Ardını oxu...
İstirahət, səsvermə, iş günü hesabedilməyən bayram günləri və ümumxalq hüzn günü, iş vaxtından artıq vaxtda görülən işəgörəəmək haqqının ödənilməsi hansıqaydada ödənilir?
İstirahət, səsvermə, iş günü hesabedilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
Əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
Əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
Aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Azər Quliyev
TEREF
 
Ardını oxu...
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev TNS TV-nin “Doğru məkan” proqramının qonağı olub.

Deputat bir müddət əvvəl ölkədə boşanmaların artmasının səbəbləri ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O, əslində boşanmış qadınlara daim yardım etdiyini deyib.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Azərbaycanda orta aylıq əməkhaqqı uzun müddətdir yerində sayır. 2024-cü ilin fevralında məbləğ ilk dəfə 1000 manat həddini keçmişdi. Sonradan il ərzində orta aylıq əməkhaqqı qeyri-sabit qrafik cızmağa başladı. Hətta məbləğin 1000 manatdan aşağı düşdüyü də oldu. İndi göstəricinin 1009,2 manat olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan orta aylıq əməkhaqqına görə Cənubi Qafqazda axırıncı yerdədir. Həm Gürcüstandan, həm də Ermənistandan geri qalırıq. Gürcüstanda hələlik 2024-cü ilin üçüncü kvartalının göstəricilərinə uyğun danışmaq olur. Onda ölkədə orta aylıq əməkhaqqı 2056 lariyə çatmışdı. Söhbət təxminən 1250-1255 manatdan gedir. Ermənistanda göstərici daha yüksəkdir. Bu ölkədə orta aylıq əməkhaqqının hələ keçən ilin payızında 279 min dram olduğu açıqlanmışdı. Yəni 4-5 ay əvvəl məbləğ 1200 manatı keçmişdi. Göstəricinin daha yüksək olduğunu eşitsək, təəccüblənmərik.

Özü də Gürcüstanda bir il ərzində orta aylıq əməkhaqqı 11 faizə yaxın artıb. Azərbaycanda bu istiqamətdə yerimizdə saydığımızı əminliklə demək olar. Ermənistanda da son bir il ərzində artımın 7,2 faiz olduğu qeyd edilir.

Azərbaycan məvaciblərin aşağı olması çox ciddi problemdir. Qiymətlər sürətlə artır, nominal gəlirlərin yüksəlməsi heç nəyi dəyişmir. Çünki nəticədə real gəlirlər artmır, hətta azaldığını müşahidə edirik.

Hələ mədən sənayesində yüksək maaşlar olmasa, göstərici daha aşağı olar. Yəni neft-qaz sektorunda 3400 manata yaxınlaşan rəqəmlər orta aylıq əməkhaqqını xilas edir. Bu sektorda məvaciblər həmişə yüksəkliyi ilə fərqlənir. Dövlət Statistika Komitəsi, məhz bu amillərə görə median əməkhaqqını əsas kriteriya kimi göstərmək istəmir. Çünki onda əksəriyyətin 600-650 manatdan yüksək maaş almadığı üzə çıxacaq. Mədən sənayesinin hesabına isə orta aylıq əməkhaqqını 1000 manatdan yüksək göstərmək olur.

Neft qiymətlərinin aşağı düşməsi belə düşünməyə əsas verir ki, 2025-ci ildə də çox şey dəyişməyəcək. Maaşların artması ehtimalından danışılmır. İqtisadi perspektivlər də parlaq görünmür.
Ardını oxu...
Bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq.

Bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev nazirliyin kollegiya iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunda Rusiya Federasiyası ərazisində qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərin sayı 700 minə yaxın olub.

Nazir qeyd edib ki, həmin miqrantlar aprelin 30-na kimi sənədlərini qaydasına salmalı, hüquqi statuslarını leqallaşdırmalıdırlar.

Kolokoltsev 1,5 min nəfərin qanun pozuntularına görə, Rusiya vətəndaşlığından məhrum edildiyini də söyləyib.

Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən miqrasiya haqqında qanunvericiliyini sərtləşdirib. Ölkə ərazisində olan qanunsuz miqrantlara bu ilin aprelin 30-dən hüquqi statuslarını leqallaşdırmaq üçün vaxt verilib. Sənədlərini qaydasına salmayan miqrantların mayın 1-dən Rusiyadan çıxarılmasına başlanılacaq. (apa)
 
Ardını oxu...
“İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini pozur”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, uşaq bu sözləri eşidəndə nəticənin təkcə sadəcə imtahanla bağlı olmadığını, bütün gələcəyinin məhv olduğunu düşünməyə başlayır:

“Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiya itkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hiss edir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır. İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar depressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimi problemlərə səbəb ola bilər. Gənclər imtahandakı uğursuzluğu həyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli ola bilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməl nəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlı olaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlər övladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlı olmadığını göstərməlidirlər. “Bu imtahan sənin həyatını müəyyən etmir” və ya “Nəticə necə olursa-olsun, sən bizim üçün dəyərlisən” kimi cümlələr gəncə psixoloji rahatlıq verə bilər”.

Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanın dəyərini və gələcəyini müəyyən etmir:

“Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstək göstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixoloji sağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluq təcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclü mübarizə aparmağı öyrənirlər. Çünki abituriyentlər üçün imtahan dövrü yalnız akademik bilikləri sınamaq deyil, eyni zamanda, psixoloji dayanıqlılığın sınağa çəkildiyi bir mərhələdir. Bu dövrdə valideynlərin övladlarından yüksək akademik nəticələr gözləməsi və bununla bağlı təzyiq göstərməsi gənclərin özünəinamını azaldır, emosional sabitliyini pozur və uzunmüddətli akademik uğurlarına mane olur. Əsas olan gənclərin özlərinə inamlı, motivasiyalı və emosional dayanıqlı olmalarına kömək etməkdir. Düzgün psixoloji dəstək və anlayışlı yanaşma həm akademik, həm də fərdi inkişaf üçün ən güclü təməldir”.
 
 
 
Ardını oxu...
Boşanmaların sayının çoxluğu cəmiyyəti narahat edir. Buna əmin olmaq üçün sosial platformalarda yazılan rəyləri oxumaq kifayətdir. İnsanlar buna görə televiziya verilişlərini, sosial mediada özünü adekvat aparmayan populyar istifadəçiləri çox qınayır. Qadınlara, bir sıra hallarda hətta kişilərə yönələn ittihamlar da az deyil. Hesab edirlər ki, tələblər artıb, tərəflər dözümsüz yanaşır. Bir sözlə, çox səbəb göstərilir, reallıq isə nikahların sayının kəskin azalmasını, boşanmaların faiz payının isə yüksəldiyini ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, 10 ildən artıq evli olanlar daha çox boşanır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər bunu deyir. Son bir ildə boşananların 36 faizindən çoxunun evlilik müddəti 10-19 il imiş (7735 boşanma). İlk 5 ilini başa vurmadan ayrılmaq qərarı verən cütlüklərin sayı 5814-dür. Təxminən bu qədər də 5 ildən çox birlikdə yaşayaraq 10 illik həddi aşmayan cütlüklərdir.

“Dözüb oturmaq erası bitdi” – rəylərdən birində məhz belə yazılıb. Xəbərə münasibət bildirən şəxs hesab edir ki, insanlar ayılıb, həyatın dəyərini başa düşür: “Hamı anlayır ki, həyata bir dəfə gəlirsən, bədbəxt hiss etdiyin yerdə ailə belə olsa, oturmaq lazım deyil”.

Belə rəy çoxdur. Boşanmaların sayının çoxluğu həm də qadınların hüquqlarını anlaması ilə əlaqələndirilir.

Xeyli sosial media istifadəçisi hesab edir ki, boşanma evliliyin daha erkən dövründə baş tutmalıdır. Fatimə Qasımlı yazır: “10-19 il evli qalanlar uşaqlarının ömrünü dava-dalaşla çürüdəndən, travma yaşadandan sonra qərara gəliblər ki, ayrılsınlar”.

Sosial-iqtisadi amilləri qabardanlar da az deyil. Biz də düşünürük ki, bu məsələ boşanmalarda az rol oynamır. İnsanların sosial həyatında sabitlik yoxdur. Heç kim təkcə keyfiyyətsiz qidalanma ilə həyatda qalmağa razı deyil. Elə nikahların azlığı da buna görədir. İnsanlar onları nə gözlədiyini yaxşı bilir, üzərinə çəkə bilməyəcəyi yükü götürmək istəmir.
 
Ardını oxu...
İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar Ombudsmanın ünvanına daxil olmuş şikayətlər əsas etibarilə polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, yaşayış yeri olmayan şəxslərin müvafiq sərəncama uyğun olaraq polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyata alınmalarından imtina edilməsi halları ilə bağlı olub.

Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, həmin şikayətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

“Bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyət vəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını, təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdən istifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həmin şəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

Yeri gəlmişkən, bir çox insanların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi zəruridir.

Qeyd edilənlərlə yanaşı, yaşayış yerinin alqı-satqısı zamanı yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi də məqsədəmüvafiqdir.

Doğumun qeydə alınması, qeydiyyat barədə məlumatların müvafiq elektron sistemə yerləşdirilməsi, habelə yeni doğulmuş uşaqlara valideynlərin istəyinə uyğun adların verilməsi məsələləri də azadlıq hüququnun təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Ombudsmana ünvanlanmış bu qəbildən olan müraciətlər üzrə də araşdırmalar aparılıb və qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib”, – deyə məruzədə qeyd edilib.
 
Ardını oxu...
Övladını illərlə oxudub təhsilinə böyük pullar xərcləyən valideynlər bəzən gözlədikləri nəticəni görmədiklərindən gileylənirlər. Xaricdə təhsil almağın iş tapmaq üçün böyük üstünlük qazandıracağı düşüncəsi ilə övladlarını başqa ölkələrə göndərən valideynlər onların nə xaricdə, nə də Azərbaycanda iş tapa bilməməsindən narahatdırlar.

Burada əsas problem nədən qaynaqlanır? Xaricdə təhsil alan gənclər niyə əmək bazarında öz yerlərini tapa bilmirlər? Problem onların ixtisas seçimində, ölkədə iş imkanlarının məhdud olmasında, yoxsa təhsilin real bacarıqlarla uzlaşmamasındadır?

Yenisabah.az mövzunu mütəxxəssislərlə müzakirə edib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov məsələyə belə münasibət bildirib:

“Azərbaycanda valideynlərin övladlarını xaricdə oxutmaq istəyinin əsas səbəblərindən biri ölkədə ali təhsilin keyfiyyətinə inamın az olmasıdır. Son illərdə xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb. Elm və Təhsil Nazirliyinin 2023-cü il məlumatlarına əsasən, hər il 10 mindən çox azərbaycanlı tələbə xaricdə ali təhsil alır. Onların əsas üstünlük verdikləri ölkələr Türkiyə, Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Macarıstan və İsveçrədir. Valideynlər övladlarının daha yaxşı təhsil və karyera imkanları əldə etməsi üçün böyük maddi vəsait xərcləyir, lakin bəzi hallarda gözlənilən nəticəni əldə edə bilmirlər. Xüsusilə, xaricdə oxuyub vətənə qayıdan tələbələrin bir qismi iş tapa bilmədiyi üçün valideynlər arasında narazılıq artır. Məşhur müğənni Nadir Qafarzadənin oğlunun İsveçrədə ali təhsil alması və diplomunun “evdə qalması” ilə bağlı şikayəti də bu tendensiyanın bariz nümunəsidir.

Xaricdə təhsil almaq təkcə bilik əldə etmək deyil, həm də gələcək karyera üçün ciddi addımdır. Lakin bəzi valideynlər xaricdə təhsil almağı avtomatik olaraq uğurun təminatı kimi görür. Halbuki, xarici universitetlərin hamısı eyni səviyyədə deyil və onların verdiyi diplomların əmək bazarında dəyəri fərqli ola bilər. QS World University Rankings 2024 göstəricilərinə görə, dünya üzrə 1000-dən çox universitet reytinqə daxil edilib və onların yalnız müəyyən bir hissəsi əmək bazarında yüksək dəyərə malikdir. Azərbaycandan xaricdə təhsil alan tələbələrin böyük bir qismi isə prestijli universitetlərdə deyil, daha çox özəl və orta səviyyəli ali təhsil müəssisələrində təhsil alır. Bu da onların iş tapmaq şanslarını azalda bilər.

Azərbaycanın əmək bazarında xarici diplomların tanınması problemi hələ də tam həll olunmayıb. Xaricdə oxuyan tələbələrin ən böyük problemlərindən biri diplomlarının Təhsil Nazirliyi tərəfindən təsdiqlənməməsi və yerli işəgötürənlər tərəfindən qəbul edilməməsidir. Xüsusilə, humanitar və sosial sahələrdə təhsil alanlar üçün bu problem daha da ciddi olur. Tibb, mühəndislik, iqtisadiyyat kimi sahələrdə xarici diplomların dəyəri daha yüksək qiymətləndirilir, lakin digər ixtisaslar üzrə iş tapmaq çətinləşir. Azərbaycanda işəgötürənlər əsasən yerli universitetlərin məzunlarına üstünlük verir və xarici universitetlərdən gələn tələbələrin yerli bazara uyğun olmadığını düşünürlər. Beynəlxalq Əmək Təşkilatının (ILO) 2023-cü il hesabatına əsasən, keçmiş Sovet ölkələrində işəgötürənlərin 65%-i məzunların praktiki bacarıqlarının və yerli iş mühitinə uyğunluğunun daha vacib olduğunu bildirir”.

“Diplomax Academy”nin rəhbəri Taleh Sultan isə vurğulayıb ki, əslində, xaricdə təhsil alan məzunların iş tapmaqda çətinlik çəkməsi əsasən ixtisas seçimi və yerli əmək bazarının tələbləri ilə bağlıdır:

“Xaricdə keyfiyyətli təhsil almaq təkbaşına uğur üçün yetərli deyil, məzun həm doğru sahəni seçməli, həm də praktiki bacarıqlarını inkişaf etdirməlidir.

Bizim təcrübəmizdə valideynlər övladlarının xaricdə təhsil almasından nadir hallarda peşman olur. Əksinə, məzunların çoxu beynəlxalq səviyyəli bilik və bacarıqlara yiyələnərək daha geniş karyera imkanlarına sahib olur. Təbii ki, yerli bazarda bəzi ixtisaslar üçün tələbat aşağı ola bilər, amma bu, ümumilikdə xaricdə təhsilin dəyərini azaltmır.

Valideynlər və tələbələr seçim edərkən yalnız diplom almağı deyil, gələcək karyera perspektivlərini də nəzərə almalıdırlar. Qlobal düşünən və öz sahəsində dəyər yaradan məzunlar üçün iş imkanları təkcə bir ölkə ilə məhdudlaşmır”.
 
Ardını oxu...
İşəgötürən tərəfindən Əmək müqavilələri bağlamadan şəxslərin hər hansı bir əmək münasibətlərinə cəlb edilməsi-onlar üçün aşağıda göstərilən qaydada məsuliyyət yaradır:
AR-sı Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən, istər işçilər, istərsə də işəgötürənlər, istərsə də başqa şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui - istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati, cinayət məsuliyyəti daşıyırlar.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən: Azərbaycan RespublikasıƏmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə:
Fiziki şəxslər: min manatdan - iki min manat məbləğdə,
Vəzifəli şəxslər: üç min manatdan - beş min manatadək məbləğdə,
Hüquqi şəxslər: iyirmi min manatdan-iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikası ƏməkMəcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xeyli sayda" işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi - yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə — üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən - yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Xeyli sayda”dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Əmək müqaviləsinə xitamverilərkən işçilərin aşağıda göstərilən bu hüquqları da təmin olunmalıdır:
1. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və ya əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan - istifadə etmədiyi bütün iş ilinin və ya iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlir.
2. Bu zaman iddia müddətinim axımı bütün məzuniyyət illəri üçün - Əmək müqaviləsinin ləğv olunduğu gündən başlayır.
3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə puləvəzi verilmir:.
Bu halda:
3.1.Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə verilən əlavə məzuniyyətlər.
3.2. Əmək stajından asılı olaraq işçilərə ödənilən əlavə məzuniyyətlər:
3.3. Təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə ödənilən əlavə məzuniyyətlər nəzərdə tutulur.
4. İşçiyə stifadə etmədiyi bütün iş ilinin və ya iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilməsi - ödənişli əmək məzuniyyəti qaydalarına uyğun hesablanlr.
5. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
Azer Quliyev
TEREF
 

Dünyapress TV

Xəbər lenti