c5ba6439bcd69c4230eefc6ccf2fd2dd.png
 

Londondakı Madam Tyusso mum muzeyi Mbappenin fiquru ilə poza verdiyi video yayımlayıb.

Aprelin 4-də nümayiş etdiriləcək. Mbappenin fiqurunun Kriştiano Ronaldo və Devid Bekhemin, həmçinin Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemiltonun heykəllərinin yanında yerləşəcəyi bildirilir.

Mbappe mətbuata verdiyi açıqlamada mum fiqurunu bəyəndiyini bildirib.

"Bu mənəm! Heyrətamiz, möhtəşəm! Bu fiquru yaradan rəssamlar inanılmaz dərəcədə istedadlıdırlar. Saç düzümü, poza - hər şey mükəmməldir. Sanki güzgüdə özümə baxıram. Bu mümkün deyil!

Bu, böyük şərəfdir. Yekun nəticəni görəndə çox şadam. Bu mənim üçün vacib gündür.

Mən bu şəhəri ziyarət etməyi, yerli yeməkləri sınamağı, mədəniyyətlə tanış olmağı sevirəm... Səyahət etmək həmişə gözəldir və London dünyanın ən yaxşı şəhərlərindən biridir", - Mbappe qeyd edib. (Publika.az) 

1271462.jpg (84 KB)

 
 
 

Dünyapress TV

Xəbər lenti