|
Türkiyə təmsilçisi "Göztəpə"nin futbolçusu İsaak Sole zədə səbəbindən mövsümü erkən başa vurub.
"Report" xəbər verir ki, fransalı futbolçu Superliqanın XII turunda "Beşiktaş"a qarşı matçda çarpaz bağından zədə alıb.
23 yaşlı yarımmüdafiəçi 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Göztəpə" matçı qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Real Madrid” İspaniya La Liqasının 14-cü turunda səfərdə “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb.
“Report” xəbər verir ki, Leqanesdəki “Munisipal de Butarke” stadionunda keçirilən qarşılaşmanı Xavyer Alberola Roxas idarə edib.
43-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı açıb. 66-cı dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “kral klubu”nun üstünlüyünü artırıb. Oyunda son nəticəni 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem müəyyənləşdirib – 3:0.
13 oyundan sonra “Real Madrid” La Liqa turnir cədvəlində 30 xalla ikinci yerdədir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya təmsilçisi “Barselona” başçılıq edir.