Ardını oxu...
Viktor Serebryanikov Kiyev "Dinamo"sunun əfsanələrindən sayılır.
Artıq dünyasını dəyişmiş keçmiş yarımmüdafiəçi "Neftçi"nin 1966-cı ildə "bürünc medal" almasına kölgə salmağa çalışmış və uydurma bir əhvalat danışmışdı.
Guya 1966-cı ildə çempionatın bitməsinə 3 tur qalmış çempionluğu təmin etmiş "Dinamo"nun futbolçularına "Neftçi" 80 min rubl verərək oyunu alıb. Pulu isə 20 yaşlı Anatoli Banişevski, 21 yaşlı Vladimir Bruxti və 24 yaşlı Eduard Markarov Serebryannikova verib.
Bu sərsəmləmənin sübutu kimi həmin dövrlə bağlı faktoloji yalanlara diqqət yetirmək olar. Serebryanikov oyunun hesabını səhv deyib (1:2 əvəzinə 2:3), bombardirlik uğrunda mübarizə aparan Anatoli Bışovetsin qonaqların qapısına 2 qol vurduğunu bildirib (halbuki, o, 1 qol vurub), "Neftçi"nin həmin dövr Rostov OİK-i ilə gümüş uğrunda mübarizə apardığını qeyd edib (halbuki, "Neftçi" son turda 3:0 darmadağın etdiyi Moskva "Spartak"ı ilə "bürünc" mübarizəsi aparırdı və s.).
Serebryanikovun bakılıların verdiyini söylədiyi 80 min rubl isə həmin dövr üçün inanılmaz dərəcədə yüksək - fantastik məbləğ olub. Müqayisə üçün o zaman ən tanınmış futbolçular belə 300 rubldan artıq maaş almayıblar.
Serebryanikov başqa bir müsahibəsində 1962-ci ildə Çilidə keçirilən dünya çempionatı zamanı Cənubi Amerikada olan və izlənilən "KQB" nümayəndəsinin məktubunu lazımi yerə çatdırmağa yardımçı olduğunu və buna görə 500 dollar mükafat aldığını etiraf etmişdi:
"Taksi ilə onun yazdığı ünvana apardım. Minnətdarlıq olaraq 500 dollar aldım. Uşaqlar, mən özümü milyoner hiss edirdim! "Volqa" 21-in yarı məbləği artıq mənim cibimdə idi!".
Həmin dövrdə rublla dolların dəyəri təxminən eyni olub ( 60-cı illərdə 1 dollar- 0.62 qəpik olub TEREF)) və Serebryanikov bu pulu alandan sonra özünü milyonçu kimi hiss etdiyini xüsusi vurğulamışdı.
Bütün bunların fonunda ən azı, "Neftçi"nin kosmik bir məbləğ - 80 min rubl verməsi haqda iddia bu söhbətin nə qədər uydurma və yalan olduğunu bir daha sübut edir.
Viktor Serebryanikovun nağılını o zaman artıq haqqın rəhmətinə qovuşmuş Banişevski və Bruxti cavablaya bilməsə də, Eduard Markarov yalanlamışdı.
Sports.az
 
Ardını oxu...
3 gün əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilən Sahil Babayevin gənclik illərində karate ilə məşğul olduğu məlum olub.

Bu barədə məlumatı tanınmış karateçi, müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov təqdim edib.

Qeyd edək ki, Sahil Babayev 2022-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti vəzifəsini də icra edir.

/Yeniavaz.com
 
Ardını oxu...
DogruXeber.az: - Azərbaycan futbol federasiyaları assosiasiyası öz uğursuqluğunu gizlətmək və yaratdığı gərginliyin səmtini dəyişmək üçün, özünə yaxın KİV vasitəsi ilə həmləyə keçib. Hərəkatın başında “Etopaz”dan və AFFA-dan maliyyələşən bəzi idman saytları dayanır. Məlumdur ki, Fernandu Santuşun komandasının Millətlər liqasında rüsvayçılığı, “Boz ev”in inkişaf strategiyası layihəsi və icraçı vitse-prezident Sərxan Məmmədovun çevrəsində olan media qurumlarına dövlətdən pul ayırması böyük əks-səda doğurub. Rövşən Nəcəfi çətin durumda qoyan keçmiş şahmatçı, çıxış yolunu futbol meydanında hiyləgər gedişlər etməkdə görüb.

Hər dəfə çətinə düşəndə, öz mirzələri vasitəsi ilə Elxan Məmmədov “sazını dıqqıldadan” Sərxan Məmmədov, bu dəfə öz aləmində bir güllə ilə iki rəqibini vurmağa qərara gəlib – guya FİFA rəsmisi yaxın müddətdə Fərid Qayıbov yerinə nazir gəlmək istəyir (mənbə: sports.az) – hesablamayıb ki, bunu etməklə ölkə başçısı İlham Əliyevə yaxınlığı ilə bilinən AFFA icraiyyə komitəsinin üzvü Elşad Nəsirova, eləcə də Azərbaycan gimnastika federasiyanın (AGF) birinci vitse-prezidenti Altay Həsənovun bostanına daş atmış olub. Zatən son dönəmdə – “Misli” ilə əməkdaşlıqdan sonra – AFFA və PFL şübhəli işlərlə məşğuldurlar: Avropada siyasi təxribatçılara bağlı jurnalistləri və bloqçuları başqa ölkələrdən Azərbaycan hökümətinə təzyiq göstərən qüvvələrə xidmət edənlərlə əlaqəliləri, feministləri və LGBT tərəfdarı olan media mənsublarını qeydiyyata alıb, onların beynəlxalq çıxışını təmin edirlər. Bu xəbərlə isə, onlara göstərmək istəyirlər ki, guya hakimiyyət daxilində çatlar əmələ gəlib, mühüm kürsülər uğrunda amansız mübarizə gedir.

Gənclər və idman naziri hələ AGF-də uğurlu fəaliyyəti ilə tanınırdı. Ötən il olimpiya millimiz Paris-2024-də 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla, 206 ölkə arasında ilk dəfə 30-cu yerdə qərarlaşıb; olimpiya idman növlərində idmançılarımız dünya çempionatlarında 5 kərə fəxri kürsünün ən yüksək pilləsinə çıxmaqla tarixi zəfərə yiyələndiblər. Fərid Qayıbov özünü Avropa Gimnastikasının prezidenti olaraq da doğruldub. Sovetlərdən fərqli, bu idman növü müstəqillikdə birinci xanım Mehriban Əliyevanın federasiya prezidenti olması ilə xeyli inkişaf edib və bir çox yüksək nəticələrə nail olunub.

Paris oyunlarında bədii gimnastika üzrə qrup hərəkətləri yığmamızın final mərhələsinə adlaması, yekunda 5-ci yer tutması dünya ustadları tərəfindən yüksək qiymətləndirilib. Milli gimnastika arenası və bu idman qurğusuna daxil məşq binaları cahanda say-seçmələrdəndir. Altay Həsənov çox alicənab, sözübütöv, mətbuata açıq və səmimidir (gözəl insanın bu gün doğum günüdür). Onun yetişdirdiyi kadrlar beynəlxalq vəzifələrini layiqincə yerinə yetirirlər. Fərid Qayıbov təzə nazir olanda, silsilə görüşlər keçirirdi. Onların sırasında AFFA da vardı. Amma qarşı tərəfdən indiyədək heç bir rəhbər şəxsin GİN-in binasında fotosunu belə görməmişik. Bu azmış kimi, nazirliyin özünün nümayəndəsinə icraiyyə komitəsində təmsil olunmasına imkan vermədilər. Niyə? Qorxdular ki, 1-səhifəlik inkişaf strategiyası layihəsi yazan Fərid Qayıbov öz sahəsində yiyələndiyi zəfərə futbolda da nail olar. Bu üzdən gərginlik yaradaraq, onun fikrini ayrı səmtə yönləndirməyə çalışırlar. “Boz evdə” indi əyləşənlərə xatırladaq ki, Azərbaycan prezidenti Fərid Qayıbovu nazir təyin edərkən, ona verdiyi tapşırıq idmanda legionçuluğu azaltmaq, əsas diqqəti yerlilərə yönəltmək olub. AFFA futbolda legionçu həddini tamam ləğv edərkən, GİN-in rəsmi mövqeyini nəzərə almayaraq, dolayısı ilə İlham Əliyevin siyasətinə qarşı çıxıb.

“AFFA Sərxan”a yaxınlığı ilə bilinən teleaparıcı İlkin Xəlilov öz reportajında (sportinfo.az) ötən ilin yekununa qiymət verərkən, dövlətə şəxsi kinayəsini gizlətməyib və dolayısı ilə GİN-i hər il uğurları şişitrməkdə günahlandırıb. Sitat: “İl, ümumən, Azərbaycan idmanı üçün necə keçdi sualına cavab axtaraq. Ənənəvi olaraq, hər il verilən bu suala əsas cavabdeh qurum – gənclər və idman nazirliyinin də ənənəvi cavabı var. Nazirlik yarandığı 1994-cü ildən bu yana həmişə ilə bu şəkildə yekun vurur: İl Azərbaycan uğuru üçün uğurlu keçmişdir. “Uğurlu il” ifadəsi 2024-ün yekununda daha gurultulu səslənib. Çünki 2024-də ölkə idmanı tarixində bir il ərzində beynəlxalq yarışlarda rekord sayda – 1718 medal qazanılıb…”

Birincisi, deyilən, həqiqəti əks etdirmir. 1998-1999-2000-ci illərdə beynəlxalq yarışlarda mükafat göstəricisi öncəkinə nisbətdə aşağı olub və bu, GİN-in açıqlamasında rəsmən öz əksini tapıb (pandemiya dönəmində də nəticə enib). Belə olan halda, nazirlik, necə “hər il uğurlu keçib” ifadəsini işlədə bilər? İkincisi, ötən il olimpiya və paralimpiya oyunları, bir neçə multi-idman yarışları keçirilib və idmançılar bundan savayı, çox sayda beynəlxalq yarışlarda iştirak edərək fərqləniblər. Sözsüz ki, digər paralimpiada yarışlarında nəticələr də nəzərə alınıb. Üçüncüsü, təcrübəli reportyor nədənsə Paris-2024-də yekun nəticədə ilk dəfə (!) Azərbaycanın 30-cu yeru tutmasının üzərindən sakit keçib.

Ardını oxu...

Millimiz London-2012-də də bu yekun nəticəni göstərsə də, sonradan legionçu ağırlıqqaldıranımız Valentin Xristovun dopinqdə ilişməsi üzündən, komandamız 1 pillə aşağı düşüb. Yaxşı olardı ki, Sərxan Məmmədov təzə jurnalist dostu ilə tək içki masası arxasında əyləşməsin, hərdən ona şahmatı da öyrətsin. Yarışlarda güclü oynayanlardan çəkinir, sonra da özünü öyür ki, 2-ci olmuşam. Əsas rəqiblər olmadan 2-ci olmaq olar, amma dərslərindən “2” almayasan, çünki siyasət böyük məktəbdir. “İqtidaryönlü sayt” mövzusu ilə atılan yemi udanlar, çətin bunun əks üzünü görsünlər, mahiyyətini dərk etsinlər.

Qayıdaq, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin məhkəməyə verməsindən sonra, ondan qurtarıb yenidən Elxan Məmmədova keçən “AFFA Sərxan”ın yeni çevrəsindəki digər mirzəyə, Anar Səidə. Adları çəkilən bu idman jurnalistləri illərdir keçmiş baş katibə qarşı kin bəsləyirlər. Bu “qəhrəmanlar” adətən tənqidi yazıları və süjetləri şəxsi-qərəz üzərində qururlar. Nə dərin, dürüst araşdırmaya, nə də öncədən verilən səhih bilgiyə rast gəlinir. Dediklərini zatən hər kəs bilir, hətta həvəskarlar, adi vətəndaşlar da. O qədər bezdirirlər ki, idman adamı axırda məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət edir. İşdən çıxarılma təhlükəsi ilə üz-üzə gələndə isə, məsələni ictimailəşdirib vəziyyətdən sürüşüb çıxırlar. Adama deyərlər, qorxursansa, niyə sataşırsan? Elan vermədən 5-10 nəfər yığıb “həmrəylik” turniri keçirərək ümumi idman jurnalistləri adından danışmağın özü ayrı bir ədəbsizlikdir!

Mənbə:https://allsport.az/
Ardını oxu...
Braziliya millisinin sabiq futbolçusu Ronaldo Luis Nazario Karlo Ançelottini yığmada baş məşqçi postuna gətirmək istəyir.

48 yaşlı keçmiş hücumçu Braziliya Futbol Federasiyasının prezidenti seçiləcəyi təqdirdə italiyalı mütəxəssisi ölkəsinə dəvət edəcək.

O, 2026-cı ilin martında namizədliyini irəli sürmək niyyətindədir.

Tərəflər hələlik mümkün əməkdaşlığı müzakirə etməyiblər. Ronaldo 65 yaşlı baş məşqçini İspaniyanın "Real" klubundan uzaqlaşdırmaq istəmir. Madrid təmsilçisi Ançelotti ilə yollarını ayıracağı təqdirdə ona Braziliya millisində iş təklif olunacaq.

Qeyd edək ki, mütəxəssisin "kral klubu" ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
 
Ardını oxu...
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 19-cu turunda “Əl-Fayha” üzərində qazanılan qələbəyə (3:0) qolla töhfə verib.

“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu 40 yaşa qədəm qoyandan sonra ilk dəfə fərqlənib.

O, matçdan sonra öz sosial şəbəkə hesablarında paylaşım edib. Ronaldo 40 yaşı tamamlandıqdan sonra vurduğu ilk qol haqqında bunu yazıb: “Qələbə və 40 yaşdan sonra ilk qol”.

Xatırladaq ki, Ronaldo cari mövsüm bütün turnirlərdə 26 matçda 24 qol vurub, 4 qol ötürməsi verib.

Kristiano fevralın 5-də 40 yaşa qədəm qoyub.
 
Ardını oxu...
Avroliqa iki Serb klubunu azarkeşlərinin davranışına görə cərimələyib.

“Srvena Zvezda” doğma meydanda “Partizan”la qarşılaşıb və 73:71 hesabı ilə qalib gəlib.

Publika.az xəbər verir ki, hər iki komandanın azarkeşləri arenada iğtişaşlar törədib və oyun boyu təhqiramiz şüarlar səsləndiriblər.

Avroliqanın İntizam Komitəsi “Partizan”ı 50 min avro cərimələyib. Bundan əlavə, “Baskonia” ilə oyunda komanda azarkeş sektorları qapalı olacaq.

“Srvena Zvezda”ya gəlincə, klub 20 min avro cərimələnib. Bu, Belqrad komandası üçün cari mövsümdə ilk cərimə deyil – noyabrda onlar azarkeşlərinin davranışına görə 32 min avro cərimə olunmuşdular.
 
Ardını oxu...
AFFA İcraiyyə Komitəsinin həftənin əvvəlində keçirilən iclasında verilən qərarların müzakirəsi davam edir. Xüsusilə legioner limiti və iştirakçı sayı 12-yə çatdırılan Premyer Liqanın yeni mövsümdən hansı formatda keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Limit məsələsində futbol ictimaiyyəti iki yerə bölünüb. Bu qərarla razı olanlar da var, olmayanlar da.

Bununla belə, artıq AFFA tərəfindən qərar verilib. Nəyin necə olacağını zaman göstərəcək. Amma limitlə bağlı qərarda bir məqamla bağlı qeyri-müəyyənlik var.

Söhbət “oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər” bəndindən gedir. Bəli, qeyd olunan 17 əcnəbi qaydası yalnız oyunların limitinə aiddir. Bu sayın Peşəkar Futbol Liqasına təqdim edilən sifariş ərizəsinə heç bir aidiyyəti yoxdur. Klublar istədikləri qədər əcnəbi futbolçunu çempionatın təşkilatçısı olan qurumda qeydiyyatdan keçirə bilərlər. Lakin oyunlar zamanı onlardan 17-sinin xidmətindən yararlana bilərlər.

Bu, Azərbaycan futboluna yad olmayan bir problemin daha da böyüməsi ilə nəticələnə bilər. Az qala hər mövsüm, hər transfer pəncərəsində legionerləri əlcək kimi dəyişən bəzi klubların rəhbərləri və onlara yaxın şəxslər, menecerlər üçün yeni və daha çox qazanc fürsəti yaranır. Daha çox legioner daha çox pul, qazanc, mənimsəmə deməkdir.

Futbolumuzda zaman-zaman bu kimi hallar yaşanıb. Meydana çıxmayan, tribunada oturan futbolçularla müqavilə imzalanıb. Bəzi hallarda onların macərası 6 ay, bəzi hallarda isə 2-3 il çəkib. Futbol eksperti Emin Abbasov indi də oxşar proseslərin baş verəcəyini ehtimal edir:

“Təbii ki, istifadə edə bilərlər. Məsələn, bir vaxtlar Bakı "İnter"i mövsüm ərzində 20-25 legioner cəlb edirdi. Aralarında elələri olurdu ki, mövsüm boyu bir neçə oyuna çıxırdı, vəssalam. Böyük ehtimalla, indi də belə edənlər olacaq. Belə baxanda, limit ola-ola da, əcnəbiləri gətirib-göndərən klublar var. Limitin ləğvindən sonra necə olacağını təxmin etmək çətin deyil. Legioner limitinin ləğvi ilə ümumilikdə Premyer Liqanın səviyyəsi qalxacaq. Amma çətin ki, yerlilərə bundan sonra inam olsun.

Deyirlər ki, yerli futbolçular aşağı büdcəli komandalarda oynayacaq. Lakin mən düşünürəm ki, elə onlar da legionerlərə üstünlük verəcəklər. 12 legioner gətirməyə, demək olar ki, bütün klubların imkanı çatacaq. Büdcəsi aşağı olanlar ən yaxşı halda 1-2 yerli futbolçu oynadacaqlar. Yəni indi hər tur start heyətdə məcburi qaydada 40 yerli futbolçu meydana çıxırsa, növbəti mövsümdən bu rəqəm ən yaxşı halda 15-20 olacaq. Yerli futbolçu oynadanlara bonus veriləcəyi açıqlanıb. Amma bir məsələ də var ki, həmin klublar heyəti legionerlərlə dolu rəqiblərdən xal almalı, Premyer Liqada yerini qorumalıdılar. Bu şərtlər altında çətin kimsə bonus hayında olsun”.

Sabiq futbol funksioneri Yaşar Sultanov isə ümumiyyətlə legioner limitinin ləğv edilməsindən narazıdır. O, bu addımın futbolumuz üçün faydalı olmayacağını bildirir:

“Ümumiyyətlə, o ölkədə legioner limiti ləğv olunar ki, orada özünün legioner həyatı yaşayan futbolçularının sayı 100-dən artıq, 300-500 olsun. Dünyanın aparıcı futbol ölkələrində olduğu kimi. Bizim normal legioner həyatı yaşayan futbolçularımız yoxdur. Dünyanın, Avropanın aparıcı klublarından bir oyunçumuz yoxdur. Legioner limitini götürüb, nə etmək istəyirik? Bəs onda yerli futbolçuları nə edək? Deyək ki, imkanlı klub olaraq heyətimizə legionerlər cəlb etdik. Biz bununla nəyə nail olacağıq? Aparıcı, nüfuzlu kluba çevriləcəyik? Avrokuboklarda 1-2 mərhələ keçdik, bəs sonra? Növbəti il təzədən başlayaq?

Bir strategiya, hədəf olmalıdır: məsələn, hər il Avropaya 1-2 futbolçu göndərmək. Bizim klublar Tbilisi “Dinamo”sundan, Kutaisi “Torpedo”sundan, Batumi “Dinamo”sundan güclü deyillər? Niyə onların Avropanın aparıcı ölkələrində legioner futbolçuları var? 200-ə yaxın futbolçuları sabiq sovet ölkələrində oynayır. Amma bizdə heç kim yoxdur. Bizə güclü klubdan öncə güclü futbolçu lazımdır. Bizə dünyada sözünü deyə biləcək futbolçular lazımdır. Ölkənin siması olacaq oyunçular lazımdır. Hansı ki, qonşu ölkələr futbolçuları ilə təqdim olunurlar. Qonşu ölkələrin hər birinin dəyəri 10 milyon avrodan yüksək olan 4-5 futbolçusu var. Bizdə isə buna yaxın düşəcək bir nəfər belə yoxdur.

Bəli, bu qərardan sonra klublarda legionerlərin sayı çoxala, 20-30 ola bilər. Bu məqam natəmiz klub rəhbərləri ilə futbol işbazları aralarında korrupsiya körpüsü yaradacaq”.

Publika.az
 
Ardını oxu...
 

Kadi Borgesin "Qarabağ"a transferiylə bağlı şok detallar üzə çıxıb.

Musavat.com Football-plus.az-a istinadən xəbər verir ki, Macarıstan mətbuatına açıqlama verən futbolçu əslində komandasından ayrılmaq niyyətində olmadığını bildirib. O, hər şeyin qəfil baş verdiyini deyib:

"Evdə ertəsi gün Macarıstan çempionatında baş tutacaq növbəti oyuna hazırlaşırdım. İdman direktorumuz Tamaş Haynaldan gələn zəng məni xeyli təəccübləndirdi. O, "Ferentsvaroş"dan ayrılmaq istəmədiyim halda, məndən başqa komandaya keçmək istəyib-istəmədimi soruşdu. Cavabım belə oldu: klubum və mənim üçün faydalı olacaqsa, bəli. Bundan sonra danışıqlar prosesinin başlayacağını düşünürdüm. Sən demə, hər şey artıq son mərhələdəymiş. Dərhal menecerimə zəng etdim. O məsələdən xəbərdar olmadığını dedi. Mən hələ də hadisələrin səbəbini başa düşməmişəm. Hər şey bir anda baş verdi.

Qısası, "Qarabağ"a keçidim "Ferentsvaroş"un qərarıdı. Komandadan ayrılmaq üçün heç bir səbəbim yox idi. Yayda gəlmişdim və uzunmüddətli müqavilə imzalamışdım. Danışıqlar yalnız klublar arasında baş tutdu. Sonradan öyrəndim ki, Julio Romaoyla danışıqlar başlayıb və onunla dəyişdirilirəm. "Qarabağ" Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib.

Mən "Ferentsvaroş"un arxa qapısından qaçmadım. Ordan başıuca ayrıldım. Bu komandada özümü çox yaxşı hiss edirdim. Bilirəm ki, statistikam yaxşıdı və həmin rəqəmlər yalan danışmır. Bəlkə də hamısı səhvdi və mən futbol haqda nəsə bilmirəm. Yəqin ki, "Qarabağ"la "Ferentsvaroş"un belə qərar verməsi hər ikisi üçün yaxşıdı. "Ferentsvaroş"u tərk etmək məcburiyyətində qalsam da, "Qarabağ"a dəyər verirəm və hörmət edirəm. Burda xoşbəxt olacam".

Ardını oxu...
Klubun qızlardan və oğlanlardan ibarət komandalari ölkə birinciliyinin qalibi oldu
Azərbaycan cüdosu hazırda dinamik inkişaf edir: artıq ilin əvvəlindən idmançılarımız mötəbər beynəlxalq yarışlarda uğurla çıxış edir, nailiyyətləri artırırlar. Ölkəmizdə cüdonun populyarlaşmasına və inkişafına öz töhfəsini verən idman klubları arasında “Judo Club 2012”nin özünəməxsus sanballı payı vardır. Ötən ili 117 medalla başa çatdıran klubun idmançıları yeni mövsümə də iddialı başlayıblar.
Bu günlərdə klubun üzvləri 21 yaşadək gənclər arasında ölkə birinciliyinin fərdi və komanda yarışlarında uğurlu nəticəyə nail olublar. Belə ki, fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 5 bürünc medal qazanan “Judo Club 2012” klubu oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub. Klub həmçinin medalların sayına görə (11 medal) ilk pillədə qərarlaşıb. Fərdi yarışlarda qızıl medalları Mehdi Cəfərov (-73 kq) və Əli Qazımaqomedov (-90 kq) qazanıb. Aliyə İsmayılzadə (-48 kq), Fəqan Məmmədli (-73 kq), Tuncay Şamil (-90 kq) və Vidad Əliyev (-100 kq) ölkə birinciliyinin gümüş medallarına sahib olublar. Bürünc medallara isə Xumar Qasımzadə (-48 kq), Leyla Əliyeva (-52 kq), Leyla Atayeva (-63 kq), Süleyman Əliyev (-81 kq) və Şamil Qasımov (-100 kq) layiq görülüb.
Ardını oxu...
Fevralın 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə U-21 gənclər komandalarının ölkə birinciliydə “Judo Club 2012”nin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları qızıl medallara və kuboka sahib çıxıblar.
Beləliklə, klubun təmsilçiləri ötən ilin dekabr ayından bu günə qədər keçirilən ölkədaxili yarışlarda ardıcıl üçüncü dəfədir ki, oğlanlar və kişilər arasında komanda yarışlarının qalibi adını qazanırlar. Qızlardan ibarət komandalar isə bu il ardıcıl ikinci yarışdır ki, liderliyi qoruyub saxlaya bilirlər.
Xatırladaq ki, ötən ilin sonunda böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında uğur qazanan klubun üzvləri kişilərin komanda yarışında birinci, qadınların mübarizəsində isə üçüncü yeri tutmuşdular.
Ardını oxu...
Yeni mövsümə uğurla başlayan “Judo Club 2012”nin üzvləri, həmçinin, ilin ilk sınağı olan U-18 yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarında 9 medala layiq görülüblər. Klubun yetirmələri bu yaş qrupu üzrə həm qızlar, həm də oğlanlar arasında komanda yarışlarında çempionluğu qazanıblar. Bu möhtəşəm qələbənin ardını isə 21 yaşa qədər gənclər arasında Bakı şəhər birinciliyində 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan klubun gənc cüdoçuları davam etdirib. “Judo Club 2012”nin üzvləri 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyində 2 qızıl və 1 gümüş, Belçika açıq cüdo turnirində isə iki bürünc medala sahib olublar.
Göründüyü kimi, klub nailiyyətlərini artırır, yeni çempionlar nəslinin yetirişdirilməsində fəal iştirak edir. Əlbəttə, qazanılan uğurların təməlində ölkə rəhbərliyinin idmana və idmançılara diqqət və qayğısı, Azərbaycan Cüdo Federasiyasının (ACF) kluba dəstəyi mühüm rol oynayır. Klubun dinamik, davamlı inkişafında onun təsisçisi, ACF İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun xüsusi xidmətləri vardır. Onun təşəbbüsü ilə klubun cüdo üzrə məşqçilər heyətinə adlı-sanlı tanınmış idmançılar İlqar Müşkiyev və Kifayət Qasımovanın cəlb edilməsi təqdirəlayiq haldır. Bundan başqa, klubun üzvü Zelim Kotsoyevin ötən il həm dünya, həm də Olimpiya çempionu olması burada cüdonun sirlərini öyrənən uşaqlar və yeniyetmələr üçün təsirli motivasiya mənbəyidir. Artıq klubun üzvləri iştirak etdikləri hər bir yarışda favorit qismində göstərilir və yüksək hədəflər uğrunda mübarizə aparırlar.
Ardını oxu...
Gələcəkdə daha böyük uğurlara imza atmağı hədəfləyən klub rəhbərliyi yeni idmançıların yetişdirilməsi, beynəlxalq arenada Azərbaycanı təmsil edəcək çempionların hazırlanması və cüdonun daha da inkişaf etdirilməsi üçün bütün zəruri tədbirləri görür. İnanırıq ki, peşəkar rəhbərlik və məşqçi kollektivinin gərgin səyi nəticəsində klubun üzvləri bu il də çempionluq imicinə sadiqliyini nümayiş etdirərək, ölkə idmanının inkişafına öz töhfələrini daha artıracaqlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

Dünyapress TV

Xəbər lenti