Ardını oxu...
Portuqaliya Kubokunun 4-cü turunda keçirilən “Morierens” – “Portu” matçından sonra xoşagəlməz hadisələr yaşanıb.

Tribunainfo.az xəbər verir ki, azarkeşlər “Portu”nun avtobusuna hücum çəkiblər. Onlar avtobusa məşəllər atıblar.

Bu vaxt təhlükəsizlik əməkdaşları fanatları dayandırmağa çalışıb.

Tərəfdarların bunu etməsinə səbəb “Portu”nun bu görüşdə 1:2 hesabı ilə uduzaraq ölkə kuboku ilə vidalaşması olub.

Komanda həmçinin Portuqaliya çempionatında da uğursuzluğa düçar olub. “Əjdahalar” lider “Sportinq”dən 6 xal geri qalaraq turnir cədvəlində 2-ci yeri tuturlar.
 
 
Ardını oxu...
Türkiyə Superliqasında XII turun növbəti oyunu baş tutub.

TNS xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə sayəsində xallarını 29-a çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 31 xalla "Qalatasaray" başçılıq edir.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda "Ən-Nəsr" və "Əl-Qadisiyyə" komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Ər-Riyadda keçirilən oyun 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

32-ci dəqiqədə meydan sahiblərinin ulduz hücumçusu Kriştianu Ronaldu hesabı açıb. 37-ci dəqiqədə "Əl-Qadisiyyə"nin yarımmüdafiəçisi Xulian Kinyones hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində hücumçu Pyer-Emerik Obameyanq matçda qonaqlara qələbə qazandıran qolun müəllifi olub.

"Ən-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında üçüncüdür. Komanda 11 görüşdə 22 xal toplayıb. "Əl-Qadisiyyə" də eyni xalı toplayıb. Turnir cədvəlinə isə 10 oyunan 28 xal toplamış "Əl-Hilal" başçılıq edir.
 
 
Ardını oxu...
Türkiyədə baş məşqçi güllələnərək öldürülüb.

Hurriyyet.Az xəbər verir ki, "Çorluspor 1947" klubunun çalışdırıcısı Ersin Akaya yolda yeriyərkən maskalı bir nəfər tərəfindən atəş açılıb. Ersin xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Polis tərəfindən cinayətkarın tapılması yönündə araşdırmalar davam edir.
Ardını oxu...
Raxit xəstəliyi D vitaminin çatışmazlığından sümüklərin yumuşalmasına və zəifləməsinə verilən addır. Azərbaycan milli komandasının İsveçlə səfər oyununa bir qədər baxdım. O yerə qədər ki, Nəriman Axundzadə qapıçı ilə üz-üzə qalacaqdı, bilmədim ayağı-ayağına, yoxsa ayağı topa dolaşdı, top qabağa getmək əvəzinə arxaya getdi. Özümdən asılı olmayara, ayağa durub, “bu raxiti kim stadiona buraxıb” qışqırdım. Yaxşı, Nərimanın D vitamini çatışmır, bəs digərlərinin nəyi çatışır? Bir topa vitaminsizi stadiona buraxıblar ki, Azərbaycanı D liqasına düşməkdən xilas etsinlər. Əslində, D vitamini çatışmayanların yeri elə D liqasıdır.
Futbolçular qalıb bir kənara, şərhçi deyir ki, Azərbaycan ölüm-qalım oyununa çıxıb. Mətbuatımız da elə yazırdı ki, elə bil Azərbaycan millisini ölüm-qalımla məcbur üz-üzə qoyublar. O vitaminsizlər özləri gətirib bu həddə çatdırmışdı da… Lap hesab edək ki, abır-həya ediblər, özləri də son oyuna ölüm-qalım oyunu kimi baxırlar və bu hisslə meydana çıxıblar. Savaşan bir komanda gördükmü? Qətiyyən! Savaşmağı o yana rədd edək, bəs mübarizə aparan komanda gördükmü? Yox! Statistikaya baxıram, ölüm-qalım oyuna çıxan komanda cəmi 4 sarı vərəqə alıb. Bu tip oyunlara çıxan komandalar aqressiv futbol oynayır. Bu tip oyunlarda alınan qırmızı kartlar da mübarizlik əlaməti kimi görünür. Bizimkilər nə edirdi? Futbolu daha nə qədər çox təhqir etməyin yollarını axtarırdı. Raxit aqressivliyi də bu qədər olar.
Futbola, nə bilim idmana dövlət dəstəyi daim qabardılır, önəmli, əhəmiyyətli şeymiş kimi təqdim edilir. Dövlətin futbola, ümumiyyətlə, idmana niyə dəstəyi olmalıdır? Dövlət maksimum lobbiçiliyin edər, vergi probleminə əl atar, borcların bağlanmasında köməklik göstərər. Hansı idman federasiyasına baxırsan prezidenti bir məmurdur. Məmurlar öz işini bu qədər gözəl görür ki, idmana da əl atırlar? İdmana dövlət dəstəyini artıqlaması ilə edib. Misal üçün olimpiya mərkəzləri tikib, şərait yaradıb. Baxırsan Azərbaycan idmanındakı qədər milliləşdirilmə aparan ikinci bir ölkə yoxdur. Qoy boksda yumuruqlansın, güləşdə kürəyi yerə sürtülsün, ağzı əzilsin, qanı tökülsün. Əgər milliləşdirmə ilə bu iş olacaqdısa, dövlətə pul artıqlıq edirdi ki, o qədər mərkəzlər, stadionlar tikirdi? Yox, federasiya prezidenti olan bir məmur göstərməlidir ki, onun sahəsindən ölkəyə medal gəlib. O medal kimə lazımdır, nəyə lazımdır?
Bir neçə il əvvəl futbol tarixinin bəlkə də ən komik hadisəsi Azərbaycanda yaşandı. “Sumqayıt” klubu ilə “Neftçi” klubu prezidentlərini dəyişdi. Baş məşqçi yox, oyunçu yox, prezidentlərini. Təkcə bu fakt Azərbaycan futbolunun necə idarə olunduğunu ortaya qoyur. Deyirlər, “Neftçi” uğursuzluğa düçar olub. Klubun məmurlardan ibarət müşahidə şurası var. Mətbuat qarşısına ən çox çıxanı da təhsil naziri Emin Əmrullayevdir. Kobud yazacağam: Emin Əmrullayev Azərbaycan təhsilinin dalın-qabağın yığa bilib ki, “Neftçi”ni də toparlasın?
Futbolu inkişaf etdirmək istəyən ölkələr futbola azadlıq verərək buna nail olublar. SOCAR futboldan əlin çəkib, yerini özəl sektora verməlidir. Ölkədə bu qədər şirkət var, futbol klubları sponsor tapmır. “Qarabağ”, “Turan” buna ən gözəl misaldır.
Uşaq futbolu inkişaf etməyən ölkələrin də böyük futbolda iddialı olması qədər gülünc heç nə yoxdur. Bir neçə gün rayonlarda oldum, kəndlərin heç birində stadion yoxdur. Stadion olmayan yerdə uşaq futbol yox, bənövşə-bənövşə oynayar. Böyüyəndə də burcuda-burcuda gəzər.
Qəsəbəmizdə idim. Yaşlı adamlardan biri yaxınlaşıb dedi ki, haqqına çox girmişik. O vaxt stadion düzəltdirdiniz, hər axşam uşaqları yığıb futbola aparırdınız, biz də qınayırdıq. İndi uşaqlı-böyüklü hamısı telefondan çıxmır. Bəlkə, stadionu təmir etdirib, yenidən uşaqları başına yığasan, tez-tez gələsən…
Fernando Santosu tənqid edirik. Baş məşqçi kimi Fernando Santosu tənqid edə bilmərəm. Ronaldo, Pepe, Bruno kimi futbolçularla işləmiş adama Nərimanı, Mahiri, Bəhlulu verirsən ki, mənə uğur qazandır. Mahirə, Nərimana, Bəhlula baş məşqçi kimi Santosu gətirmək, ona 3-4 milyon maaş vermək ayıbdır. Belə futbolun başında durmaq nədir, mən yoruldum, onu da siz yazın…
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, “Real Madridin türkiyəli gənc ulduzu Arda Gülər barəsində bir müddətdir transfer “dedi-qoduları” səngimək bilmir.

Sözügedən məsələyə kral klubunun prezidenti Florentino Peresdən reaksiya gecikməyib.

İspaniya mətbuatının məlumatına görə, o, bu mövsüm “Real”ın oyunlarında forma şansı almaqda çətinlik çəkən futbolçunun komandada qalacağın bildirərək, məsələyə nöqtə qoyub. Hətta Peresin baş məşqçi Ançelottini ilə bu məslələni danışdığı bildirilir. Məşqçisi futbolçuya güvəndiyini bildirsə də, özünü müdafiə istiqamətində gücləndirməli olduğu fikrindədir.

Xatırladaq ki, Arda Gülərin transferində maraqlı olan Avropa nəhənglərinin sırasında “Liverpul”, Arsenal”, “B.Dortmund”, “Milan” kimi klubların adı hallanır.
Ardını oxu...
Dünən İsveçə 0:6 hesabı ilə uduzan Azərbaycanm millisinin baş məşqçisi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
TEREF SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, İsveçlə dünənki qarşılaşma baş məşqçi Fernandu Santuşa verilmiş son şans imiş. Acınacaqlı məğlubiyyətdən sonra isə hətta onu indiyə qədər müdafiə edən futbol məmurları da geri çəkilməyə məcbur olub.
Daxil olan məlumata görə, AFFA potuqaliyalı baş məşqçi ilə yollarını ayırmaq qərarına gəlib, sadəcə olaraq detalları ictimaiyyətə açıqlanmayan müqavilədəki təzminat məsələsinin həlli yolları axtarılır.
Məlumat üçün bildirək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla 2024-cü ildə "3+1" illik müqavilə bağlayıb və onun səlahiyyət müddəti 2028-ci ildə yekunlaşır. Tərəflərdən biri müqaviləni pozacağı təqdirdə isə müəyyən məbləğ ödəməlidir.
Maraqlıdır ki, Fernandu Santuşla müqavilə bağlandıqdan sonra futbol ictimaiyyəti və media onun bir neçə komandadakı uğursuz fəaliyyətinə görə işdən ayrıldığını xatırladırdı.
Məsələn, AFFA rəhbərliyinə xatırladılırdı ki, Fernandu Santuş 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında türkiyənin "Beşiktaş" klubu ilə müqavilə imzalayıb, lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra böyük məbləğdə təzminat alaraq istefaya göndərilib.
AFFA rəhbərliyi isə 2024-cü ilin iyunun 12-də onu Azərbaycan milli futbol komandasının baş məşqçisi postuna gətirərkən bu iddialara belə cavab vermişdi:
"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".
Amma indi AFFA rəhbərliyi də Santuşla davam etməyin mümkün olmadığı qənaətinə gəlib. Hər halda dünənki məğlubiyyətin Milli Məclisdə müzakirəyə çıxarılması da təsadüfi sayıəlmamalıdır.
Belə ki, Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bunları deyib:
“Biz artıq 30 ilə yaxındır ki, bu hissləri yaşamağa davam edirik. Nəyə görə biz hər zaman böyük hesablı məğlubiyyətləri görürük? Digər təhlükəli tərəfi odur ki, aşağı yaş qruplarında nəticələr ürəkaçan deyil"
Əldə etdiyimiz son məlumatlara görə isə AFFA Fernandu Santuşdan sonra yerli məşqçilərdən birinə şans verməyi düşünür. Bu mövzuda adı daha çox hallanan isə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovdur. Artıq futbol qurumunun Qurbanovla qeyri-rəsmi təmaslara başladığı da daxil olan məlumatlar arasındadır.
Amma məsələni Fernandu Santuşa ödəniləcək təzminatla bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi həll edəcək.
 
Ardını oxu...
Türkiyə Super Liqasında son iki mövsümün qalibi və hazırkı lideri "Qalatasaray" heyətində çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərini davam etdirir.

Demokrat.az xəbər verir ki, komandaya "10 nömrə" transfer etmək istəyən Dursun Özbekin Braziliya Liqasında çıxış edən futbol ulduzu ilə əlaqə saxladığı gündəmə gəlib.

"Sarı-qırmızılı" klub 37 yaşlı Dris Mertensin yaşının irəliləməsi səbəbilə 10 nömrəli transferi reallaşdırmaq istəyir.

Braziliya mətbuatında yer alan xəbərə görə, baş məşqçi Okan Burukun qərarı ilə hərəkətə keçən "Qalatasaray" mövsümün əvvəlində izlədiyi "Fluminense"nin ulduzu Con Ariasa elçi düşüb.

Hücuma meyilli futbolçunun Avropada oynamaq arzusunun olduğu bildirilir.

Həmçinin qeyd edilir ki, hazırda Ariasa ən ciddi təklif məhz "Qalatasaray"dandır.

"Sarı-qırmızılılar"ın transfer etmək istədiyi futbolçu 2024-cü ildəki performansı ilə "Fluminense" tarixinə düşüb. 46 matçda 13 qol vuran ulduz futbolçu "Fluminense" forması ilə bir mövsümdə ən çox qol vuran ikinci əcnəbi futbolçu olub.

27 yaşlı oyunçu karyerası ərzində heç vaxt Cənubi Amerikadan kənarda olmayıb. Yalnız Braziliya və Kolumbiyada forma geyinən kolumbiyalı futbolçu ümumilikdə 201 matçda meydana çıxıb. Ulduz futbolçu bu matçlarda 32 qol vurub, 25 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Arias "Fluminense"dən əvvəl Kolubbiyanın "Patriotas", "Llaneros", "Amerika de Kali" və "Santa Fe" klublarıda çıxış edib. Kolumbiya millisində 25 oyun keçirərək 3 qol vuran oyunçuya "Transfermarkt" 15 milyon avro qiymət qoyub.
 

Dünyapress TV

Xəbər lenti