Millimiz bu gün Haiti ilə oynayacaq
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq.

"DogruXeber.az" xəbər verir ki, portuqaliyalı Fernandu Santuşun rəhbərlik etdiyi komanda yoldaşlıq matçında Haiti millisi ilə üz-üzə gələcək.

Bu, komandaların tarixlərində bir-birlə ilk qarşılaçmasıdır.

Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək.

Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.

Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.

Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti