Ardını oxu...
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın "Olimpiakos" komandasına məğlub olub.

Oxu.Az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El-Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsində keçirdiyi 8 görüşün 7-də uduzub, 1 matçda qələbə qazanıb. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

 
 
 
Ardını oxu...
 

İtaliyalı futbolçu Françesko Kaputo karyerasını başa vurub.

Bu barədə 37 yaşlı hücumçu özü sosial şəbəkə hesabında yazıb.

O, karyerası ərzində A Seriyasında 206 oyunda 69 qol vurub. B Seriyasında isə 300 qarşılaşma ərzində 117 qola imza atıb. F.Kaputo ölkəsində “Empoli”, “Sassuolo”, “Sampdoria” və bir çox başqa klublarda çıxış edib. Futbolçu İtaliya millisində iki oyun keçirib və bir qol vurub.//Report

Ardını oxu...
Belçika millisinin sabiq futbolçusu, vaxtilə “İnter” və “Roma” klublarında oynamış Raca Nainqqolan həbs edilib.

Tribunainfo.az xəbər verir ki, o, narkotik alverində şübhəli bilindiyi üçün Brüssel polisi tərəfindən saxlanılıb.

Məşhur futbolçu beynəlxalq narkotik ticarətində iştirakda ittiham edilir.

Qeyd edək ki, Nainqqolan bugünlərdə Belçikanın II divizionunda çıxış edən “Lokeren-Thamse” klubu ilə müqaviləyə qol çəkmişdi.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda "Ən-Nəsr" və "Əl-Fateh" komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" 3:1 hesabı ilə qalib gəlib.

Oyunun 87-ci dəqiqəsində Kriştianu Ronaldu hesabı 3:1 edən qolu vurub. Bu qol, onun karyerasında 920-ci qol olub.

Keçirilən 17 oyundan sonra "Ən-Nəsr" 35 xalla Pro Liqanın turnir cədvəlində 3-cü yerdədir. "Əl-Fateh" eyni sayda oyundan sonra doqquz xal toplayaraq sonuncu, 18-ci pillədə qərarlaşıb. Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 43 xalı olan "Əl-Hilal" başçılıq edir.
Ardını oxu...
Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir. AzPost xəbər verir ki, “Fənərbağça” “Göztepe”ni qəbul edib.

Meydan sahibləri ilk hissəni məğlub başa vursalar da, 2-ci hissəni öz lehinə çevirməyi bacarıb.

Görüş “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində VII turun daha 8 oyunu keçirilib.

AzPost bildirir ki, “Fənərbağça” Türkiyədə Fransanın “Lion” klubunu sınağa çəkib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 14-ə çatdıran qonaqlar 3-cü pilləyə yüksəliblər. Meydan sahibləri isə 9 xalla 19-cu sırada yer alıblar.

Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

23 yanvar

21:45. “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) – 0:0

21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya) – 2:3

21:45. “Malmö” (İsveç) – “Tvente” (Niderland) – 2:3

21:45. “Budyo Qlimt” (Norveç) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:1

21:45. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) – 0:1

21:45. “AZ Alkmaar” (Niderland) – “Roma” (İtaliya) – 1:0

21:45. “Viktoriya” (Çexiya) – “Anderlext” (Belçika) – 2:0

21:45. “Hoffenhaym” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:3
 
 
 
Ardını oxu...
 

İngiltərə Premyer Liqasının XXIII turunun oyunları davam edir.

Gecənin son görüşündə “Mançester Siti” “Çelsi” ilə üz- üzə gəlib.

Görüşdə hesabı qonaqlar açsa da, bunun davamını gətirə bilməyiblər.

“Şəhərəlilər” rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

İngiltərə Premyer Liqası
XXIII tur
21.30. “Mançester Siti” – “Çelsi” – 3:1

Qollar: Madueke, 3, Gvardiol, 42, Haaland, 68, Foden, 87\\Apasport.az 

Ardını oxu...
Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasından "DogruXeber.az"a verilən məlumata görə, təmsilçimiz oğlanlar arasında pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında 217.1 xal toplayaraq bürünc medal əldə edib.

Qeyd edək ki, turnirə yanvarın 26-da yekun vurulacaq
Ardını oxu...
"Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı".

Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FKSB-yə qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

"Öncəliklə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu mövsüm Avropa Liqasının bütün ev oyunlarında bizimlə bərabər oldular. FKSB ilə matçda da sona qədər bizə inandılar və güvəndilər. Düşünürəm ki, azarkeşlərin buna haqqı çatırdı. Təəssüf ki, bu mövsümkü çıxışlarımız uğurlu alınmadı. Bir oyunda 3 dəfə künc zərbəsindən qol buraxmaq insana ağır gəlir. Belə hallar futbolun xoşagəlməz tərəfləridir. Bir neçə qol şansı yaratdıq. Rəqib komanda standart vəziyyətlərə çox yaxşı hazırlaşmışdı. Bakıdakı son oyunumuzda qələbə qazanmaq istəyirdik. Hər bir halda pozitiv olmalı, qarşıdakı oyunlara baxmalıyıq.

Koxalski zədəli olduğu üçün Buntiçə şans vermişdim. Buna görə peşman deyiləm. Qolların təkrarına baxdım. Düşünürəm ki, çətin toplar idi, Buntiçi günahlandırmaq istəməzdim".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda FKSB klubuna 2:3 hesabı ilə məğlub olub.
 

Ardını oxu...
  

"Zenit"in argentinalı hücumçusu Lusiano sevgilisi Virciniya Blanko ilə Sankt-Peterburqda evlənib.

Lusiano dekabrın əvvəlində Meksikada Virciniyaya evlilik təklifi edib və o, tərəddüd etmədən razılaşıb:

"Bəli, razıyam. İl dəyişikliklərlə, səyahətlərlə və birlikdə yaşadığımız o qədər gözəl şeylərlə dolu oldu ki, onu bu unudulmaz günəşin doğuşu ilə belə başa vurmaq xəyaldır, daha çoxunu istəyə bilmərəm.

Sənin kimi bir insanla yollarım kəsişdiyim üçün, həyatıma qədəm qoyduğun ilk gündən onu bu qədər sevgi, xoşbəxtlik və gözəl anlarla doldurduğun üçün Kainata təşəkkür edirəm. Mən səni bütün həyatım boyu sevəcəyəm. Beləliklə, əbədi olaraq birlikdə qəlbim, təşəkkür edirəm". /Lent.az


Ardını oxu...
 

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının 18-ci turunun "Karlsrue" ilə oyunundakı (2:1) çıxışını şərh edib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Mahir Emrelinin güclü oyun nümayiş etdirdiyini bildirib.

"Mahir rəqibin cərimə meydançasında iki mərkəz müdafiəçisinin diqqətini saxlamalı idi. Tsimas təkbaşına bunu edə bilməzdi. Emreli güclü oyun nümayiş etdirdi. Onun üçün topun həmişə nəzarətində olması vacibdir, əks halda, çətin olacaq. O, artıq necə və harada hərəkət edəcəyini bilir".

Qeyd edək ki, Mahir görüşün start heyətində yer alıb və 72-ci dəqiqədə əvəzlənib.

Dünyapress TV

Xəbər lenti