Ardını oxu...
Alma rəngindən asılı olmayaraq, sağlamlıq üçün faydalıdır, lakin bəzi rənglərin spesifik üstünlükləri var. Foodinfo.az xəbər verir ki, qırmızı, yaşıl və sarı almaların hər biri fərqli qida maddələri və faydalar təmin edir.Qırmızı AlmaQırmızı alma, xüsusilə də qabığında yüksək miqdarda antioksidant olan flavonoidlər və polifenollar ehtiva edir. Bu maddələr ürək sağlamlığını dəstəkləyir və xərçəng riskini azaltmağa kömək edir. Qırmızı almalar həmçinin daha çox lif və C vitamini ilə zəngindir, bu da həzmi yaxşılaşdırır və immun sistemini gücləndirir.Yaşıl AlmaYaşıl almalar daha az şəkər və daha çox lif ehtiva edir, bu da onları şəkər səviyyəsini nəzarətdə saxlamaq istəyənlər üçün ideal edir. Onlar daha çox turş dadı və daha az kalori ilə fərqlənir. Yaşıl almalar C vitamini və K vitamini ilə zəngindir, bu da sümük sağlamlığını dəstəkləyir və qan laxtalanmasını tənzimləyir.Sarı Alma Sarı almalar mədə-bağırsaq sağlamlığı üçün faydalıdır. Onlar lif, kalium və C vitamini ilə zəngindir və böyrək daşlarının əmələ gəlməsinin qarşısını almağa kömək edir.Hansı rəngdə olmasından asılı olmayaraq, almalar az kalorili, çox faydalı meyvələrdir. Onların hər bir növü müxtəlif sağlamlıq faydaları təqdim edir, buna görə də müxtəlif rənglərdə almalar yemək ən yaxşı seçimdir.
 
 

 


Ardını oxu...
Holland pendiri öz unikal dadı və zəngin tarixi ilə dünya miqyasında məşhur olan pendir növüdür. Bu pendirin bir neçə müxtəlif növü vardır və hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilir.Foodinfo.az xəbər verir ki, holland pendiri, əsasən Niderlandda istehsal olunan və dünyanın bir çox yerində tanınan bir pendir növüdür. Ən məşhur Holland pendirləri arasında Gouda, Edam və Leyden pendirləri yer alır. Holland pendiri protein, kalsium və müxtəlif vitaminlər (xüsusilə B12 vitamini) ilə zəngindir. Bu qidalar sümük sağlamlığı və əzələ inkişafı üçün vacibdir.Yüksək kalorili bir qida olduğu üçün, enerji ehtiyacı olanlara yaxşı bir mənbədir. İdmançılar və aktiv həyat tərzi olan insanlar üçün ideal bir qidadır.Bəzi növ holland pendirləri faydalı probiotik bakteriyalar ehtiva edir ki, bu da həzm sistemini dəstəkləyir və ümumi sağlamlığı artırır.Holland pendiri yüksək kalorili olduğundan qədərində istifadə etmək vacibdir. Hər yeməkdə kiçik miqdarda istifadə edərək qida dəyərindən faydalanmaq olar.Holland pendiri salatlar, sendviçlər və müxtəlif yeməklərdə istifadə edilə bilər. Bu pendir yeməklərə zəngin ləzzət qatır.Bu pendiri soyuducuda saxlayın və istifadə etdikdən sonra yaxşıca sarın ki, qurumasın və öz ləzzətini itirməsin.
 
Ardını oxu...
Çində 2 ildir öskürəyi keçməyən adamın şikayətinin xərçəngdən olduğu düşünülərkən, öskürəyinin əsl səbəbinin ciyərlərində ilişib qalmış acı bibər parçası olduğu ortaya çıxıb.

"DogruXeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürdüyü üçün dərman istifadə edib, bitki mənşəli müalicə yollarına müraciət edib.

Tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyib. Şikayəti davam etdiyi üçün xəstəxanaya getməyə qərar verib. Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və onlar bunun bədxassəli şiş olduğu ehtimalı üzərində dayanıb.

Lakin gözlənilməz hadisə baş verib. Aparılan testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü kütlənin əslində acı bibər parçası olduğu üzə çıxıb.

2 il əvvəl yemək yeyərkən boğazına bir az bibər parçasının qaldığı və bu səbəblə də kişinin öskürəkdən əziyyət çəkdiyi məlum olub.
Ardını oxu...
İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.

Silahlı insident nəticəsində sərhəd naryadının 2 üzvü yüngül xəsarət alıb, onlara zəruri tibbi yardım göstərilib.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunması nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 mm çaplı tüfəng, giliz və patronlar aşkar olunub.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Ardını oxu...
Ardını oxu...
 
2024-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib:

- 102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;

- 3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;

- 4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;

- 5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;

- 9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;

- 7 aptekdə ümumilikdə 18 adda yararlılıq müddəti bitmiş 32 bioloji aktiv qida məhsulunun satışı;

- 4 aptekdə ümumilikdə 4 adda 9 məhsulun istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi;

- 1 aptekdə 1 adda məhsulun içlik vərəqində, 1 aptekdə isə 2 adda 21 məhsulun qablaşdırmasında göstərilən yararlılıq müddətinin uyğun göstərilməməsi;

- 2 aptekdə ümumilikdə 2 adda 5 dərman vasitəsinin bioloji aktiv qida məhsulu kimi satışa təqdim edilməsi;

- 4 aptekdə ümumilikdə 47 adda 53 bioloji aktiv qida məhsulunun üzərində dərman vasitələrinə vurulan “Nəzarət markası" ilə markalanması və digər nöqsanlar.

Agentlik tərəfindən həyata keçirilən tədbirlərlə, ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib ki, onlardan 17-də məhsul satışının dayandırılması, 14-də məhsul satışının qadağan edilməsi, 3-də məhsulun dövriyyədən çıxarılması, 24-də iş personalının işdən kənarlaşdırılması və 1-də isə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar verilib, həmçinin sözügedən müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. 41 aptekdə isə hər hansı uyğunsuzluq aşkar edilmədiyi üçün nəticə qənaətbəxş hesab olunub.

Həmçinin cari dövr ərzində apteklərdə keçirilən monitorinqlər zamanı 39 aptekdə bioloji aktiv qida məhsullarının onlar üçün ayrılan rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmadığı, həmin rəf və dolabların üzərində “Bioloji aktiv qida məhsulları” sözləri, onun alt hissəsində isə “Dərman vasitəsi deyildir” sözlərinin qeyd olunmadığı, 9-da Azərbaycan dilində markalanması olmayan və 1-də isə yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkar edilib.

Görülmüş tədbirlər çərçivəsində tələblərə uyğun olmayan məhsullar satışdan kənarlaşdırılıb, aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri bir daha izah olunub. Bundan başqa, 1 aptekdə bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması faktı aşkar edilib ki, bununla bağlı müvafiq tədbir görülməsi üçün zəruri məlumatlar aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, Agentlik tərəfindən aptek rəhbərlərinə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.
 
Ardını oxu...
Yeni Cənubi Uels Universitetinin (Avstraliya) alimləri müəyyən ediblər ki, yeniyetmələrin alkoqolsuz şərab və pivə istehlakı yetkinlik yaşına çatdıqdan sonra əsl spirtli içkilərə həvəsi artıran amil kimi çıxış edə bilər.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri “Appetite” jurnalında dərc olunub.
Tədqiqatda 600-ə yaxın yeniyetmə iştirak edib. Alimlər subyektlərdən tərkibində sıfır spirt olan içkilər içmək təcrübələrini təsvir etməyi və onların dadını xarakterizə etməyi xahiş ediblər. Nəticələr göstərib ki, sorğuda iştirak edənlərin yarıdan çoxu pivə və şərabın alkoqolsuz alternativlərini cəlbedici hesab edir. Subyektlərin üçdə biri artıq belə içkiləri sınadıqlarını söyləyib.
Həmçinin qeyd edilir ki, bəzi tədqiqat iştirakçıları alkoqollu içkilərin alkoqolsuz variantlarını onları pivə və şərabın daha da alınmasına və yetkinlik yaşına çatdıqdan sonra aktiv istehlakına sövq edən “giriş məhsulları” kimi təsvir ediblər. Alimlər əlavə ediblər ki, valideynlərin və həmyaşıdlarının alkoqolsuz məhsulları seçməyə təşviq edilməsi onların dad və istehlak nümunələri ilə bağlı müəyyən müsbət assosiasiyaları gücləndirir. Bu cür “müsbət təcrübə” yetkinlik dövründə alkoqol asılılığı üçün risk faktoru kimi çıxış edə bilər.
 
Ardını oxu...
Mütəxəssislər deyir ki, işbazlar ölkədə müstəqil laboratoriyanın olmamasından istifadə edirlər

"Sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan yemi kimi istifadə olunan yağları açıq şəkildə Azərbaycana gətirib, təkrar emal edirlər, süzürlər və əhaliyə verirlər. Dəhşətli faciədir. Onkoloji xəstəlikləri yayan da bu yağlardır”.

Bu iddia ilə Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda bütün böyük və kiçik mağazalarda satılan günəbaxan, qarğıdalı və s. yağların mənşəyi məlum deyil.

Partiya sədri əlavə edir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlasa, bu halları aşkarlaya bilər.

Azərbaycana yeyinti yağları əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan idxal olunur.

Qida üzrə mütəxəssisləri bildirirlər ki, Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı ciddi şübhələr var.

İddia olunur ki, satışdakı yağların 95%-i Azərbaycanda qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır.

Ucuz qiymətə satılan bu yağların tərkibinin əsas hissəsi trans yağlardır.

"Kərə yağı” adı ilə satılan bir çox yağın tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandırığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağınını iştirakı ilə hazırlanıb. Yəni məhsulun tərkibinə həm də kərə yağı qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatları oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.

Bəzi qablaşdırma məlumatlarında isə "trans yağ” əvəzinə "hidrogenləşdirilmiş bitki yağı” ifadəsi yazılır.

Trans yağ nədir?

İyirminci əsrin əvvəllərindən etibarən bitki mənşəli yağların dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, saxlama müddətini və istifadə imkanlarını artırmaq məqsədilə onların qismən hidrogenləşdirilməsi prosesinə başlanılıb. Bu proses zamanı bitki yağlarının tərkibində orqanizm üçün faydalı olan doymamış yağların quruluşunda dəyişikliklər baş verir.

Prosesin sonunda yarıqatı, yaxud qatı yağ əldə olunur. Bu tip yağlar iyirminci əsrin sonlarına qədər heyvan mənşəli yağların ən sağlam əvəzedicisi kimi təbliğ olunub. Sonradan trans yağların insan sağlamlığına ciddi təhlükə yaratdığı məlum olub.

Azərbaycan da daxil olmaqla, bu yağlardan bəzi ölkələrdə tez hazırlanan qida və qəlyanaltılarda, sous, mayonezlərin istehsalında, həmçinin şirniyyatlarda, xırçıldayan kartof qızartmalarında istifadə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21%, ölüm riskini isə 28% artırır.

Trans yağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, alzheymer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur.

Araşdırmalara əsasən, trans yağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir.

ÜST deyir ki, böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sisteminin pozulmasına səbəb olur. Trans yağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyinin də sübut olunduğu bildirilir.

Başqa bir araşdırmaya görə, trans yağ turşularının istehlakı ilə postmenopauza (klimaks) dövründə olan qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi riski arasında qarşılıqlı əlaqənin olduğu sübut edilib.

Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il rəsmi hesabatına əsasən, tərkibinə trans yağ turşuları daxil olan yağların qida rasionunda istifadəsinin maksimum dərəcədə azaldılması (2000 kkal enerjiyə gündə 2 qramdan daha az, yəni ümumi enerji tələbatının 1 %-dən daha az) məsləhət görülür.

Təşkilat 2018-ci ildə isə trans yağların hər il 500 min insanın vaxtından əvvəl ölümünə səbəb olduğunu açıqlayıb.

Xüsusən inkişaf etmiş ölkələrdə istehlak edilən qida qrupları ilə əlaqəli olaraq, Qida və Dərman Assosiasiyası (FDA – Food and Drug Association), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO – Food and Agriculture Organization) və ÜST kimi beynəlxalq qurumlar trans yağlardan imtinanı tövsiyə edirlər.

ÜST-nin son məlumatına görə, hazırda trans yağlardan imtina edən ölkələrin sayı 53-dür.

2023-cü ildə bu siyahıya Misir, Meksika, Moldova, Nigeriya, Şimali Makedoniya, Filippin və Ukrayna da əlavə olunub.

ÜST bütün dünya ölkələrinə 2025-ci ilə qədər trans yağlardan istifadəni dayandırmağı tövsiyə edib.

Azərbaycanda qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cavabdehdir. Lakin ekspertlər hesab edirlər ki, qidaların tərkibini yoxlamaq üçün həm də müstəqil laboratoriyalar olması vacibdir.

İqtisadçı ekspert, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Meydan TV-yə deyir ki, Azərbaycanda müstəqil laboratoriya olmadığı üçün idxal edilən yağların, qida məhsullarının keyfiyyətinə şübhə etməyə ciddi əsaslar yaranır: "Azərbaycan nə bitki yağı, nə də kərə yağına olan təlabatını ödəyə bilmədiyi üçün xammalı xaricdən idxal edir. Ölkəyə kərə yağı da böyük həcmdə gətirilir və burada qablaşdırılır. Bu yağların tərkibində birmənalı olaraq qatqılar var. Ölkədə müstəqil laboratoriya və şəffaflıq olmadığı üçün həmin məhsulların keyfiyyəti ilə bağlı nəsə deyə bilmirik”.

Türkiyə və Gürcüstanla müqayisələr aparan ekspert deyir ki, hər iki ölkədə Azərbaycanla müqayisədə idxal olunan istər bitki, istərsə də kərə yağları çox keyfiyyətlidir: "Türkiyədə istifadə etdiyim həm kərə yağı, həm də bitki yağı Azərbaycandakı marketlərdə təklif olunanlardan yüksək keyfiyyəti ilə fərqlənir. Bu yaxınlarda marketə getmişdim ki, kərə yağı alım. Axtardım, üzərində Almaniya, Fransa, Zellandiyadan gətirilmiş yağlar olduğu bilinirdi. Azərbaycanda qablaşdırıldığı üçün məndə şübhə yarandı. Yaxşı yağı qoxusundan hiss edirsən. Hətta İrandan gətirilən yağ belə daha keyfiyyətlidir, nəinki Azərbayacana Avropadan gətirilən yağlar”.

Azərbaycan niyə Ümumdünya Ticarət Təşkilatına üzv olmur?

Azərbaycan Ümumdünya Ticarət Təşkialtına (ÜTT) üzv olmadığı üçün Avropdan ölkəyə keyfiyyətli məhsulların gətirilməsi də mümkün olmur. Beynəlxalq ticarətin 98%-i ÜTT üzvlərinin payına düşür. Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür.

Vahid Məhərrəmli deyir ki, Azərbaycan ÜTT-na daxil olduğu təqdirdə, ölkədə müəyyən qədər məhsul bolluğu yarana, həmçinin inhisarçılığın qarşısı alına bilər: "Bu təşkilata üzv olmamağımız Azərbaycanda inhisarçıların ürəyincədir. Məlumat doğrudur ki, Azərbaycana yarasız xammallar gətirib, burada təkrar emal edilib, qablaşdıraraq satışa buraxılır. Başqa seçim olmadığı üçün məcbur həmin keyfiyyətsiz yağlardan istifadə edirik. Əksər ölkələrdə trans yağların istifadəsi qadağan olunub. Amma Azərbaycanda işbaz vicdansızlar fürsətdən istifadə edirlər. Boğazımız onların əlindədir. Ona görə də istədikləri kimi pul qazanmaq üçün belə hərəkətlərə yol verirlər”.

1995-ci ildə yaradılan Ümumdünya Ticarət Təşkilatının əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

"İnsanların keyfiyyətli yağ almağa imkanı yoxdur”

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev Meydan TV-yə deyir ki, istehlakçılar yağ alarkən mütləq tərkibini diqqətlə oxusunlar: "Bəzən marketlərdə görürük ki, yağın üzərinə "Kərə yağı” yazılıb. Amma tərkibini oxuyanda, görürsən ki, balaca hərflərlə yazıblar ki, tərkibində "trans yağlar” var. Yaxud da başqa yağlar qatılıb, tam kərə yağı deyil. Yəni üzərinə yazılan "Kərə yağı” sözünə aldanmasınlar, onun etiketini, tərkibini də mütləq şəkildə oxusunlar. Çünki bəzən işbazlar insanları aldatmaq üçün bu kimi terminlərdən, ifadələrdən istifadə edirlər. Azərbaycanda qeyri-qanuni qida istehsalı ilə məşğul olanlar çoxdur. Nəzarətdən yayınan istehsalçılar da var. Hər bir insan özü də nəzarətçi olmalıdır. AQTA-nın da vəzifə borcu məshulların təhlükəsizlik göstəriciləri normalarına riayət edərək, istehsal olunmasına nəzarət etməkdir. Sağlam qida isə hər bir insanın öz seçimidir”.

Asim Vəliyev diqqəti həm də istehlakçıların alıcılıq qabiliyyətinə çəkir. Bildirir ki, hazırda istehlakçılar büdcələrinə uyğun qida məhsulları alırlar: "İnsanların dolanışığı, gəlir səviyyəsi elə bir vəziyyətdədir ki, onlara "5 yox, 15 manatlıq yağ al”, – deyə bilmərik. Hazırda insanlar ət tələbatını qarşılamaq üçün "broyler” toyuğu yeməyə məcbur qalır”.

Mövzu ilə əlaqədar AQTA-nın mövqeyini öyrənmək mümkün olmayıb.
 
 
 
Ardını oxu...
Bu ilin ilk rübündə Azərbaycana başqa ölkələrdən 13,6 milyon dollar dəyərində 11 min 880 ton palma yağı gətirilib. Keçən ilin eyni dövrü ilə müqayisədə idxalın təxminən iki dəfə artığı məlum olur. Məhsulun əsas hissəsi İndoneziya və Malayziyadan tədarük edilib. Onsuz da dünyadakı palma yağı istehsalının 80 faizi Asiyanın bu iki dövlətinin payına düşür. Azərbaycana Rusiyadan və Türkiyədən də palma yağı idxal olunub.
Bizimyol.info xəbər verir ki, ölkəyə bu yağın gətirilməsi müəyyən qədər azalmışdı. Amma yenə də məhsula ehtiyac artıb. Yağ qiymətlərinin yüksəlməsi idxal planına dəyişikliklə nəticələnib. Hər halda palma yağına birdən-birə ehtiyacın artmasını belə qiymətləndirmək olar.

Palma yağının zərərli olub-olmaması illərdir müzakirə edilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ziddiyyətli açıqlamalar verir. Bir tərəfdən deyirlər ki, palma yağının zərərindən söhbət gedə bilməz, digər yandan da məhsulun idxalında məqsədin sabun hazırlanmasında xammala ehtiyac duyulması göstərilir.

Qida mütəxəssisi Məhsəti Hüseynova əmindir ki, məqsəd yağ istehsalında xammalın ucuz başa gəlməsinə nail olmaqdır. Üstəlik, hazırlanan qidanın ömrünü uzatması sahibkarlara sərfəlidir. Bununla da zərərli olub-olmasına baxılmadan palma yağı idxal edilir. Halbuki mütəxəssislər israrla palma yağına yaxın durmamağı məsləhət görür.

2023-cü ildə Gürcüstanda palma yağı idxalı azalıb. Keçən il bu ölkəyə 3,6 milyon dollar dəyərində palma yağı idxal edilib. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ildə ölkəyə 3,8 milyon dəyərində palma yağı idxal olunmuşdu. Qonşu ölkədə idxalı zamanla daha da azaltmaq haqqında düşünürlər. Çünki zərərli olması məsələsi cəmiyyəti narahat edir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində palma yağının insan orqanizmi üçün təhlükəsi barədə hər hansı elmi əsas olmamasını israrla bildirirlər. Avropa Qida Təhlükəsizliyi Agentliyinin tədqiqatı isə bunun əksini deyir. Normadan artıq qəbulu zamanı çox ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Trans yağ əldə etmək üçün xüsusi prosesə ehtiyac var. Bu zaman emal 200 dərəcədən daha yüksək temperaturda həyata keçirilir. Məhz bu proses ciddi xəstəlik, məsələn, xərçəng yaradacaq maddəyə çevrilməsinə səbəb ola bilər.

Pediatr Aytən İsmayılzadə uşaqları tərkibində palma yağından istifadə olunmuş bütün məhsullardan uzaq tutmağı tövsiyə edir.

Mütəxəssislər danışdıqca nə qədər təhlükəli tendensiya ilə üz-üzə qaldığımızı anlamaq olur. Məsul qurum isə cəmiyyəti sakitləşdirməyə, hətta səhv istiqamətləndirməyə çalışır. Palma yağına ehtiyacın artması bütün mənalarda yaxşı hal deyil.
 
 

 


Ardını oxu...
Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Azərbaycan Respublikasında dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

Aşağıdakılar dövlət qeydiyyatına alınır:

– dərman vasitələri (orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları (generiklər), dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri, qablaşdırılmamış dərman vasitələri və tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələri);

– dərman maddələri;

– risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələri.

Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin qüvvədəolma müddəti bitmiş dərman vasitələri, dərman maddələri və tibb vasitələri bu Qaydalar nəzərə alınmaqla yenidən dövlət qeydiyyatına alınır.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin qeydiyyatı üçün tələb olunan bu Qaydalarda göstərilən sənədlərdə əks olunan məlumatlarda hər hansı dəyişiklik edilərsə, həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır.

Dərman vasitələri, dərman maddələri və tibb vasitələri Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və Azərbaycan ərazisinə idxalına, Azərbaycan ərazisində istehsalına, satışına və istifadəsinə icazə verilir.

Dərman vasitəsinin, dərman maddəsinin və ya tibb vasitəsinin dövlət qeydiyyatına (yenidən dövlət qeydiyyatına) alınmasından və dərman vasitəsinin, dərman maddəsinin və ya tibb vasitəsinin qeydiyyat sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:

– bu Qaydalarda göstərilən sənədlər tam təqdim edilmədikdə və bu çatışmazlıq “İnzibati icraat haqqında” qanuna uyğun olaraq aradan qaldırılmadıqda;

– təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar aşkar edildikdə;

-. dərman vasitələrinə və dərman maddələrinə münasibətdə “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş ekspertiza rəyinin nəticəsi mənfi olduqda;

– tibb vasitəsinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi ilə bağlı təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildikdə.

Dərman vasitəsinin və onun tərkibinə daxil olan dərman maddələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət olunduqda dərman vasitəsi və dərman maddəsi üçün ayrı-ayrılıqda qeydiyyat vəsiqələri verilir.

Dərman vasitəsinə, dərman maddəsinə və tibb vasitəsinə verilən qeydiyyat vəsiqəsi 5 (beş) il müddətində qüvvədə olur.

Dərman vasitəsinin və tərkibində dərman maddəsi olan tibb vasitəsinin istifadə təlimatının Azərbaycan dilində notariat qaydasında tərcüməsi ərizəçi tərəfindən təqdim olunur, “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən yoxlanılır və Nazirlik tərəfindən təsdiq edilir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət reyestrinin aparılması Nazirlik tərəfindən “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi vasitəsilə həyata keçirir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinə münasibətdə dövlət reyestrinə Qanunda qeyd olunan məlumatlar daxil edilir. Həmçinin qeydiyyat vəsiqəsində Azərbaycan dilində yazılan əmtəə nişanı adı reyestrdə qeyd olunur.

“Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş hallardan başqa, dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman maddələri və tibb vasitələri ilə əlaqədar aşağıdakı hallardan biri müəyyən edildikdə onların dövlət qeydiyyatı Nazirlik tərəfindən dayandırılır:

– dərman vasitəsinin təyinatı üzrə, istifadə təlimatına müvafiq tətbiq edilməsinə baxmayaraq istifadə təlimatında göstərilməyən əlavə təsirləri yarandıqda;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”na əsasən fayda/risk nisbətinin qiymətləndirilməsi nəticəsində dərman vasitəsinin və dərman maddəsinin terapevtik effektivliyinin olmaması və ya kifayət qədər olmaması müəyyən edildikdə;

– qablaşdırma və markalanma tələblərinə əməl olunmadıqda və bu barədə “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən vəsiqə sahibinə edilən rəsmi xəbərdarlıq nəzərə alınmadıqda;

– Qanuna əsasən Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edilərək bu barədə Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi barədə müvafiq qərar qəbul olunduqda.

Dövlət qeydiyyatı dayandırılmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin Azərbaycan Respublikasına idxalı, Azərbaycan Respublikası ərazisində satış üçün istehsalı, satışı və istifadəsi dayandırılır.

Dövlət qeydiyyatının dayandırılmasının əsası nəzərə alınaraq, Nazirlik tərəfindən dövriyyədə olan dərman vasitələri, dərman maddələri və tibb vasitələri haqqında geri çağırılma barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”na əsasən verilir.
 
Ardını oxu...
Azərbaycanda zərərli palma yağlarının istifadəsi artıb. BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında ölkəyə 5 min ton palma yağı gətirildiyi halda, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 11800 ton palma yağı gətirilib.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məshəti Hüseynova BAKU.WS-ə açıqlama verib.

Mütəxxəsis bildirib ki, hazırki dövrdə qida çeşidliliyi hər zaman sağlam sayılmır:

“Bu həm də qidanın ucuz xammaldan hazırlanmasıdan xəbər verir. Qidanın rəf ömrünün uzun olması müəyyən qatqıların olmasından xəbər verir. Belə olan halda palma yağının istifadəsi də artır, çünki o qidanın ömrünü uzadır. Eyni zamanda, qidada palma yağından istifadə daha ucuz başa gəlir.

Bəzi ölkələrdə palma yağından istifadə olunsa da, ancaq bəzilərində qadağan olunub. Ən əsası da uşaq qidalarında bu yağlardan istifadə olunmur. Hazırda bir çox paketlənmiş qidalarda, restoranlarda verilən yeməklərdə, şirniyyatlarda palma yağlarından daha çox istifadə olunur. Bəzən bunlar göstərilmir, bitki yağı adı altında insanlara təklif olunur.

Palma iki üsuldan hazırlanır. Həm sənaye üsulu, həm də bitkinin meyvəsindən alınan yağla. Əgər təbii haldadırsa, tərkibində A, E vitaminləri, doymamış qida turşuları varsa, az miqdarda, gec-gec istifadə etmək olar. Ancaq mütəmadi istifadədə immunim sisteminin fəaliyyətini zəiflədir, bir çox xəstəliklərə cığır açır. “

Dünyapress TV

Xəbər lenti