Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-breyk görüşləri baş tutub.
İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçiblər. Kişilərin mübarizəsində Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər. Tay-breykdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.
Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda oynayıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion tituluna yiyələnib. Bürünc uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar arasında yer alıb.
Bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Yarışın finalında məğlub olan qrossmeyster öz oyununu yüksək qiymətləndirib:
"Mən bu çempionatda özümü qalib sayıram. Ardıcıl 6 oyun qələbə qazandım. 15 ilə yaxındır həyatımda belə uğurlu ardıcıllıq oımamışdı. Bu çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən birinci yerə çıxırsan, amma nəticədən razı qalmırsan".
Qrossmeyster federasiyaya təşəkkür edib:
"Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki belə yarış təşkil etdilər. Bunu həyata keçirmək çox çətindir. Qalır bundan sonra Avropa və dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil etmək".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalında Rauf Məmmədova məğlub olaraq ikinci yeri tutub.(Report)
Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində Azərbaycan U-20 çempionatı bir olaya görə diqqət mərkəzinə düşüb. Finalda Yusif Dursunovun rəqibi olan legioner güləşçi Muxamed Qantemirovun geyindiyi geyimin üzərindəki rus bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Gununsesi.info xəbər verir ki, onun ölkə birinciliyində başqa dövlətin bayrağı ilə yarışması tənqid edilib. Azərbaycan çempionatında idmançıların başq ölkələrinin bayraqları ilə xalçaya çıxması da sual doğurub.
Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı saytımıza açıqlamasında güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.
O, Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının da əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb: “Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər daha sonra stikerin qopduğunu görüb və yenidən üzərini örtüblər. Bu, finalda qısa zaman ərzində baş verib. Əslində, bu idmançı yeniyetmələr arasında Avropa ikincisi və dünya üçüncüsüdür. Onun trikosu var, sadəcə, itirdiyi üçün yarışa bu cür gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb”.
Amerikalı bloqer və güləşçi Loqan Pol argentinalı futbolçu Lionel Messiyə idman içkiləri ilə bağlı məhkəmə çəkişməsi əvəzinə boks döyüşü təklif edib.
Bu barədə "TalkSport" məlumat verib.
Bildirilir ki, belə bir döyüşün baş vermə ehtimalı çox azdır.
Qeyd edək ki, 2022-ci ildə Pol boksçu və musiqiçi KSI ilə birlikdə "Prime" içkisini buraxıb. Tezliklə bu içki bir sıra idman klublarının rəsmi içkisinə çevrilib.
2024-cü ildə isə Messi "Prime"a çox oxşayan butulkalar və etiketlərlə "Mas+" adlı idman içkiləri seriyasını təqdim edib. Messinin brendi "Prime"ın onları qablaşdırmalarını dəyişməyə məcbur etməyə çalışdığını iddia edərək, rəqabətə zidd davranışa görə məhkəməyə müraciət edib. "Prime" isə Messinin brendini onların dizaynını kopyalamaqda ittiham edərək əks iddia qaldırıb.
Pol sosial mediada "Qardaş, sən bizi kopyaladın" deyərək, Messi 2025-ci ildə döyüşməyə razılıq verərsə, iddiadan imtina etməyi düşündüyünü bildirib.
İspaniyalı futbolçu Aleks Berenguerin evinə silahlı hücum edilib.
Hadisə idmançı ilə həyat yoldaşı Sofia Cem evdə olarkən baş verib.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, 3 naməlum şəxs Aleksin Mungiadakı evinə girərək oğurluq etməyə çalışıb.
Bu zaman idmançı mənzilin şüşə qapılarını bağlayaraq onların içəri girməyinə mane olub.
Hadisə zamanı oğrular Aleksə həyat yoldaşına silah çəkiblər. Lakin idmançı ilə Sofia hadisədən qəzasız-bəlasız qurtla biliblər.
Yerli polis yaşananlarla bağlı cinayət işi açıb və istintaq başladılıb. Aleks səhhətinin yaxşı olduğunu bundan sonra yaşadığı evində təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyini bildirib. (Sportinfo.az)
UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 9 klubumuza (“Qarabağ” istisna olmaqla) ödəniş edib. 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1.955.000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. TEREF Teleqraf – a istinadən xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovu üstələyib, Teymur Rəcəbov isə Rauf Məmmədovla sülhə razılaşıb.
Qadınların yarışında isə Gülnar Məmmədova Günay Məmmədzadədən güclü olub, Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva qarşıdurmasında heç-heçə qeydə alınıb.
Mərhələnin cavab oyunları sabah keçiriləcək. Görüşlər saat 15:00-da start götürəcək.
Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olur
Azərbaycan çempionatı
Yarımfinal mərhələsi
Kişilər
Şəhriyar Məmmədyarov – Misrətdin İskəndərov 1:0
Rauf Məmmədov – Teymur Rəcəbov 0,5:0,5
Qadınlar
Günay Məmmədzadə – Gülnar Məmmədova 0:1
Ülviyyə Fətəliyeva – Gövhər Beydullayeva 0,5:0,5
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.