Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat VERİLƏ BİLƏR
Novruz bayramı ərəfəsində pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq üçün əlavə ödənişlərin verilməsi məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bayram günlərində pensiyaçılara xüsusi müavinətlərin ayrılması təcrübəsi mövcuddur. Türkiyə Təqaüdçülər Dərnəyinin (TÜED) sədri Kazım Ergün milyonlarla pensiyaçının bayram mükafatlarında artım gözlədiyini bildirərək, bu vəsaitin onların büdcəsinə dəstək olacağını vurğulayıb. Türkiyə hökuməti Ramazan və Qurban bayramlarında pensiyaçılara verilən mükafatların artırılmasına diqqət yetirərkən, Rusiyada da müxtəlif sosial kateqoriyalara aid vətəndaşların və hərbçilərin pensiyalarına əlavə ödənişlər tətbiq edilir.

Onu da qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənildi.

Maraqlıdır eyni praktika 2025-ci ildə də həyata keçirilə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərl açıqlamasında bildirib ki, Azərbaycanda da oxşar praktika mövcud olub:

"Ötən il hökumət pensiyaçılara əlavə dəstək məqsədilə hər rüb 50 manat olmaqla, ümumilikdə 200 manatlıq ödəniş həyata keçirdi. Bu məbləğ böyük dəstək olmasa da, pensiyaçılar üçün müəyyən qədər maddi rahatlıq yaratdı. Lakin həmin təşəbbüs davam etdirilmədi və bu il üçün oxşar ödənişlərin ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib".

İqtisadçı qeyd edib ki, minimum pensiya alanlar üçün xüsusi ödənişlər ayrıla bilər:

"Azərbaycanda pensiya artımlarının və əlavə ödənişlərin tətbiqinin müəyyən maliyyə yükü yarada bilsə də, bunun daha ədalətli formada həyata keçirilməsi mümkündür. Hazırda ölkədə 1 milyondan çox pensiyaçı var və onların hamısına bayram mükafatı vermək hökumət üçün maliyyə baxımından çətin ola bilər. Lakin minimum pensiya alanlar üçün əlavə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Təxminən 800 mindən çox təqaüdçü minimum və minimuma yaxın pensiya alır. Heç olmasa, həmin kateqoriyaya aid şəxslərə əlavə vəsaitlərin ödənilməsi onların maddi durumuna müsbət təsir edə bilər."

Natiq Cəfərli vurğulayır ki, pensiyaçılar sosial cəhətdən həssas təbəqə olduğu üçün onların bayram öncəsi əlavə müavinətlə təmin edilməsi əhəmiyyətli addım ola bilər. Bununla yanaşı, gələcəkdə bayram mükafatlarının davamlı olması və müəyyən sistemə əsasən verilməsi də vacibdir./i News24.az
 

Bölmənin digər xəbərləri

15 May 2025 Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək - Bu il 1000 mənzil kimlərə veriləcək?
15 May 2025 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır?
14 May 2025 Bakıda evlər ucuzlaşacaq? - Rəsmi AÇIQLAMA
13 May 2025 Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
13 May 2025 Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
12 May 2025 Ali məktəblərə keçid balları arta bilər - Video
11 May 2025 Az büdcə ilə necə bahalı görünmək olar?
10 May 2025 TƏBİB kimsəni SAYA SALMIR
09 May 2025 Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
08 May 2025 "Mənimlə maraqlanan yoxdur... borcum xərcim başımdan aşır" - Şəhid anası ÇƏTİN DURUMDA
08 May 2025 Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
08 May 2025 Naxçıvanda vətəndaşa heyvan yemi olan kartofu satırlar... - ETİRAZ VAR..
07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO

Dünyapress TV

Xəbər lenti