Ardını oxu...


BMT Baş Assambleyası 25 may tarixini Ümumdünya Futbol Günü elan olunması barəsində qətnamə qəbul edib.

"Qətnamə layihəsi BMT-yə üzv olan 70-dən çox dövlət tərəfindən dəstəklənib.

Qətnamədə futbolun qlobal əhatə dairəsi və onun ticarət, sülh və diplomatiya da daxil olmaqla həyatın müxtəlif sahələrinə təsiri, idmanın əməkdaşlıq məkanı üçün sahib olduğu güc öz əksini tapıb.

Sənəd, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün futbol təşəbbüsünü dəstəkləyib.
PAYLAŞ:
Ardını oxu...
Qazaxıstanlı milyarder bu İngiltərə klubunun sahibi oldu
Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin futbol üzrə üçüncü divizionunda çıxış edən “Uikomb Uonderers” klubunun sahibi olub.

İndex.az BBC-yə istinadən xəbər verir ki, 5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni alıb.

Qeyd edək ki, “Uikomb Uonderers” 2023/2024 mövsümündə 10-cu yeri tutub. Komandaq meydana çıxdığı 46 turda 17 qələbə, 14 heç-heçə ilə yadda qalıb. Lomtadzenin sahibi olduğu klub 2000/2001 mövsümündə İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib.
 
Ardını oxu...
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsindən danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis komandasının çempion olacağına inandığını deyib:

“Bir həftə qaldı. 3 oyun, 9 xal…Biz çempion olacağıq. 6 və ya 7 xal qazansaq, “Arsenal” Premyer Liqanın qalibi olacaq. Top fərqinə çatmaq mümkün deyil. Biz heç-heçə edə bilmərik. “Arsenal” çox yaxşı oynayır. Ümid edirəm ki, çempionatın taleyini öz əlimizə alacağıq”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 3 oyun qalmış Xosep Qvardiolanın komandası 82 xalla 2-cidir. Lider “Arsenal” “Mançester Siti”ni 1 xal qabaqlayır. “Şəhərlilər” “topçular”dan 1 matç az keçiriblər.
 
Ardını oxu...
"Formula 1" üzrə Çin Qran-prisində sprint yarışının qalibi bəlli olub.

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub.

Sprintdə ikinci yeri “Ferrari” komandasının sürücüsü, monakolu Şarl Lekler tutub. Üçüncü isə "Red Bull"dan meksikalı Serxio Peres olub.

Sabah Bakı vaxtı ilə saat 00:00-da əsas yarış keçiriləcək.
 
 
 

Dərnəgüldəki "Azpetrol"dan 10 litr benzin vurdum. Qısa bir məsafə getdikdən sonra maşın titrəməyə başladı. O dərəcədəki, düşündüm, bəlkə benzin yerinə dizel vurublar. Geri qayıdıb baxdım ki , ümumiyyətlə dizel pompası yoxdur. Ustalardan soruşdum, "benzin çox bərbad olduğu üçün baş verib" dedilər.

Bu barədə sosial şəbəkə istifadəçilərindən biri bildirib.

"Yanacaqdoldurma məntəqələrinə nəzarət edən hansısa bir qurum var? Bu kimi hallarda şikayət edib nəticə alaq ki, özbaşınalıqlar davam etməsin", - o qeyd edib.

Müştəri "Azpetrol"dan onunla əlaqə saxlanıldığını bildirib: "Əməkdaş gəldi, görüşdü. Deyir ki, gedək həmin məntəqədən nümunə benzin götürüb analizə göndərək, bizdə qatqı çıxmayacaq. Deyirəm, iki gün keçib, həmin benzin qalıb, ya yox, bəlli deyil, buyurun, mənim maşınımdan götürüb analizə göndərin. Razı olmadı. Qısacası, bir çox müəssisə kimi "Azpetrol"un da yola verməklə məşğul olduğu aydın oldu".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Referans.az
 
Ardını oxu...
Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində daha bir oyun keçirilib.

“Qarabağ” “Neftçi”ni qəbul edib.

FIFA referisi İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada “Qarabağ” 5:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində 12 və 77-ci dəqiqələrdə Nəriman Axundzadə, 41-ci dəqiqədə Toral Bayramov fərqlənib. "Qarabağ"ın digər qollarını isə 66-cı dəqiqədə Leandro Andrade, 85-ci dəqiqədə Abdullah Zubir vurub.

“Neftçi”nin futbolçusu Yuri Matias 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Artıq çempionluğu təmin etmiş “Qarabağ”ın 76 xalı var. “Neftçi" isə 50 xalla 3-cü yerdədir.

Bu gün, baş tutan digər görüşdə “Kəpəz”lə "”Sumqayıt” heç-heçə edib - 1:1.

Qeyd edək ki, turun digər oyunları mayın 5-i və 6-da keçiriləcək.
Ardını oxu...
İspaniya La Liqasında 34-cü tura start verilib.

"Cebhe.info" xəbər verir ki, günün maraqlı görüşündə “Real Madrid” “Kadiz”lə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandalar çox çalışsalar da, hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “Kral” klubu nəhayət ki, istəyinə çatıb. Brahim Diaz 51-ci dəqiqədə sükutu pozub. Hücumlarını daha da artıran meydan sahibləri yenidən rəqibi meydanın mərkəzinə dəvət ediblər. 68-ci dəqiqədə ingiltərəli ulduz Cud Bellingem fərqi artırıb - 2:0. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Xoselu qoyub - 3:0.
Ardını oxu...
Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib – 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Show.az xəbər verir ki, Lent.az “Bioqrafiya” rubrikasında 3 qat Avropa çempionu Ülviyyə Fətəliyeva barədə məlumat verir.

– Ülviyyə Fətəliyevanın neçə yaşı var?

Ülviyyə Hasil qızı Fətəliyeva 28 yaşındadır.

– Ülviyyə Fətəliyeva harada anadan olub?

Ülviyyə Fətəliyeva 1996-cı il avqustun 3-də Gəncə şəhərində doğulub.

– Ülviyyə Fətəliyevanın hansı idman dərəcəsi var?

Ülviyyə Fətəliyeva beynəlxalq ustadır.

– Ülviyyə Fətəliyevanın Avropa Çempionatında neçə qələbəsi olub?

Ülviyyə Fətəliyevanın 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. 2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında da qızıl medal qazanıb. Bu qələbə ilə o 3 qat Azərbaycan çempionu oldu.

– Ülviyyə Fətəliyeva neçənci ildə Azərbaycan çempionu olub?

Ülviyyə Fətəliyeva 2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.

– Ülviyyə Fətəliyevanın başqa hansı göstəriciləri var?

Ülviyyə Fətəliyeva 2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə Azərbaycanın “Odlar Yurdu” komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medala sahib olub.
2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında 8 xalla bürünc medal alan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanda baş tutmuş Avropa çempionatında 8,5 xalla qalib olub. Beləliklə, Avropa çempionatında qızıl medal qazanmış ilk Azərbaycan qadın şahmatçı adını qazanıb.

– Ülviyyə Fətəliyeva başqa hansı yarışlarda iştirak edib?

Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparıb.
2022-ci ilin 28 iyul – 9 avqust tarixləri arasında Hindistanın Çennai şəhərində keçirilmiş 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət yığma komandasının heyətində beşinci lövhədə mübarizə aparmış və şəxsi göstəricidə gümüş medal qazanmışdı.

– Ülviyyə Fətəliyeva subaydır?

O şəxsi həyatı barədə suallara cavab verməyi sevmir.

– Ülviyyə Fətəliyeva son qələbəsini necə qiymətləndirir?

“Yarış çox gərgin keçdi. Ondan öncə hazırlıq prosesi də çox gərgin keçmişdi. Tarixi uğura imza atdığımıza görə çox sevinirəm. Bu, çox qürurvericidir”, – o bildirib.
Şahmatçı bu nəticəni çoxdan gözlədiyini bildirsə də, məhz bu yarışda gözləntilərini bir kənara qoyaraq, yaxşı şahmat oynamağa kökləndiyini vurğulayıb.

– Ülviyyə Fətəliyeva bu qələbəsini kimə həsr edib?

Ülviyyə Fətəliyeva qələbəsini gənc şahmatçılara həsr etdiyini deyib: “Qələbəmi yeni nəsil şahmatçılara həsr edirəm. Bunun onlar üçün ruhlandırıcı hadisə olmasını istərdim. Onlar öz arzularına, xəyallarına inanmalı, arxasınca getməlidirlər” – deyə şahmat ustası vurğulayıb.

– Bu yarışda iştirak edən idmançıların ustalıq səviyyəsi nə dərəcədə idi?

Komandamızın 10 üzvünün iştirak etdiyi yarışa qatılan zəka sahiblərinin 139-nun beynəlxalq titulu var idi. Kişilər arasında 8-i qrossmeyster olmaqla, 20-dən çox beynəlxalq usta titullu idmançı var idi. Son olimpiadanın qalibi Ukrayna yığmasının da qa¬tıldığı yarış gərgin mübarizə şəraitində keçdi. Ülviyyə Fətəliyeva bu yarışda fantastik nəticə göstərib.

– Yunanıstanda keçirilmiş çempionatda Ülviyyə Fətəliyevadan başqa hansı idmançılarımız fərqləndi?

Komandamızın digər üzvlərindən Günay Məmmədzadə ötən şahmat olimpiadasının qalibi, ukraynalı Natalya Buksa ilə qara rənglərlə riskə getdi. Rəqib müdafiə olunmağı bacardı. Günay təəssüf ki, mükafatçılar sırasından kənarda qaldı. Gövhər Beydullayeva çox gözəl çıxış etdi. Eyni zamanda, Səbinə İbrahimovanı qeyd etmək istəyirəm. İdmançılarımız arasında ən çox elo reytinqini qaldıran şahmatçı oldu. Ayan Allahverdiyeva da reytinq xalını qaldırdı. Amma onun potensialı qazandığı xaldan qat-qat yüksəkdir. Əminik ki, gələcəkdə Avropa çempionu olacaq. Nərmin Abdinova startı ürəyi istədiyi kimi başlamasa da, hesab edirəm ki, kifayət qədər yaxşı çıxış etdi. 16 yaşlı şahmatçı üçün bu, çox böyük bir məktəbdir.
Beləliklə, Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatında qızıl medal qazanmış Ülviyyə Fətəliyevanın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova yarışda fərqləndiklərinə görə xüsusi mükafata layiq görüldülər.

– Ülviyyə Fətəliyeva qələbəsi ilə Avropaya nəyi sübut etdi?

Bununla azərbaycanlı qızlar intellektual idman növündə Avropada rəqib tanımadıqlarını sübut etdilər. Bu, qadınlarımızın bütün sahələrdə yeni uğurları üçün böyük motivasiya oldu.

– Şahmatçılar necə pul qazanır?

Dünyadakı ölkələrin çoxu beynəlxalq səviyyədə mübarizə aparan şahmatçılarına əmək haqqı vermir. Azərbaycan və Ermənistan öz şahmatçıların əmək haqqı ödəyən nadir ölkələr arasındadır. Ermənistanda dövlətin qroyssmesterlərə 120 ABŞ dolları Azərbaycan Şahmat Federasiyası 2000 manat əmək haqqı verir. Digər şahmatçıların əksəriyyəti üçün əsas sayılan gəlir mənbələrindən biri isə turnirlərdə verilən mükafatlardır.

– Dünya və Avropa şahmat çempionatında qaliblər nə qədər qazanır?

Şahmatçılar fərdi turnirlərlə yanaşı komanda tərkibində də turnirlərdə iştirak edə bilirlər.
Bəzi turnirlər öz nüfuzlarının artırmaq üçün yüksək reytinqli şahmatçıları cəlb etmək məqsədilə onlara, mükafatdan kənar iştirak üçün də ödəniş verirlər. Lakin bu ödənişlərin məbləği adətən açıqlanmır.
Adətən ən böyük pul mükafatı Dünya Çempionu titulu üzrə oyunda verilir.
2016-cı ildə bir daha bu titulu qazanan Magnus Carlsen, ümumi 1,1 milyon ABŞ dollarlıq mükafatın 60 faizinə sahib çıxıb. 40 faizi isə məğlub şahmatçı alıb.

Avropa çempionu 50-100 min manat arasında qazanc əldə edir.
Ardını oxu...
İranda Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi İran rejiminin məmurları tərəfindən döyülərək həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, stadiondakı insanlar zorakılıq edən polisləri şərəfsiz adlandırıblar və qınayıblar.
Ardını oxu...
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniyada keçirilən ilk oyununda Dortmund "Borussiya"sına uduzan PSJ 2023/2024 mövsümündə ilk dəfə belə yenilgi ilə üzləşib.

"Arılar"ın qapısı istiqamətində endirdiyi 14 zərbədən 3-ü çərçivəyə gedən Fransa nəhəngi cari "futbol ili"ndə birinci dəfə qol vurmadan məğlub olub.

Bu mövsüm bütün turnirlərdə 5 məğlubiyyət acısı dadan parislilər əvvəlki 4 qarşılaşmanın hamısında rəqib qapılarına yol tapmağı bacarıblar. Luis Enrikenin komandası daha öncə Liqa 1-də "Nitsa"ya (2:3), ÇL-də isə "Nyukasl" (1:4), "Milan" (1:2) və "Barselona"ya (2:3) boyun əyib. \\Fanat.Az
 
Ardını oxu...
Bu gün Çempionlar Liqasının yarımfinalında keçiriləcək “Borussiya” (Dortmund) – PSJ ilk oyununa Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq.

KONKRET.az xəbər verir ki, qarşılaşma aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:

AZƏRBAYCAN

“CBC Sport”

23:00. “Borussiya” (Dortmund) – PSJ

TÜRKİYƏ

“TV 8,5”

23:00. “Borussiya” (Dortmund) – PSJ

RUSİYA

“Matç TV”

23:00. “Borussiya” (Dortmund) – PSJ

“Futbol 1”

23:00. “Borussiya” (Dortmund) – PSJ
 

Dünyapress TV

Xəbər lenti