"Milan" 16 yaşlı hücumçu Françesko Kamarda ilə ilk peşəkar müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "rossoneri"nin rəsmi saytı məlumat yayıb.
Müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Yeniyetmələr səviyyəsində Kamarda 89 matçda 485 qol vurub. Forvard bu yay "Milan" U19-a keçib.
Əsas komandada gənc oğlan ötən mövsüm iki matçda forma geyinərək, A Seriyasında meydana çıxan ən gənc oyunçu olub (15 yaş 260 gün). Hücumçu hələ böyüklərin komandasında fərqlənə bilməyib. Transfermarkt internet portalı onun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.