Ardını oxu...
Yaxın gələcəkdə Nazim Sadıxov UFC-nin yüngül çəki reytinqində ilk 10-luğa daxil olmağa ümid edir.
UFC-də mübarizə aparan azərbaycanlı qarışıq döyüş növləri üzrə döyüşçüsü Nazim Sadıxov digər azərbaycanlı döyüşçü Rafael Fiziyevin "qisasını almaq" istəyir.
Bu yaxınlarda Sadıxov Las-Veqasda keçirilən UFC "Fight Night" turniri çərçivəsində braziliyalı İsmael Bonfimə birinci raundda texniki nokautla qalib gəlib. Yeri gəlmişkən, braziliyalı bundan əvvəl UFC-yə vəsiqə qazanmaq üçün seçmə görüşdə digər azərbaycanlı idmançı Nəriman Abbasovu məğlub edib.
Braziliyalı döyüşçü üzərində qələbədən sonra Sadıxov hazırda rusiyalı döyüşçü İslam Maxaçevin sahib olduğu yüngül çəki dərəcəsində olan çempionluq kəməri uğrunda döyüşmək istədiyini bildirib.
"Ancaq bundan əvvəl özümü Mateuş Qamrot kimi bir rəqibə qarşı sınamaq istərdim. Onunla mübarizəmi görmək mənə çox maraqlı olardı. Qamrot həmçinin UFC reytinqinin ilk 10-luğunda yer alır, buna görə də bu döyüş mənim üçün son dərəcə maraqlıdır", - Sadıxov vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Rafael Fiziyev Las-Veqasda keçirilən UFC-nin digər turniri çərçivəsində polyak Mateuş Hamrota uduzub.
Bonfimlə döyüşə gəlincə, Sadıxov onunla beş raundun hamısını keçəcəyini ümid edərək qeyd edib, lakin rəqibinin zədə alması üzündən bu döyüş baş verməyib. Buna baxmayaraq, o, üzülməyib və yaxın gələcəkdə UFC yüngül çəki dərəcələrinin ilk onluğuna daxil olmaq niyyətindədir.
Ardını oxu...
  

"Barselona" "Yuventus"un futbolçusu Kenan Yıldızı hədəfləyib.

Hazırda Kataloniya klubu Türkiyə millisinin hücumçusu ilə yaxından maraqlanır, lakin bilir ki, İtaliya təmsilçisi onun üçün böyük məbləğ istəyəcək. Turin klubunun 19 yaşlı oyunçu üçün 80 milyon avro tələb etdiyi bildirilir. "Barselona" bu transfer üçün bir neçə futbolçusu ilə yollarını ayırmalıdır.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində 37 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. (Unikal)

Ardını oxu...
Son günlərdə dünya boksunun əfsanəsi Mayk Taysonun parkinson xəstəliyinə tutulduğu barədə xəbərlər yayılıb.

TNS xəbər verir ki, bu iddia tanınmış yutuber Ceyk Pol tərəfindən irəli sürülüb.

Lakin Mayk Tayson bu iddiaları təkzib edərək, parkinson xəstəliyinə tutulmadığını bildirib.

Qeyd edək ki, parkinson mərkəzi sinir sisteminin xroniki və proqressiv xəstəliyidir, əsasən hərəkət pozuntuları ilə xarakterizə olunur. Əlamətlər arasında əzələ titrəmələri, hərəkətlərin yavaşlaması və balans problemləri var.
Ardını oxu...
Yavuz Sultan Selim giyim kuşamına itina etmez, giydiği kaftanı uzun süre sırtından çıkarmazmış
O çıkarmayınca vezir vüzera da yeni elbise yaptıramaz olmuş
İyice kılıksızlaşmışlar.Ne yapsak da padişahı yeni bir giysi diktirmeye ikna etsek diye düşünürken İran elçisi gelmiş
Bunu fırsat bilen paşalar huzura çıkıp
-Bu İranlılar görünüşe, şatafata fazla ehemmiyet verir, ona göre hazırlanmak icap eder deyince Yavuz dertlerini anlamış
-Tamam tamam demiş, yaptırın birer takım elbise.
Zannetmişler ki Sultan da yaptıracak, en güzel giysileri diktirmişler.
Yalnız Yavuz onlara demiş ki
-Ayağımın ucuna güneşin ışıklarını elçinin gözüne yansıtacak şekilde kılıç koyun
Vezirler yepyeni giysileriyle huzurda yerlerini almış
Lakin Yavuz içeri girmiş ki eski giysi sırtında!
Paşaların etekleri tutuşmuş, Sultan eski kendileri yeni kıyafetli
Neyse elçiyi kollarını bükerek içeri almışlar usul gereği, Şahın mesajını iletmiş, cevabını almış, çıkmış
Vezirler Sultanın ne tepki vereceğini korkuyla izliyormuş
Yavuz onlara demiş ki
-Gidin sorun bakalım, elbisemin ne renk olduğunu hatırlıyor mu
Koşup sormuşlar
Elçi demiş ki
-Kılıcın korkusundan başımı kaldırıp Sultanın giysisine bakabildim mi ki rengini bileyim?
Dönüp Sultana elçinin sözünü nakletmişler
Yavuz yüzlerine bakmış, bakmış, demiş ki
-Kılıcınız keskin oldukça hangi elbiseyi giyerseniz giyin düşman cesaret edip yüzünüze bakamaz.
Amma kılıcınız keskinliğini yitirirse en göz alıcı giysileri de giyseniz, ona tesir edemezsiniz, onun için kılıcınızı keskin tutmaya bakın, kılıcınız keskin olmazsa zillet de başlar...
Kılıcınız keskin olsun...
Hamide Eser
TEREF
 
Ardını oxu...
Arne Slotun baş məşqçisi olduğu “Liverpul” bu mövsüm İngiltərə çempionatında keçirdiyi 25 oyundan 60 xal toplayıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis eyni dövrdə Premyer Liqa tarixində ən çox xal toplayan üçüncü məşqçidir.

Bundan əvvəl Antonio Konte 2016/17 mövsümündə “Çelsi” ilə Premyer Liqaya eyni dərəcədə uğurlu başlamışdı.

Joze Mourinyo isə 2004/05 mövsümündə “Çelsi” ilə 64 xalla İngiltərə çempionatına ən yaxşı start verən çalışdırıcıların siyahısına başçılıq edir. Hər iki halda London klubu mövsümün sonunda çempion olub.

Premyer Liqada ilk 25 oyununda komandası ən çox xal toplayan 10 məşqçi:

1. Joze Mourinyo – 64 (Çelsi, 2004/05, çempion olub)

2. Antonio Konte – 60 (Çelsi, 2016/17, titul qazanıb)

3. Arne Slot – 60 (Liverpul, 2024/25)

4. Karlo Ançelotti – 58 (Çelsi, 2009/10, titul qazanıb)

5. Avram Qrant – 57 (Çelsi, 2007/08)

6. Qus Hiddink – 56 (Çelsi, 2008/09, 2009/10)

7. Con Qreqori – 56 (Aston Villa, 1997/98, 1998/99)

8. Manuel Pelleqrini – 54 (Mançester Siti, 2013/14, titul qazanıb)

9. Pep Qvardiola – 52 (Mançester Siti, 2016/17)

10. Tomas Tuxel – 51 (Çelsi, 2019/20, 2020/21)
 
Ardını oxu...
  

Türkiyə millisinin və İspaniyanın "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Gülər komandasındakı mövcud vəziyyətdən razı deyil.

Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com"saytı məlumat yayıb.

İspaniyanın "Sport" nəşrinin məlumatına görə, Arda Gülerin 2026-cı ildə keçiriləcək Dünya Çempionatına daha yaxşı hazırlaşmaq üçün gələn mövsüm daha çox oyun vaxtı qazanmaq istədiyi bildirilir. Bu səbəbdən də Ardanın mövsümün sonunda icarəyə göndərilmək üçün komandadan ayrılmaq fikrində olduğu yazılıb.

Bir müddət əvvəl İspaniya mətbuatı "Paris Sen-Jermen"in Arda Gülərlə maraqlandığını və fransız komandasının baş məşqçisi Luis Enrikenin 19 yaşlı futbolçu ilə transfer üçün əlaqə saxladığını iddia edib.

Qeyd edə ki, Arda Güler cari mövsümdə "Real Madrid"in heyətində 27 oyunda cəmi 967 dəqiqə meydanda olub. 19 yaşlı futbolçu bu matçlarda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.  Hazırda bazar dəyəri 45 milyon avro olaraq göstərilən Arda Gülərin Real Madridlə 2029-cu ilə qədər müqaviləsi var. Endrik isə oynamaq şansı qazandığı 400 dəqiqədə 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
Türkiyənin Dənizli şəhərində idmançıları aparan mikroavtobusun qəza törətməsi faciə ilə nəticələnib.
İqtisadiyyat.az xəbər verir ki, ilkin məlumata görə, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. İki nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb.

Hadisə yerinə jandarma, polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.
VİDEO:
 
Ardını oxu...
Məşhur şotland çalışdırıcı Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.

Məlumata görə, o, italyan hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Matç 22 martda Florensiyada "Artemio Franki" stadionunda keçiriləcək.

Rossi 2004-2006-cı illərdə Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. İtalyan futbolçu karyerasını 2023-cü ildə "SPAL" klubunda başa vurub.

Ser Aleks Ferqyuson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub və bu müddət ərzində 13 dəfə Premyer Liqanı, 5 dəfə İngiltərə Kubokunu və 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.
 
Ardını oxu...
Futbol üzrə Misli Premyer Liqasında XXIII turun mərkəzi oyunu keçirilib.

TNS xəbər verir ki, “Neftçi” öz meydanında “Qarabağ”la qarşılaşıb. “Neftçi Arena”da təşkil olunan matçın taleyini 1 qol həll edib. Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç 88-ci dəqiqədə penaltidən “Panenko” zərbəsi ilə rəqib qapısına yol tapıb və komandasına səfərdə vacib qələbə qazandırıb.

Ağdam təmsilçisi 22-ci dəqiqədə meydanda azlıqda qalıb. Müdafiəçi Kevin Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Yeri gəlmişkən, bu matçda cari mövsümün tamaşaçı rekordu qırılıb. Görüşü tribunadan 9355 azarkeş izləyib.

Bu qələbə ilə xallarını 56-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 24 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” isə evdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə üstələyib. Tura fevralın 17-də keçiriləcək "Kəpəz" - "Şamaxı" və "Səbail" - "Sabah" oyunları ilə yekun vurulacaq.
Ardını oxu...
La Liqada 24-cü turun oyunları keçirilib.

"Real Madrid" səfərdə "Osasuna" ilə bərabərə qalıb-1:1. Matçda hesabı 15-ci dəqiqədə Mbappe açıb. Görüşün 39-cu dəqiqəsindən isə, Cud Belingem komandasını azlıqda qoyub. 58-ci dəqiqədə Ante Budimir penaltidən fərqlənərək, oyunda son qolu vurub. Bununla da, İspaniya nəhəngi bu oyunda xal itirərək çempionluq yolunda ağır zərbə alıb.

Oyunda vurulan qolları təqdim edirik:

Dünyapress TV

Xəbər lenti