Son günlər xəstəxanalara uzun müddət davam edən qusma, yüksək hərarət və ishalla müşahidə edilən virus simptomları ilə müraciət edənlərin sayı artıb.
Bu barədə İctimai TV-nin hazırladığı süjetdə qeyd olunur.
İnfeksionist Aygül Əhmədova deyir ki, istər uşaqlar, istərsə də də böyüklər arasında yayılan bu xəstəlik rotavirus infeksiyasıdır və sağalma müddəti 10 gündür. Onun sözlərinə görə, xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu simptomlardan əziyyət çəkir:
“Belə olan halda insan bol maye qəbul etməli və pəhriz saxlamalıdır”.
Süjetdə qeyd olunur ki, son günlər insanlar arasında gözlərdə quruluq və konyuktivit əlamətləri də geniş yayılıb.