Məşhur şotland çalışdırıcı Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.
Məlumata görə, o, italyan hücumçu Cüzeppe Rossinin vida oyununa dəvət alıb. Matç 22 martda Florensiyada "Artemio Franki" stadionunda keçiriləcək.
Rossi 2004-2006-cı illərdə Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"də çıxış edib. İtalyan futbolçu karyerasını 2023-cü ildə "SPAL" klubunda başa vurub.
Ser Aleks Ferqyuson futbol tarixinin ən uğurlu məşqçilərindən biridir. O, 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub və bu müddət ərzində 13 dəfə Premyer Liqanı, 5 dəfə İngiltərə Kubokunu və 2 dəfə UEFA Çempionlar Liqasını qazanıb.