Ardını oxu...
Autizmli insanlar ətraf aləm haqqında fərqli təsəvvürə malikdirlər.

Onlar ünsiyyətdə və sosiallaşmada çətinliklərlə uzlaşdıqları üçün ictimai yerlərdən uzaqlaşıb tək qalmağı üstün tuturlar.
Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin budəfəki buraxılışında autizm haqqında bilinməyənlərə aydınlıq gətirilib.

Ətraflı süjetdə

 
Ardını oxu...
Son günlər xəstəxanalara uzun müddət davam edən qusma, yüksək hərarət və ishalla müşahidə edilən virus simptomları ilə müraciət edənlərin sayı artıb.

Bu barədə İctimai TV-nin hazırladığı süjetdə qeyd olunur.

İnfeksionist Aygül Əhmədova deyir ki, istər uşaqlar, istərsə də də böyüklər arasında yayılan bu xəstəlik rotavirus infeksiyasıdır və sağalma müddəti 10 gündür. Onun sözlərinə görə, xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu simptomlardan əziyyət çəkir:

“Belə olan halda insan bol maye qəbul etməli və pəhriz saxlamalıdır”.

Süjetdə qeyd olunur ki, son günlər insanlar arasında gözlərdə quruluq və konyuktivit əlamətləri də geniş yayılıb.

Daha ətraflı:

 
Ardını oxu...
Yayın gəlişi ilə sərinləmək üçün tez-tez dənizin və hovuzun sərin sularına dalırıq. Ancaq lazımi tədbirləri görməsək, xarici qulaq kanalının infeksiyası kimi sağlamlıq problemləri inkişaf edə bilər!
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Qulaq Burun Boğaz Xəstəlikləri Mütəxəssisi Dr. Esin Özlem Atmış yay aylarında xarici qulaq yolu infeksiyasından qorunmaq üçün almalı olduğunuz tədbirləri sadaladı.

Bu xəstəliyin səbəb olduğu qulaqcıqda ağrılar, qulaq tıxanıqlığı və eşitmə itkisi həyat keyfiyyətini aşağı salsa da, müalicə gecikdirildikdə sümük iltihabı, üz iflici, meningit və ya beyin absesi kimi ciddi vəziyyətlər yarana bilər.

Bundan əlavə, göbələk infeksiyaları davamlı infeksiyalar ola biləcəyi üçün qulaqların təkrar təmizlənməsi lazım ola bilər. Ancaq erkən müdaxilə sayəsində xarici qulaq yolu infeksiyası asanlıqla müalicə edilə bilər. Ən əsası, bəzi sadə ehtiyat tədbirləri görülməklə infeksiyanın qarşısını almaq olar.

Qulaq Burun Boğaz Xəstəlikləri Mütəxəssisi Dr. Esin Özlem Atmış, “Təbii ki, dəniz və hovuzlar yay üçün əvəzolunmazdır. Bununla belə, xarici qulaq kanalı nəm qaldığı üçün infeksiyalara qarşı həssas olur. Buna görə də qulağın quru qalması çox vacibdir. Bunun üçün əməl edilməli olan ən mühüm qayda üzgüçülükdən və ya çimdikdən sonra qulaqdakı yaşın kənardan yumşaq dəsmal və ya parça ilə qurudulmasıdır”, – deyə vurğulayıb.
 
Ardını oxu...
Balqabaq tumu təbii lif mənbəyidir. Bir ovuc balqabaq tumu bağırsaqların düzgün işləməsini təmin edir.
Balqabaq tumu sağlam qəlyanaltı hesab edilir. Çünki sağlam yağ turşuları ehtiva edir.

Bundan əlavə, bu çərəz zülal, lif, vitamin və minerallarla zəngin qida mənbəyi kimi də diqqəti cəlb edir.
Bu tumdan faydalanmağın ən yaxşı yolu açıqlanıb. Yatmazdan əvvəl bir ovuc balqabaq tumu yedikdən sonra bir stəkan ilıq su içmək lazımdır.

Bu üsul həzm sisteminin çox daha sürətli işləməsinə imkan verir və qəbizlik problemini aradan qaldırır.

Bəhs edilən üsulun digər faydaları isə belə sıralanır:

1. Antioksidant effekt verir.

2. Diabet riskini azaldır.

3. Xərçəng əleyhinə təsir göstərir.

4. Pis xolesterol səviyyəsini aşağı sala bilər.

5. Yuxunu yaxşılaşdırır.

6. Parazitlərin bədəndən çıxarılmasını təmin edir.

7. Sidik kisəsinin sağlamlığı üçün faydalıdır.

8. Sümüklər üçün vacib bir qidadır.

9. Retinanın sağlamlığını qoruyur.

10. Saçlarınızı gücləndirir.

11. İmmuniteti gücləndirir.

12. Prostat sağlamlığını dəstəkləyir.

13. Dərinin sağlamlığını qoruyur.

14. Qəbizlik problemlərini aradan qaldırır.

15. Ürək sağlamlığını qoruyur.

Milli.az
 
Ardını oxu...
Gənclərin üstünlük verdiyi enerji içkilərinin zərərləri haqqında çox danışılır. Onun fəsadları saysız-hesabsız olsa da, ən böyük zərərlərindən biri infarkt riskini artırmasıdır. Teleqraf.com xəbər verir ki, son araşdırmaların nəticələri daha böyük narahatlıq doğurur. Mütəxəssislər deyirlər ki, bu içkilər insanları intihara sürükləyə bilər. Enerji içkiləri təkcə fiziki yox, psixi sağlamlığımızı da təhdid edir.

Asılılıq yaradan enerji içkiləri infarktla yanaşı, intihara da səbəb ola bilir. Onların tərkibindəki şəkər və kofein bir araya gələndə təhlükənin miqyası artır. Xüsusilə gənclər arasında çox istifadə edilən enerji içkilərinin psixoloji fəsadları daha böyükdür. Türkiyəli psixiatr Taha Can Tuman deyir ki, idmandan əvvəl enerji içkilərin içilməsi gənclər arasında vərdişə çevrilib. Belə içkiləri intihar düşüncələrinin yaranmasına da səbəb olur.

Kardioloq Fethi Kılıçaslan isə enerji içkilərinin həddindən artıq istehlak edildikdə ürək spazmlarına, ritm pozğunluğuna gətirib çıxardığını, nəticədə infarkt və ani ölüm riskini artırdığını bildirir.
 
Ardını oxu...
Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur.

Bu barədə Səhiyyə Nazirliyinin Azərbaycanda müşahidə olunan isti hava şəraiti ilə əlaqədar müraciətində qeyd edilib.

Bildirilib ki, yay mövsümündə müşahidə olunan isti hava şəraiti ilə əlaqədar istivurma və günvurma kimi insan sağlamlığına ziyanlı hallar baş verə bilər. Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur:

“İstivurma və günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Günvurma və ya istivurmaya məruz qalan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq lazımdır.Yay aylarında ilk növbədə yetərincə maye qəbul edilməli və orqanizmi həddindən artıq istilənməkdən qorumaq tövsiyə edilir”.

Müraciətdə vurğulanıb ki, bu mövsümdə meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur: “Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmin susuzlaşdığı bir dövrdə çox vacibdir. Yay mövsümündə istehlak edilən hazır və sağlam olmayan qidalar, yağlı yeməklər, spirtli və şirin içkilər – bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur. İsti havalarda həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir”.
 
Ardını oxu...
Bir çoxlarının sevimli yeməyi olan steyklər təhlükə mənbəyidir.

Son illərdə restoranların ən bahalı yeməkləri arasında yer alan steyklərin az bişirilməsi dəb halını alıb.

Ancaq həkimlər az bişmiş ətin ölümcül təhlükəli olduğu barədə xəbərdarlıq ediblər.

Dr. Aleksandr Umnov bildirib ki, yaxşı bişməmiş ətdə “Campylobacter” kimi xəstəlik törədən bakteriyalar ola bilər:

“Bu bakteriyalar adətən mal-qaranın bağırsaqlarında olur, lakin heyvanın ölümündən sonra toxumalara keçir.

Bu cür bakteriya artrit, ürəyin və qan damarlarının zədələnməsi, enterokolit, meningit və digər xəstəliklərə səbəb ola bilər”.

Həkim qeyd edib ki, ət dondurulub və sonra yaxşıca qızardılırsa,” Campylobacter” də daxil olmaqla, bütün bakteriyalar böyük ehtimalla öləcək.

“Ətdə hələ də qırmızı liflər olduqda, yoluxma və xəstəlik riski daha yüksəkdir”, - deyə o qeyd edib.

Doktor vurğulayıb ki, iribuynuzlu heyvandan keçən bakteriya yalnız bağırsaqlarda parazitlik edirsə, donuz ətinin sürfəsi beyin də daxil olmaqla, digər insan orqanlarına keçərək ciddi ziyan vura bilər.

“Çiy ət vasitəsilə ağır zəhərlənməyə, hətta ölümə səbəb olan salmonellyoz və ya kampilobakterioza yoluxa bilərsiniz. Bundan əlavə, teniarhynchosis (parazitar xəstəlik) inkişaf edə bilər. Bu, əsəbilik, yuxusuzluq və ya yorğunluq, baş ağrıları, taxikardiya və ya aşağı qan təzyiqi, allergik reaksiyalar və narahatlıq yaradır.

Xəstəliyin ağırlaşması hallarında pankreatit, xolesistit, kəskin appendisit müşahidə oluna bilər”, - deyə həkim xəbərdarlıq edib. (medicina)
 
 
 
Ardını oxu...
Bəzi məhsulları qarışdırıb istehlak ettmək qan laxtalanmasını və təhlükəli ağırlaşmaların riskini artırır.

TEREF Lent.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, qidalarda dadlandırıcıların istifadəsi qan laxtalanmasını artıraraq ciddi fəsadlar riskini artırır.
Tədqiqatlar göstərir ki, ksilitol kimi müəyyən növ dadlandırıcılar insan sağlamlığına mənfi təsir göstərə bilər. Şəkər spirti olaraq da bilinən ksilitol tez-tez əlavə olaraq istifadə olunur və adi şəkərdən 40% daha az kalori ehtiva edir. Təbii olaraq meyvə və tərəvəzlərdə az miqdarda olur və insan orqanizmi tərəfindən də istehsal olunur.

Ksilitol şəkərsiz saqqız, konfet, bişmiş məmulatlar, diş pastası və keto qidaları da daxil olmaqla müxtəlif məhsullarda geniş istifadə olunur.

Tədqiqatçılar 3000-dən çox iştirakçının qanında ksilitol səviyyəsini ölçüblər və ksilitol səviyyəsi aşağı olanlarla müqayisədə üç il ərzində infarkt, insult və ya ölüm riskinin təxminən iki dəfə yüksək olduğunu aşkar ediblər.

Alimlər ksilitol və buna bənzər şəkər spirtlərindən uzaq durmağı məsləhət görür. Bunun əvəzinə şirin dad əlavə etmək üçün az miqdarda adi şəkər, bal və ya meyvə kimi təbii əvəzedicilərdən istifadə etmək daha yaxşıdır.
 

Ardını oxu...
 

Zəncəfil insan orqanizmi üçün olduqca faydalı və əsrarəngiz dada malik olan qida əlavəsidir.

Bir çox xəstəliklərin müalicəsində istifadə edildiyi bildirilir.

Zəncəfilin bir növü olan zerdeçal kökü də eyni ilə xeyirli bitkilərdən sayılır.

Lakin ABŞ alimlərinin araşdırmalarına görə, zəncəfil və onun bir çox ölkədə yayılmış məşhur növü olan zerceçaldan çox istifadə insan ölümünə səbəb olub.

Araşdırmalara görə, bu bitkilər qaraciyərdə toksik maddələr yaradır. Onlardan çox istifadə etdikdə, qaraciyət funksiyasını itirir. İnsan bunu dərhal hiss etmir.

Zaman keçdikcə, narahatlıqlar özünü biruzə verir. Qanda laxtalanma və qaraciyərdə problemlərin yaranmasına səbəb olan bu bitkilərdən çox istifadə insanın qəfil ölməsinə yol açır.

Qaraciyərdə problemlər yarandıqda isə insanın üzü və gözü saralır.

Əsasən sarılıq xəstəliyini xatırladan bu hal ölümə birbaşa yol açır. Bu səbəbdən, zəncəfildən çox istifadə etmək məsləhət görülmür.

Qeyd edək ki, zerdeçal Asiya mənşəli bir bitkidir və sarı kökə malikdir. Zerdeçal hind mətbəxində tez-tez istifadə olunan ədviyyatdır, lakin bu gün bütün dünyada populyarlıq qazanmışdır.

Zerdeçalın digər zərərləri də müşahidə edilir:

Zerdeçal istehlak etdikdən sonra ürəkbulanma, qusma və ya ishal kimi həzm problemləri ilə qarşılaşa bilərlər.

Zerdeçalın həddindən artıq istehlakı da mədə yanmasına və turşu axınına səbəb ola bilər.

Zerdeçal öd axını artırıcı təsirə malikdir. Bu, öd daşı olan insanlarda ağrı və narahatlığa səbəb ola bilər.

Qan şəkərini aşağı salan dərmanlar qan təzyiqi dərmanları və antidepresanlar kimi bəzi dərmanların təsirini artıra və ya azalda bilər. Zerdeçal üçün allergik reaksiyalar baş verə bilər.//BAKU.WS

 
 
 
Ardını oxu...
Sağlam, güclü və xəstəliklərə davamlı bədənə sahib olmaq üçün təbiətdəki meyvələrin gücündən faydalanmaq lazımdır. Lakin bəzi meyvələrin düşündüyünüz qədər faydalı olmadığı məlum olub.

Araşdırmalar bəzi meyvələrin çox tez-tez istehlak edilməsinin mədə xəstəliklərinə və diabetə səbəb ola biləcəyini ortaya qoyub.

Meyvələr çox vaxt vitaminlər, liflər və antioksidantlarla dolu olur. Meyvələrin orqanizm üçün saysız-hesabsız faydaları var. Ancaq bunu hər meyvə üçün söyləmək mümkün deyil. Bəziləri xüsusilə həddindən artıq və ya müəyyən şəkildə istehlak edildikdə sağlamlığınıza ciddi zərər verə bilər.

Populyar olsa da, sağlamlığa düşündüyünüz qədər faydalı olmayan meyvələri təqdim edirik:

Portağal

Portağal, ümumiyyətlə, immunitet sisteminizi gücləndirmək üçün əla olan yüksək C vitamini tərkibi ilə tanınır. Amma bu sitrus meyvəsi yüksək dərəcədə turşu da ehtiva edir. Buna görə də mədə turşusunun artmasına, mədə yanması probleminə, hətta reflüksə səbəb ola bilər.

“Journal of Gastroenterology and Hepatology” jurnalında dərc olunan araşdırmaya görə, portağal kimi sitrus meyvələri reflüks riskini artırır.

Liçi

Afrodiziak təsiri ilə tanınan ekzotik meyvələrdən biri olan liçi son illər çox populyarlaşıb. Həm dadı, həm də vitamin və antioksidantlarla dolu tərkibinə görə çox sevilən liçi də gizli təhlükə mənbəyidir.

Belə ki, liçi hipoqlisin A adlı təbii toksin ehtiva edir. Xüsusilə acqarına istehlak edildikdə qan şəkərinin səviyyəsini artırır. “Journal of Investigative Medicine”də dərc olunan araşdırma göstərib ki, acqarına çoxlu miqdarda liçi istehlak edən uşaqlar kəskin hipoqlikemiyaya məruz qalır. Bu, bəzi hallarda qıcolmalara, hətta ölümə səbəb olur. Liçi qan şəkəri səviyyələri dəyişən və ya hipoqlikemiyaya meylli insanlar üçün xüsusilə riskli seçimdir.

Riskləri azaltmaq üçün, liçidən həmişə az miqdarda yemək lazımdır. Bu meyvədən balanslaşdırılmış menyunun bir hissəsi kimi həzz alın.

Cənnət xurması

Xurma yüksək şəkər tərkibi sayəsində sürətli enerji artırıcıdır. Kalium və maqnezium kimi vacib mineralları təmin etməsinə baxmayaraq, şəkər səviyyəsi həddən artıq yüksəkdir. Bir xurmanın tərkibində 16 qrama qədər şəkər ola bilər ki, bu da onu ən yüksək şəkər tərkibli meyvələrindən birinə çevirir.

Amerika Diabet Dərnəyinə görə, xurma kimi təbii şəkəri yüksək olan qidaları istehlak etmək qan şəkəri səviyyələrində sıçrayışlara səbəb ola bilər. Bu, xüsusilə diabetli və ya diabet inkişaf
riski olan insanlar üçün risklidir.

Kokos

Hind qozu qurudulmuş formada, bir çox desert və qəlyanaltıların məşhur tərkib hissəsidir. Təzə hind qozunun sağlamlığa faydaları olsa da, qurudulmuş kokos kalori bombasına çevrilir.

Qurudulmuş hind qozunun kiçik bir porsiyasında əhəmiyyətli kalori və doymuş yağ olur. Bu, çox miqdarda istehlak edildikdə çəki artımına və ürək-damar problemlərinə gətirib çıxara bilər.

“American Journal of Clinical Nutrition”da yayımlanan araşdırma, qurudulmuş kokosdakı doymuş yağların yüksək qəbulunun ürək xəstəliyi riskinin artması ilə əlaqəli olduğunu göstərib.//Medicina.az
 

Dünyapress TV

Xəbər lenti