Ardını oxu...
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hər il 9-cu sinifdən kifayət qədər şagirdin təhsilini sona qədər davam etdirmək istəmədiyini və təhsilini bitirmədən əmək bazarına atıldığını deyib.

Karyera İnkişaf Forumunda Məleykə Abbaszadə çıxışı zamanı danışarkən əlavə edib ki, bu da şagirdlərin sayının azaldılmasına gətirib çıxarır.

O, bildirib ki, mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir.

M. Abbaszadə vurğulayıb ki, testlər mütəxəssislər tərəfindən elmi əsaslara uyğun hazırlanıb.

M. Abbaszadə onu da əlavə edib ki, yeniyetmələr və onların valideynləri ixtisas seçimi zamanı əmək bazarında olan tələbatı, gələcəkyönümlü peşələri nəzərə almırlar.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, bu fikirlər formaldır və heç bir rol oynamır.

Onun sözlərinə görə, əksəriyyət öz ixtisasına uyğun gəlməyən sahələrdə işləyir: “Kim harada gəldi nə iş tapırsa, orada işləyir, hansısa kursun təlimlərində və ya praktikada öyrənir. Bizdə əmək bazarı deyilən bir şey yoxdur. Ali məktəblər bir tərəfdən 100 minlərlə insanı əmək bazarına buraxır və heç birinə də iş olmur. Yəni belə hoqqabazlıqlardansa, yaxşı olar ki, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi qurumlar məktəblərdə yüksək səviyyədə təhsil təşkil etsinlər.

İmtahanların keyfiyyətli, şəffaf keçirilməsini, həmçinin şagirdlərin psixometrik yox, psixoloji müayinəsini təşkil etsinlər, çünki bu gün məktəblər biabırçı vəziyyətdədir. Özbaşınalıq, psixoloji problemli şagirdlər, kriminal hərəkətlər baş alıb gedir. Bu kimi ciddi məsələlər həllini tapmalıdır. Məktəblərdən alınan tərbiyə funksiyası, müəllimlərin tapdalanmış hüquqları bərpa olunmalıdır.

Bu gün məktəblərdə təhsilin keyfiyyətsizliyi ilə bərabər tərbiyə də aşağı vəziyyətdədir. Çox təəssüf ki, məktəblərdə uşaqlar özbaşına buraxılıb.

Təhsilin keyfiyyətində fundamental dəyişiklik olmalıdır, təhsil yükü mümkün qədər azaldılmalı və konkret təyinat üzrə yönəldilməlidir. Bu gün yuxarı siniflərdə ümumiyyətlə, dərslər keçirilmir. Bütün bunlar təmin olunsa, bu kimi testlərə, planlara heç ehtiyac da olmaz”.

Sosioloqun fikrincə, son dövrlər aparılan bütün proseslər formaldır və heç bir mahiyyət daşımır.

“Ortada heç bir məzmundan söhbət belə getmir. Bir çox məktəblərin adi şəraitləri belə yoxdur. Bu yaxınlarda Tovuz rayonunun kəndlərindən birində baş vermiş hadisə bir daha buna sübutdur. Xarabalıq şəraitindəki bir məktəb qədimdən qalma soba ilə qızdırılır. 60-a yaxın uşaq tüstüdən zəhərlənib, xoşbəxtlikdən kütləvi ölüm hadisəsi baş verməyib. Bu kimi məsələlərə kompleks şəkildə yanaşılmalı, ciddi lahiyələr həyata keçirilməlidir.

Əsas olaraq məktəblər normal tədris ilə, daha sonra maddi-texniki baza, vəsait, avadanlıqlar və müxtəlif laboratoriyalar ilə təmin olunmalıdır. Necə ki, bütün bunlar SSRİ zamanında var idi. Məktəblərdə fizika, kimiya, biologiya kabinetləri, bir çox avadanlıqlar var idi. Bunların hamısı məhv olub gedib.

Uşaqların psixi və fiziki sağlamlıqları təmin edilməlidir. Təhsildən də vacib tərbiyədir, əvvəl insan yetişdirmək lazımdır. Məktəblərdə ciddi nizam-intizam qaydalarını tətbiq edilməlik, təhsilin keyfiyyəti artırılmalı, müəllimlər öz ixtisasları üzrə düzgün formalaşdırılmalıdır”, – deyə o əlavə edib.

E.Bayramlı qeyd edib ki, məktəblərdə yuxarı siniflər təmayül sistemi ilə davam etsə, o zaman şagirdlər öz istedadlarının hansı sahəyə uyğun olduğunu görə biləcək və bu da onların həmin sahələri əvvəlcədən seçib orada irəliləyiş etməsinə, həmçinin rahat şəkildə ixtisas seçimində də kömək edəcək.

Əmək bazarını təhsilə aid etməyən sosioloq bu məsələni iqtisadi və sosial problem kimi görür: “Ölkənin əmək bazarında məşğulluq məsələləri, iqtisadi aktivlik hansı səviyyədədirsə, o dərəcədə də işçi, mütəxəssis ehtiyacı olacaq. Deyək ki, deyilən məsələlər düzgün şəkildə yönəldildi, 20 min nəfər mütəxəssis buraxıldı. Bazarda isə 200 nəfərə ehtiyac var. Bəs digərləri nə etməlidir?

Bu məsələlər bir-biri ilə bağlı ola bilər. Ancaq ilk növbədə qeyd etdiyim əsas və daha ciddi məsələlərə üstünlük verilməlidir.

Hansısa müxtəlif eksperimentlər bir o qədər ciddi nəticə vermir və Azərbaycan psixologiyasında, xüsusilə ölkənin real şəraitindəki mühitdə belə şeylər yaramır. Hər şey bazara uyğun, reallığa uyğun, özü avtomatik tənzimlənir”.

Sosioloq onu da vurğulayıb ki, insanların hansı sahəyə ehtiyacı varsa, onlar bunu bilir, araşdırır və valideynlər də o sahədə uşaqlarının təhsilinə kömək edirlər:

“Bundan sonra da əmək bazarında həmin sahələr üzrə iş tapa bilənlər işləyir, tapa bilməyənlər isə istənilən bir sahədə birtəhər işləyir. Yəni, real vəziyyət budur. Bu baxımdan, bu məsələlərdən mən heç bir müsbət hal gözləmirəm”, – deyə sosioloq fikirlərini yekunlaşdırıb.
Ardını oxu...
Əmək və icra intizamının pozulmasına görə işçiyə tədbiq olunan əmək intizam tənbehi, törədilən xətaya uyğun və adekvat olmalıdır və ya birbaşa olaraq bütün hallarda sonuncu intizam tənbehi olan - Əmək müqaviləsinin ləğvi ilə nəticələnməməlidir.
Əlbəttə, işçi əmək və ya icra intizamını elə gobud formada poza bilər ki, nəticədə bu xəta da axırıncı intizam tənbehi olan-əmək müqaviləsinin ləğvi ilə nəticələnə bilər. Lakin hər bir halda əmək prosesində yol verdiyi səhvlərə və ya pozuntulara görə intizam məsuliyyətinə cəlb olunarkən: işçilərin peşəkarlığı, kollektivdə nüfuzu, işdə olan nailiyyətləri, pozuntuların qəsdən və ehtiyatsızlıqla törədilməsi, dəymiş ziyan, ağır və ya yüngül formada olması və sair hallar nəzərə alınmalıdır.
Əmək və icra intizamının pozulmasına görə sonuncu intizam tənbehi sayılan və əmək müqaviləsinin ləğvinə qədər AR-nın Əmək Məcəlləsində İNTİZAM XƏTASI SAYILMAYAN şifahi və yazılı xəbərdarlıqlar,intizam tənbehi olan: töhmət və ya şiddətli töhmət, kollektiv müqavilədə nəzərdə tutulan hallarda Əmək haqqından -dörddə bir hissədə tutulma kimi məsuliyyət növləri də vardır.
Hər bir halda - İşəgötürən intizam tənbehini verərkən İŞÇİNİN ŞƏXSİYYƏTİNİ, kollektivdə NÜFUZUNU, PEŞƏKARLIQ səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
İki gündür Naxçıvan şəhəri və ətraf ərazilərdə çörək qıtlığı yaşanır. Buna səbəb bölgənin çörək istehsalında əsas rola malik olan APF Qrup MMC-yə aid Naxçıvan şəhərində yerləşön zavodun işçilərinin kütləvi tətilə başlamasıdır. Onlar ağır iş şərtlərinə və maaşlarının gecikdirilməsinə etiraz olaraq fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.
Etirazçılardan B.M. „Gündəlik Naxçıvan“a deyir ki, tələbləri yerinə yetirilənə kimi tətili davam etdirəcəklər:
"Dünəndən işi dayandırmışıq, heç kim işləmir. Bizimlə heyvan kimi davranırlar. 18 saat işlədir, üstümüzə bağırır, təhqir edirlər. Bu azmış kimi, maaşlarımızı da vermirlər. Deyirlər ki, maliyyə çatışmazlığı var. Halbuki, normal şəkildə işləyirdik, çörək də əvvəlki qiymətə satılırdı. Maliyyə niyə olmasın ki? Bizim də ailəmiz var, öhdəliklərimiz var. Normal iş şərtləri, maaş tələb edəndə işdən çıxarmaqla hədələyirdilər. İndi hamımız işi dayandırmışıq, görək bundan sonra kimi hədələyəcəklər."
Naxçıvan şəhər sakini Sahibə Muradova deyir ki, çörək qıtlığı dükanlarda növbələrin yaranmasına səbəb olub:
"İki gündür ki, mağazalarda çörək tapmaq müşkülə çevrilib. Dükançılar deyir ki, APF-nin sexləri işləmədiyindən, əsas çörək təminatı dayanıb. Bu gün səhər mağazaya getdim, çörək qurtarmışdı. Satıcı dedi ki, artıq heç kimə çatmır. Digər sexlərdən gələn çörək isə az olduğundan tələbatı ödəmir. Uşaqlarım bu gün çörəksiz qalıblar. Bu vəziyyət belə davam etsə, nə edəcəyimizi bilmirik."
Çörək satıcısı M. Mehdiyev də çörək qıtlığından narazılıq edir:
"APF Qrup MMC əsas çörək istehsalçılarından idi və çox alıcı onların çörəyini alırdı. Dünəndən sexlər işləmir, çörək gəlmir. Özəl çörək sexlərindən sifariş verib gətiririk, amma onlar tələbatı ödəyə bilmir. Bu səbəbdən qıtlıq yaranıb. Alıcılar da narazıdır, hər gün çörək soruşurlar."
Naxçıvanda çörək qıtlığının nə qədər davam edəcəyi məlum deyil. Sakinlər aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini, işçilər isə haqlarının ödənilməsini tələb edirlər.
 
Ardını oxu...
Günümüzün aktual məsələlərindən biri də 35 yaşı ötmüş şəxslərin iş tapmaqda çətinlik çəkməsi ilə bağlıdır. Belə ki, bir çox müəssisə rəhbərləri 35 yaşı keçmiş insanları işə götürmək istəmirlər və ya ümumiyyətlə götürmürlər. Bu isə narahatlığa və haqlı narazılığa səbəb olur. Bəs işə götürülməyən insanlar hara, kimə müraciət etməlidirlər?

Globalinfo.az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, qanunvericilikdə müəyyən qədər cinsiyyətə görə ayrı-seçkiliyin aparılmasının qadağan olunması var:

“Lakin birbaşa əmək qanunvericiliyində yaşa görə diskriminasiyayla bağlı hər hansı müddəaya rast gəlmək mümkün deyil. Bununla bərabər, konstitusiyada bərabərlik hüququ tanınır, təmin olunur. Təbii ki, bərabərlik hüququ da eyni zamanda yaşa görə diskriminasiyanın yol verilməməsini nəzərdə tutur. Fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişlik Xidmətinin bununla bağlı müəyyən təlimatları hazırlanmalıdır. Bundan sonra işçi işə götürüləndə hansı meyarlar üstün götürülür, hər kəs bilməlidir. Yəni adekvat meyarlar olmalıdır. İşə götürənlər də həmin bu meyarlara cavab verməklə işçini seçməlidirlər. Belə bir meyarlar hazırlansa, vətəndaşların şikayət etmək imkanı da olar. Nə qədər ki, bu qaydalar hazırlanmayıb, yaş məsələsi ilə bağlı hər hansı bir şikayət irəli sürmək mümkün olmayacaq”.

Hüquqşünas müəyyən yaş səviyyəsindən sonra işə götürmədə çox ciddi ayrı-seçkiliyin baş verdiyini vurğulayıb:

“Hansı hallarda 35 yaşı keçmiş şəxsləri işə götürürlər – əgər onları bir vəzifədən avtomatik digər vəzifəyə gətirirlərsə. Amma təəssüf ki, hazırda işsiz olan və 35 yaşı keçən birinin adətən heç CV-sini nəzərə almırlar. O adam nəyi bacarır, nəyi bacarmır, onun vərdişləri nədir, nə deyil oxumurlar. Bu cür diskriminasiyaya yol veriləndə obyektiv meyarlardan istifadə olunmur. Daha bir yanlış məsələ isə ondan ibarətdir ki, işə götürən fikirləşir ki, bu adamın üzərində ailə yükü var və ona daha yuxarı maaş vermək lazımdır. Məsələn, mən bu insanı 800 manat maaşla burada işlədə bilməyəcəm deyə düşünürlər. Onun yerinə isə gənc kadr götürüb, daha aşağı maaşla işlədirlər. Bu qəbildən yanaşmalar işə götürənin subyektiv yanaşmasıdır. Ailə vəziyyətindən asılı olmayaraq bəlkə həmin insan 800 və ya 1000 manata işləməyə razı olacaq?!”

F.Mehdiyev insan resursları (HR) məsələsinə də toxunub:

“Bəzi HR-lar, hansısa 2-3 aylıq kurs keçib bu vəzifəyə gəlirlər. Amma bu, onların həqiqətən peşəkar olduğunu göstərmir. Yəni 2-3 aylıq kurs nəticəsində “mən peşəkaram, insanları seçə bilirəm “və sair deməsi mümkün deyil. İnsan resursları işinin bir çox müəssisədə doğru qurulmadığının şahidi oluruq. Bu, sadəcə işçi seçimində özünü büruzə vermir, həm də işçiyə təlim verilməsi sırasında ortaya çıxır. Bütün bunlar əmək bazarına çox ciddi mənfi təsir göstərir. Həmçinin də hazırda gənc olan və özlərinə yaxşı, daha rahat iş tapa bilən insanların gələcəkdə iş tapmalarını əngələ salır. Çünki onlar bu gün 25 yaşında olsalar da, 10 il sonra 35 yaşına gələcəklər. İş yerini dəyişəndə isə çox ciddi şəkildə iş tapa bilməmə problemi ilə üzləşəcəklər”.
 
 
 
Ardını oxu...
Aparıcı Aytən Səfərova bəzi valideynlərə irad bildirib.

Axşam.az xəbər verir ki, o, valideynlərə işin yorğunluğunu uşaqlara yansıtmamağı məsləhət görüb:

"Bizdə nə qədər problem olsa da, böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir. "Ay işdə yoruldum, uşaq məndən əl çək, görürsən ki, ata-ana yorulub". Bunların uşağa heç bir aidiyyatı yoxdur. Yorğunluğu ən azı yarım saat qapının arxasında saxlamaq lazımdır. Uşaqla vaxt keçirib, sonra gedib dincəlmək olar. Sonra da deyirlər ki, uşaq birtəhərdir, mənə heç nə demir. Yeniyetməlik dövründə məndən uzaqlaşır. Uşağı balacalıqdan özünə isindirmək lazımdır".
 
 
 
Ardını oxu...
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb.

TEREF Oxu.Az -a istinadən xəbər verir ki, bu ərzaq yardımı ehtiyacı olan 300 suriyalı ailə üçün nəzərdə tutulub.

Qida paketlərinə dörd nəfərlik ailənin bir aylıq ehtiyacını ödəyəcək miqdarda noxud, bulqur, günəbaxan yağı kimi qida məhsulları, həmçinin şirniyyat və şokolad daxildir.

Məlumata görə, ayrılmış humanitar yardımın son partiyası dekabrın 31-dək Suriyaya göndəriləcək. Bu cür yardımların gələcəkdə də davam etdiriləcəyi istisna olunmur.

Qeyd edilib ki, göndərilən bağlamalar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalılara ünvanladığı məktub da yer alıb. Məktubda Türkiyənin Suriyanın yenidənqurulması və bərpasında bu ölkəyə dəstək göstərəcəyinə dair fikirlər ifadə olunub.
 
Ardını oxu...
Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.

Vətəndaşlar bayram günlərini müxtəlif səviyyədə qeyd edirlər. Bir sıra vətəndaşlar bayram tətilində məhz başqa yerlərə səfər edirlər. Bəzi insanlar xarici ölkələrə üstünlük verdiyi halda, bir qrup vətəndaş bölgələrə gedir. Qarşıdan gələn bayram günlərində tətllə bağlı bölgələrdəki istirahət məkanlarının qiymətləri açıqlanıb.

Məsələn, dekabrın 31-2 yanvar tarixində Park Chalet (Qusar) - 3599 manat, Basqal Resort SPA (İsmayıllı) - 1460 manat, Shabran Wellbeing Resort (Şabran) - 1490 manat, Qalaaltı Hotel Spa (Şabran) - 1380 manat, Macara Quba 1790 manat, Marxal Resort SPA (Şəki) 1220 manat təşkil edir. Qeyd edək ki, qiymətlərə gecələməklə bərabər, səhər yeməyi, Yeni il əyləncə tədbiri daxildir. Yeni il proqramlarına canlı musiqi, şoular, rəqs və diskotekalar, hədiyyəli viktorinalar, atəşfəşanlıq və s. var.

Bir çoxları hotellərdəki qiymətlərin çox yüksək olduğunu düşünür və buna görə xarici ölkələrdə istirahətə üstünlük verəcəklərini qeyd edirlər. Turizmin inkişafını və vətəndaşların gəlirini nəzərə alsaq, bu gün bölgələrdəki istirahət məkanlarında qiymətlər baha deyilmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, dövlətin, yaxud hansısa qurumların qiymətləri təyin və yaxud müdaxilə etmək imkanı yoxdur:

“Doğru olan budur, yəni bazar qərar verməlidir. 3600 manata iki gecəlik tətil təyin edənlərin alıcısı varsa, ona görə təyin edirlər. Yəqin ki, boş bir zalda Yeni il keçirməzlər. Deməli, vətəndaşlar o qiymətə tətil paketi alacaqlarsa, həmin qiymətə də satacaqlar. Görsələr ki, alan yoxdur, qiyməti aşağı salacaqlar.

Deməli, tələbat var ki, bu qədər yüksək qiymətlər olur. Dövlətin burada müdaxilə edəcəyi məsələ əldə etdikləri qazancından vaxtında həmin obyektlərin vergi ödəmələridir”.

O bildirib ki, bu məsələyə bir qədər başqa cür yanaşmaq lazımdır:

“Bu, vətəndaşların davranış qaydaları ilə bağlı məsələdir. Vətəndaş almayacaqsa, qiymətlər düşəcək. Onlar da öz ziyanlarına işləməyəcəklər. Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar.

Ona görə bu məsələdə kənar müdaxilələrə ehtiyac yoxdur”.
 

Ardını oxu...
  

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək".

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq:

“Təhsil kart”ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, - deyə qurum rəhbəri qeyd edib.

Ardını oxu...
Azərbaycanda siqaret və alkoqoldan istifadə halları artıb. Bunu statistik rəqəmlərə baxanda da müşahidə etmək olur. Çünki sözügedən sahə üzrə xərclənən vəsaitlərin də miqdarında artım nəzərə çarpır.

Məsələni Yenisabah.az-a şərh edən sabiq deputat Rüfət Quliyev bildirib ki, Azərbaycan bu mövzu üzrə dünya ölkələri ilə müqayisədə siyahıda orta yerdə dayanıb:

“İlk olaraq, bu xərclərin artmasının səbəblərindən biri odur ki, indi siqaret çəkməyə erkən yaşdan başlayırlar. Ancaq daha çox siqaret və alkoqollu içkilərin qiymətinin artması faktoru da burada daha çox rol oynayır. Bu yaxınlarda aksiz vergisinin artması istər siqaretin, istərsə də alkoqollu içkilərin qiymətinin artmasına təsir göstərib. Mən bir siqaret çəkən şəxs olaraq, hər kəsə tövsiyəm ilk o olur ki, siqaretə başlamaq lazım deyil. Çünki sonra bu vərdişi tərgitmək çətin olur. Mədəniyyət cəhətdən bu müsbət deyil ki mənfidir. Həm alkoqolda, həm də siqaretdə Azərbaycan siyahının nə yuxarısında, nə də aşağısındadır. Orta sıralamadadır. Qorxunc vəziyyət yoxdur. Amma təbii ki, dövlət bununla mübarizə aparır və çalışır ki, alkoqoldan və tütün məmulatlarından istifadə azalsın. Hər halda azaltmaq lazımdır. Yaxşı haldır ki, spirtli içkilərdən cavanlar o qədər də istifadə etmir. Lakin məktəblilər arasında siqaretdən istifadə halları artıb. Bu isə heç də xoşagələn hal deyil”.

R.Quliyev qeyd edib ki, alkoqollu içkilərin yerli istehsalı idxal olunanlardan nisbətən daha ucuz başa gəlir

“Hardasa, 20-30 faiz fərq nəzərə çarpır. Yerli mallar dünya brendləri qədər olmasa da, keyfiyyətində heç bir problem yoxdur. Sağlamlığa vurduğu zərərə gəlincə isə, istər yerli, istərsə də xarici istehsal olan bu cür içkilərin hamısı insan səhhətinə eyni dərəcədə ziyanlıdır”.

Sabiq millət vəkili toy məclislərində müşahidə edilən xoşagəlməz vəziyyətlə bağlı bir neçə nüansa da toxunub:

“Son vaxtlar toylarda yemək və alkoqollu içkilərin ifrat dərəcədə olmasını müşahidə edirəm. Ən azı 2-3 növ araq, konyak, 4-5 cür şərab süfrəyə qoyulur. Pivə, viski və digərlərindən heç danışmıram. Spirtli içkilərlə bərabər yemək çeşidləri də çoxluq təşkil edir. Toy günü qonaqların hamısı şadlanır. Ancaq hesab bağlanma anına gələndə əhval-ruhiyyə o qədər də yüksək olmur və maliyyə problemləri yaranır. Hər kəs istəyir ki, övladını toyunu təmtəraqlı şəkildə qeyd etsin, içkisi, yeməyi süfrədə bol olsun. Ancaq insanların özü də bunu artıq almalıdır ki, sözügedən durum heç də yaxşı haldan xəbər vermir. Ona görə də insanlar özü belə məsələləri həll etməlidirlər”.
 

Ardını oxu...
"Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 512 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib".

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 989 mln. manat, Prezident təqaüdləri üzrə 632 mln. manat ödənilib.

"Cari ilin 11 ayında 141 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 711 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib", - deyə məlumatda qeyd edilib.

Dünyapress TV

Xəbər lenti