Ardını oxu...
Rusiyalı futbolçu Aleksandr Qolovin martda “Monako”nun ən yaxşı futbolçusu olub.

32gun.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb .

Martda Rusiya təmsilçisi dörd oyun keçirib, iki məhsuldar ötürmə verib.

Fransa çempionatının turnir cədvəlində "Monako" 50 xalla üçüncü pillədə qərarlaşıb. Turnirə 62 xalla PSJ başçılıq edir. İkinci yeri “Monako”dan bir xal geri qalan Brest tutur.

Qolovin 2018-ci ilin yayında paytaxt ÇSKA-dan Monakoya keçmişdi. Onun transferi klub tarixində rekord qiymətə çevrilib. Rus futbolçu 30 milyon avroya Fransa klubuna keçib.

Bu mövsüm rusiyalı 24 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Qolovin bu mövsüm Monako azarkeşləri tərəfindən bir neçə dəfə komandanın ən yaxşı oyunçusu kimi tanınıb. O , 2015-ci ildən Rusiya millisinə çağırılıb .

Növbəti turda “Monako” “Renn”lə qarşılaşacaq. Görüş aprelin 7-də baş tutacaq. Komandalar meydana Moskva vaxtı ilə saat 18.05-də çıxacaqlar.
 
Ardını oxu...
Fransa kubokunun yarımfinal mərhələsində “Paris Sen-Jermen” “Renn”lə doğma azarkeşləri önündə qarşılaşıb.

Meydan sahibləri minimal hesabla qalib gələrək turnirin finalına yüksəliblər - 1:0.

Matçın yeganə qolu 40-cı dəqiqədə vurulub. Parislilərin hücumçusu Kilian Mbappe fərqlənib.

Xatırladaq ki, cari Fransa kubokunun ilk finalçısı doğma meydanda “Valensien”i 3:0 hesabı ilə məğlub edən “Lion” olub. Final oyunu mayın 25-də keçiriləcək.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda “Abha” “Ən-Nəsr”lə qarşılaşıb.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 0:8.

39 yaşlı Ronaldu matçda het-trik və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, bundan öncəki çempionat oyununda da Kriş üç qolla yadda qalmışdı. Ümumilikdə, futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla “Ən-Nəsr” forması ilə çıxdığı 35 matçda 36 qol və 13 məhsuldar ötürmə verib.

Beləliklə də, bu darmadağından sonra “Ən-Nəsr” turnir cədvəlində 62 xalla 2-ci pillədədir. “Abha” isə 22 xalla sondan ikinci, yəni 17-cidir.
 
 
Ardını oxu...
“Qarabağ”ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 təmsilçilərindən təkliflər alıb.

Referans.az “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə Əlcəzair millisinin üzvü özü məlumat verib.
O, Azərbaycan klubunda xoşbəxt olduğunu və hələlik bu təkliflərə hazır olmadığını bildirib:

“Fransadan - Liqa 2 klublarından təkliflərim oldu. Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm, xoşbəxtəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir”.

Qeyd edək ki, 29 yaşlı yarımmdafiəçi 2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edir. O, bu mövsüm Ağdam klubunda ümumilikdə 41 oyuna 13 qol vurub, 10 qol ötürməsi edib.
 
Ardını oxu...
Arda Gülərin boş vaxtlarında intizamsız davranışları "Real"ın məşqçilər heyəti və klub işçilərinin diqqətini çəkib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda ilə bağlı şikayətlərin "kral klubu"nun baş məşqçisi Karlo Ançelottiyə qədər gedib çıxdığı iddialar arasındadır.

Ardanın xəbərdarlıq edildikdən sonra özünü qaydaya saldığı bildirilərkən, bu açıqlamalar verildi:

Məşqçilər korpusunun xəbərdarlığı təsirli göründü. Arda xəbərlərdən sonra sarsıldı və müsbət reaksiya verdi. O gündən etibarən pleymeyker məşqdə texniki detalları ilə hamını sevindirməklə yanaşı, xüsusilə dar meydançalarda yalnız özünün xəyal edə biləcəyi ötürmələri görürdü".
 
Ardını oxu...
“Transfermarkt” internet portalı hazırda dünyanın ən bahalı 10 yarımmüdafiəçisinin reytinqini təqdim edib.

Reytinqdə birinci yerdə transfer dəyəri 180 milyon avro olan “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemdir. “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virts beşinci yerdən ikinci yerə yüksəlib. “Bavariya”nın oyunçusu Camal Musiala, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Rodri sonrakı yerlərdə qərarlaşıb. Onlarının hamısının eyni transfer dəyəri var – 110 milyon avro.

Tam reytinq aşağıdakı kimidir:

Cud Bellinqem (Real Madrid, 180 milyon avro);

Florian Virts (Bayer, 110 milyon avro);

Camal Musiala (Bavariya, 110 milyon avro);

Deklan Rays (Arsenal, 110 milyon avro);

Rodri (Mançester Siti, 110 milyon avro);

Federico Valverde (Real Madrid, 100 milyon avro);

Martin Odeqaard (Arsenal, 95 milyon avro);

Qavi (Barselona, ​​90 milyon avro);

Eduardo Kamavinqa (Real Madrid, 90 milyon avro);

Orlean Tçuameni (Real Madrid, 90 milyon avro).
 
Ardını oxu...
Səudiyyə Ərəbistanı Pro Liqasında 25-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, çempionatın ikincisi olan “Ən-Nəsr” doğma meydanda autsayder “Əl-Tai”ni qəbul edib.

Qonaq komanda 36-cı dəqiqədən oyunu azlıqda keçirib ki, bu da onun böyük hesabla uduzmasına yol açıb - 5:1.

“Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu 65, 67 və 87-ci dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində pay sahibi olub.

Hazırda portuqaliyalının komandası 59 xalla turnir cədvəlində ikinci yerdədir. O, lider “Əl-Hilal”dan 12 xal geri qalıb. “Al-Tai” isə 22 xalla 16-cıdır.
Ardını oxu...
“Transfermarkt” portalı dünyanın ən bahalı qapıçılarının adlarını açıqlayıb.

"Report" xəbər verir ki, transfer dəyərinə əsasən cədvələ “Portu”nun qolkiperi Diequ Koşta başçılıq edir.

Onun hazırkı bazar dəyəri 45 milyon avrodur.

1. Diequ Koşta (45 milyon avro, “Portu”)

2. Canluicci Donaruma (40 milyon avro, PSJ)

3. Qreqor Kobel (40 milyon avro, “Borussiya”)

4. Andre Onana (40 milyon avro, “Mançester Yunayted”)

5. Mayk Menyan (40 milyon avro, “Milan”)

6. Ederson Moraes ( 40 milyon avro, “Mançester Siti”)

7. Georgi Mamardaşvili (35 milyon avro, “Valensiya”)

8. Qulelmo Vikario (35 milyon avro, “Tottenhem”)

9. David Raya (35 milyon avro, “Arsenal”)

10. Alison Beker (35 milyon avro, “Liverpul”)
 
Ardını oxu...
Bu ilin yanvarında “Roma”nı tərk edən Joze Mourinyu əsas məqsədini açıqlayıb.

Fanat.az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi “X” hesabı üzərindən belə çatdırıb:

“Yığma komandanın baş məşqçisi olmağı hədəfləmişəm. Komandanı dünya çempionatı, Amerika Kuboku və ya Afrika Kuboku ərəfəsində qəbul etmək istəyirəm. Amma iki il gözləmək… Nə bilim… Ola bilsin ki, bu, bir gün baş verəcək”.
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Publika.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb.

“Qarabağ” buna sona 8 tur qalmış nail olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.
 

Dünyapress TV

Xəbər lenti