Azərbaycan millisi Haitiyə məğlub olub - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.

"Cebheinfo.az" xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.

Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb.

Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.

23:26

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində üçüncü qol vurulub.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 3:0 hesabı ilə öndədirlər.

83-cü dəqiqədə Jan Jak dəqiq zərbə müəllifi olub.

23:06

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci qol vurulub.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 2:0 hesabı ilə öndədirlər.

63-cü dəqiqədə Frantsdi Pyerro dubl müəllifi olub.

22:48

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci hissə başlayıb.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

22:30

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ilk hissə başa çatıb.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

21:55

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.

Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

21:45

Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.

Görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.

Matçı Türkiyəli baş hakim Kadir Sağlam idarə edir.
 

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti