Oxu.Az "Anadolu"ya istinadən xəbər verir ki, hadisə Adanada baş verib.
Çukurova bölgəsinin Karslılar məhəlləsində 38 yaşlı Həsən Bakırhan süni ot örtüklü meydançada futbol oynayarkən qəfil yerə yıxılıb.
Onun ürəktutma keçirdiyi müəyyən edilib. Çukurova Dövlət Xəstəxanasında həyata keçirilən bütün tədbirlərə baxmayaraq, Bakırhanı xilas etmək mümkün olmayıb.