Ardını oxu...
"Əməyin mühafizəsi və texniki təhlükəsizlik" qaydaları" — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, kollektiv müqavilə və əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.
Hər bir işçinin: təhlükəsiz və sağlam şəraitdə işləmək, həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər vurmayan, sağlam və təhlükəsizlik tələblərə cavab verən şəraitdə çalışmaq hüququ vardır.
İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün hər bir işəgötürən sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaratmaıı, əməyin mühafizəsi və tex/təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir.
"Əməyin mühafizəsi və texniki təhlükəsizlik" qaydalarına əməl olunmaması aşağıdakı hal və məsuliyyətin yaranmasına səbəb olur:
-İşçilərin sağlamlığı pozulur və ya vəfat edir.
-Müəssisəyə maddi və mənəvi ziyan dəyir.
-Təqsiri şəxslər məsuliyyətə cəlb olunur.
Bu hallarda təqsirkar müəssisə, idarə və təşkilatlar və işəgötürən işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır, zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq,dəyən zərərin əvəzini tam ödəyir
Əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar təqsirkar şəxslər, yol verdikləri qanun pozuntularından asılı olaraq, İnzibati Xətalar Məcəlləsinı uyğun qaydada inzibati məsuliyyət daşıyırlar, müxtəlif məbləğlərdə.
Əməyin mühafizəsi qaydalarının pozulması ilə əlaqədar təqsirkar şəxslər, yol verdikləri qanun pozuntularından asılı olaraq, Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar: təsirlərindən asılı olaraq böyük məbləğdə cərimələr və ya azadlıqdan məhrum etmə cəzası ilə.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Gələn ilin dövlət büdcəsində müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu məqsədlə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq.

Bəs görəsən, maaş və pensiyalarla yanaşı, daha hansı müavinətlər artırıla bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti il üçün başda maaş və təqaüdlər də daxil olmaqla, bir çox sosial müavinətlərdə artım gözlənilir: vakansiya

“Maaş və təqaüdlərdə artım olacaq. Müavinətlərdə də artım nəzərdə tutulub. Amma artımın həcmi ilə bağlı indiki rəqəmlərə baxanda belə görünür ki, ən yaxşı halda 10 faiz civarında olacaq. Düzdü, gözləntilər daha yüksək səviyyədədir, amma düşünürəm ki, büdcə parametrlərinə baxanda artımın təqribən 10 faiz civarında olması ehtimalı kifayət qədər yüksəkdir. Yəni, bu səviyyələrdə olacaq, bundan artıq olacağını düşünmürəm.

Ekspert ən ciddi artımın veteranlara verilən müavinətlərdə olacağını diqqətə çatdırıb:

“Yeganə olaraq, 80 manat alan veteranların müavinətlərində daha ciddi artım ola bilər. Daha dəqiq desək, ödənişlərin təqribən 100 manata qaldırılması mümkündür”.
 

Ardını oxu...
“Qeyri-iş günlərində çalışırıq, ödəniş edilmir”

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri iş şəraitindən narazıdırlar. İşçilər deyirlər ki, vəzifə öhdəlikləri olmayan işlərdə çalışmağa məcbur edilirlər, iş saatından artıq işlədilirlər.

İşdən çıxarılma təhlükəsi olduğundan adının mətbuatda açıqlanmasını istəməyən işçilərdən biri Meydan TV-yə bildirib ki, qaydalara görə fəhlələr 35 kq-a yaxın yükü 60 metr məsafəyə qədər fasiləli rejimlə daşımalıdırlar. Lakin 200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar. İş şəraitinə etiraz edənlərə isə işdən çıxmağı məsləhət görürlər.

“Əmək bazarındakı vəziyyət bəllidir, iş tapmaq müşkül məsələdir. Buna görə də hamı susmağa məcburdur. İşçiləri geyimlə vaxtı-vaxtında təmin etmirlər”,-işçi deyib. Bildirib ki, problemlərdən biri də ezamiyyət haqqının ödənilməsilə bağlıdır:

“Həftənin 4 günü üçün 90 manat ödəyirlər. Beşinci gün də ezamiyyət pulu ödənməlidir. Amma işçini 5-ci gün, hətta şənbə gününün yarısınadək işlədirlər, amma cəmi 27 manat yazılır. Qeyri-iş günlərində çalışırıq, ödəniş edilmir”.

Başqa bir işçi də deyib ki, işlər normativə uyğun bölünmür. Bir işçi həm beton vurur, rəngləmə işləri görür və ona tapşırılan digər işləri həyata keçirir. Nəticədə görülən işlər də keyfiyyətsiz olur. Halbuki gün ərzində işçiyə normadan artıq iş yükləmək Əmək Məcəlləsinin tələlərinə ziddir.

“İllik 13-cü əməkhaqları verilməyib. Peşə bayramı münasibətilə müəyyən işçilərə 500 manat mükafat verilib, amma onun da gəlir vergisi tutulur”,-şikayətçilər deyiblər.

Onlar bildiriblər ki, “Azəriqaz” İstehsalat Birliyində kütləvi ixtisarlarla bağlı məlumatlar dolaşır. Buna görə də heç kim normadan artıq yüklənməyə, eləcə də ezamiyyət xərclərinin natamam ödənilməsinə açıq şəkildə qarşı çıxa bilmir.

“Azəriqaz” İstehsalat Birliyindən isə ixtisarlar, eləcə də şikayətlərlə bağlı suallar cavablandırılmayıb.
 
 
 

        

Ardını oxu...
Hansı fənlər tədrisdən çıxarılmalıdır?

Elə yazının əsas xəttini, başlıca mətləbini ən birinci cümlə kimi də qeyd edək: Orta məktəblərdə Texnologiya, Musiqi və Təsviri incəsənət kimi fənlərin tədrisinə ehtiyac yoxdur. Onsuz da həftədə yalnız 1 saat tədris olunan və müəllimlərin bir qisminin belə motivasiyasız yanaşdığı bu fənlərə şagirdlərin münasibəti formaldır.
Hörmətli oxucunun bu cümləyə münasibəti təbii ki, birmənalı olmayacaq. Elə isə yazının əsas təhlil və təklif hissəsinə keçək:

Əvvələ onu qeyd edək ki, hər hansı fənnin tədrisdən tamamilə çıxarılmasının qəti tərəfdarı deyilik. Bu, ən azından, həmin predmeti tədris edən çoxsaylı müəllim kütləsinə qarşı haqsızlıq olar. Amma iki təklifi elə yazının əvvəlindəcə təqdim etmək tam yerinə düşər: birincisi, hazırda dünyanın bir çox ölkələrində, xüsusən də Britaniya təcrübəsində bir neçə fənnin birləşdirilərək konkret bir predmet şəklində tədrisi nümunəsi var. Məsələn, Britaniya məktəblərində təbiətyönümlü fənlər: biologiya, kimya, fizika və coğrafiya artıq ayrı-ayrı deyil, konkret bir fənn, bir dərslik şəklində tədris olunur. Qısası, fənlərin inteqrasiyası məsələsi artıq son bir neçə ildə dünya təhsil sistemində daha da sürətlənib və proses artan xətt üzrə də davam edir. Odur ki, bu prosesin bizdə də start götürməsi o qədər də yanlış addım olmaz. Ən azından, pilot olaraq, bu layihəyə başlamalı, monitorinqlər nəticəsində effektivlik dərəcəsini müəyyən etməli və məhz buna görə konkret addım atmaq mümkündür. Adını çəkdiyimiz hər üç predmet əsas fənn bloku kimi tədrisdən yığışdırılsa da, onların fəaliyyətini yenidən davam etdirmələri və öz kurrikulum prinsipləri əsasında şagirdlərə müsbət təsirlərini davam etdirməkdən “Həyat bilgisi” fənninə birləşdirilməsi çox müsbət hadisə kimi səciyyələndirilə bilər. Bu zaman I-XI siniflərdə tədris edilən “Həyat bilgisi” fənninin proqramı daha da zənginləşər, həm də bu 3 predmetin müəllimləri xüsusi kurs keçdikdən sonra “Həyat bilgisi” kurrikulumu üzrə dərsləri aparmış olarlar. Bu, onların dərs saatlarına da müsbət təsir etməklə, əmək haqqılarına da cüzi şəkildə də olsa təsir göstərər.
İkinci bir təklif isə həmin fənlərin fakültətiv fənlər kimi tədrisi məsələsidir. Fakültətiv fənlər əsas fənn bloklarından fərqli olaraq şagirdlər üçün icbari deyil, könüllü xarakter daşıyır və dərsdənkənar öyrənim prosesi olaraq onların seçiminə əsaslanır. Bu zaman biz seçimi şagidlərin ixtiyarına buraxmaqla həqiqətən də Texnologiya, Musiqi və Təsviri incəsənət fənlərinə olan real maraq və münasibəti aydınlaşdıra biləcək, bu seçimlər əsasında şagirdlərin formalaşmış maraq dairələrindən xəbərdar olmuş olacağıq. Məhz bu amil şagirdlərin sonrakı karyera inkişaf mərhələsində, özünü təsdiq edəcək profili tapma aşamasında çox gərəkli olacaqdır.

İndiki halda isə şagirdlərimizin çox təəssüf olsun ki, hər üç predmete maraq və münasibəti həddindən artıq formaldır.

Tədrisi mütləq olan fənlər

Təhsilimizdən danışarkən, çox zaman neqativ fikirlər səsləndirir və az halda arqumentlərə varırıq. Təbii ki, neqativliyi yaradan bir çox səbəblər var və onlara ən azından bu yazıda toxunmaq fikrində deyilik. Problemin həll yollarından biri də tədris mühitinin rəngarəngliyini yaratmaqdır. Şagirdlərimizin məktəbə münasibətinin bir çox hallarda zəif olmasının səbəbi onların məktəb mühitində darıxmalalarıdır. Biz şagirdlərimizi xoşbəxt görə bilmirik. Onlar tədris prosesindən zövq ala və aldıqları nəzəri-təcrübi biliyi özləri üçün həyati tətbiq amilinə çevirə bilmirlər... Bu isə çox böyük çatışmazlıqdır.
İstər klassik, istərsə də dövrün tələbinə uyğun şəkildə yeni tədris olunmalı olan fənlər təkcə akademik yüklənmə funksiyası daşımamalı, o cümlədən, şagird zehni üçün çatımlılıq yaradıb orada işıq yandırmalıdır.

Bu məntiqdən yola çıxaraq orta məktəblərdə tədrisi vacib sayılmalı bir neçə predmeti qeyd edək:

Şahmat- Bugün orta məktəblərimizdə şahmatın ayrıca fənn kimi tədrisi çox vacibdir! Doğrudur, bir çox məktəblərdə dərsdənkənar əlavə məşğələ kimi keçirilir və könüllü xarakter daşıyır. Amma gələcəyin təfəkkürlü şəxsiyətinə yönəlik təhsili düşünürüksə, şahmat fənni heç olmasa həftədə bir dəfə əsas fənn kimi tədris olunmalıdır. Amma necə:

1)Tam olaraq peşəkar şahmat məktəblərində olduğu kimi deyil, analizetmə, qərarqəbuletmə, situasiyadan çıxış elementlərinin nəzəri izahı kimi;
2) Zəka dünyasına yolçuluq kimi -onsuz da dərs yükü ağır olan uşaqlar üçün əyləncəli və maraqlı olmalıdır;
3)Şagirdi manevr və sistemli hərəkətə öyrədən alqoritm kimi..
4) Hazırlanacaq dərs vəsaitində də bu amillərin nəzərə alınması DÜŞÜNƏN ŞAGİRDİ cəmiyyətə daha tez qazandıracaq

Təəssüf ki, bu gün məktəblərə yalnız universitetə qəbul prosesinə hazırlıq dövrü kimi yanaşılır. Şagird sanki ancaq və ancaq ona görə məktəbə gəlir ki, universitetə daxil olsun. Məktəb fərdi şəxsiyyətə çevirən, insanı gələcəkdə şəxsiyyət kimi yetişdirən formulları üzə çıxaran bir tədris, tərbiyə, ən əsası özünüdərk məkanıdır. Bu gün həm də ona görə məktəbdən qaçırıq ki, o bizi analitik məlumatlarla yükləyir. Məktəb özünü sevdirə bilmir, nüfuzunu itirib, formal bir müəssisəyə çevrilib. Şahmat və onun kimi bir neçə predmetin tədrisi isə şagirdlərdə özünəinamı, fərqli təfəkkür çalarlarını üzə çıxarmış olacaq.

Şagirdlərə keçirilən şahmat dərsi şagirdin şüuraltında öz sözünü deyəcək. Məktəblərdə şahmat şüuraltı mexanizm, intellektin şüuraltı xidmətçisi kimi çıxış etməlidir. Bunu klassik şahmat dərslərindən fərqləndirməliyik. Akademik, qəliz üslubda tədrisə ehtiyac yoxdur. Kifayət qədər əyləncəli, maraqlı şəkildə keçirilə bilər. Burada yarışa çıxacaq insan deyil, daha məntqili, manevr qabiliyyətli, strateji düşünmə bacarığına sahib insan yetişdirmək üçün şahmatdan istifadə etməliyik.
Əgər belə bir addım atılacaqsa, təbii ki, ilk növbədə şagirdlər üçün ayrıca dərslik hazırlanmalıdır. Hazırlanacaq dərslikdə də bu xətt izlənilməlidir. Şahmatla bağlı bir çox əsərlər və filmlər var. Həmin dərslikdə bunlar öz əksini tapmalıdır. Bununla bağlı analitik məqalələr, şahmatın fəlsəfəsi, strateji tərəfləri vurğulanmalıdır. Şahmat və diplomatik təfəkkür, şahmat və intellektual təfəkkür, şahmat və İT məsələlərinə yer verilməlidir. Bundan qazanan təhsilimiz və cəmiyyətimiz olacaq.

Media savadlılığı dərsi – Əvvəlcə qeyd edək ki, ad bizdə yanılqı yaratmamalıdır. Media savadlılığı demək, jurnalistika, sözün birbaşa mənasındakı media kimi anlaşılmamalıdır. Bu predmet informasiya xaosunda, hər gün milyardlarla informasiyaların axın etdiyi dövrdə onunla necə davranmaq və təsirləri haqqında bilgiləri başa düşülməlidir.

İstər UNESCO-nun sənədlərində, istərsə də dünyada təhsillə bağlı gələcək strateji hədəflərdə bir neçə prioritet istiqamətlər var. Burada aparılan tədqiqatlara əsasən uşaqlarda müasir dünya və gələcək naminə səriştələrin formalaşması, onların şəxsiyyətyönümlü insan kimi yetişdirilməsilə bağlı bir neçə istiqamətin əhəmiyyəti vurğulanır. Bura daxildir: mədəniyyətlərarası kommunikasiya, rəqəmsal bacarıqlar, kritik düşüncə, innovativlik, adaptivlik. Bunların hamısı orta məktəblərdə tədrisi vacib olan və təhsildə səriştə meyarının inkişafına gətirib çıxaran şərtlərdir. Bizim təhsil sistemində isə bunlar arasından sadəcə rəqəmsal bacarıqların tədrisi tətbiq edilir. Amma hesab edirəm ki, ən vacibi media savadlılığının tədrisidir. Təsadüfi deyil ki, hazırda UNESCO, NATO, Avropa İttifaqının sənədlərində media savadlılığı təhslinin çox vacib olduğu vurğulanır.

Media savadlılığını informasiya axını və mənbələri ilə qarşılıqlı əlaqə qurma, axtarış aparma, təhlil etmə, tənqidi qiymətləndirmə və media mətnləri yaratmaq qabiliyyəti kimi də anlaya bilərik. Görün, media savadlılığı özündə nə qədər detalı əks etdirir. UNESCO-nun sənədlərində media təhsilinin əsas funksiyası insan hüquqlarının dəstəklənməsi, şagirdlərin sülh, ədalət, azadlıq ruhunda formalaşması kimi göstərilir.

Media dedikdə sadəcə informasiya ilə işləyən kəsimi nəzərdə tutmamalıyıq. Bu gün əlində mobil telefon olan hər kəs media subyektidir. Şagird gələcəkdə milyonlarla informasiya axınında özünü şəxsiyyət kimi formalaşdırmalıdır. Bu zamanda həyati tətbiq əhəmiyyəti olmayan fənlər heç kimə lazım deyil. Azərbaycanda gələcəyin fənləri məhz bunlardır, media savadlılığıdır. Avropada artıq tətbiq edilir.

XXI əsrdə media təhsili dedikdə mətbuatla ünsiyyətin formalaşması ilə yanaşı, şagirddə kritik düşüncə, yaradıcı və kommunikativ bacarıqların inkişafı media mətnlərinin təhlili kimi bacarıqların formalaşması nəzərdə tutulur. Media savadlılığının fənn olaraq məktəblərdə tətbiqi gələcək üçün şəxsiyyətin yetişdirilməsində vacib amildir. Bunun Azərbaycanda olması nəinki vacibdir, biz hətta bunda gecikmişik. Doğrudur, resurs və kadr çatışmazlığı var. Amma rəqəmsal bacarıqların tətbiqinə başlayan zaman da bu problemlər vardı. Bu fənnin tədrisi istiqamətində müəyyən addımlar atılmalıdır”.

Süni intellekt – Bu predmetin ayrıca fənn kimi tədrisinə isə sadəcə olaraq gecikirik. Hazırda ölkədə fəaliyyət göstərən müxtəlif STEAM mərkəzləri var ki, onların əsas məqsədi süni intellekt üzərində işlərdir. Lakin sırf süni intellekt dərsləri məktəblərimizdə keçilmir. İnformatika fənni özü belə bir neçə il olar ki, normal bir predmet kimi məktəblərimizdə qəbul olunub. STEAM tədris mərkəzlərində süni intellekt meyarları həyatı tətbiq bacarıqları üzərində şagirdlərə daha yaxşı çatdırılmalıdır. Ali təhsil müəssisələrində isə bu gün birinci ixtisas qrupu üzrə Rİ alt qrupundan imtahan verənlər İT əsaslı ixtisasları seçə bilirlər. Burada informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, proseslərin avtomatlaşdırılması kimi istiqamətlər daxildir. Bir neçə universitetdə robotexnika ixtisası var. Robotexnika bakalavr səviyyəsində artmalıdır. İT əsaslı ixtisasların tədris olunduğu bütün universitetlərdə artıq robotexnika olmalıdır. Süni intellekt isə sadəcə magistr və MBA pilləri üzrə var. Fikrimcə, bu da artmalıdır. Biz həm orta, həm də ali məktəb səviyyəsi üzrə bu istiqamətlərdə uğurla hərəkət etməyi bacarmalıyıq.

Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb

Bakı şəhəri, Binəqədi rayon sakini, Mustafayev Əli Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, nazirlik onun pensiyasını qanunsuz olaraq kəsib, səbəb olaraq isə “1993-cü ildə rəhmətə getdiyi” göstərilib. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Sahil Babayev!

Əmək və Əhlinin Sosial Müdafiə Nazirliyində “ölü kimi” qeyda alınan şəxs - mən Mustafayev Əli Mustafa oğlu - 01.07.1947-ci ildə Saatlı rayonunun Hacıqasımlı kəndində anadan olmuşam. Saatlı rayonunda Hacıqasımlı kəndində kolxozda işləyib, pensiyaya çıxmışam. İndiyə kimi də normal qayda pensiyamı alırdım. Bu ay hərkəsin pensiyası gəldi, amma mənim pensiyam gəlmədi. Qaynar xəttə zəng etdim. Ordan bildirdilər ki, dediyiniz şəxs 01.03.1993-cü ilsə vəfat edib. Sistemdə belə yazılıb.

Başa düşə bilmirəm, 2012-ci ildən pensiyaya çıxmışam. Ölü necə pensiyaya çıxar? 2012-ci ildən də pensiyamı indiyə kimi normal qaydada almışam. Deyirəm ki, mən dəfələrlə xaricə getmişəm, Rusiya, Belarusiya, İran və fərqli ölkələrə. Ölü necə gedər? İndi mənim pensiyamı kəsiblər ki, sən ölmüsən. Mən onlara deyirəm ki, yaxşı, sizinlə razıyam, bəs mənim məzarım hardadır? Harda ölmüşəm mən? Necə ölmüşəm? 1993-cü ildə vəfat etmişəmsə niyə mənə xəbər vermədiniz. Sağ ola-ola deyirlər ki, siz ölmüsünüz”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fonddan bildiril di ki, məsələni aydınlaşdırıb, məlumat verəcəyik.

Aynurə İSMAYIL
 
           
Ardını oxu...
27 sentyabr – Anım Günündə "Nar”ın dəstəyi, "YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid ailələri üçün layihə həyata keçirilib. Layihə çərçivəsində şəhid ailələrinin üzvlərinin Xankəndi və Şuşa şəhərlərinə iki günlük səfəri baş tutub.

İştirakçılar Xankəndi və Şuşa şəhərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə ediblər. Səfər zamanı şəhid ailələrinin üzləri, həmçinin Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa qalasını, İsa bulağını, Yuxarı Gövhər Ağa məscidini, ev-muzeyinə ziyarət ediblər.

Qeyd edək ki, "Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri milli-mənəvi irs və vətənpərvərlikdir. Bununla əlaqədar "Nar” daim şəhid ailələri və qazilərə xüsusi diqqət yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə dəstək verir. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib.

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq:

“Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil”.

Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər”./teleqraf.com
Ardını oxu...
“Reklamında çox tərifləyirdilər, aldım. Ancaq keyfiyyəti reklamda deyildiyi kimi olmadı”. Gündəlik həyatımızda bu və ya bu kimi ifadələri çoxlarından eşidirik. Bəs, həqiqətəuyğun olmayan reklamla bağlı məsuliyyət kimin üzərinə düşür? Bununla bağlı qanuna əməl etməyənləri hansı cəza gözləyir?

"Azərbaycan Reallığı" xəbər verir ki, “Reklam haqqında” Qanuna əsasən, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır.

Əvvəlcə ondan başlayaq ki, istehsalı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam istehlakçıların seçimini stimullaşdırmalıdır.

Lakin reklam istehlakçını aldatmamalı, çaşqınlıq yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən məhsullarla eyni, yaxud onun əvəzedicisi olan başqa məhsulların bazar nüfuzuna xələl gətirməməlidir. Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklamdır. Haqsız reklama isə yol verilmir.

Reklamla bağlı qanunvericiliyin pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulub.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Reklam barədə qanunu pozan media qurumları da məsuliyyət daşıyırlar. Belə ki, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyin tələblərinin pozulması nəticəsində istehlakçılara xeyli miqdarda ziyan vurulması isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 198-ci maddəsi bilə-bilə yalan reklam etməyə görə məsuliyyəti nəzərdə tutur. Bu maddəyə görə, əmtəələr və xidmətlər haqqında, habelə onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən üç mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada xeyli miqdar dedikdə, 50 000 manatdan yuxarı, lakin 200 000 manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə isə 200 000 manatdan artıq olan mәblәğ nəzərdə tutulur.

Qanunsuz reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün tam ödəyib.

İndex.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
 
 
 
Ardını oxu...
2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

"Cebheinfo.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 %-ni təşkil edir", - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq.
 

Dünyapress TV

Xəbər lenti