Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? – Şok səbəb
Mərakeş Kralı VI Məhəmmədin vətəndaşlardan bu il Qurban bayramı üçün imkan daxilində heyvan kəsməməyi xahiş etməsi maraq doğurub. O bunu mal-qaranın sayının azalması ilə izah edib. Sözügedən addımın Azərbaycanda da atılması istiqamətində sosial şəbəkələrdə müəyyən fikirlər səsləndirilir. Bildirilir ki, son illər ölkədə qoyun və keçi sayında sürətlə azalma müşahidə olunur.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ölkəmizdə 2020-ci ildə 8,31 milyon baş qoyun və keçi olduğu halda, 2024-cü ilin oktyabrında onların sayı 7 milyon başa düşüb. Yəni son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb.

Azərbaycanda da oxşar qərarlar verilə bilərmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, ölkəmizdə heyvanların kütləvi kəsilməsi halları yoxdur:

“Türkiyədə, Səudiyyə Ərəbistanında, yaxud başqa ölkələrdə Qurban bayramında daha çox heyvan kəsilməsi müşahidə olunur. Ölkəmizdə isə böyük masştablı kəsimlərə rast gəlmirik. Problemlə bağlı statistik zərurət varsa, buna dini qurumların münasibət bildirməsi daha məqsədəuyğundur. Hər halda Mərakeş kralı belə bir çağırış edibsə, görünür, vəziyyət ciddidir və bu addıma ehtiyac var. Amma Azərbaycanda oxşar qərarların verilməsi müvafiq dini müəssisələrin tövsiyəsi ilə baş verə bilər. Lakin gərək bunun əsaslandırması olsun. Nəsə deməkdə bir az çətinlik çəkirəm. Bu, insanların inancı ilə bağlı olan məsələdir və hər hansı şəkildə müdaxilə etmək fikrindən uzağam. Doğrudan da narahatedici tərəflər olarsa, məsələyə baxmaq mümkündür. Hər şey insanların rifahı üçündür, eləcə də din. Bunu nəzərə alaraq hərəkət etmək olar”.

Kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev isə bildirib ki, prosesi süni şəkildə istiqamətləndirməklə effektiv nəticə əldə etmək olmur:

“Hər şeyin təbii yollarla həllinə nail olmaq lazımdır. “Qurban bayramında qoyun kəsməyək ki, sayları artsın” kimi fikirlər məqbul deyil. Onsuz da kəsilmək üçün seçilən heyvanlar damazlıq olmur, erkək heyvanlardır. Damazlıqlar artıma xidmət edir, kəsimə getmir. Digər tərəfdən təbii artımı təmin etməliyik. Bunun üçün stimul verən yolları araşdırmalıyıq. Başlıca yollardan biri yem bazalarının təşkilidir. Qurban bayramında heyvan kəsməmək isə sayı artıra bilər, amma heyvandarlığın inkişafına təminat verə bilməz”.
 

Bölmənin digər xəbərləri

04 Mart 2025 Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - MƏHKƏMƏ-HÜQUQ ŞURASI BİLDİRİR Kİ...
02 Mart 2025 Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
01 Mart 2025 Jurnalist Zelenskini aşağıladı: Sizin kostyumunuz var? – Video
01 Mart 2025 Tanınmış naşirin oğlu itkin düşdü
01 Mart 2025 Ağcəbədidə ağır qəza nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var – FOTO
01 Mart 2025 Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi barədə
28 Fevral 2025 “AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
28 Fevral 2025 Nazir Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edəcək
28 Fevral 2025 "Milyonluq kredit Fazil Məmmədovun göstərişi ilə ayrılmışdı" - “Şlyapa Zahid”in məhkəməsi
27 Fevral 2025 Təyyarə tüstüləndi, təcili eniş etdi
27 Fevral 2025 Generalın oğlunun nəşi Bakıya gətirilir — Ölümünün TƏFƏRRÜATI
27 Fevral 2025 Edama bir dəqiqə qalmış – dövlət xadimlərinin, marşalların ölüm öncəsi son sözləri.
26 Fevral 2025 Göyçayda çirkab suları heyvandarlıqda və suvarmada istifadə olunur - VİDEO
26 Fevral 2025 İş adamı Qurban Piriyev yarım milyon itirdi: - Məsələdə adı hallanan qadın özünü öldürdü
26 Fevral 2025 Son 10 ildə ilk dəfə su ehtiyatlarımız artırılıb - Müşavir açıqladı
26 Fevral 2025 Bu avtobuslardan istifadə edənlərin nəzərinə
26 Fevral 2025 Azərbaycanda bu universitet ləğv edildi
26 Fevral 2025 Bəylər Əyyubova müavin təyin edildi
25 Fevral 2025 Sumqayıtda TƏHLÜKƏLİ ANLAR yaşandı - ANBAAN VİDEO
25 Fevral 2025 Baş nazir Əli Əsədov yeni qərar imzalayıb

Dünyapress TV

Xəbər lenti