Ardını oxu...
“Məscidlərdə olan axundların rəhbərliyi Dini Komitədədir”. TEREF lent.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə deyib.

Deputat bildirib ki, dini məsələlərə rəhbərlik edən axundların hər cümə üçün Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış moizələri var: “Amma “palatka mollaları” tərəfindən kiməsə salavat çəkilməsi, bizə uyğun olmayan saqqal saxlanılması kimi məsələləri edənlər nəzarətsiz insanlardır. Onların bizim dövlətimizin apardığı siyasətə aidiyyəti yoxdur. Cəmiyyət bunlara cavab verməlidir”.

Deputat Tənzilə Rüstəmxanlı çıxışında şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən sonra tütün məmulatların tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılaraq 50 manatdan 300 manata çatdırılıb.

Artıq bu qadağanın tətbiqinə başlanılıb.

Belə ki, son günlər paytaxtın Səbail, Yasamal, Nəsimi, Xətai, Nizami rayonlarında küçə və parklarda siqaret çəkənlərə qarşı reydlər keçirilib. Sakinlərin sözlərinə görə, onlar 30, 40 və 50 manat civarında cərimələniblər.

Qeyd edək ki, qanunvericiliyə görə, bu ərazilərdə siqaret çəkmək qadağandır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

- yerüstü qapalı və yeraltı piyada keçidləri;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

Eyni zamanda, qanunda göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını, yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.

Maraqlıdır, bəs niyə şəhərdə siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı var, amma siqaret çəkməyin icazə verildiyi yerlər müəyyən olunmayıb?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdi ki, bu, onların səlahiyyətlərinə aid deyil:
 
Ardını oxu...
Praktikada bir çox hallarda işəgötürənlər: bu vəzifələrdən yayınır, müxtəlif əsassız bəhanə və səbəblərlə işçilərin bu hüquqlarını təmin etməkdən çəkinirlər, xüsusən də ağır, xroniki xəstə və əlil işçilərə qarşı.
İşçilərin: mənzil şəraitinin,özü-ailə üzvlərinin tibbi müayinə, müalicə və dərman xərcləri və sosial - məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq üçün hansı hüquqları vardır?
Bu hüquqlar çox hallarda yerinə yetirilməsə də, əmək qanunvericiliyində nəzərdə tutulur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər qanunvericilikdə bu barədə işçilərin hansı hüquqları nəzərdə tutulur?
1. İlk olaraq bu faktı bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər əmək qanunvericiliyində işçilərüçün nəzərdə tutulan əmək hüquqlarını yerinə yetirməyən işəgötürənlər üçün: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
2. İşçilərin qeyd olunan bu hüquqları əsasən aşağıdakı qaydada tənzimlənir:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Müəssisələrin Nizamnaməsi(Əsasnaməsi) ilə
Tərəflər arasında bağlanan Əmək müqaviləsi
Tərəflər arasında bağlananKollektiv müqavilə ilə və ya Sazişlərlə.
İşçilərin icbari tibbi sığortası Haqqında Azərbaycan Respublikası Qanunu ilə.
Müəssisənin normativ xarakterli əmr və ya qərarları.
Maddi yardım haqqında əsasnamələr və sair.
3. Mənzil şəraitinin, özü və ya ailə üzvlərinin sosial və məişət şəraitinin yaxşılaşdırılması üçün işçilərin, işəgötürəndən müvafiq sosial yardımlar almaq hüququ da vardır, öz peşə və ya vəzifələrinə uyğun olaraq əmək haqqı, əlavə ödəniş və mükafatlar almaq.
4. Hər il Əmək Məcəlləsində nəzərdə tutulan minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən əlavə: sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək.
5.İşəgötürən tərəfindən qanunlarla müəyyən olunmuş qaydada məcburi sosial sığorta və icbari tibbi sığorta, işsizlikdən sığorta, əmək xəsarəti ilə əlaqədar icbari sığorta olunmaq, habelə hər hansı başqa növ digər sığorta qaydalarından istifadə etmək.
6. Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək.
7. İşsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq.
8. İşəgötürən tərəfindən bağlanmış kollektiv müqavilə və sazişlərdə: işçilər üçün güzəşt və təminatlar qəbul etmək, maddi yardım göstərmək barədə şərtlər qəbul etmək,onun şərtlərinə, onlarda nəzərdə tutulmuş güzəşt və öhdəliklərə əməl etmək.
8. İşçilərin əmək, maddi, sosial və ya məişət şəraitinin, onların özü, ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə) və kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək.
9. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək
10.İşəgötürən tər-dən: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR-sı Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.
11. İşçilərin icbari tibbi sığortası üzrə sığorta hüquqiunu təmin etmək, sığorta haqlarının “Tibbi sığorta haqqında” AR-sı Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək.
12. Nəzərə almaq lazımdır ki, işçilər üçün nəzərdə tutulan bu hüquq, güzəşt və ya təminatlar işçilər üçün-hüquq, işəgötürənlər üçün isə - vəzifədir.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri vardır və bu vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır:
1. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək.
2. Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyi ilə nəzərdə tutulan normativ hüquqi aktların tələblərini yerinə yetirmək.
3. Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada əmək müqaviləsi bağlamaq və onu ləğv etmək.
4. Kollektiv müqavilələr, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək.
5. Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək.
6. İşçilərin ərizə, şikayət və müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada baxmaq.
7. İşçilərin əmək, maddi, sosial-məişət, rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), müvafiq olaraq zəruri tədbirlər görmək.
8. İşə qəbul, işdə irəli çəkilmək, işdən azad edərkən bütün işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq.
9. Əmək münasibətlərində bütün işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək.
10.Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək.
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR-sının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu təmin etmək.
Azer Quliyev
TEREF
Ardını oxu...
Azərbaycanda qadınlara kişilərdən az maaş verilib.

Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların ortaaylıq əməkhaqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox - 1 069 manat təşkil edib.

Ən böyük fərq isə peşə, elm və texniki fəaliyyət sahələrindədir. Belə ki, bu istiqamətlərdə işləyən qadınların məvacibi qarşı cinslə müqayisədə 2 dəfə az olub. Ən az fərq isə təhsil sahəsindədir. Bu sahədə kişilərə qadınlardan 14 faiz çox əməkhaqqı ödənilib.

Maraqlıdır, maaşlar cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar?

Sosioloq Üzeyir Şəfiyev kişilərin qadınlardan daha çox əməkhaqqı almalarının işin çətinliyi ilə bağlı olduğunu deyir:

"Əmək sahəsində "pozitiv", qadınların xeyrinə ayrı-seçkilik mövcuddur. Qadın əməyi ilə kişi əməyinin çətinliyi arasında fərqlər var. Əməkhaqqının az olması gender ayrı-seçkiliyinə görə deyil. Çətin iş şəraitinə görə kişilər qadınlardan daha çox maaş alırlar".

Kişilərlə qadınlar arasındakı maaş fərqi bütün sahələri əhatə edir. Fərqin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü ildə təsdiq edilən Qərarla qadın əməyi qadağan olunan peşə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Üstəlik, qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olanlara aiddir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 
 
 
Ardını oxu...
Feysbuk sosial şəbəkəsində "Ulvi Aliyev" istifadəçi adlı şəxsin video-şikayəti yayılıb.
Referans.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, uzun müddət Azərbaycan Respublikasının Gömrük Komitəsində çalışan şikayətçi və ondan əlavə 250 nəfərin pensiyası DSMF tərəfindən dayandırılıb. Halbuki onların pensiya almaq hüququ yaranıb və artıq son bir il müddətindən pensiya alıblar. Təqaüdün kəsilməsinə səbəb kimi isə DSMF tərəfindən pensiyanın düzgün təyin olunmaması göstərilib. Şikayətçiyə bildirilib ki, artıq pensiya almıyacaqlar. Hətta bir il ərzində onlara verilən toplam pensiya məbləğinin geri qaytarılmasını da tələb ediblər.
Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətindən bildirildi ki, sorğuyla bağlı araşdırılma aparılır və yaxın zamanda məsələyə münasibət bildiriləcək.
Rəsmi cavab gözlənilir.

 
Ardını oxu...
Azərbaycanda bəzi xarici ölkələrdə təhsil alıb qayıdan tələbələrin diplomlarının tanınmaması problemi ciddi sosial və hüquqi çətinliklər yaradır. Təhsil siyasətində bu məsələnin tənzimlənməsi və gələcək problemlərin qarşısının alınması üçün yeni yanaşmalara ehtiyac var. Statistik məlumatlara əsasən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə diplom tanınması üçün hər il minlərlə müraciət daxil olur, lakin bu müraciətlərin bir hissəsi rədd edilir. Əsas səbəb kimi bəzi universitetlərin akkreditasiya olunmaması, təhsil səviyyəsinin dövlət standartlarına uyğun gəlməməsi və ya təhsilin formal xarakter daşıması göstərilir.

Bəs görəsən bu problemin həlli üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az - a açıqlama verib:

"Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən, xarici ölkələrdə alınan təhsil sənədlərinin tanınması yalnız beynəlxalq müqavilələrə və ya müvafiq dövlət qurumlarının təsdiqlədiyi standartlara uyğun aparılır. Bu hüquqi tənzimləmə xaricdə təhsil almış şəxslərin dövlət və özəl sektor üçün lazım olan bilik və bacarıqlara sahib olmasını təmin etmək məqsədi daşıyır. Bununla yanaşı, "Ali təhsil haqqında" qanunda təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət standartlarının vacibliyi vurğulanır. Bu, diplomların tanınmamasının hüquqi əsaslarını yaradır, lakin problemin köklü həlli üçün qabaqlayıcı tədbirlərin də müzakirəsi tələb olunur.

Bu məsələnin mənfi tərəflərindən biri tələbələrin illərlə çəkdiyi zəhmətin və ailələrinin maliyyə yatırımlarının boşa çıxmasıdır. Xaricdə təhsil alan gənclər yüksək ümidlərlə və böyük xərclərlə bu addımı atırlar, lakin təhsillərinin sonunda onların diplomlarının tanınmaması həm iqtisadi, həm də mənəvi zərərlər yaradır. Eyni zamanda, bu vəziyyət dövlətin təhsil siyasətinə olan etimadı azalda bilər. Bir çox hallarda tələbələr diplomlarının tanınmaması səbəbindən iş tapmaqda çətinlik çəkir, bu isə əmək bazarına mənfi təsir göstərir. Belə bir vəziyyət cəmiyyətdə sosial narazılığa səbəb ola bilər və gənclərin gələcək planlarına mənfi təsir göstərə bilər.

Məsələnin müsbət tərəflərinə gəldikdə, diplomların tanınmaması ilə bağlı sərt tənzimləmələr Azərbaycanda təhsilin keyfiyyətini və standartlara uyğunluğunu qorumaq üçün vacibdir. Bu yanaşma ölkənin təhsil bazarına ucuz və keyfiyyətsiz diplomların daxil olmasının qarşısını alır. Bundan əlavə, tanınma prosesindəki bu sərtlik işəgötürənlərin daha yaxşı kadrlarla təmin olunmasına xidmət edir. Dövlətin bu sahədə güclü nəzarəti, cəmiyyətin milli maraqlarını və təhsil səviyyəsini qorumaq baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya təcrübəsi göstərir ki, bir çox ölkələr xaricdə alınan diplomların tanınması məsələsində ciddi tənzimləyici mexanizmlər tətbiq edir. Məsələn, Estoniyada tələbələr xaricdə təhsil almağa başlamazdan əvvəl müvafiq dövlət orqanından icazə almalıdırlar. Bu icazə həmin universitetin akkreditasiya səviyyəsini və tələbənin təhsil proqramını əhatə edir. Almaniyada isə xaricdə təhsil almaq istəyən şəxslər əvvəlcədən universitetlərin tanınan təhsil müəssisələrinin siyahısı ilə tanış edilir və yalnız bu siyahıda olan universitetlərdə təhsillərini davam etdirməyə icazə verilir. Türkiyədə də YÖK (Yükseköğretim Kurulu) xaricdə təhsil alanların diplomlarının tanınması üçün əvvəlcədən qeydiyyat və təsdiq prosedurları tətbiq edir.

Azərbaycanda xaricdə təhsil almaq istəyənlər üçün qabaqlayıcı tədbirlərdən biri, tələbələrin təhsil almaq istədikləri universitetlərin siyahısının hazırlanması ola bilər. Bu siyahı beynəlxalq akkreditasiya standartlarına və Azərbaycanın təhsil tələblərinə uyğun olaraq tərtib edilməlidir. Eyni zamanda, xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Bu, yalnız tanınan və yüksək keyfiyyətli universitetlərdə təhsil almağa imkan yaradacaq və diplomların tanınması ilə bağlı gələcək problemləri azaldacaq.

Məsələnin digər həlli isə xaricdə təhsil almaq istəyənlər üçün məlumatlandırıcı proqramların təşkilidir. Valideynlər və tələbələr xarici universitetlərin tədris keyfiyyəti, tanınma şərtləri və gələcək karyera perspektivləri haqqında əvvəlcədən məlumatlandırılmalıdır. Bu yanaşma tələbələrin daha informasiyalı qərarlar qəbul etməsinə və risklərin azalmasına kömək edə bilər.

Bütün bu tədbirlər kompleks şəkildə tətbiq olunarsa, həm diplomların tanınması ilə bağlı mövcud problemlər azalar, həm də xaricdə təhsil alan tələbələrin keyfiyyətli və perspektivli təhsil alması təmin edilər. Nəticədə, Azərbaycan cəmiyyətində təhsil sahəsində sosial narazılıqların azalması və gənclərin gələcəyə daha inamlı baxması mümkün olar".
 
Ardını oxu...
“Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi”.

Bu sözləri Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib:

“Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı”.

Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.

/Teleqraf.com
 
Ardını oxu...
Son dövrlər Bakıda mərasim zalları artmağa başlayıb. Müşahidələr göstərir ki, insanlar yas mərasimləri üçün artıq çadrlara deyil, mərasim zallarına üstünlük verməyə başlayıblar. Bunun isə bir neçə səbəbi var. Birincisi, Bakıda yaşayış binalarının həyətyanı sahələri kiçikdir. Bu çadrların qurulması isə avtomobillərin saxlanılması və onların hərəkətini məhdudlaşdırırdı. Digər tərəfdən mərasim zalları yas sahibini əlavə işlərdən azad edir. Bəs bu komfort yas sahibinə nə qədərə başa gəlir?

Lent.az mərasim zallarında göstərilən xidmətləri və qiymətləri araşdırıb.

Məlum olub ki, Bakıda mərasim zalları üzrə sadə menyuların qiyməti orta hesabla 9-12 manat təşkil edir. Bu menyuya çay, halva, limon, şirniyyatlar, salat, dovğa və plov daxildir. Qonaqların sayına görə 100-150 nəfərlik zalları sifariş etmək daha bahadır (10-12 manat). 200-300 nəfərlik zalların sifarişi isə adambaşı 9 manata başa gəlir.

Qeyd edək ki, yas sahibinin istəyindən aslı olaraq menyuya meyvə, bozbaş və dolma da əlavə etmək olur. Bu isə əlavə 2-8 manata başa gəlir. Başqa sözlə, ən bahalı menyu adambaşı 14-20 manat təşkil edir.

Bütün mərasim zalları üzrə molla xidmətlərinin qiyməti standart olaraq 50 manat müəyyən edilib.Yəni, sadə menyu ilə 200 nəfərlik mərasim zalının sifarişi molla xidməti ilə birlikdə 2050 manata, tam menyu ilə isə 2850-4050 manata başa gəlir.

Xətai rayonunda yerləşən tanınmış mərasim evlərindən birində adambaşına menyu qiyməti 100 nəfərədək 12, qonaqların sayı 200 nəfərdən yuxarı olduqda isə 10 AZN hesablanır.

Bu ərazidə yerləşən digər bir mərasim evində isə menyuların qiyməti 250-dək 10, 250-dən yuxarı qonaq sayında isə 9 AZN-ə başa gəlir.

Binəqədi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən mərasim evinin adminstratoru bildirdi ki, icarəyə götürülən 300 nəfərlik zal üçün ərzağın ev yiyəsi tərəfindən alınması baha başa gəlir:

"Əgər ehsan süfrəsini biz açırıqsa, adamın biri 10-12 manatdan hesablanır".

Mərasim evinin xidmətlərinə çadır təklifi də daxildir.

Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən mərasim evində isə 200-300 nəfərlik zallar fəaliyyət göstərir. Ehsan süfrəsinin 1 nəfər üçün qiyməti 10 manatdır.

Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində fəaliyyət göstərən mərasim evi 150 və 250 nəfərlik zallardan ibarətdir. Kiçik zalın icarə haqqı 350 manat, böyük zalın isə 400 manatdır. Adam 150 nəfərdən çox olarsa, 1 nəfər üçün süfrə 10 manatdan hesablanır. 150 nəfərdən az olanda isə baha olur.

Nizami rayonu ərazisində yerləşən mərasim evlərindən birində qiymətləri araşdırarkən öyrəndik ki, zal 200-300 nəfəri əhatə edir və qiymət 12 AZN təyin olunub.
 
Ardını oxu...
Azərbaycanda son illərdə lotereya köşklərinin çoxalması, xüsusilə orta məktəblərin və universitetlərin yaxınlığında yerləşməsi ciddi müzakirələrə səbəb olub.

Bu köşklər gənclərin asudə vaxtını keçirdiyi və təhsil aldığı yerlərə yaxın ərazilərdə fəaliyyət göstərir ki, bu da onların təhsil və gələcək həyatlarına mənfi təsir edə bilər. Gənclərin həyatında mühüm bir mərhələ olan məktəb və universitet dövrü müxtəlif sosial təsirlərə açıq olduqları bir perioddur və lotereya kimi fəaliyyətlər onların diqqətini yayındıra, maddi və psixoloji zərər vuraraq gələcək inkişaflarını poza bilər. Müşahidə etsək görərik ki, bu tip köşklərin böyük bir qismi uzun illərdir bu tip fəaliyyətlərlə məşğul olan "Azərlotoreya"ya məxsusdur.

Lotereya köşklərinin gənclər üzərindəki təsirlərininin qarşısını almaq üçün görülməsi lazım olan tədbirlər hansılardır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədlinin fikrincə, lotereya oyunları həm böyüklər, həm də gənclər üçün maraqlı olsa da, bu oyunların yerləşdiyi məkanların seçimi əhəmiyyətli bir məsələdir:

"Lotereya köşklərinin məktəb və universitetlərə yaxın bölgələrdə yerləşməsi, xüsusilə yeniyetmələr və tələbələr üçün böyük risklər yaradır. Gənclər bu oyunları sadəcə bir fəaliyyət kimi qəbul etsələr də, bəzən bu oyunlara olan maraq asılılıq və ya asan zənginləşmə xəyalına çevrilə bilər. Məktəblərin və universitetlərin yaxınlığında yerləşən lotereya köşkləri gəncləri bu riskli oyunlara cəlb edir. Gənclərin həyatında bu cür oyunların yeri onların həyat və işlə bağlı qərarlarını təsir edə bilər. Sosial və psixoloji olaraq bu cür oyunlar təhsil və karyera inkişafını önə çıxaran sağlam hədəfləri zədələyə bilər".

Onun sözlərinə görə, "Azərlotoreya"ya məxsus olan bu köşklər dövlətə məxsus olsa da, dövlətin iqtisadiyyatına müsbət təsir göstərsə də, bu tip oyunların gənclər üzərində yaratdığı potensial zərərlər nəzərə alınaraq dövlətin nəzarəti altında daha sərt tənzimləmələrə ehtiyac duyulur:

"Gənclərin həyatını qorumaq və onlara sağlam bir mühit təmin etmək üçün "Azərlotereya"nın fəaliyyətləri sosial məsuliyyət çərçivəsində daha çox izlənməli və bu oyunların yayılmasının qarşısı alınmalıdır. Dövlətin bu sahəyə müdaxiləsi sosial və psixoloji sahələrdə gənclərə dəstək olmalıdır. Lotereya köşklərinin məktəb və universitetlərin yaxınlığından uzaqlaşdırılması bu təhlükələrin qarşısını almaq üçün atılacaq ilk addım olmalıdır. Bununla yanaşı, gənclərə bu tip oyunların yaratdığı risklər haqqında maarifləndirici təbliğatlar aparılmalı və psixoloji dəstək proqramları təşkil edilməlidir. Dövlət qurumları lotereya oyunlarının yerləşdirilməsi ilə bağlı ciddi tənzimləmələr tətbiq etməli və gənclərin bu tip asılılıqlardan qorunması üçün müvafiq qanunvericilikdə dəyişikliklərlə bağlı müzakirələr etməlidir".

Hüquqşünas bildirib ki, hazırda bu tip köşklərdə lotoreya biletlərinin 18 yaşdan aşağı şəxslərə satılması ilə bağlı məlumatlar mövcuddur. A.Məmmədlinin fikrincə, bu yolverilməzdir və qanunvericilik çərçivəsində ciddi tədbirlər görülməlidir:

"Gündəlik olaraq müşahidə də etsək, görə bilərik ki, sözügedən köşklərin bir qismində azyaşlı şəxslərə də lotoreya biletləri satılır, onların mərc oyunları oynamasına şərait yaradılır. Təbii ki, bunu böyük çoxluğa aid etmək olmaz. Azərbaycanda 18 yaşdan aşağı şəxslərə lotereya biletlərinin satılması, qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır və müəyyən cəza tədbirlərini nəzərdə tutur. Bununla bağlı konkret hüquqi normativlər var. Əgər 18 yaşdan kiçik şəxslərə lotereya bileti satılırsa, bu, inzibati xətaya səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsi çərçivəsində lotereya biletlərinin qanunsuz şəkildə satışına qarşı müəyyən cəzalar nəzərdə tutulur.Lotereya biletlərinin 18 yaşdan aşağı şəxslərə satılması, yalnız inzibati məsuliyyətlə məhdudlaşmır. Əgər bu fəaliyyət çoxsaylı hallar üzrə təkrarlanır və ya məqsədli şəkildə aparılırsa, daha ciddi hüquqi nəticələrə yol aça bilər. Məsələn, Cinayət Məcəlləsi çərçivəsində qeyri-qanuni fəaliyyətlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb oluna bilər".

Son olaraq A.Məmmədli qeyd edib ki, 18 yaşdan aşağı şəxslərə lotereya biletlərinin satılması Azərbaycan qanunvericiliyinə əsasən, ciddi şəkildə qadağandır və bu fəaliyyəti həyata keçirən şəxslər və ya təşkilatlar inzibati cərimələr və hətta cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Bu qaydaların pozulması gənclərin psixoloji və sosial sağlamlığına zərər verə biləcək ciddi təhlükələrə yol açdığından dövlət tərəfindən ciddi nəzarət və müvafiq cəzalandırma tədbirləri daha da artırılmalıdır.

Əli Hüseynov
 

Dünyapress TV

Xəbər lenti