![]() |
![]() ![]() ![]() |
|
"Ferrari"nin 40 yaşlı britaniyalı sürücüsü Lyuis Hemilton və tərəfdaşı Çarlz Lekler Formula 1 mövsümü başlamazdan əvvəl fanatları ilə son tədbiri keçirib.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, hadisə martın 6-da Milanda baş verib. Hemilton 2021-ci ildə sürdüyü SF-21 avtomobilini idarə edib.
Lekler isə 2019-cu il mövsümündə trasda olan SF-90 avtomobilini idarə edib. Azarkeşlərlə ünsiyyəti və nümayiş yürüşü zamanı Lyuis Milanın küçələrində "avtoşluq" edib, fanatlarını sevindirib.
2025-ci il mövsümü martın 14-də Avstraliya Qran Prisi ilə başlayır.
Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində keçirilməli "Barselona" - "Osasuna" matçı ev sahiblərinin həkiminin vəfat etməsi səbəbindən təxirə salınıb.
Bu barədə "Barselona"nın mətbuat xidməti məlumat yayıb.
Görüş şənbə günü Bakı vaxtı ilə saat 00:00-da başlamalı idi.
"Klubumuz dərin hüznlə əsas komandanın həkimi Karles Minyaro Qarsianın vəfatı ilə bağlı xəbəri çatdırır. Bu səbəbdən "Barselona" - "Osasuna" matçı təxirə salınıb. İdarə heyəti və "Barselona"nın bütün əməkdaşları onun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir və bu çətin anda onların hisslərini bölüşür", - bəyanatda bildirilir.
Qeyd edək ki, İspaniya çempionatının cədvəlinə 57 xalla "Barselona" başçılıq edir. "Osasuna" 33 xalla 11-ci yerdədir.\\Oxu.Az
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün daha 4 qarşılaşma baş tutub.
“Report” xəbər verir ki, “İnter” səfərdə “Feyenoord”un, “Liverpul” isə PSJ-nin qonağı olub.
“Bavariya” evdə “Bayer 04” ilə, “Benfika” isə “Barselona” ilə üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
5 mart
21:45. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya) 0:2
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə) 0:1
00:00. “Bavariya” (Almaniya) – “Bayer 04” (Almaniya) 3:0
00:00. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək.