İngiltərə FA kubokunda 1/4 final mərhələsinin son 2 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, səfərdə "Preston"la qarşılaşan "Aston Villa" 3:0 hesablı qələbə ilə, "Bornmut"la qarşılaşan "Mançester Siti" isə 2:1 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsində "Aston Villa" "Kristal "Pelas"la, "Mançester Siti" isə "Nottingem Forest"lə qarşılaşacaq.