Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yer uğrunda görüşə çıxıb. Bakupost.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı iranlı Amin Mirzəzadə ilə üz-üzə gəlib. Rəqibinə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yarışı mükafatsız başa vurub. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Apasport.az xəbər verir ki, yarışların ilk günündə təmsilçimiz Sabah Şəriəti yarımfinal mərhələsinə vəsiqə qazanıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi yarımfinalda kubalı M. Lopez Nunez olub.
Rəqibinə məğlub olan Sabah Şəriəti qızıl medal şansını əldən verib.
Qarışıq döyüş növləri üzrə döyüşçü Həbib Nurməhəmmədova məxsus olan və onun adına rəsmiləşdirilən "Mercedes-AMG GT" təcili satışa çıxarılıb.
Oxu.az "Mash"a istinadən xəbər verir ki, avtomobili Həbibə 2016-cı ildə iş adamı Ziavudin Maqomedov verib.
O, sonradan 18 il müddətinə azadlıqdan məhrum edilib.
Nurməhəmmədov 2022-ci ilə qədər avtomobilə sahib olub, sonra onu Mahaçqaladan olan pərəstişkarına satıb. Yeni sahibi avtomobili yenidən öz adına rəsmiləşdirməyib və yeraltı dayanacaqda saxlayıb. "Mercedes"in içərisində Həbib Nurməhəmmədovun adı yazılmış lövhə var.
İyulun 5-də məhkəmə icraçıları Nurməhəmmədova qarşı 79,4 milyon rubl borcuna görə cərimə icraatına başlayıblar. "Mercedes-AMG"nin əlindən alına biləcəyindən qorxan maşının yeni sahibi onu satışa çıxarıb.
Hazırda kupe 16 milyon rubla (təxminən 320 min manat) satılır. Onun mənzillə dəyişdirilməsi variantı da nəzərdən keçirilir.
Paris-2024 Olimpiadasında tennis üzrə kişilərin fərdi yarışlarında final matçı keçirilib.
Gununsesi.info xəbər verir ki, həlledici matçda serbiyalı məşhur tennisçi Novak Cokoviç Olimpiadaların ən gənc finalçısı ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib.
Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.
Qeyd edək ki, Novak “Böyük Dəbilqə” yarışlarında qələbə sayına görə rekordçudur.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən qarşılaşmaya daha fəal başlayan "Barselona" hesabı 42-ci dəqiqədə açıb. Pau Viltor hədəfdən yayınmayıb - 1:0.
Fasilədən sonra hücumların kəsərini artıran "kataloniyalılar" yenidən fərqləniblər. Pau Viltor 54-cü dəqiqədə dublunu rəsmiləşdirib - 2:0.
"Real Madrid"in isə gücü yalnız təsəlli qoluna çatıb. Niko Pazın 82-ci dəqiqədə vurduğu qol görüşün yekun nəticəsini müəyyənləşdirib - 2:1.
55 yaşlı alman atlet İzabelle Vert Olimpiya Oyunlarında səkkizinci qızıl medalını qazanıb.
Xarici KİV xəbər verir ki, o, bu gün Almaniya komandasının tərkibində komanda yarışında qalib gəlib.
Vert ilk qızılını 1992-ci ildə Barselona Olimpiadasında qazanıb.
Qeyd edək ki, onun ümumilikdə səkkiz qızıl və beş gümüş medalı var.
Tarixdə qazandığı qələbələrin sayına görə o, beş idmançıdan sonra ikinci yerdədir. Amerikalı üzgüçülər Mark Spitz və Maykl Felps, yüngül atletikaçılardan ABŞ-dən Karl Lyuis və Finlandiyadan Paavo Nurmi, habelə sovet gimnastı Larisa Latınina doqquz dəfə Olimpiya çempionu olublar.
İstanbulda keçirilən Türkiyə Superkubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.
"Cebheinfo.az" xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçı Atilla Karaoğlanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Oyundan hesab hakimin start fitindən cəmi bir neçə saniyə sonra açılıb: 1-ci dəqiqədə norveçli Yunas Svenssonun ötürməsindən italiyalı hücumçu Çiro İmmobile topu tora qovuşdurub. Əsasən qarşılıqlı hücumlarla yadda qalan oyunda başqa qol vurulmayıb. Eyni zamanda, ilk yarı sərt oyunla da fərqlənib: hakim beş dəfə əlini cibinə atmalı olub.
İkinci hissəyə də “qara qartal”lar daha fəal başlayıb: 53-cü dəqiqədə birinci qolun iştirakçısı Svensson uruqvaylı qapıçı Musleranı məyus edib – 0:2. Oyunda növbəti qol bir də 81-ci dəqiqədə vurulub: İmmobile penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. Cəmi 6 dəqiqə sonra “sarı-qırmızılar”ın müdafiəçisi Viktor Nelsson qırmızı vərəqə alaraq meydandan qovulub. Bu isə “Beşiktaş”a yeni qol imkanları yaradıb: əlavə edilmiş birinci dəqiqədə Rafa Silva, bir dəqiqə sonra isə Mustafa Hekimoğlu fərqlənərək hesabı darmadağın həddinə çatdırıb – 0:5.
Beləliklə, “Beşiktaş” 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusu olaraq qalır.
2024 Paris Olimpiyatları sansasyonel bir şekilde başladı. Fransa'nın empatiden uzak yaklaşımına bu yazıda değinmeyeceğim. Bize gelince, Türk Olimpiyat Takımı'nın kıyafetlerini fazlasıyla tartıştık. Bir taraftan da Filenin Sultanları hiç olmaması gereken bir şekilde gündemin merceğine oturdu. Bu türden gündemlerin hiçbirisi açıkçası beni motive etmiyor. İster istemez bu tablo 36 yıl öncesine, Naim'in Seul'deki başarısına götürdü. Başlangıcı hiç de öyle dikkat çekici türden olmayan bir yolculuğa. Mükemmel olmayan ekipmanlar, çok çekici olmayan bir spor dalı, örnek alabileceği bir rol modelinin olmadığı küçük bir kasaba. Böyle bir yerden rekorları alt üst eden, 3 defa olimpiyat şampiyonu biri çıkar mı diye sorabilirsiniz. Çıkıyor! Öyle mucize filan demeye de gerek yok. Mucize dersek bir daha yeni Naim'ler çıkmaz. Peki nasıl oluyor da Kırcaali'deki bu salondan kocaman bir Naim çıkıyor? Sorunun cevabı ders kitaplarına girmesi gereken bir hikaye