Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
Məhkəmə qətnaməsi ilə 6 və 9 yaşlı uşaqların atadan alınıb, anaya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icra edilməsi Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilmişdir.

Lakin, dəfələrlə təyin edilmiş icra vaxtı uşaqlar ataya bağlı olduqları üçün anaya getməkdən imtina etmişlər.

Psixoloq dəvət edilmiş, reabilitasiya təyin edilmiş, lakin uşaqların normal inkişaf etdikləri, sərbəst olaraq ataları ilə qalmaq istdəkiləri müəyyən edilmişdir.

İcra məmuru icra sənədinin icra edilməsinin qeyri-mümkün olmasını bildiyi halda, icra işini icraatda saxlamağa davam edir.
İcra məmurundan başqa icra şöbəsinin rəisi Füzuli Hüseynov azyaşlı uşaqları və uşaqların atasını otağına çağıraraq, xidməti otağında uşaqları psixoloji şiddət tətbiq etmiş və onları çığırda-çığırda analarına verəcəyini bildirmişdir. Ondan sonra uşaqlar 2-3 saat ağlamış və gecəni səhərə qədər qorxudan yatmamışdırlar. Hazırda isə psixoloq qəbuluna yazılmaları üçün müraciət edilmişdir.

Bu sözlərlə "Azərbaycan Reallığı"na şikayətində sosial media üzrə ekspert Səməndər Niftəliyev iddia etmişdir.

Belə ki, birinci dərəcəli qohumum 2021-ci ildə həyat yoldaşından boşanmış və iki azyaşlı övladları atalarının himayəsinə verilmişdir . Üstündən bir müddət sonra ana, uşaqların onun himayəsinə qaytarılması barədə məhkəməyə müraciət etmiş və sonuncu olaraq Ali Məhkəmə tərəfindən uşaqların ananın himayəsinə verilməsi tələbi təmin edilərək qərar qəbul edilmişdir. Bu illər ərzində digər məhkəmə qərarına əsasən, uşaqların Sabunçu rayon icra şöbəsində ana ilə ünsiyyəti dəfələrlə təmin olunmasına baxmayaraq, uşaqlar ana ilə görüşməkdən könüllü şəkildə imtina etmişdirlər və bu məsələ icra şöbəsinin e32249/2023-4-9-015 nömrəli 14.10.2024-cü il tarixli Bakı şəhəri 30 saylı Vəkil Bürosunun sorğusuna cavabında öz əksini tapmışdır.

“16 aprel 2025-ci il tarixində qohumum mənə zəng edərək bildirdi ki, uşaqları yenidən Sabunçu rayon icra şöbəsinə çağırıblar. Mənim də qohumumdan etibarnaməm olduğu üçün getmək qərarına gəldim. Həmişə olduğu kimi, mən dəhlizdə gözlədim, ata, uşaqlar və ana icra məmuruna yaxınlaşdılar. O da öz növbəsində onları Sabunçu rayon İcra şöbəsinin rəisi Füzuli Hüseynovun otağına apardı. Üstündən təxminən bir saata yaxın vaxt keçdikdən sonra, uşaqlar ağlaya-ağlaya şöbə rəisinin otağından çıxaraq, mənim üstümə qaçdılar və pis qorxduqlarını bildirdilər. İlk öncə mən onları sakitləşdirdikdən sonra “İçəridə nə baş verdi ki, siz belə qorxaraq, ağlaya-ağlaya qaçdınız?” sualını vedim. Uşaqların və atalarının dilindən eşitdiklərimi olduğu kimi sizlərə çatdırıram.

İlk öncə ana, uşaqların onun himayəsinə verilməsindən imtina etdiyini bildirib və bunun qarşılığında həftədə bir dəfə görüş istəyib. Şöbə rəisi isə öz növbəsində ataya “Bununla razılaş və uşaqlara da təzyiq göstər, razılaşsınlar, yoxsa uşaqları zorla, çığırda-çığırda olsa belə alıb anaya verəcəm və ya razılaşana qədər sizi məcburi şəkildə şöbədə saxlayacam və buraxmayacam” deyə bildirib. 9 yaşı olan qız uşağı şöbə rəisinə “Məni heç kim zorla nəyəsə məcbur edə bilməz” deyə cavabını verib. O isə “Onu sənə kim deyib edə bilmərəm, yalan deyib. Mən edərəm, uzaq başı ürəyin partlayacaq, o da ananın qucağında partlayır-partlasın, mənim qucağımda partlamayacaq ki.” sözlərini söyləyib. “Kimsə özünü yandırarsa və ya nəsə edərsə, əvvəlcədən yanğınsöndürən və təcili tibbi yardım briqadası çağıracam ki, özünü yandıran insanı söndürsün”.

Bunları eşitdikdən sonra mən etibarnaməm olduğu üçün icazə alıb, şöbə rəisi Füzili Hüseynovun qəbulunda oldum. Qəbul zamanı baş verənlərin qanunazidd hərəkətlər olduğunu bildirdim və heç kimin uşaqlara bu formada psixoloji şiddət tətbiq etməyə haqqı olmadığını izah etdim. “Bu hərəkəti edən, öz maraqlarına uyğun olduğu üçün bu prosesə göz yuman uşaqların anası olsa belə, bunu edə bilməz” deyə bildirdim. O isə mənə “Mən dedimsə, edərəm cavabını verdi. Əlavə olaraq bildirdi ki, bu məsələnin rahat, birdəfəlik başa çatmağını istəyirsinizsə, gedin ananı öldürün, hər şey bağlansın” deyə vurğuladı. Mən isə “Biz cinayətkar deyilik, hər bir məsələnin qanunvericiliyə uyğun və sivil qaydada həll olunmasının tərəfdarı olan insanlarıq” deyə vurğuladım. Vətəndaş qəbulu zamanı xidməti otağında və digər vaxtlarda şöbənin dəhlizində siqarət çəkərək, işini qanunlara zidd hərəkətlərlə görməyə çalışan bir məmurdan bundan artıq nə cavab ala biləcəyimin qərarını verib, şöbəni tərk etdim. “Məmur olduğunuz üçün “hörmətli” Füzili Hüseynov, nəzərinizə çatdıram ki, bu ölkə sahibsiz deyil. Bu ölkənin öz dəsti xətti ilə qısa bir zamanda dünyaya tanıdan İlham Əliyev Cənabları kimi bir lideri var. Burdan şikayətimdə Azərbaycan Respublikasının Ədliyyə Naziri hörmətli Fərid Əhmədova səslənərək, Sabunçu rayon İcra və Probasiya şöbəsinin rəisi Füzuli Hüseynovun bu qanunazidd hərəkətləri ilə bağlı araşdırma aparılması barədə tapşırıq verməyinizi xahiş edirəm”.

“Əlavə olaraq nəzərinizə çatdırım ki, bu hadisələr baş verdiyi zaman şöbə rəisinin otağında video qeyd aparılıb və şöbənin dəhlizində videomüşahidə kameraları var” deyə Səməndər Niftəliyev bildirib.

"Azərbaycan Reallığı"
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video

Dünyapress TV

Xəbər lenti