Bu il Azərbaycan Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə satıb. Səbəbləri qoyaq kənara (Gürcüstan tranzit ölkədi, anlaşmalar var, qonşu ölkədə SOCAR həm də qazpaylayıcı şirkətdir - yəni, pərakəndə satışdan da qazanır), amma məmləkətdə əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyir. Hörmətli hökumət, neft-qaz ölkəsində qaz və elektrik istehlakına qoyulan limit zatən ayıbdır, amma limit qoyub qiymət müəyyən edirsinizsə limiti keçəndə Gürcüstana satdığınız qiyməti tədbiq edin, əhali, heç olmasa, 17,5 qəpik ödəsin. Limiti ləğv etsəniz yaxşı olar, amma, niyə ləğv edəsiniz ki, sizin vətəndaşın səsinə, dəstəyinə ehtiyacınız yoxdur, bütün problemlərin kökü də burdadır... Natig Cəfərli TEREF