Azərbaycan çempionatında Rusiya bayrağı ilə yarışdı – QALMAQAL
Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində Azərbaycan U-20 çempionatı bir olaya görə diqqət mərkəzinə düşüb. Finalda Yusif Dursunovun rəqibi olan legioner güləşçi Muxamed Qantemirovun geyindiyi geyimin üzərindəki rus bayrağı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Gununsesi.info xəbər verir ki, onun ölkə birinciliyində başqa dövlətin bayrağı ilə yarışması tənqid edilib. Azərbaycan çempionatında idmançıların başq ölkələrinin bayraqları ilə xalçaya çıxması da sual doğurub.

Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı saytımıza açıqlamasında güləşçilərin ölkə çempionatında başqa bayraqla mübarizə aparmasının qadağan edildiyini bildirib.

O, Muxamed Qantemirovun geyimindəki Rusiya bayrağının da əvvəlcədən üzərinin örtüldüyünü açıqlayıb: “Əslində, bizdə görüntülər var. Onun geyimindəki Rusiya bayrağı əvvəlcədən bağlanmışdı. Lakin bayrağın üzərinə vurulan stiker sonradan qopub. Hakimlər daha sonra stikerin qopduğunu görüb və yenidən üzərini örtüblər. Bu, finalda qısa zaman ərzində baş verib. Əslində, bu idmançı yeniyetmələr arasında Avropa ikincisi və dünya üçüncüsüdür. Onun trikosu var, sadəcə, itirdiyi üçün yarışa bu cür gəlib. Vaxtında bizə məlumat versəydi, onu geyimlə təmin edərdik. Amma məlumat vermədiyi üçün bu cür mənzərə yaranıb”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739543789_1.jpg
 

Bölmənin digər xəbərləri

19 Fevral 2025 Türkiyədə idmançıları daşıyan avtobus aşdı: Ölənlər və yaralananlar var - VİDEO
17 Fevral 2025 Əfsanəvi ser Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək
17 Fevral 2025 “Qarabağ" səfərdə "Neftçi"ni məğlub etdi
16 Fevral 2025 "Real Madrid" üçün şok xal itkisi - VİDEO
16 Fevral 2025 Rauf Məmmədov və Günay Məmmədzadə şahmat üzrə Azərbaycan çempionu oldular
16 Fevral 2025 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"
14 Fevral 2025 Messini rinqə çağırdılar
13 Fevral 2025 Tanınmış futbolçunun evinə girib onu və arvadını silahla... — FOTOLAR
13 Fevral 2025 UEFA bu klublarımıza maliyyə ayırdı
12 Fevral 2025 Kadidən meydana girən kimi mükəmməl assist və qol - VİDEO
12 Fevral 2025 “Qalatasaray” - “Fənərbaxça” derbisinin tarixi məlum olub
11 Fevral 2025 Şəhriyar Məmmədyarov ilk oyunda qələbə qazandı
10 Fevral 2025 Mbappedən tarixi rekord
10 Fevral 2025 "Neftçi"nin oyun aldığını deyən futbolçu "KQB"dən neçə qazanıb?
10 Fevral 2025 Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
09 Fevral 2025 AFFA Altay Həsənova qarşı! Fərid Qayıbova işləməyə imkan vermirlər
09 Fevral 2025 Ançelotti Braziliya millisində? - Ronaldo vəd verdi
09 Fevral 2025 40 yaşdan sonra ilk qol
09 Fevral 2025 Serblər bir-birlərini söydülər - Avroliqa cərimələdi
08 Fevral 2025 Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb

Dünyapress TV

Xəbər lenti