Ardını oxu...
“Əl-Nəsr”ın 40 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldu Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin “İstiqlal”la ilk oyununu buraxacaq.
Səudiyyə klubu komandanın siyahısını açıqlayıb. Ronaldu siyahıya düşməyib.

Daha əvvəl məlum olub ki, "Əl-Nəsr" Ronaldonun təhlükəsizliyini təmin etmək üçün İran klubundan görüşü neytral ərazidə keçirməyi xahiş edib. "İstiqlal" bundan imtina edib.

Oyun martın 3-də İranda keçiriləcək.
 
Ardını oxu...
Paris Sikkəxanasına 2024-cü il Olimpiya Oyunları üçün medalların dəyişdirilməsi üçün 220 müraciət daxil olub.

AzPost xarici mediaya istinadla bildirir ki, Paris Sikkəxanası onlardan bəzilərini əvəz edib və idmançıların istəyi ilə dəyişdirmə əməliyyatını davam etdirir. Qeyd edilir ki, yeni mükafatlar orijinallarla eyni olacaq, lakin davamlılığı artırmaq üçün onlara qoruyucu lak vurulacaq.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilən oyunların iştirakçıları yüzdən çox qüsurlu medalı geri qaytarıblar. Hətta fransalı üzgüçülər Klement Sekki və İohan Ndoye-Brouard, eləcə də amerikalı skeytbordçu Nyjah Huston da mükafatların keyfiyyətindən şikayət ediblər.

Qeyd edək ki, sözügedən yarışlarda iştirak edən azərbaycanlı idmançılara verilən medalların da qısa zamanda korlandığı barədə mediada məlumatlar yayılıb.
 
Ardını oxu...
Türkiyə Super Liqasında baş tutan "Adana Demirspor" - "Bodrum" oyununda qapıçı huşunu itirib.

Qarşılaşmanın 34-cü dəqiqəsində Adana klubunun qolkiperi Vedat Karakuş rəqib komandanın oyunçusu Puşkaş ilə toqquşmadan sonra yerdə qalıb və huşunu itirib.

"Əlcək sahibi" beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.

Görüntüləri təqdim edirik:
Offsideplus.az
 
 

Ardını oxu...
  

Türkiyə Kubokunda "Qalatasaray" növbəti matçına çıxıb.

Milli.Az xəbər verir ki, C qrupunda 3-cü tur çərçivəsində sarı-qırmızılar doğma meydanda qrup lideri "Konyaspor"u qəbul ediblər.

İstanbul klubu rəqibi ilə bacarmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb.

Hazırda "Konyaspor" 7 xalla C qrupunda birincidir. "Cim-bom" isə 5 xalla onu izləyir.

Qeyd edək ki, bu iki komanda ilə yanaşı "Başakşehir", "Boluspor", "Eyupspor" və "Çorum" klubları da C qrupunda mübarizə aparır.

Ardını oxu...
“Santos”un futbolçusu Neymar yenidən Avropaya qayıdacaq.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı vingerin Braziliya klubu ilə müqaviləsi yayda başa çatır.

Ulduz futbolçu sabiq klubu “Barselona”ya qayıtmağı planlaşdırır. Bu barədə braziliyalı ön xətt oyunçusunun agenti Pini Zahavi məlumat verib. Braziliya millisinin üzvü iyul ayında azad agent statusunda olacaq.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.
 
 

Ardını oxu...

Ruben Amorimin işindən razı qalmayan"Mançester Yunayted" "Barselona"nın sabiq baş məşqçisi Xavi Ernandeslə danışıqlara başlayıb.

 

Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirməyi planlaşdırır.

Qeyd edək ki, Xavi Ernandes mövsüm sonunda "Mançester Yunayted"ə keçid üçün klub rəsmiləri ilə razılaşıb.

 

Gundemxeber.az

 
 
 

Ardını oxu...

Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən azad edilib.

Gundeminfo.az "Unikal"a istinadən xəbər verir ki, Nurlana Məmmədzadə baş katib postundan ayrılıb. Onu Federasiyada layihələr üzrə menecer işləyən Fatimə Şəfizadə əvəz edib.

Qeyd edək ki, Nurlana Məmmədzadə 2017-ci ilin dekabrından baş katib təyin olunmuşdu.
Ardını oxu...
İspaniya Kral Kubokunda ilk yarımfinal matçı baş tutub.

Oxu.Az xəbər verir ki, Kataloniyada yerli "Barselona" ilə Madrid "Atletiko"su üz-üzə gəlib.

Qarşılaşmada 8 qol vurulub. Katalonların 4 qoluna paytaxt təmsilçisi də 4 dəqiq zərbə ilə cavab verib - 4:4.

Qeyd edək ki, cütlüyün cavab matçı aprelin 2-də keçiriləcək.

Digər finalçı isə "Real Madrid" və "Real Sosyedad" komandalarının mübarizəsi nəticəsində bəlli olacaq.
Ardını oxu...
Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentin Kiyevə səfəri zamanı ona qışqırıb.

Hurriyyet.az xəbər verir ki, münaqişə resurslarla bağlı razılaşmanın müzakirə olunduğu iclasda baş verib.

Bu barədə “Financial Times” mənbəyə istinadən yazır.

Nəşrin müəllifləri qeyd edirlər ki, “otaqdan gələn boğuq bağırtını başqa heç nə ilə qarışdırmaq olmazdı”.

Qəzetin vurğuladığı kimi, Zelenskinin ofisində gərginlik yaranıb və o, özü də son dərəcə qəzəbli olub.

Bundan əvvəl Tramp Kiyevdə Maliyyə Nazirliyinin rəhbərinə qarşı kobud münasibətdən danışıb.

Publika.az
Ardını oxu...
"Bir azarkeş kimi deyə bilərəm ki, "Qalatasaray" "AZ Alkmaar"la oyuna tam köklənməmişdi".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında UEFA nümayəndəsi Orxan Hüseynzadə deyib.

O, ötən həftə Avropa Liqasının pley-off mərhələsində "Qalatasaray"ın Hollandiyanın "AZ Alkmaar"la cavab matçında iş başında olub.

Həmyerlimizin sözlərinə görə, qarşılaşma yüksək səviyyədə təşkil edilib: "UEFA nümayəndəsi kimi ətraflı açıqlama vermək hüququm yoxdur. Bu mənim müqaviləmdə də yazılıb. Sadəcə, təhlükəsizlik və təşkilati işlərə cavabdeh şəxs kimi onu qeyd edərdim ki, oyunda heç bir neqativ hal yaşanmadı. Güclü qar da təşkilati məsələlərə əngəl törətmədi. Stadionun ot örtüyünün qızdırıcı sistemi olduğuna görə, qar tamamilə ərimişdi. Görüşə azarkeş marağı da böyük idi. Oyuna 37 min azarkeş gəlmişdi".

Orxan Hüseynzadə "Qalatasaray"ın qələbə qazana bilməməsi barədə də fikirlərini görüşüb: "Məncə, "Qalatasaray" 4 gün sonra "Fənərbağça" ilə derbini nəzərə alıb, "AZ Alkmaar"la matçı qurban verdi. Onsuz da Hollandiya səfərindən böyükhesablı məğlubiyyətlə dönmüşdülər. Növbəti mərhələyə çıxmaq şansı az idi. "Fənər"lə oyundan öncə əbəs yerə çox güc itirmək istəmədilər".

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" derbisi bu gün Bakı vaxtilə saat 21-də start götürəcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti