Ardını oxu...
Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığmasının Olimpiya Təsnifat Turnirindəki növbəti rəqibi bəlli olub.

Bizim.Media xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalına yüksələn millimiz Macarıstanla qarşılaşacaq.

B qrupunda 2-ci yeri tutan komandamızın A qrupunun qalibi ilə dueli sabah baş tutacaq. Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni ələ keçirmək üçün bu matçların ikisində qalib gəlməlidir.

Millimiz sabah saat 11:30-da yarımfinal sınağına çıxacaq.

Digər yarımfinalda Niderlandla A qrupunun ikincisi Polşa görüşəcək.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Macarlar qrup mərhələsində Honkonqa (21:7), Polşaya (20:16) qalib gəlib, Misirə (17:20) uduzub.
 
Ardını oxu...
"Qalatasaray" yayda heyətində islahatlar aparacaq.

Gözləntilərdən aşağı performans sərgiləyən və maaşı yüksək olan futbolçularla yollar ayrılacaq.

Artıq komandanı tərk edəcək oyunçular da bəllidir. Qış transfer pəncərəsi dövründə İngiltərənin "Nottingham Forest" klubundan transfer edilsə də, Afrika Millətlər Kubokunda zədə aldığı üçün hələ də meydana çıxmayan Kot-d'İvuar millisinin üzvü Serge Auruer mövsüm başlayan kimi yola salınacaq.

Bundan başqa, "Tottenhem"dən icarəyə götürülən Tanguy Ndombele (bu mövsüm 25 oyun, 1 məhsuldar ötürmə), "Fulhem"dən icarəyə götürülən Karlos Vinisius (11 oyun, 2 qol), iki mövsümdür komandada oynayan Sergio Oliveyra (23 oyun, 2 qol, 2 ötürmə) və yayda "Şaxtyor"dan gələn, istənilən performansı sərgiləməyən Tete (40 oyun, 3 qol, 6 məhsuldar ötürmə) ilə yollar ayrılacaq.

Eynu zamanda, Hakim Ziyeşin taleyinə sezon sonu qərar veriləcək. Təklif gələcəyi təqdirdə onunla da yollar ayrılacaq. Həmçinin Barış Alper Yılmaz, Abdülkerim Bardakcı və Kerem Aktürkoğluna yaxşı təklif olacağı tədqirdə satılacaq.

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında 31 matçdan sonra 84 xalı olan "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı 2 xal qabaqlayaraq liderdir. (Qaynarinfo)
 
Ardını oxu...
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi. Hamı bilirdi ki, burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə bilər, ya da geri sala bilər. “Sumqayıt” çox yaxşı formadadır. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq.

“Sumqayıt” əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə üstünlük verdi. Aramızdakı iki xallıq fərqi qoruya bildik. Ən azı bir heç-heçə limitimiz var. İki xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu gün səfərdə bir xal qazandıq.
Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Əgər medallar uğrunda mübarizə aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də şansımız var. Sona qədər mübarizə aparacağıq.

Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, “Neftçi”də, “Qarabağ”da, milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı “Neftçi”də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini “Qarabağ”da keçirmişəm. 17 il isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah “Qarabağ”da da, “Neftçi”də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacağam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi “Zirə”yə yönəltmişəm. Çempionat gərgin keçir. “Neftçi” rəhbərliyi də bu anda heç bir məşqçiyə təklif göndərməz. Bu, şayiədir. Aramızda heç bir söhbət yoxdur. Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim. Məşqçi kimi fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Mənim “filan komandanın baş məşqçisiyəm” kimi dərdim yoxdur. Əgər xeyir verə biləcəyəmsə, o təklifi qəbul edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, “Zirə”yə xeyir vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o qədər də önəmli deyil. Qarşıda vacib oyunlar gəlir. İki illik müqavilə bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək. Əgər həqiqətən də komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə xəstəsi deyiləm”.
 
Ardını oxu...
Amerikalı tennisçi Sebastian Korda oğurluğun qurbanı olub.
Publika.az xəbər verir ki, hadisə Monte Karloda Masters seriyası turnirinin başlamasına bir neçə gün qalmış baş verib.

“Le Figaro” xəbər verir ki, ötən cümə axşamı axşam dünyanın 27-ci raketka ustasına Roquebrune-Cap-Martin küçəsində iki naməlum şəxs tərəfindən hücum edilib və onun 300 min avro dəyərində olan “Richard Mille” saatı qarət edilib.

Hazırda kommunal polis tərəfindən araşdırma aparılır. Səlahiyyətlilər təcavüzkarlardan DNT nümunələri götürə biliblər. Bundan başqa, cinayət anı kameraya düşüb.
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı Superkuboku uğrunda final görüşü baş tutub.

Oxu.Az xəbər verir ki, həlledici matçda “Əl-İttihad” “Əl-Hilal”la üz-üzə gəlib.

Kərim Benzemanın çıxış etdiyi komanda meydanda darmadağın olunub.

Belə ki, “Əl-Hilal”ın dörd qoluna “Əl-İttihad” yalnız bir qolla cavab verib - 1:4.
Malkom dublla yadda qalıb.
Ardını oxu...
Türkiyənin Peşəkar Futbol İntizam Şurası "Fənərbaxça"ya Super Kubok oyununa görə 0:3 hesablı texniki məğlubiyyət verib, "Qalatasaray" qalib elan olunub.

"Fənərbaxça" həmçinin 4 milyon lirə cərimə edilib. Digər tərəfdən, "sarı-lacivərdi"ləri meydandan çıxaran klub rəsmisi Ahmet Ketenci 60 günlük qadağa qoyulub və 520 min lirə cərimə olunub.

Super Kubok matçı zamanı "Qalatasaray" azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə "sarı-qırmızılar" ümumilikdə 212 min lirə ziyana düşüb.

Bu qərarlardan sonra 2022/23 Super Kubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.

Qeyd edək ki, "Fənərbaxça"nın 19 yaşadək futbolçulardan ibarət komandası Türkiyə Super Lubokunun finalında "Qalatasaray"la matçın 3-cü dəqiqəsində meydandan çəkilmişdi. Oynun 50-ci saniyəsində Mauro İkardi qol vurub.
 
Ardını oxu...
“Fənərbağça” klubunun rəsmiləri son zamanlarda baş verən hadisələrlə bağlı iclas keçiriblər.

Məlumata görə, klubun prezidenti Ali Koç, komandanın baş məşqçisi İsmail Kartalın və futbolçuların qatıldıqları iclasda Türkiyə Superkubokunun final oyununda baş verənlər müzakirəyə çıxarılıb.

Komandanın aparıcı futbolçularından sayılan Edin Dzeko və Mitçi Batşuayi “Fənərbağça”nın 1-ci liqaya enəcəyi təqdirdə klubdan ayrılacaqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbağça” klubunu iki il müddətinə Türkiyə Superkubokundan uzaqlaşdırıb. Həmçinin, klubun aşağı liqaya göndərilməsi təhlükəsi də var.//oxu.az
 
Ardını oxu...
Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib.

TEREF İdman.biz-ə istinadən xəbər verir ki, Kanadaya Nicat Abasovun sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışda iştirak edib.

O, turnirin qalibi olub.

Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5 xalla 7-ci pillədə qərarlaşıb.
 
Ardını oxu...
İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior əzəli rəqib “Barselona”nın sabiq kapitanı Lionel Messinin UEFA Çempionlar Liqasındakı məhsuldar ötürmə rekordunu təkrarlayıb.

Braziliyalı hücumçu 1/4 final mərhələsində İngiltərə təmsilçisi “Mançester Siti” ilə görüşdə bunu gerçəkləşdirib.

3:3 hesabı ilə başa çatan matçda komandasının 2 qolunun assistini edən 23 yaşlı oyunçu turnirin pley-off mərhələlərində məhsuldar ötürmə sayını 12-yə çatdırıb. O, bu baxımdan hazırda ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən Messi ilə eyni göstəriciyə malikdir. Argentinalı bunun üçün 77 görüş keçirmişdisə, Vinisiusa cəmi 25 oyun kifayət edib.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real”ın formasını geyinir.
 
Ardını oxu...
“Əl-Nəsr” superulduzu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Kubokunun yarımfinal matçının sonlarında meydandan qovulub.

Fanat.az “Daily Mail”ə istinadən xəbər verir ki, o, “Əl-Hilal” ilə görüşün (1:2) 86-cı dəqiqəsində rəqib oyunçu Renan Lodini dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alıb.

Daha sonra kapitan sarğısını yerə çırpan 39 yaşlı portuqaliyalı yumruğunu referiyə göstərərək qeyri-idman hərəkəti də edib. O, paltardəyişmə otağına yollanarkən azarkeşlərin “Messi, Messi” sədaları eşidilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti