Ardını oxu...
Bakının müxtəlif yerlərində bütün kosmetik vasitələrin bir manata satıldığı mağazalara rast gəlinir. Bir manatlıq kosmetik məhsullar hətta sosial şəbəkələrdə də reklam olunur.

Belə ucuz məhsulların keyfiyyəti ciddi suallar doğurur.

Ekspertlər hesab edirlər ki, bir manatlıq kosmetik vasitələrin tərkibində sağlamlıq üçün zərərli, hətta ciddi xəstəliklər yaradan kimyəvi maddələr ola bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Koksaki kiçikyaşlı uşaqlarda özünü ağız ətrafında, ağzın içində, əllərdə və ayaqlarda büruzə verən bir virusdur. Mütəxəssislərin dediyinə görə, ona adətən 3-10 yaş arası uşaqlarda rast gəlinir.

Referans.az xəbər verir ki, həkim-pediatr Lalə Nurməmmədova deyib:

“Koksaki fekal-oral yolla yayılan virusdur. Xəstədə hərarət və halsızlıq, qusma, ishal, ən əsası da səpgilər ola bilər. Yay-yaz, payız aylarında daha çox və kiçik epidemiyalar şəklində yayılır. Virus daha çox bağça və ibtidai sinif yaşlı uşaqlarda özünü göstərir”.

Həkim-pediatr deyir ki, səpgilər təxminən 2-3 gün ərzində davam edir. Həmin müddət ərzində uşaqlar karantində olmalıdır. Bəzən bu xəstəlik suçiçəyi ilə qarışdırılır, ona görə də uşaqların hansı virusa yoluxduğunu müəyyənləşdirmək üçün həkim müayinəsi vacibdir.

“Koksaki suçiçəyi qədər çox ağır olmur. Bütün viruslarda olduğu kimi ağırlaşmış formada pnevmoniya, meningit ola bilər. Xəstəlik ağrılı və qaşıntılar çox olduqda dəstəkləyici tədbirlər görülməlidir. Antibiotik və ya antiviral dərmanlardan istifadə edilmir”, – deyə həkim-pediatr bildirib.

Həkim uşaqlar arasında Koksaki virusu olmasından təşvişə düşməməyi tövsiyə edir, çünki yoluxma epidemiya halında deyil. Əsas məsələ vaxtında həkimə müraciət etməkdir. Virus 3 gündən artıq davam edərsə, uşaq həkim nəzarəti altında olmalıdır, əks halda fəsadlar yarana bilər.
 
Ardını oxu...
Britaniyanın “Daily Mail” nəşri Stenford Universitetinin alimlərinin süni intellektdən istifadə edərək apardıqları araşdırma haqqında məlumat yayıb. Təcrübə zamanı kişi və qadın beyinləri arasında əvvəllər məlum olmayan fərq aşkar edilib.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, əsas fərqlər şüuraltı məlumatların emalı ilə məşğul olan beyin şəbəkəsində, öyrənmədə iştirak edən striatum və limbik şəbəkədə, eləcə də insanların mükafatlara reaksiyasında olduğu ortaya çıxıb.

Alimlər deyirlər ki, aparılan araşdırmaya görə kişilər qadınlardan daha yaxşı zarafat edirlər. Ancaq rasionallığa gəlincə, eksperiment əvvəllər mövcud olan fikirləri təkzib edib ki, bunlar da kişilərin imtiyazlarıdır. Məlum olub ki, kişilər riskli, qadınlar isə balanslı qərarlara meyllidirlər.

Eyni zamanda, araşdırma kişilərin daha yaxşı naviqasiya bacarıqlarına sahib olduğuna dair köhnə seksist stereotipi qismən təsdiqləyib. Kişi beyni məkan naviqasiya məlumatlarını daha sürətli emal edir.

Ancaq qadınlar daha yaxşı yaddaşa sahibdirlər. Üstəlik, qadınlar bütün yaddaş göstəricilərində kişiləri inamla qabaqlayırlar. Qadınların xarici dilləri daha asan öyrəndikləri iddiasına gəlincə, elm adamları beyin funksiyası ilə bağlı heç bir dəlil tapmayıblar. Ancaq qeyd olunub ki, bu, bir növ mədəni qəribəlik ola bilər.

Nəhayət, araşdırmalar göstərir ki, qadınlarda beyincikdən yuxarı olan beyin sahələri sağ və sol yarımkürələr arasında məlumatı daha yaxşı ötürür. Bu, qadınlara emosiyaları daha asan oxumağa və digər insanların niyyətlərini başa düşməyə kömək edir.

Ancaq kişilər beynin əks tərəfindəki beyincik və korteks arasında daha çox əlaqəyə malikdirlər. Buna görə də daha yaxşı hərəkət koordinasiyasına sahibdirlər.
 
 
 
Ardını oxu...
Bəzi qidalar başağrısı və miqren üçün olduqca faydalıdır. Foodinfo.az xəbər verir ki, aşağıdakı məhsulları istifadə etməklə bu ağrıların azalması və ya dayanmasına kömək edə bilərsiniz. Avokado: Miqrenlə mübarizədə çox təsirli bir qidadır. Lutein və zeaksantin kimi antioksidantlarla zəngin olan avokado şiddətli baş ağrılarına faydalıdır.Əncir: İltihabı azaltmaqda və baş ağrılarını uzaqlaşdırmaqda təsirli olan əncirin tərkibində çoxlu miqdarda kalium var. Gün ərzində əncir yemək miqren ağrıları üçün çox əhəmiyyətlidir.Qızıl balıq: Tərkibində omeqa-3 yağ turşuları və B-2 vitamini olan qızılbalıq tez-tez baş ağrılarından əziyyət çəkənlər üçün möcüzəvi qidadır. O, həmçinin bədəndəki iltihabı azaldır və ağrıları aradan qaldırır.Şirin kartof: Dadlı olması ilə yanaşı, şiddətli miqren ağrıları ilə mübarizədə də mühüm rol oynayır. C vitamini ilə zəngin olan kartofun tərkibində B1 vitamini və kalium var. Baş ağrısından əziyyət çəkəndə şirin kartof yemək ağrıları azaldır və sakitləşdirir.Su: İçməli su qan dövranını artıra və qan damarlarını genişləndirməyə kömək edə bilər. Bu, baş ağrılarını aradan qaldırır. Çünki bəzi baş ağrıları daralmış qan damarlarından qaynaqlanır.Qarpız: Baş ağrısının ən böyük səbəblərindən biri susuzluqdur. Təzə tərəvəz və meyvələr, xüsusilə də yay meyvələri tərkibindəki su ilə gün ərzində baş verə biləcək baş ağrılarının qarşısını alır. Məsələn, ən məşhur yay meyvələrindən biri olan qarpızda həm su, həm də kalium və maqnezium kimi vacib minerallar var.Yerkökü və kərəviz: Su ehtiyacınızı qarşılayan qarpız, kök və kərəviz kimi qidaları qəbul etmək ağrılarınız üçün çox əhəmiyyətlidir. Susuzluq baş ağrılarının əsas səbəblərindən biridir. Bu zaman yerkökünü tez-tez yemək vacibdir.Qatıq: B vitamininin bir hissəsi olan riboflavin qatıqda çox miqdarda olur. Miqrenə qarşı qoruyucu təsiri olan riboflavin tərkibli qatıq, gününüzü ağrısız keçirmək üçün əhəmiyyətlidir.Kinoa: Siyahıdakı ən vacib qidalardan biridir. Tərkibində riboflavin, maqnezium və dəmir olan kinoa miqrenə qarşı olan qidalardandır.
 
Ardını oxu...
Azərbaycanda son 1 ayda koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 513 nəfər sağalıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son ayda COVID-19-dan 28 nəfər vəfat edib.

Aktiv xəstə sayı 114-dir.

Qeyd edək ki, dekabr-yanvar ayı ərzində 325 nəfər koronavirusa yoluxmuş, 217 nəfər sağalmış, 21 nəfər isə COVİD-19-un qurbanı olmuşdu.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qarşıdan Novruz Bayramı gəlir. Süfrələrimizi müxtəlif şirniyyatlarla yanaşı, çərəzlər, meyvə quruları və digər nemətlər bəzəyəcək. Bundan başqa bayram axşamı bişirilən plovlar, müxtəlif mayonezli salatlar kilo almağımıza şərait yaratmaqla yanaşı, mədə-bağırsaq sistemində pozğunluqlar yarada bilər. Bəs o zaman bayramda necə qidalanmalıyıq?

Qida məsələləri üzrə ekspert Ağa Salamov Referans.az-a açıqlamasında bildirib ki, bayram süfrəsi arxasına əyləşən hər bir kəsin ilk sualı “mən nədən başlamalıyam?” olmalıdır.

“Bayram günlərində görürük ki, süfrədə qoğal, şəkərbura, paxlava və bununla yanaşı milli mətbəxin təamları yer alır ki, bu da insanlarda bir növ xoş hislər gətirir. Bu da xoş hislərin nəticəsində komplusiv, yəni aqressiv qidalanma ortaya çıxır. Bu bayram əhvali-ruhiyyəsindən ortaya çıxan bir qidalanma pozuntusudur. Bayram süfrəsində mütləq ki, rəngli və qazlı içkilər, plov, müxtəlif şirniyyatlar olur. Bunlar da bir araya gəldikdə “kalori bombası” ortaya çıxır ki, bu da öz növbəsində mədə pozğunluğu, həzmsizlik, qaraciyər yüklənməsi və piylənməsi, mədəaltı vəzin yüklənməsi, köp kimi hallar meydana gəlir. Mədəmizə bu qədər əzab, zülm verməmək üçün komplusiv qidalanmadan uzaq durmaq məsləhətlidir. Buna görə də qidalanma zamanı insan beynində qidalanma rejimi müəyyənləşdirməlidir”.

Ekspert məsləhət görür ki, əvvəlcə yüngül salatlardan başlamaq hər zaman tövsiyə olunandır. İkinci olaraq, ana yemək seçimimiz ola bilər. Sonda isə şirniyyat əvəzinə, şəkər ehtiyacını qarşılayacaq meyvələr yeyilməsi məqsədəuyğun hesab oluna bilər.

“Əslində, meyvənin yeməkdən əvvəl yeyilməsi məsləhətlidir. Səbəb isə meyvənin mədədəki ət, toyuq və digər qida növlərinin üzərinə düşməsi təqdirində çürüməsidir. Bu da öz növbəsində mədə yaralarına, göynəmələrə səbəb ola bilər. Buna görə də tez həzm olunanları əvvəlcədən qəbul olunmalıdır. Lakin Azərbaycanda belə qida mədəniyyəti formalaşmayıb”.

Eyni zamanda mütəxəssis bayram süfrələrində mayonezlə hazırlanmış salatlar yerinə zeytun yağı ilə hazırlanmış salatlara üstünlük verilməsinin daha effektiv olacağını qeyd edib.
Ardını oxu...Ictimai rəydə sağlamlıqla bağlı bir sıra oturuşmuş fikirlər var ki, bunlardan da biri sağlamlıq üçün normal maddi təminatın vacibliyi düşüncəsidir. İnsanların bir çoxu hesab edir ki, sağlamlığın keşiyində dayanmaq üçün sadəcə iradə deyil, həm də böyük maddi vəsait lazımdır.

Maraqlıdır, maddi durumumuzla sağlamlığımız arasında əlaqə varmı? Həm yoxsul, həm də sağlam olmaq mümkündürmü?

Moderator.az-a açıqlama verən professor Adil Qeybulla mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Kasıblıq və varlılığın sağlamlığa elə bir aidiyyatı yoxdur. Əksinə, təcrübə göstərir ki, kasıb adamların içərisində sağlamlar daha çoxdur. Çünki onlar məcburən fiziki aktivliyə önəm verir. Onların qidalanması aşırı dərəcədə deyil. Kasıb insanlar bəzi imkanlı şəxslərin keçirdiyi zərərli həyat təzindən uzaqdırlar. Buna görə də son nəticədə onlar daha sağlam olur.
Sağlamlıq üçün brinci şərt sağlam qidalanmadır. Sağlam qidalanmaq üçün böyük vəsait lazım deyil. Bunun üçün ziyanlı şeylərdən, eləcə də yağda qızadılmış yeməklərdən, şəkərdən uzaq durmaq lazımdır. Hərəkəti artırmaq, zərərli vərdişlərə yol verməmək vacibdir.

Təəssüflər olsun ki, bizim insanlarımız buna diqqət etmir. Bu gün həddindən artıq qidalanma, zərərli vərdişlərin, oturaq həyat tərzinin artması, insanların hədsiz dərəcədə tənbəlləıməsi sağlamlığa ciddi ziyan vurur.

Bizim genefondla bağlı da bəzi problemlərimiz var. Qohumluq nigahları genefondu xeyli zədələyib. Azərbaycan irsi xəstəliklərin az qala endemik zonasına çevrilib. Bütün bunları normallaşdırmaq üçün çox ciddi proqrama ehtiyac var. Kütləvi idman, az qidalanmaq, qida rejiminə ciddi fikir vermək lazımdır. Bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında balans yaratmaq lazımdır. Zərərli vərdişlərdən uzaq durmaq lazımdır.

Düşünürəm ki, sağlamlıq məsələsində varlı-kasıb söhbəti yalnız spekulyasiyadır”.
 
Ardını oxu...
"Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir"

Bunu ötən gün deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında deyib. Moderator.az-a açıqlama verən millət vəkili gənclərimizin qidalarına diqqət yetirmələrini tövsiyyə edib:

"Milli Məclisin komitə iclasında səsləndirdiyim fikirlərdə də qeyd etmişdim. Bildirmişdim ki, qanun layihəsində olan dəyişiklikə əlaqədar Universitetlərin qarşısında bir manat əlli qəpiyə dönər satılır. Üstəlik bu qiymətə dönərlərlə birlikdə ayran da təklif olunur. Dönərlərlə birlikdə ayranın qiymətlərini nəzərə alsaq üstəgəl çörəyin arasına ətlə birlikdə dönər üçün istifadə edilən inqredientlərin qiymətini hesablasaq belə çıxır ki, ət tələbələr üçün pulsuz başa gəlir. Bu obyektlər əti hardan neçəyə alırlar ki, dönəri bu qiymətə satırlar? Ətin alınmasına nəzarət varmı, sertifikatlarının olub- olmamasına kim nəzarət edir? Bu məsələləri Milli Məclisdə də qaldırmışdım. Sözügedən məsələyə aydınlıq gətirilməsi nəzarətin gücləndirilməsi vacibdir. Bu vəzifədə tənzimləmə işlərinin aparılması da qida təhlükəsizliyi agentliyinin üzərinə düşür.

Onu da qeyd edim ki, əsasən bu dönərlərdən şagirdlər və tələbələr istifadə edirlər. Ona görə də bu məsələyə daha çox nəzarət olunmalıdır".
 
Ardını oxu...
Sağlam qidalanma adekvat və balanslaşdırılmış qidalanmadır.Vücudumuzu təşkil edən hüceyrələrin nizamlı və balanslı işləməsi üçün kifayət qədər miqdarda qida, yəni yağlar, karbohidratlar, zülallar, vitaminlər və minerallar qəbul etməliyik.Foodinfo.az-ın məlumatına görə, bədənimizin bütün qidalara ehtiyacı var. Birtərəfli yemək, yəni yalnız zülal və ya karbohidratlarla qidalanma yanlışdır. Balanslaşdırılmış qidalanma ilə biz vitaminlər, minerallar və lif kimi vacib qidaları da alırıq.Qida piramidasına 5 əsas qida qrupu daxildir. Piramida aşağıdan tez-tez istehlak edilməli olan karbohidratlarla başlayır və daha az istehlak edilməli olan qidalara doğru hərəkət edir. Bu qida qrupları karbohidratlar, minerallar, zülallar, yağlar və şəkərdir. Qidalanma piramidası qidaların düzgün seçimində bələdçiniz olmalıdır. Bakıvaxtı.az sağlam qida qrupuna daxil olan qidaları təqdim edir:Minerallar: Sağlam həyat üçün lazımdır. Tərəvəz və meyvələrdə olan minerallar (kalsium, mis, yod, dəmir, sink və s.) hüceyrənin qorunması və sağlam dişlər, sümüklər və dəri quruluşu üçün vacibdir. Minerallar ürək ritmi, qan təzyiqi və bədəndəki maye balansı kimi bir çox digər tənzimləyici funksiyalarda da rol oynayır.Zülallar: Bədənin ən təsirli kalori yaxan hissəsi olan əzələ toxumasını gücləndirmək baxımından çox əhəmiyyətlidir. Zülal ət, süd məhsulları və daha az dərəcədə taxıl məhsullarında olur.Yağ-şəkər: Yağ və şəkər çox az istehlak edilməsi lazım olan qidalardır, lakin A, D, E və K vitaminləri kimi bədənimiz üçün vacib vitaminləri daşıdıqları üçün sağlamlığımız üçün də çox vacibdir. Yağlar və yağlar, şəkər və şirniyyatlar bu qrupa daxildir. Yemək vərdişlərimiz zehni və fiziki fəaliyyətlərimizə təsir edən amillərdən biridir. Qeyri-sağlam qidalanma düşüncə və anlama bacarıqlarının azalmasına və yaddaş itkisinə səbəb olur. Gündə 8 saat yatmağınıza baxmayaraq özünüzü yorğun hiss edirsinizsə, fiziki və zehni fəaliyyətinizdə tez yorulursunuzsa, yaddaşınızda və düşüncənizdə azalma görürsünüzsə, yemək vərdişlərinizi mütləq nəzərdən keçirin və aşağıdakı təkliflərimizə nəzər salın.
 
 
 
Ardını oxu...
Tez-tez baş verən şiddətli baş ağrıları bəzi insanlar üçün kabusa çevrilir. Miqrenin müalicəsində ilk seçim olaraq dərman istifadəsi ilə ağrıların qarşısını almağa çalışsaq da, bu, təbii üsullarla da mümkündür. Bəs çox işləmək, həddindən artıq stress, kifayət qədər su içməmək nəticəsində yaranan miqrenlərə hansı qidalar faydalıdır?Foodinfo.az dərman istifadə etmədən baş ağrılarını aradan qaldırmağın yollarını təqdim edir:Avokado: Avokado miqrenlə mübarizədə çox təsirli bir qidadır. Lutein və zeaksantin kimi antioksidantlarla zəngin olan avokado şiddətli baş ağrılarına çox yaxşı təsir edir. Əncir: İltihabı azaltmaqda və baş ağrılarını aradan qaldırmaqda təsirli olan əncirin tərkibində çoxlu miqdarda kalium var. Gün ərzində bir qədər əncir istehlakı miqren ağrıları üçün çox əhəmiyyətlidir. Qızılbalıq: Tərkibində omeqa-3 yağ turşuları və B-2 vitamini olan qızılbalıq tez-tez baş ağrılarından əziyyət çəkənlər üçün möcüzəvi qidadır. O, həmçinin bədəndəki iltihabı azaldır və ağrıları aradan qaldırır. Şirin kartof: Dadlı olması ilə yanaşı, şiddətli miqren ağrıları ilə mübarizədə də mühüm rol oynayır. C vitamini ilə zəngin olan kartofun tərkibində B1 vitamini və kalium var. Su: İçməli su qan dövranını artırır və qan damarlarını genişləndirməyə kömək edir. Bu, baş ağrılarını aradan qaldırmağa yardımçı olur, çünki bəzi baş ağrıları daralmış qan damarlarından qaynaqlanır.Qarpız: Baş ağrılarının ən böyük səbəblərindən biri susuzluqdur. Təzə tərəvəz və meyvələr, xüsusilə də yay meyvələri tərkibindəki yüksək su ilə gün ərzində baş verə biləcək baş ağrılarının qarşısını alır. Məsələn, ən məşhur yay meyvələrindən biri olan qarpızda həm su, həm də kalium və maqnezium kimi vacib minerallar var.Yerkökü və kərəviz: Su ehtiyacınızı qarşılayan qarpız, kök və kərəviz kimi qidaları qəbul etmək ağrılarınız üçün çox əhəmiyyətlidir. Qatıq: B vitamininin bir hissəsi olan riboflavin qatıqda çox miqdarda olur. Miqrenə qarşı qoruyucu təsiri olan riboflavin tərkibli qatıq istehlakı gününüzü ağrısız keçirmək üçün əhəmiyyətli bir seçimdir.
 

Dünyapress TV

Xəbər lenti