Ardını oxu...
Vətəndaş İman İmanov “Azpulmat” kredit təşkilatından şikayətçidir.

TEREF Manset.az-a istinadən xəbər verir ki, İman İmanov bildirib ki, adıçəkilən təşkilat ölkədən ən yüksək faizlə kredit verir:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı xahiş edirəm ki, “Azpulmat” MMC-nin kredit adı altında sələm verməsinə STOP deyin. Azərbaycan Respublikasının aztəminatlı vətandaşlarının 99,9%-ni “Azpulmat” sələmə otuzdurub. Mənə çox maraqlıdır ki, sıravi adam on faiz (10%) sələm verəndə haram olur,amma “Azpulmat” dövlət səviyyəli sələm verir haram olmur?!”

Vətəndaşın ödəniş tarixçəsini təqdim edirik. Fotoda borcun tarixçəsi və faizi qeyd olunub.
 
Ardını oxu...
“Yeni Klinika”nın əməkdaşları əməkhaqqılarının gecikməsindən şikayətçidirlər.

TEREF xəbər verir ki, bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.

“Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əməkhaqqını almamışıq. Əməkhaqqılarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Maaşların ləngiməsi isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur”.

“Yeni Klinika”nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova Oxu.Az-ın mövzu ilə bağlı sorğusunu gün ərzində cavablandıracağını bildirsə də, sonradan heç bir cavab vermədi.
 
Ardını oxu...
Bərdə rayon sakini Səfərov İlyas Məmməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:

"Cənab Nazir!

Diqqətinizə çatdırım ki, onkoloji xəstəyəm və əliləm. Himayəmdə iki azyaşlı övladım var. Oğlumun biri hazırda hərbi xidmətdədir.

Ailə saxlamaq, dolanmaq çox çətin olub. Dövlət Məşğulluq Agentliynə aztəminatlı ailə başçısı kimi müraciət etmişəm. Ötən ilin sentyabr ayında kursdan keçmişəm. Hələ də müraciətimə müsbət cavab yoxdur. Sizdən xahiş edirəm ki, mənim heyvandarlıqla təmin olunmağım üçün göstəriş verəsiniz".

Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O bildirdi ki, Bərdə rayon sakini Səfərov İlyas Məmməd oğlunun müraciəti araşdırılıb: "Vətəndaş məşğulluq sistemində qeydiyyatdadır və “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edib. 2024-cü ildə proqramın icrası qaydalarına uyğun olaraq onun şəraitinin ilkin monitorinqi olub və təlimlərə cəlb edilib. İ.Səfərov hazırda aktivlərlə təmin olunması üçün növbədədir.

Qeyd edək ki, özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təmin edilməsi növbəli qaydada həyata keçirilir. İlyas Səfərovun da adı cari il üzrə aktivlərlə təmin olunacaq şəxslər arasındadır. Yaxın zamanda ona seçdiyi istiqamət üzrə avadanlıqlar veriləcək".

Jalə FAMİLQIZI
 
 
 
Ardını oxu...
Əvəzçilik üzrə əmək haqqının ödənilməsi bu qaydada ödənilir:
1. Əvəzçilik qaydasında işləyən işçilərin - əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
2.Əvəzçilik qaydasında işləyən işçilərin: tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir.
Əvəzçilik üzrə işçilərin əmək məzuniyyəti hüquqları bu qaydada həyata keçirilir:
3. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
4. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
5.İşçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Novruz bayramı ərəfəsində pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq üçün əlavə ödənişlərin verilməsi məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bayram günlərində pensiyaçılara xüsusi müavinətlərin ayrılması təcrübəsi mövcuddur. Türkiyə Təqaüdçülər Dərnəyinin (TÜED) sədri Kazım Ergün milyonlarla pensiyaçının bayram mükafatlarında artım gözlədiyini bildirərək, bu vəsaitin onların büdcəsinə dəstək olacağını vurğulayıb. Türkiyə hökuməti Ramazan və Qurban bayramlarında pensiyaçılara verilən mükafatların artırılmasına diqqət yetirərkən, Rusiyada da müxtəlif sosial kateqoriyalara aid vətəndaşların və hərbçilərin pensiyalarına əlavə ödənişlər tətbiq edilir.

Onu da qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənildi.

Maraqlıdır eyni praktika 2025-ci ildə də həyata keçirilə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərl açıqlamasında bildirib ki, Azərbaycanda da oxşar praktika mövcud olub:

"Ötən il hökumət pensiyaçılara əlavə dəstək məqsədilə hər rüb 50 manat olmaqla, ümumilikdə 200 manatlıq ödəniş həyata keçirdi. Bu məbləğ böyük dəstək olmasa da, pensiyaçılar üçün müəyyən qədər maddi rahatlıq yaratdı. Lakin həmin təşəbbüs davam etdirilmədi və bu il üçün oxşar ödənişlərin ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib".

İqtisadçı qeyd edib ki, minimum pensiya alanlar üçün xüsusi ödənişlər ayrıla bilər:

"Azərbaycanda pensiya artımlarının və əlavə ödənişlərin tətbiqinin müəyyən maliyyə yükü yarada bilsə də, bunun daha ədalətli formada həyata keçirilməsi mümkündür. Hazırda ölkədə 1 milyondan çox pensiyaçı var və onların hamısına bayram mükafatı vermək hökumət üçün maliyyə baxımından çətin ola bilər. Lakin minimum pensiya alanlar üçün əlavə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Təxminən 800 mindən çox təqaüdçü minimum və minimuma yaxın pensiya alır. Heç olmasa, həmin kateqoriyaya aid şəxslərə əlavə vəsaitlərin ödənilməsi onların maddi durumuna müsbət təsir edə bilər."

Natiq Cəfərli vurğulayır ki, pensiyaçılar sosial cəhətdən həssas təbəqə olduğu üçün onların bayram öncəsi əlavə müavinətlə təmin edilməsi əhəmiyyətli addım ola bilər. Bununla yanaşı, gələcəkdə bayram mükafatlarının davamlı olması və müəyyən sistemə əsasən verilməsi də vacibdir./i News24.az
 
Ardını oxu...
Deməli, Qarabağ müharibəsindən əvvəl Baş Qərvənd kəndi inzibati ərazisinə Ayaqqərvənd , Orta Qərvənd, Şıxlar və Baş Qərvənd kəndləri daxil idi. Sovet rejiminin göstəri məqsədli planına əsasən yol kənarında olduğu üçün Baş Qərvənd yaxşı inkişaf etmişdi. Kənddə ən müasir standartlara uyğun 2 mərtəbəli məktəb, peşə yönümlü istehsalat məktəbi, ikimərtəbəli xəstəxana, 1941-45-in ən müasir tipli abidə kompleksi, 2 mərtəbəli alternativi Ağdamda belə olmayan çox prinsipli , dəbdəbəli mədəniyyət evi, kolxoz idarə binası, 2 uşaq baxçası, 3-4 kafe, yeməkxana tipli məişət obyektləri və digər xidmət obyektləri də vrdı. (bura 10-a yaxın mağaza, aptek, bərbərxana, ayaqqabı təmiri, dərzilik, avtomobil təmiri və s xidmətlər də daxil idi ).

Üstəlik, yolun kənarında, kəndin girəcəyində bütün Qarabağda tayı-bərabəri olmayan "Günbəz” adlı bir restoran, Xaçın çayının sahilində isə 1 ədəd restoran-otel fəaliyyət göstərirdi. Yolların kənarına əkilən meyvə ağacları , gül kolları isə bir ayrı aləm idi. Ümumiyyətlə kənd elə qurulmuşdu ki, Ağdama ilk dəfə səfər edənlər yolun üstündəki Baş Qərvənddən keçəndə elə düşünürdülər ki, artıq Ağdam şəhərinə daxil olublar.

İndi keçək, Şıxlar kəndinə! Kənd Bərdədən gələndə sol tərəfə dönəndən sonra, bir az içəridə yerləşirdi. Yəni, kənd yol kənarında olmadığı üçün sovet hökümətinin layiqli namizədi , kolxoz sədri Xuraman Abbasova Şıxlara elə də ürək yandırmazdı, nə də olmasa əsas yoldan kənarda yerləşirdi və baxmayaraq ki, əhalisi elə Baş Qərvəndin əhalisi qədər idi. Kəndin mədəniyyət klubu da yaxşı vəziyyətdə deyildi, 10 illik məktəbi, uşaq baxçasıda eyni vəziyyətdə idi. Orta Qərvənd və Ayaq Qərvənddəki inkişafdan isə danışmağına dəyməzdi. Hər kənddə bir mağazadan başqa heç bir məişət xidməti obyekti yox idi. Ayaq Qərvənddə uşaqlar ancaq 4-cü sinfə qədər dərs ala bilərdilər və artıq 5-ci sinfi oxumaq üçün bu kənddən ən azı 10 km məsafədə yerləşən Şıxlar kənd məktəbinə getmək məcburiyyətində idilər. Eyni olayı Orta Qərvəndin uşaqları da yaşayırdılar.
Baş Qərvənd və Şıxlar kəndləri işğala məruz qalandan sonra da bu kəndlərdə yenə inkişaf baş vermədi. Bu dəfə də kənd yenə əldən-ayaqdan uzaq bir yer olaraq qaldı.
Sovet adət-ənənəsinin bir çoxundan qurtula bilməyən Azərbaycanın bu tip kəndlərində əhali artıq yaşamağı özünə rəva görmür. Baxımsızlıq problemləri olduğu kimi bu gün də saxlayır.
Problemə statistik yanaşma, gülməli "çözüm"

Dünən “Xəzər Xəbər”də Azərbaycanda kiçik kəndlərin birləşdirilə biləcəyi ilə bağlı bir süjet diqqətimi çəkdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-də əhalinin sayı 100 nəfərdən azdır, 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirir ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər.
Əslində belə baxanda qeyri-adi heç nə yoxdu. Kiçik və yaxud əhalisi az olan kəndləri birləşdirmək infrastrukturu yenidən və standartlara uyğun qurmaq daha cəlbedici və səmərəli hesab edilə bilər.

Amma bu süjet yeni bir faciəmizin var oduğunu sanki yadımıza saldı

Hər kəs istəyir ki, yaşadığı ömrü xırda problemlərlə çarpışaraq keçirməsin. Heç olmazsa az problem yaşaasın. Xüsusən, heç kim ən adi halın problem kimi ürəyini üzməsini istəmir. Təsəvvür edin kənddəsiniz, qışdır, işıqlar kəsilir, istilik yox səviyyəsindədir, artezianlar işləmir, sular gəlmir, üstəlik iş yerləri yoxdu, kənd təsərrüfatı ilə məşğul olmaq üçün nə şərait var , nə imkan ... Böyük şəhərlərdə rahat həyat varkən kim ömrünü problem və çətinliklərin tüğyan etdiyi belə bir yerdə çürütmək istəyər?

Bir neçə il əvvəl məhsul yığımının gedişatını izləmək, problem və çətinlikləri yaxından görmək üçün rayonlardan birinə getdim. Kəndlilər, necə deyərlər, qan ağlayırdılar. Deyir ki, bazardan “od qiymətinə” soğan toxumu aldım. Sahəni öz cibimin pulu ilə şumlatdırdım, fəhlə tutub səpin etdim. Suçu tutub sulatdırdım. Boğazımdan kəsdim, nəisəki elətdirdim.

Soğanlar boy atmağa başlayanda dedilər su yoxdu. Gərək pulunu verəsən, soğanına su gəlsin. Soğan yazda-yayda çoxlu su içir. İndi mən nə qədər öz cibimdən pul ödəyim ki, soğanı satışa yararlı hala gətirim? Su vaxtlı-vaxtında olmadığı üçün sahəyə qoyduğum bütün maliyyəm,əziyyətim məhv oldu. Lap tutaq ki, başa gətirdim, bunun sahədən yığılmasına, satışa çıxarılmasına da pul lazımdır axı... Əlavə xərcləri demirəm...”
Yeri gəlmişkən, həmin rayonun bir ədəd kombaynı olduğu üçün həmin kombayn əvvəl vəzifəli şəxslərin icarəyə götürdüyü pambıq sahələrində məhsul yığır, sonra kasıb təbəqənin sahəsinə gedir. Həmin vaxtda da ya pambıq yağış və küləkdən xarab olur, ya da yerlərə tökülüb zay olur. Məntəqələrdə belə pambığı 2-ci ya da 3-cü sort kimi qəbul edirlər ki, bu da qoyulan maliyyəni ödəmir.
Kəndçi necə deyərlər , kirpiyi ilə od götürməkdən də, min bir təbii və süni əngəllərə dözməkdən də, sonda əlləri boş qalaraq üzülməkdən cana yığılır və doğma el-obasını tərk edib böyük şəhərlərə axnaşır.

Yurdunu tərk edənlərin dərdinə çarə tapın!

Elə bu yerdə mediamız köməyimə çatır . Deməli hələ bu məlumat 2019-da qeydə alınıb, indi Allah bilir vəziyyət necədir: “Siyahıyaalmadakı bilgilərdən aydın olur ki, ərazisi işğala məruz qalan rayonlar çıxılsa, ən çox tərk edilən rayon Qaxdır. Siyahıyaalmanın aparıldığı 2019-cu ilin sonunda burada 57 min 200 nəfər sakinin yaşadığı açıqlanmışdı. Siyahıyaalma zamanı rayonda 51 min 519 nəfərin olduğu bilinib. Başqa deyimlə, 5 min 681 sakin rayonu tərk edibmiş. Bu, Qaxın bütün əhalisinin 10 faizi deməkdir. Bu rayonla bağlı bir statistika da diqqət çəkir. Ötən ilin yekunlarına görə, ölkədə orta aylıq əməkhaqqının ən aşağı olduğu rayon məhz Qaxdır”.

Amma 2024-cü ilin məlumatları da adamın canına dərd salır: Tovuzun dağ kəndlərində sakinlər evlərini buraxaraq şəhərə axın edirlər. Kəndlərdə demək olar ki, əksər evlər boş qalıb. Söhbət rayonun Qəribli inzibati dairəsinə məxsus olan evlərdən gedir. Sakinlərin sözlərinə görə, buna əsas səbəb kəndlərdə təbii qazın olmaması, elektrik enerjisinin verilməsində fasilələrin yaranması və odun yanacağının həddindən artıq baha olmasıdır.

Sos siqnallarının ardı-arası kəsilmir: Şamaxının tərk edilmiş Ülgüc kəndi, Ismayilli rayonunun Bağəli kəndi, Şabranın Zöhrabkənd, Çuxurazəm, Qaxın Sarıbaş və minərlə dağ kənd ölü kəndə çevrilməkdədir

Əslində bu mövzuda olan məlumatları bir yerə toplayanda görünən odur ki, tək dağlıq rayonlarda deyil, aran rayonlarının kəndləri də boşalır. Azərbaycanda faciəli və gələcəyi çox mürəkkəb olan bir proses artıq sürətlə davam edir. “Davam edir” sözü də bu prosesi təsvir etmir. Əslində olay həddini aşıb, qarşısıalınmaz bir prosesə çevrilib. Dövlətçiliyimizi təhlükə altına alır.

Əntiqə Rəşid
Ardını oxu...
Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir.
TEREF xəbər verir ki, bu barədə Bizim.Media-ya Komissiyanın üzvü, millət vəkili Fazil Mustafa məlumat verib.

O, bildirib ki, əfvlə bağlı çoxsaylı müraciətlər var və onlara hissə-hissə baxılır:

“Müraciətlərə cinayət kateqoriyalarına uyğun olaraq baxılır. Ona görə də ümumilikdə neçə nəfərin müraciət etməsi ilə bağlı konkret rəqəm söyləmək mümkün deyil. Hansı cinayətə görə daha çox əfv olunacaq, bunu da öncədən söyləmək çətindir. Hər halda, bu istiqamətdə işlər gedir. Yəqin ki, yaxın iki ayın tamamında əfvin nəticəsini ortaya qoyacağıq və bununla bağlı bilgilər veriləcək”.

Komissiya üzvü onu da qeyd edib ki, bu məsələ ilə bağlı iclas və müzakirələr demokratik şəkildə aparılır:

“Ümid edirəm ki, bu nəticələr cəmiyyətimizdə əfv gözləyən insanlarda nikbin ovqat yarada biləcək”.

“Daha bir iclas keçiriləcək”

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də Bizim.Media-ya açıqlamasında bu həftə komissiyanın daha bir iclasının keçiriləcəyinin gözlənildiyini deyib:

“Əfvetmə prosesi Əvfetmə Komissiyası haqda Əsasnaməyə və Azərbaycan Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əlbəttə, müraciət edən şəxslər barəsində məlumatların toplanması, emalı prosesi daha da sürətlənir, yeni texnologiyalar tətbiq edilir, yeni göstəricilər müəyyən edilir. Yəni daim təkmilləşmə prosesi gedir. Amma konkret olararaq əfvə kimlər düşəcək, kimlər çıxmayacaq, kimlərə aid olacaq, bunlar cənab Prezidentin səlahiyyətində olan məsələlərdir. Hələ iclaslarımız davam edir".
 
 

 


Ardını oxu...
Son 45 ildə Azərbaycanda ərzaq məhsullarının qiyməti əmək haqqı ilə müqayisədə daha çox artıb.
Yeniavaz.com xəbər verir ki, 45 il əvvəl – Azərbaycan SSR-də orta aylıq əməkhaqqı 195 rubl olub.
Açıqlanan rəsmi məlumatlara görə, hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 1 009 manat təşkil edir.
1980-ci ilin və bu günün məzənnəsi ilə hesablandığı zaman orta aylıq əməkhaqqı 45 il əvvəl 216, bu gün isə 593 dollara bərəbər olur. Rəqəmlərdən də göründüyuü kimi son 45 ildə Azərbaycanda orta aylıq əmək haqqı dollar ifadəsində 2,7 dəfə artıb.
Onu da qeyd edək ki, ərzaq məhsullarının qiyməti son 45 ildə əməkhaqqından daha çox artıb. Məsələn, 45 il əvvəl orta aylıq əməkhaqqına 98 kiloqram mal əti almaq olurdusu, bu gün orta aylıq əməkhaqqına 56 kiloqram mal əti almaq olar.
Cədvəldə 45 il əvvəl və bu gün orta aylıq əmək haqqına alına biləcək ərzaq məhsulları və xidmətlər göstərilib:
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, azalan təkcə çoxuşaqlı ailələr deyil, yeni doğulanların sayında da ildən-ilə azalma var.

Səkkiz uşaq anası Minarə Osmanova: "Neçə dəfə icraya şikayət, müraciət etmişəm ki, mənə kömək etsinlər. Bir-iki sot torpaq versinlər. Mən səkkiz uşaq böyüdürəm, oğlum dörd aydan sonra əsgər gedir, mən əsgər anası olacağam. Ancaq heç biri baxmayıb, heç biri…".

Ekspertlər deyirlər ki, son illər Azərbaycanda doğum sayında 10-14 faiz azalma gedir. Doğumun ölüm səviyyəsinə yaxınlaşması qocalma, gənc nəslin azalmasına gətirib çıxarır.

Arayış
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il 102 min 310 uşaq doğulub. 2023-cü ildə bu rəqəm 112 min 620, 2022-ci ildə 122 min 846 olub.

Ancaq 2011-ci ildə yeni doğulanların sayı 176 mindən, 2015-ci ildə 166 mindən çox idi. Azalma 2015-ci ildən başlayıb.

Sosioloq Elçin Bayramlı deyir ki, başlıca səbəb sosial-iqtisadi durum olduğundan son illər çoxlarının danışdığı, ancaq həyata keçməyən uşaqpulu məsələsi reallaşmalıdır: "Minimal uşaq sayı bir millətin davamlılığı üçün üç olmalıdır. Dörd-beş uşağın olması isə artıma xidmət edir. Bu baxımdan, Azərbaycanın strateji ehtiyatları, maliyyə imkanları imkan verir ki, uşaqpulu verilsin bütün ailələrə. Hamısı da olmasa, üç-dörd-beş uşaqlı ailələrə ciddi məbləğdə uşaqpulu verilməlidir".

Hazırda Azərbaycanda beşdən çox uşağı olanlara çoxuşaqlı ana kimi hər uşağa görə 105 manat ödənir.

Səkkiz uşaq anası M.Osmanova isə deyir ki, 105 manat xərclərini ödəmir.

/Pressklub.az
 
Ardını oxu...
Yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın, zamanın olması vacibdir. Valideynlər onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir.

Ötən həftə yazıçı Müşfiq Xanın oğlunun dərs oxumaqdan bezdiyi üçün evdən qaçması onu tanıyan, tanımayan hər kəsi narahat etmişdi. Ümumiyyətlə, uşaqların yetkinlik dövründə oxumaqdan bezmələri, valideynlərlə normal ünsiyyət qura bilməmələri kimi hallar müşahidə olunur. Etiraz üçün evdən qaçanlar da var, hətta daha irəli gedib başqa variantlara əl atanlar da. Valideyn övladının gələcəyi üçün çalışdığını deyir, uşaq isə o gələcəyi istəmədiyini bildirir.

Bəs valideyn qızıl ortanı necə tapmalıdır? Ümumiyyətlə, yeni dövrün yeni yanaşma tələb edən uşaqları ilə tərbiyə metodları necə olmalıdır?

Demokrat.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Təcrübədə rast gəlinən problemlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin əməkdaşı, psixoloq Zülfiyyə Sadıq bildirib ki, cəmiyyətdə uşaq və yeniyetmələrlə bağlı rastlaşdığımız problemlərin kökündə həmişə ailədaxili münasibətləri əsas götürürük:

"Təcrübədə rast gəlinən problemlər sırasına yeniyetmələrin valideynləri tərəfindən başa düşülməməsi, hüquqlarının məhdudlaşdırılması, şəxsi həyatlarına müdaxilə edilməsi, onları özləri ilə müqayisə etmələri, eyni həyat tərzini və tərbiyə metodlarını yeniyetmələrə tətbiq etmələri, seçim hüququnun verilməməsi, yaş dövrünün xüsusiyyətlərinin nəzərə alınmaması kimi hallar daxildir. Bunlar valideyn-övlad münasibətlərində gərginliklərin yaranmasına səbəb olur".

Böhran vəziyyətində valideyn nə etməlidir?

Mütəxəssis bildirib ki, yeniyetmə üçün ailə ilə birlikdə olmaqla yanaşı, bəzən tək qala və öz düşüncələrinə qapıla biləcəyi şəxsi zonanın, zamanın olması da vacibdir:

"Buna görə də valideyn onların gündəlik fəaliyyətlərini, davranışlarını nəzarətdə saxlamaqdan və ya tənqid etməkdən çəkinməlidir. Yeniyetmələrin psixi sağlamlığını təmin etmək üçün ailə və dostlarla münasibəti sağlam olmalıdır. Onun sosial həyatını davam etdirə biləcəyi mühit təmin edilməlidir. Sosial təcrid vəziyyətində yeniyetmələr günlərini doldurmaq üçün müxtəlif faydasız fəaliyyətlərlə məşğul ola bilərlər. Bu da internet və oyun aludəçiliyi yaradır".

Mütəxəssis qeyd edir ki, yeniyetmələri maraqlarına uyğun fəaliyyətə yönləndirmək vacibdir. Lakin onları internetdən istifadə və ya oyun oynamaqdan tamamilə məhrum etmək olmaz. Problemi həll etmək üçün birlikdə gündəlik oyun və əlavə fəaliyyətlər fikirləşmək olar:

"Böhran vəziyyətinə səbəb olan hadisəni aydın şəkildə izah etməyə və bütün sualları cavablandırmağa çalışmaq, ailədə və ya uşağa yaxın insanlar arasında itki olduqda bu barədə yeniyetmə ilə danışmaq lazımdır. Valideyn yeniyetmə ilə ünsiyyət zamanı onu aktiv dinləməli, göz kontaktında olmalı, nə deməsindən asılı olmayaraq, mühakimə etməməli, günahlandırmamalı, problemlərinin həllinə səbirlə yanaşmalı, yeniyetmənin hiss və emosiyalarını ifadə etməsinə imkan verməlidir. Yeniyetmə də valideynlə ünsiyyətdən qaçırsa, ən azı iki həftə davam edən əhval-ruhiyyədə düşkünlük, fəallığın azalması, tez yorulma, marağın və zövqalma hissinin itirilməsi, çarəsizlik hissi, özünüqiymətləndirmə və özünəinamın aşağı olması və s. kimi depressiv əlamətlər və ya əsassız olan təşviş hissinin olduğu müşahidə edildikdə mütləq peşəkar psixoloji xidmətə müraciət edilməsi tövsiyə olunur".

Kobudluq, itaətsizlik, höcətlik...

Z.Sadıq bildirib ki, yeniyetmələrin davranışında yaranan neqativ reaksiyaların əsas səbəbləri valideyn-övlad münasibətlərindəki ziddiyyətlər, ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədaxili ünsiyyətin zəif olması, yeniyetmənin özünü qeyri-adekvat qiymətləndirməsi, özünəinamsızlıq, qrupdaxili mövqeyinin sabit olmaması və s.-dən qaynaqlanır. Yeniyetməlik dövründəki neqativ davranış reaksiyaları böyüklərin himayə və nəzarətindən xilas olmaq cəhdində, açıq emansipasiya reaksiyası - kobudluq, itaətsizlik, höcətlik, böyüklərin fikir və göstərişlərini, mövcud qayda-qanun və ənənələri saymamaqda, gizli emansipasiya reaksiyası - səfillik, cinsi sərbəstlik, qeyri-formal asosial qrupların yaradılmasında özünü göstərir.

"Uşaqdır", "mən nə deyirəmsə, onu etməlidir"

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev deyir ki, müasir dövrün uşaqları daha çox informasiyalıdırlar. Valideyn uşağa yanaşanda artıq onu əvvəlki ənənələrə əsasən, "uşaqdır", "mən nə deyirəmsə, onu etməlidir" tipli qəbul etməli deyil:

"Valideyn uşağın ailənin bir hissəsi olduğunu, uşağın da ailədə söz haqqı olduğunu qəbul etməlidir. Ailə ilə bağlı hansısa qərarlar verildikdə uşağa bildirmək, məsləhətləşmək lazımdır ki, o da özünü ailənin bir hissəsi hesab edə bilsin. Əks halda, o, özünü tək hiss edə, bu zaman öz istədiyi qərarları verə bilər. Uşaq başa düşməlidir ki, verdiyi qərarlarla onun da ailədə məsuliyyəti var".

"Problemin kökündə dərs yükünün çox olması dayanmır"

Həmsöhbət bildiribr ki, problemin kökündə dərs yükünün çox olması dayanmır:

"Hazırda Azərbaycanda elə uşaqlar var ki, bir gündə 3-4 hazırlığa gedir, fərqli istiqamətlərdə hazırlaşır, hətta bununla yanaşı, beynəlxalq sertifikat üçün çalışanlar da var. Həmin uşağı analiz edəndə görürsən ki, hər şey qaydasındadır, ailə ilə bağları yerindədir. Çünki uşaq ailənin bir hissəsi olduğunu dərk edir və ona ailədə hörmət olunur. Yorğunluq, əlbəttə, ola bilər, amma buna görə ailədən imtina etmək o deməkdir ki, ailənin bir hissəsi olduğunu dərk etmir, geridə qalanların necə narahat olacağını düşünmür. Yaxud da onun başa düşməyi üçün nələrsə olunmayıb".

"Məktəbdə bu narahatlıq görünməyibsə..."

Mütəxəssis vurğulayır ki, belə məqamlarda məktəblər də öz funksiyasını yerinə yetirməlidir:

"Yəni məktəblər sosial emosional inkişafla bağlı işlər görməlidirlər. Hər bir yeniyetmənin emosional çətinliyi məktəbdə və ailədə aşkar oluna bilər. Məktəbdə bu narahatlıq görünməyibsə, bu da problemdir. Məktəblər prosesə qoşulmalı, pedaqoqların uşaqların emosional vəziyyətlərini dəyərləndirmələri üçün bacarıqları artırılmalıdır. Müəllim uşağın davranışından, ifadə tərzindən başa düşməlidir ki, onda çətinlik var və məktəbin psixoloqunu cəlb etməlidir".
 

Dünyapress TV

Xəbər lenti