Nüfuzlu kino mükafatı olan "Oskar"-ın əsas mükafatları erməni aktyorları Karren Karagulian, Vache Tovmasyan olan "Anora" filminə verildi. Bu ilk deyil ki, erməni rejissorlar, aktyorlar və ssenaristləri kino sahəsində uğurlar qazanıblar. Azərbaycanda Beynəlxalq Kino Məktəbi var, Azərbaycan Kinematoqrafçılar İttifaqı var, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti var, Azərbaycan Film Akademiyası var, var da var. Amma ən uzağı gedəcəyimiz Türk, Qazax və xırda dövlətlərin seriallarında epizodik rollardır. Deyəcəklər maliyyə yoxdur, nə bilim dövlət dəstək vermir və sairə. Yaxşı bu ali məktəb və mərkəzlər maliyə hardan alır ? Dövlət büdcəsini qoyaq kənara o qədər sponsorun gic komediya filmlərinə ayırdığı pulu bir ciddi filmə cəlb edə bilmirlər.... Bu günə qədər nə əcəb nüfuzlu kino şirkətləri ilə müqavilə bağlayıb təcrübə mübadiləsi etmirlər ? Azərbaycanda aktyor peşəsinə, rejissor peşəsinə, kinoşünas peşəsinə oxumağa gələnlər isə ən uzağı Hesynabala Mirələmovun "namus" tamaşasında rol ala bilirlər.... Hələ büdcədən ayrılan o qədər pula çəkilməyən filmləri demirəm. Nəisə gedim Bozbaş Picters, Komedixana, Qız qaçırma və sairəyə baxım. Çünki dünyada bundan aşağı səviyyədə heç nə yoxdur ki, onlar da bizim ölkədə var..... Zaur Aliyev TEREF