Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirdiyi başqa bir tenderdə “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QSC ilə 6.459.910 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 11.10.2024-cü il tarixdə yerləşdirilib.
Qeyd edək ki, 12.08.2024-cü ildə başlanılmış 91704 nömrəli tender müsabiqəsi 04.10.2024-cü il tarixdə yekunlaşıb.
Qeyd edək ki, bu müsabiqə üzrə müqavilə bağlanılmamışdan bir həftə əvvəl, 04.10.2024-cü ildə “Azərenerji” ASC tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda “Azərenerji” ASC tərəfindən 13.09.2024-cü il tarixində Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirilmiş tenderdə (müsabiqə 91704), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən, “LUBRİSTAR LLC” MMC “Müvafiq sahədə təcrübə tələbi (oxşar işlər) üzrə təqdim olunan müqavilələrin icrasının 80 faizdən çoxunun tamamlanmış olması (təhvil-təslim və ya yekun təhvil-təslim aktları)”, maliyyə imkanları üzrə “EOQ-in 30% həcmində maddi vəsaitə çıxışının olması və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış” tələbləri ödənilmədiyi üçün, həmçinin sənədlər üzrə tələb olunan natamamlıqlar “Dövlət satınalmaları haqqında” Qanunun 23.11. maddəsinə əsasən 3 iş günü ərzində aradan qaldırılmadığı üçün təchizatçı Qanunun 35.1.1. və 35.1.3. maddələrinə uyğun olaraq satınalmadan kənarlaşdırıldığı bildirilir.
Apardığımız ətraflı araşdırmalarda məlum oldu ki, “Azərenerji” ASC 04.10.2024-cü ildə 91704 nömrəli tender müsabiqəsindən kənarlaşdırdığı “LUBRİSTAR LLC” MMC ilə iki ay əvvəl işbirliyində olub. Belə ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə keçirdiyi tenderdə “LUBRİSTAR LLC” MMC ilə 4.555.934,69 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 29.07.2024-cü il tarixdə yerləşdirilib. Qeyd edək ki, 10.05.2024-cü ildə başlanılmış 84073 nömrəli bu açıq tender müsabiqəsi 18.07.2024-cü il tarixdə yekunlaşıb.
Buradan suallar yaranır. Necə olur ki, “Azərenerji” ASC -nin rəsmiləri 2-3 ay əvvəl 4 milyon manat dəyərində müqavilə bağladığı “LUBRİSTAR LLC” MMC-nin uyğunluq göstəricilərində olan nöqsanları 3 ay sonra görə biliblər? Buradan görsənən odur ki, “Aərenerji” ASC -nin Satınalma Komissiyası təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosedurunun keçirildiyi zaman bu çatışmazlıqlara sadəcə göz yumub.
MMC-yə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUBRİSTAR LLC” (VÖEN: 1302458571) Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.04.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 213 B, qanuni təmsilçisi kimi isə Şamilov Nəsib Paşa oğlu qeyd olunub.
Şirkətin rəsmi veb saytında qeyd edilmiş məlumatlara görə “Lubristar LLC” MMC şirkəti 2011-ci ildə Nordex Group bazasında yaradılmışdır. 2008-ci ildən Nordex Group Almaniyanın “Rheinol” motor yağlarının rəsmi distribyutorudur. 2014-cü ildə Lubristar LLC MMC “Shell Lubricants” şirkətinin Azərbaycanda makrodistribyutoru statusuna layıq görüldü və bu günə kimi “Shell” mühərrik yağlarının ölkəmizdə rəsmi təmsilçisidir. Şirkətimizin idxal etdiyi bütün “Shell” sürtgü məhsulları birbaşa “Shell Lubricants”-dan alınır, buna görə də biz məhsulların orijinallığına və keyfiyyətinə zəmanət veririk.
Maraqlıdır, “Azərenerji” ASC məhsullarının orijinallığına və keyfiyyətinə zəmanət verən “Lubristar LLC” MMC ilə 4 milyon manatdan çox dəyəri olan satınalma müqaviləsi bağladıqdan sonra eyni lot üzrə keçirdiyi tenderdən niyə kənarlaşdırıb?
Qeyd edək ki, son vaxtlar elektron mediada yayılan məlumatlara görə “Azərenerji” ASC nin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin Cəmiyyətin sədri Baba Rzayevə bağlı olduğu bildirilir. Elə noyabrın 11-də 6 milyonluq müqavilə bağladığı “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QSC-nin də Baba Rzayevlə bağlı olması barədə məlumatlar var. Görünür Baba Rzayev ya həmişə olduğu kimi ikili standartlar yolunu seçib, ya da “Lubristar LLC” ilə şəxsi maraqları toqquşub.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18 Noyabr 2024 ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti