Ardını oxu...
“Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.

Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.

Buna qədər “Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.

“Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.

“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.

xxx

Az sonra Türkiyə Super Kubokunda dünya tarixində nadir görülən hadisə baş verəcək.

22:30-da baş tutacaq “Galatasaray” - “Fenerbahçe” oyununa “Fenerbahçe” 19 yaşlı futbolçuları ilə çıxacaq. Məlumata görə, oyun başlayan kimi futbolçular meydanı tərk edəcək və “Qalatasaray” çempion olacaq.

Bu addıma səbəb “Fenerbahçe” prezidenti Ali Koçun hakim səhvlərinə və Türkiyə Futbol Federasiyasına etirazdır.(azxəbər.com)
 
 
 
Ardını oxu...
Azərbaycanlı cüdoçu Xorvatiyanın Dubrovnik şəhərində keçirilən qadınlar arasında Avropa kubokunda bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı fəxri kürsüdə yer alıb.

Yarışın ilk günündə üç çəkidə üç cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ramilə Əliyeva (48 kq) və Nərgiz Hacıyeva (57 kq) medalçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, bu gün start götürən turnir sabah başa çatacaq.
 
 
 
Ardını oxu...
Almaniya Bundesliqasının 28-ci turunda “Union Berlin” lider “Bayer 04” (Leverkuzen) klubunu qəbul edib.

Oyun lider “Bayer 04” minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Bayer 04” bu qələbədən sonra 76 xalla Bundesliqanın lideridir.

“Union Berlin” – “Bayer 04” – 0:1
 
 
Ardını oxu...
Portuqaliyanın Gimareyeş şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.

“Trend” xəbər verir ki, yeniyetmələrin batutda sinxron hərəkətlərində Əli Niftəliyev və Ammar Baxşaliyev cütü qızıl medal qazanıb.

Qızların batutda sinxron hərəkətləri yarışında isə Azərbaycan gimnastları Ayan Şabanova və Samirə Hüseynova fəxri kürsünün ikinci pilləsində yer alıblar. Bu, Azərbaycan batutçu qızların ilk Avropa medalı olub.

Qeyd edək ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət tamblinq yığmamız Avropa çempionatında ilk qızıl medalı qazanıb
Ardını oxu...
İspaniyanın və "Real Madrid"in sabiq futbolçusu Fernando Yerro Səudiyyə Ərəbistanında işə düzələ bilər.
Bu barədə “Marca” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, ispaniyalı “Əl-Nəsr”in idman direktoru ola bilər. Fernandoya dəvətin təşəbbüskarı komandanın ulduzu Kriştianu Ronaldudur. 39 yaşlı portuqaliyalı Yerronun "Əl-Nəsr"ı növbəti səviyyəyə çıxara biləcəyinə inanır.

Hazırda funksioner "Qvadalaxara"da analoji vəzifədə çalışır.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 26 turundan sonra 62 xal toplayıb. Komanda lider “Əl-Hilal”dan 12 xal geri qalaraq, turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. \\Fanat.Az
 
 
 
Ardını oxu...
Fransa Kubokunun yarımfinal mərhələsinin dünən keçirilən oyununda “Renn”i 1:0 hesabı ilə məğlub edərək finala yüksələn PSJ-nin yeganə qolunun müəllifi Kilian Mbappe oyun zamanı Paris təmsilçisinin azarkeşlərinin təzyiqinə məruz qalıb.

Fanat.az xəbər verir ki, “Park de Prens”də baş tutan matçın gedişində radikal tərəfdarlar ulduz hücumçunu fitə basıblar.

Yerli mətbuat azarkeşlərin belə davranışını Mbappenin cari mövsümün sonunda “Real Madrid”ə keçməyə razılıq verməsi ilə izah edib.

Qeyd edək ki, Qeyd edək ki, daha öncə Kilianın “Kral klubu” ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağladığı haqda informasiyalar yayılıb. Onun artıq PSJ-dəki komanda yoldaşlarına yayda iş yerini dəyişəcəyini dediyi və Madriddə özünə ev tapdığı bildirlib.
 
Ardını oxu...
Rusiyalı futbolçu Aleksandr Qolovin martda “Monako”nun ən yaxşı futbolçusu olub.

32gun.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb .

Martda Rusiya təmsilçisi dörd oyun keçirib, iki məhsuldar ötürmə verib.

Fransa çempionatının turnir cədvəlində "Monako" 50 xalla üçüncü pillədə qərarlaşıb. Turnirə 62 xalla PSJ başçılıq edir. İkinci yeri “Monako”dan bir xal geri qalan Brest tutur.

Qolovin 2018-ci ilin yayında paytaxt ÇSKA-dan Monakoya keçmişdi. Onun transferi klub tarixində rekord qiymətə çevrilib. Rus futbolçu 30 milyon avroya Fransa klubuna keçib.

Bu mövsüm rusiyalı 24 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Qolovin bu mövsüm Monako azarkeşləri tərəfindən bir neçə dəfə komandanın ən yaxşı oyunçusu kimi tanınıb. O , 2015-ci ildən Rusiya millisinə çağırılıb .

Növbəti turda “Monako” “Renn”lə qarşılaşacaq. Görüş aprelin 7-də baş tutacaq. Komandalar meydana Moskva vaxtı ilə saat 18.05-də çıxacaqlar.
 
Ardını oxu...
Fransa kubokunun yarımfinal mərhələsində “Paris Sen-Jermen” “Renn”lə doğma azarkeşləri önündə qarşılaşıb.

Meydan sahibləri minimal hesabla qalib gələrək turnirin finalına yüksəliblər - 1:0.

Matçın yeganə qolu 40-cı dəqiqədə vurulub. Parislilərin hücumçusu Kilian Mbappe fərqlənib.

Xatırladaq ki, cari Fransa kubokunun ilk finalçısı doğma meydanda “Valensien”i 3:0 hesabı ilə məğlub edən “Lion” olub. Final oyunu mayın 25-də keçiriləcək.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda “Abha” “Ən-Nəsr”lə qarşılaşıb.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 0:8.

39 yaşlı Ronaldu matçda het-trik və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, bundan öncəki çempionat oyununda da Kriş üç qolla yadda qalmışdı. Ümumilikdə, futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla “Ən-Nəsr” forması ilə çıxdığı 35 matçda 36 qol və 13 məhsuldar ötürmə verib.

Beləliklə də, bu darmadağından sonra “Ən-Nəsr” turnir cədvəlində 62 xalla 2-ci pillədədir. “Abha” isə 22 xalla sondan ikinci, yəni 17-cidir.
 
 

Dünyapress TV

Xəbər lenti