdiyimiz marketlərdə uşaq qidaları əl çatan və diqqət cəlb edən yerlərdə satılırdı. Onların qiyməti isə 3 manatdan başlayıb 65 manatadək dəyişir. Uşaq qidaları arasında daha çox satılanlar "Humana”, "Cabrita”, "Nutrilon”, "Heinz”, "Nestle”, "Aquşa”dır. Bu qidaların bəzilərinin tərkibində keçi südü var ki, bu da xeyirli sayılır.

Maraqlıdır, ümumiyyətlə, uşaqlar doğulduğu vaxtdan neçə müddət ərzində ana südü ilə qidalanmalıdır? Ümumiyyətlə, satışda olan uşaq qidaları zərərlidirmi?

Qida məsələləri üzrə ekspert Ağa Salamov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Uşaqlara körpəlik dövrlərindən verilən süni qidalar inək südündən hazırlanır və bu da parçalanmış zülal olmadığı üçün uşaqların immun sistemində çaşqınlıq yaradır. Ana südündə olan komponentlər, qida dəyəri həmin süddə yoxdur, olması mümkün də deyil. Ana mütləq şəkildə öz südündən körpəsinə verməlidir. Çox təəssüflər olsun ki, bu süni qidaları uşaqlara verirlər və bu immun sistemində də çaşqınlıq yardığına görə belə uşaqlar kənardan gələn virus və bakteriyalara açıq olurlar. Həmin sintetik qidaların genini uşaq orqanizmində aktivləşdirdikdə bu onlarda problemlər yaradır”.

Ekspert bildirib ki, sintetik qidalardan istifadə gələcəkdə körpələrdə şəkərli diabet, ürək problemləri, immun sistemi pozğunluqları və s. kimi xəstəliklərə səbəb ola bilər. Eyni zamanda ekspert belə qidaların uşaqlarda asılılıq yaratdığını da deyib. Süni qidanın qəbulundan sonra təkrarən ana südünün verildiyi təqdirdə körpənin bunu qəbul etməməsi ehtimalı yüksəkdir.

“Digər tərəfdən bu qidaların körpələrə verilməsi maddi baxımdan da ailənin büdcəsinə mənfi təsir göstərir. Bu məsələdə qazanan sadəcə süni, sintetik qidaları istehsal edən şirkətlər və faiz alan həkimlərdir. Bu şəxslər pul uğrunda genefondumuzu məhv ediblər”.
 
Ardını oxu...
İftardan sonra türk qəhvəsi və mineral su içməyin faydaları

İftardan sonra türk qəhvəsi və mineral su istehlak etmək ən yaxşı vərdişlərdən biri hesab edilə bilər.

Medicina.az bu vərdişin faydalarını təqdim edir:

Türk qəhvəsi tərkibindəki kofein sayəsində zehni oyaqlığı artırarkən, mineral su orqanizmi ehtiyac duyduğu minerallarla təmin edərək tarazlığı qoruyur.
Türk qəhvəsi iftardan sonra özünü yorğun hiss edənlər üçün çox faydalıdır. Bundan əlavə, türk qəhvəsi həzmə kömək edir. Qəhvə mədə turşusunu bir qədər artırmaq potensialına malikdir və buna görə də həzm sisteminə müsbət təsir göstərə bilər. Türk qəhvəsi içmək tərkibindəki kofein stimulyatorları sayəsində deformasiyaya uğramış sinir sistemini yeniləyir.

Ancaq xatırlamaq lazımdır ki, hər kəsin bədən quruluşu fərqlidir və kofeinə fərqli reaksiya verə bilər. Bəziləri üçün gecə kofein istehlakı yuxusuzluğa və ya yuxu keyfiyyətinin azalmasına səbəb olur. Odur ki, fərdlərin öz bədənlərinə və yuxu rejiminə diqqət yetirməsi və qəhvə istehlakını buna uyğun tənzimləməsi vacibdir.

Mineral suyun faydalarına gəldikdə isə, iftardan sonra içildikdə azalan mineral nisbətini artıraraq bədənin məsamələrini açır və beləliklə toksinləri xaric edir.

Mineral su tullantıları ağızdan, yemək borusu və bağırsaqdan xaric etməyə kömək edir. Bu, oruc tutarkən ağız qoxusunu azaldır, çünki ağızda və mədədə yemək qalıqları qalmır. Mineral su istehlakı konsentrasiyanı artırır, zəifliyi və yorğunluğu aradan qaldırır. Bundan əlavə, imsakda bir şüşə mineral su içmək oruc zamanı daha az susamaqla nəticələnir.
 
Ardını oxu...
Stomatoloji xidmətlər dövlət poliklinikalarında və özəl stomatoloji kabinetlərdə demək olar ki, eyni qiymətlə yerinə yetirilir. Halbuki dövlət poliklinikalarında bütün ləvazimatlar, xərclər dövlət hesabına ödənilir. Bəs belə olan halda niyə poliklinikalardakı qiymətlərə nəzarət edilmir? Üstəlik, stomatoloji xidmətlər niyə icbari tibbi sığortaya daxil edilmir?

Xezerxeber.az-ın məlumatına görə, ümumiyyətlə, stomatoloji xidmətlərin tarifləri bəlli deyil.

Vətəndaşlar isə hesab edirlər ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan poliklinikalarda qiymətlər özəl müəssisələrə nisbətən qənaətbəxşdir.

Bəs stomatoloji xidmətlər üçün vahid tariflərin tətbiqi nəzərdə tutulurmu?

Ətraflı süjetdə:

 
Ardını oxu...
Alimlər müəyyən ediblər ki, həddindən artıq spirtli içki qəbul edən gənc qadınlarda koroner ürək xəstəliyi riski daha yüksəkdir.

Medicina.az bildirir ki, “News Medical Life Sciences”də yer alan xəbərə görə, tədqiqatçılar ABŞ-ın Kaliforniya ştatındakı bir tibb müəssisəsində müalicə alan, 18-65 yaş arasında olan təxminən 243 mini kişi və 189 mini qadın olmaqla, 430 mindən çox xəstədən toplanmış məlumatları təthlil ediblər.

Tədqiqatçılar 2014 və 2015-ci illərdə rutin qiymətləndirmələrində xəstələrin bildirdikləri spirt qəbulu səviyyələri ilə 2015-ci ildən sonrakı 4 il ərzində qoyulan koroner ürək xəstəliyi diaqnozları arasındakı əlaqəni təhlil ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, orta yaşı 44 olan və tədqiqat zamanı ürək xəstəliyi olmayan iştirakçılardan 3 108-də bu müddət ərzində koroner ürək xəstəliyi yaranıb. Tədqiqatçılar həftədə səkkiz dəfədən çox spirtli içki qəbul edən gənc qadınların daha az spirtli içki qəbul edənlərlə müqayisədə ürək xəstəliyi riskinin yüksək olduğunu qeyd ediblər.
Araşdırmalar göstərir ki, ən çox xəstələnmə riski “son 3 ayda gündə 3 dəfədən çox spirtli içki qəbul edən qadınlarda və ya gündə 4 dəfədən çox spirtli içki qəbul edən kişilərdə”dir. Həddindən artıq spirtli içki qəbul edən qadınların ürək xəstəliyi tapmaq riski orta dərəcədə spirtli içki qəbul edənlərə nisbətən 68 faiz daha yüksəkdir.

Tədqiqat çərçivəsində yüksək miqdarda spirtli içki qəbul edən qadınların orta miqdarda alkoqol istehlak edən qadınlarla müqayisədə ürək xəstəliyi riskinin 29 faiz, az miqdarda spirtli içki qəbul edənlərlə müqayisədə isə 45 faiz daha çox olduğu müəyyən edilib.

Tədqiqatçılardan biri olan kardioloq Camal Rana həddindən artıq spirtli içki qəbul edən kişi və qadınların ürək xəstəliyi riskinin ən yüksək olduğuna diqqət çəkib.

“Həddindən artıq alkoqol istehlak etmədikdə belə qadınlarda risk daha yüksəkdir. Biz yaşlı qadınlarda riskin artdığını gördüyümüz üçün gənc yaş qrupundakı qadınlardan belə bir nəticə gözləmirdik. Bu, tamamilə təəccüblüdür”, - kardioloq bildirib.

Tədqiqatın nəticələri “American College of Cardiology”nin aprelin 6-da keçirəcəyi konfransda təqdim olunacaq.
 
Ardını oxu...
Son zamanlar əksər mətbəxlərin vazkeçilməzi olan fritozlər həm də təhlükə yaradır.

Xüsusilə təkrar eyni yağdan istifadə etməklə bişirilən yeməklərin zərərləri çoxdur.

“Cebhe.info” xəbər verir ki, bu barədə həkim-endokrinoloq Zöhrə Pavlova danışıb.

Onun sözlərinə görə, kartof qızartması, soğan halqaları və xırtıldayan toyuq qanadları yemək təkcə piylənməyə deyil, həm də demensiyaya səbəb ola bilər.

Həkim özünün “Telegram” kanalında qeyd edib ki, bu hazırlanma üsulu ilə yemək çox yağlı və yüksək kalorili olur, tərkibində çoxlu trans yağlar və digər zərərli birləşmələr olur. Pavlova siçovullar üzərində aparılan son araşdırmanın nəticələrinə istinad edərək, fast foodun zehni aydınlığa mənfi təsir etdiyini göstərib:

"Emal edilmiş yağın tez-tez istehlakı neyrodegenerasiyanı artırır".
 
Ardını oxu...
ABŞ-nin Vanderbilt Universitetinin alimləri son onilliklərdə ilk dəfə olaraq yeni antibiotik sinfi kəşf ediblər.

“Cebhe.info” xəbər verir ki, bu barədə “ACS Infectioushoods” jurnalında dərc olunan məqalədə bildirilir.

Tədqiqatçılar triazaasenaftilen antibakterial dərmanlar sinfində birinci olan gepotidasinin sidik yollarının infeksiyalarına səbəb olan dərmana davamlı Escherichia coli-yə qarşı təsir mexanizmini təhlil ediblər. Molekulyar hədəflər antibiotiklərə toxunulmazlığın əsasını təşkil edən giraza və topoizomeraz fermentləridir.

Nəticələr göstərir ki, gepotidasin sidik yollarının ağırlaşmamış infeksiyalarının müalicəsi üçün effektiv və təhlükəsiz oral antibiotikdir.
Ardını oxu...
İnsan ömrünün uzunluğu zaman-zaman araşdırılsa da, tam dəqiq cavab ala bilməyiblər. Ancaq müşahidələr onu göstərir ki, insan ömrü uzanıb.

TEREF lent.az-a istinadən bildirir ki, 21-ci əsrin sonunda insanlar 130 ilə qədər yaşaya, maksimum ömür isə 180 ilə çata bilər.

Riyaziyyat elmləri namizədi və tədqiqatın müəllifi Leo Belzile statistik məlumatları təhlil etdikdən sonra məlum olub ki, maksimum ömür uzunluğu sonuncu dəfə 1997-ci ildə fransalı qadın Jan Kalmentə məxsusdur. Yeni rekordun isə 2100-cü ildə olacağı güman edilir.

Hazırda dünyada 110 yaşdan yuxarı 12 nəfər var. Kanadalı alim hesab edir ki, insan ömrünün yuxarı həddi yoxdur. Bununla belə, o, yüz illiklərin sayının artmasının tibbi xərclərin və sosial təminat sistemindəki gərginlik kimi mənfi nəticələri barədə xəbərdarlıq edir.

Cənubi Kaliforniya Universitetinin professoru Eileen Krimmins də oxşar fikri ifadə edir. O qeyd edir ki, ölüm riski 50 yaşından sonra sürətlə artır, sonra 80 yaşa doğru və hətta 110 yaşa qədər yavaşlaya bilər.

İnsan 110 yaşına çatdıqda, növbəti ildə ölmək şansı 50%-ə çatır ki, bu da bəzi 130-180 il ömrünün yuxarı həddini göstərə bilər.
 
Ardını oxu...

DogruXeber.az: - Şüyüd toxumu yağının hər kəsə məlum olan faydaları var. Onun haqqında bilməli olduğunuz şeylərdən biri də ondan necə və nə qədər istifadə edilməli olduğudur. Bəs, onun arıqlamağa kömək etdiyini bilirdiniz?

Sizə şüyüd toxumu yağının 6 faydasını təqdim edirik:

Dərman bitkisi olan şüyüd toxumu orqanizmə verdiyi faydalarla bir çox xəstəliklərdən qoruya bilir. Şüyüd toxumu yağı müntəzəm olaraq istehlak edilərsə, maddələr mübadiləsini sürətləndirərək arıqlamağı asanlaşdıra bilər.

Şüyüddə C vitamini, kalium, manqan, kalsium və dəmir var. Vitamin C bədəninizdə güclü antioksidant rolunu oynayır, sərbəst radikallar adlanan qeyri-sabit molekulların yaratdığı hüceyrə zədələnməsindən qoruyur.

Şüyüd və şüyüd toxumlarının bəlkə də ən təsirli faydaları tərkibindəki antioksidantlardan və güclü bitki birləşmələrindən qaynaqlanır. Bitkinin efir yağının tərkibində 87-dən çox uçucu birləşmə olduğu sübut edilmişdir.

Şüyüd toxumu yalnız yeməklərinizə ləzzət əlavə etmir, həm də iştahı azaltmağa kömək edir. Şüyüd efir yağının əsas komponenti olan anethole, otun iştahı yatırma xüsusiyyətlərinin arxasında ola bilər. Bu sahədə aparılan tədqiqatlar ziddiyyətlidir və şüyüdün potensial iştah kəsici xüsusiyyətlərini tam başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var.

Şüyüd və onun toxumlarını yemək ürək sağlamlığına bir neçə cəhətdən fayda verə bilər, çünki onlar yüksək xolesterin kimi müəyyən ürək xəstəliyi risk faktorlarını azaltdığı sübut edilmiş bir qida maddəsi olan liflə doludur.

Estrogen hormonunu stimullaşdırdığı düşünülən şüyüd çayı ananın bədənində daha çox süd istehsalına səbəb ola bilər. Şüyüd çayının həddindən artıq istehlakı süd istehsalını azalda və körpədə həzm problemlərinə səbəb ola bilər. Bundan əlavə, bəzi maddələr körpələrdə yuxu problemlərinə və ya əsəbiliyə səbəb ola bilər.//Axşam.az

 

 
Ardını oxu...
Beynəlxalq alimlər qrupu yuxusuzluğun öhdəsindən gəlməyin yolunu kəşf edib.
BMJ Open jurnalında dərc olunan məqaləyə görə, uzun müddət həftədə 2-3 dəfə müntəzəm məşq etmək yuxunu yaxşılaşdırır.
10 illik araşdırmada 4399 insan iştirak edib. İştirakçıların 37 faizi fiziki fəaliyyətsiz, 18 faizi fiziki fəaliyyətə yeni başlamlış, 20 faizi fiziki aktivliyi dayandırmış, 25 faizi isə daim fiziki fəaliyyət göstərib.
Nəticədə fiziki cəhətdən aktiv olanlar yuxuya getməkdə əhəmiyyətli dərəcədə daha az çətinlik çəkib.
Məşqin yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı olduğuna dair əvvəlki sübutlar bird aha təsdiqini tapıb. Lakin burada davamlılığın olması önəm kəsb edir.
 
Ardını oxu...
Əsrlər boyu gözəl bir içki hesab edilən limonlu çay çox faydalıdır. Foodinfo.az xəbər verir ki, müasir tədqiqatlar onun yalnız sağlamlığımız üçün dəyərini bir daha təsdiqləyir.Belə ki, çay və limonun tərkibindəki antioksidantlar qan damarlarında xolesterinin yığılması ilə mübarizə aparır, qan dövranını yaxşılaşdırır. Limonun tərkibindəki C vitamini immunitet sistemini stimullaşdırır. Limonlu çay mədə şirəsinin ifrazını stimullaşdıraraq mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir.İlıq limonlu çay içmək xüsusilə soyuq havalarda bədənin su səviyyəsini saxlamağa kömək edir.
 

Dünyapress TV

Xəbər lenti