“Kupça”sız evlərlə bağlı ŞAD XƏBƏR – Ombudsman müraciət etdi
İl ərzində şəxsiyyət vəsiqəsi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar Ombudsmanın ünvanına daxil olmuş şikayətlər əsas etibarilə polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması, yaşayış yeri olmayan şəxslərin müvafiq sərəncama uyğun olaraq polis orqanlarının inzibati binalarının ünvanı üzrə qeydiyyata alınmalarından imtina edilməsi halları ilə bağlı olub.

Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, həmin şikayətlər üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

“Bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyət vəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını, təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdən istifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həmin şəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

Yeri gəlmişkən, bir çox insanların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi zəruridir.

Qeyd edilənlərlə yanaşı, yaşayış yerinin alqı-satqısı zamanı yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi də məqsədəmüvafiqdir.

Doğumun qeydə alınması, qeydiyyat barədə məlumatların müvafiq elektron sistemə yerləşdirilməsi, habelə yeni doğulmuş uşaqlara valideynlərin istəyinə uyğun adların verilməsi məsələləri də azadlıq hüququnun təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Ombudsmana ünvanlanmış bu qəbildən olan müraciətlər üzrə də araşdırmalar aparılıb və qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib”, – deyə məruzədə qeyd edilib.
 

Bölmənin digər xəbərləri

04 Mart 2025 Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
03 Mart 2025 İşəgötürən tərəfindən Əmək müqavilələri bağlamadan şəxslərin hər hansı bir əmək münasibətlərinə cəlb edilməsi-onlar üçün hansı qaydada məsuliyyət yaradır
03 Mart 2025 Əmək müqaviləsinə xitamverilərkən işçilərin hansı hüquqları da təmin olunmalıdır
02 Mart 2025 Nə ər, nə də arvad pensiya alar: Yeni təklif mübahisə yaratdı - NƏ ETMƏLİ?
02 Mart 2025 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - MAAŞLAR ARTACAQ
01 Mart 2025 Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək?
28 Fevral 2025 Onların pensiya yaşı həddi 75-ə qaldırılır
28 Fevral 2025 Əfv komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 200-ü keçdi
27 Fevral 2025 Bizdə xidmət səviyyəsini yüksəltmək və sair bəhanələr adətən yalan çıxır
26 Fevral 2025 Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar sərnişinlərə ediləcək güzəştlər müəyyən edildi
26 Fevral 2025 Bu şəxslərə ayda 250 AZN veriləcək
25 Fevral 2025 Bu şəxslərə hörmətlə yanaşmaq tələb ediləcək
25 Fevral 2025 Vəfat etmiş şəxsin pensiyasını ailəsi nə vaxt ala biləcək?
25 Fevral 2025 Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
24 Fevral 2025 İşçilərə ödənişli məzuniyyətlərin verilməsi məcburidirmi?
23 Fevral 2025 DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
22 Fevral 2025 Azərbaycanda ən çox maaş bu şəhərdədir, Bakı 2-ci yerdədir
22 Fevral 2025 “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar”
21 Fevral 2025 Bir çox hallarda özünə ziyan vuran da işçinin elə özü olur.
20 Fevral 2025 “Sputnik-Azərbaycan”ın işçilərini hansı aqibət gözləyir? - AKTUAL

Dünyapress TV

Xəbər lenti