UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Malmö”nün futbolçusu Yens Striqer oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Tribunainfo.az xəbər verir ki, İsveç təmsilçisinin müdafiəçisi belə danışıb:

“Uzun yol gəlmişik. Sabahkı oyunun çətin olacağını bilirik. Amma uduzmaq barədə düşünmürük. “Reyncers”lə oyundakı səhvləri təkrarlamaq niyyətində deyilik. Rəqibimizi məğlub etməyə çalışacağıq. “Qarabağ”la bağlı məlumatlar əldə etmişik. Rəqibin gücünə də bələdik. Lakin məğlub olmaq istəmirik”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
 
Ardını oxu...
Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı siyasi səviyyədə işlənilir.

“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.
 
Ardını oxu...
Asiya Çempionlar Liqasının II turunun "Traktor" (Təbriz) - “Mohun Baqan” (Hindistan) oyunu ləğv edilib.

Referans.az xəbər verir ki, oktyabrın 2-si baş tutmalı olan görüş qonaq komandanın Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.

Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.
 
 

 


Ardını oxu...
Dünya futbolunun ən önəmli adlarından biri olan 39 yaşlı Kristiano Ronaldo 2023-cü ilin əvvəlində “Əl-Nəsr”lə müqavilə imzalayıb.

İndex.az xəbər verir ki, Səudiyyə Ərəbistanı yığması ilə 2,5 illik müqavilə imzalayan portuqaliyalı ulduz müqaviləsinin son ilinə qədəm qoyub.

“Ntvspor”un İtaliya mətbuatından aldığı məlumata görə, “Əl-Nəsr” Kristiano Ronaldo ilə yeni müqavilə danışıqlarına başlayıb.

Xəbərdə Ronaldonun futbolu davam etdirmək və 2026-cı il dünya çempionatında oynamaq istədiyi vurğulanıb.

Kristiano Ronaldo 2026-cı il dünya çempionatında iştirak etsə, 6 müxtəlif dünya çempionatında oynayan ilk futbolçu kimi tarixə düşəcək.

Ötən mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında 31 matçda 35 qol vuraraq bombardir olan Kristiano Ronaldo bu mövsüm liqada 5 matça çıxıb və 4 qola imza atıb.
 
Ardını oxu...
Moskvanın CSKA klubunun keçmiş baş məşqçisi Valeri Qazzaev bildirib ki, Rusiya Futbol İttifaqı (RFU) Rusiyanın beynəlxalq arenaya qayıtması ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyası ( FİFA ) ilə əlaqə saxlayır.

32gun.az bildirir ki, o Match TV.yə müsahibəsində deyib.

“RFU-nun baş katibi və təşkilatın prezidenti mütəmadi olaraq UEFA və FİFA ilə əlaqə saxlayır. Düşünürəm ki, aktiv mövqe öz bəhrəsini verəcək”, - Qazzaev bildirib.

2022-ci ilin yazında FİFA və UEFA Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə əsasən, Rusiya milli komandasının , eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəliblər. Ruslar Almaniyada keçiriləcək 2022-ci il dünya çempionatı və 2024-cü ildə keçiriləcək Avropa çempionatının pley-off mərhələsini buraxıblar. İspaniya millisi 2024-cü ilin Avropa çempionu olub.
 
Ardını oxu...
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib.

Azərbaycan Cüdo Federasiyası (ACF) və ölkəmizin tanınmış idman klublarından olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirilən budəfəki yubiley yarışı Həzi Aslanovun anadan olduğu Lənkəran şəhərində yerləşən Olimpiya İdman Kompleksində təşkil olunub.

Yarışın açılış mərasimindən əvvəl Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, “Azman Holdinq” şirkətinin və “Judo Club 2012”nin rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Lənkəran Astara-Regional Gənclər və İdman İdarəsinin rəsmiləri, həmçinin ictimaiyyət nümayəndələri müasir və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhər Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Ardınca iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Rəsmi heyət daha sonra Həzi Aslanovun Lənkərandakı ev-muzeyini də ziyarət edib.

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub və Azərbaycan bayrağı arenaya gətirilib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani yarış iştirakçılarını salamlayaraq ənənəvi turnirin beş illik fasilədən sonra Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə yenidən bərpa olunduğunu bildirib.

Turnirin baş hakimi, “Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov çıxış edərək 1975-ci ildə dahi siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan turnirin ölkəmizdə cüdonun inkişafı istiqamətində mühüm mərhələ olduğunu qeyd edib.

Böyük ənənəsi olan turnirin beş illik fasilədən sonra yenidən bərpa olunduğunu vurğulayan F.Hüseynov bu yarışın iştirakçıları arasında dünya, Avropa və bir sıra mötəbər yarışların qalib və mükafatçıları olduğunu deyib.

Gənclər və İdman Nazirliyinin idman səfiri, cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov çıxışı zamanı turnirin əhəmiyyətini yüksək qiymətləndirib. Özünün də vaxtilə bu turnirdə iştirak etdiyini qeyd edən Bakı-2015 I Avropa Oyunlarının gümüş mükafatçısı bu yarışdan gələcəyin dünya, Avropa və Olimpiya çempionlarının çıxacağına əminliyini bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov General-mayor Həzi Aslanovun xatirə turnirinin paytaxtla yanaşı, müxtəlif regionlardan olan idmançıların və məşqçilərin potensialının artırılması, eyni zamanda klublar arasında əlaqələrin genişlənməsi və Azərbaycan Cüdo Federasiyasının əsas strateji hədəflərindən olan regionlarda cüdonun kütləviləşməsinə töhfə verdiyini qeyd edib.

Yarışların meneceri Ağayar Axundzadə turnirin təşkilatçılarına minnətdarlığını bildirərək iştirakçılara uğurlar arzulayıb.

Məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov turnirin təşkilatçılarına, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə və ənənəvi yarışın yenidən bərpa olunmasında göstərdiyi təşəbbüsə görə “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova minnətdarlığını bildirib.

Həzi Aslanov cüdoçularımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin Azərbaycanda idmanın bu növünün böyük gələcəyindən xəbər verdiyini diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra tədbir teatrallaşdırılmış bədii hissə ilə davam edib.

Yarışlar açıq elan edildikdən sonra final və üçüncü yer uğrunda görüşlərə start verilib.

Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və ACF-in reqlamentinə uyğun olaraq təşkil edilən ənənəvi yarışda ölkəmizin 25-ə yaxın klubundan 120-dən çox ən güclü idmançı iştirak edib.

18 yaşadək yeniyetmə cüdoçuların (2008-2010-cu illər təvəllüdlü oğlanlar) mübarizə apardığı turnirdə idmançılar 8 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışda uğurla çıxış edən “Judo Club 2012”nin komandası 2 qızıl, 2 bürünc medala sahib çıxıb. Klubun üzvlərindən Emil Hüseynli (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehdi Eyvazov (-81 kq) və Xalid İliyasov (-90 kq) isə bürünc medallara layiq görülüblər. “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub. Respublika Kompleks İdman Mərkəzi (RKİM) 3 qızıl, 1 gümüş, 2 bürünc medalla birinci, “Sərhədçi” İdman Mərkəzinin komandası isə 1 dəst medalla üçüncü yerə sahib çıxıb.

Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigez 10,5 milyon funt-sterlinq dəyərində malikanəyə köçməzdən əvvəl Ər-Riyaddakı "Four Seasons" otelində bir neçə ay qalıb.

Otel olduqca dəbdəbəli idi.

Cütlük eyni anda iki mərtəbədə ev icarəyə götürüb. Ayda 250.000 funt-sterlinqə başa gələn 17 otaqdan ibarət ev.

"Four Seasons" veb-saytında qeyd edilib ki, xidmətdə həmçinin “otaqda 24 saat yemək”, pulsuz gecə ayaqqabı parıltısı və günün istənilən vaxtında hava limanında transfer üçün ödəniş etmək imkanı var.

Ronaldonun maaşının ildə 173 milyon funt sterlinq olduğu deyilir.
Ardını oxu...
İspaniya La Liqasında səkkizinci tur lider "Barselona" üçün uğursuz olub.

Oxu.Az xəbər verir ki, katalon klubu bu dəfə "Osasuna"nın qonağı olub.

Meydan sahibləri "Barsa"nın qapısından 4 top keçiriblər. Qonaqlar bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 4:2.

Qeyd edək ki, bu məğlubiyyət Kataloniya təmsilçisi üçün cari çempionatda ilk olub. Məğlubiyyətə baxmayaraq, "Barselona" 21 xalla çempionatdakı liderliyini qoruyub saxlayıb. "Osasuna" isə 14 xalla 6-cıdır.
Ardını oxu...
Nüfuzlu "FourFourTwo" nəşri hazırda dünyanın futbol üzrə ən yaxşı 10 qapıçısının adını açıqlayıb.

İlk “üçlük”də İngiltərə Premyer Liqasında çıxış edən qolkiperlər yer alıblar.

Siyahıya “Liverpul”un formasını geyinən Alisson Beker başçılıq edir. “Mançester Siti”nin şərəfini qoruyan Ederson Moraes ikinci, “Arsenal”ın uğurları üçün çalışan David Raya isə üçüncü pillədə qərarlaşıb.

Hazırda dünyanın ən yaxşı 10 qapıçısı:

1. Alisson Beker (“Liverpul”, İngiltərə)

2. Ederson Moraes (“Mançester Siti”, İngiltərə)

3. David Raya (“Arsenal”, İngiltərə)

4. Canluici Donnarumma (PSJ, Fransa)

5. Manuel Noyer (“Bavariya”, Almaniya)

6. Tibo Kurtua (“Real Madrid”, İspaniya)

7. Mik Menyan (“Milan”, İtaliya)

8. Unai Simon (“Atletik”, Bilbao, İspaniya)

9. Georgi Mamardaşvili (“Liverpul”)

10. Emiliano Martines (“Aston Villa”, İngiltərə)
\\Ölkə.Az
 
 
 
Ardını oxu...
II Liqada mübarizə aparan «Lerik» ciddi problemlərlə üzləşib.

Çempionatda ikinci mövsümünü keçirən cənub təmsilçisi maliyyə çətinliyi yaşayır.

Klubun İdarə Heyətinin sədri Famil Məmmədov bununla bağlı narahatlığını bölüşüb, Heç yerdən dəstək ala bilmədiyini söyləyən rəhbər şəxs sosial şəbəkədə yazıb:

"Lerik" Peşəkar Futbol Klubunun əsasını 2 il bundan öncə qoyduq. Hazırda bölgədə peşəkar liqada oyunayan yeganə futbol klubu statusunu daşıyırıq.

Başa düşürük ki, futbol azarkeşləri və leriklilər nəticə istəyir, amma mövcud şərait və maliyyə ilə biz yalnız liqada yerimizi qoruya bilirik. Bəzən isə məğlub olduğumuz oyunlardan sonra əsassız fikirlər və yazılar görürük.

Komandanın məğlubiyyətinə idarə heyətində olan şəxslər kimi heç kim məyus ola bilməz. Bizim oyun zamanı keçirtdiyimiz həyacan və stresi heç kim keçirə bilməz.

Biz sadəcə, dəstək istəyirik, digər neqativlərlə komanda üzvlərinə psxoloji təsir yox. Bugünə qədər mənimlə birlikdə olanlar bilir ki, futbola görə hansı fədakarlıqları etmişəm.

Eyni zamanda komandam da mənim qədər bunları edib. 2 ildir artıq çox qapı döymüşük, çox şəxslə görüşmüşük, amma görünən odur ki, dəstək yoxdur, sadəcə, vədlər var.

Bütün bunları nəzərə alaraq, klubla bağlı yaxın günlərdə vacib bir qərarımızı ictimaiyyətə çatdıracağıq. Bugünə qədər bizə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildirik!".

II Liqanın yeni mövsümündə 4 tur arxada qalıb. 2 qələbə və 2 məğlubiyyəti olan «göylər» 6 xal toplayıb. Turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan çempionatı yarımçıq tərk etmək ehtimalı kifayət qədər güclüdür.

Əvvəl iş adamı İqbal Məmmədov doğma rayonun təmsilçisinə müəyyən qədər maliyyə dəstəyi verirdi. AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın dostu deputat mandatıyla vidalaşandan sonra kluba yardımını tam kəsib.

Əsas problemlər də məhz bununla bağlı ortaya çıxıb. Digər yerli biznesmenlər isə ilk vaxtlarda olduğu kimi, yenə futbol sektorundan uzaq gəzir…

Sportinfo.az
 
 
 

Dünyapress TV

Xəbər lenti