Avstriyada təlim məşq toplanışında olan Türkiyə Super Liqasının son qalibi "Qalatasaray" yeni mövsüm öncəsi bir sıra yoldaşlıq görüşləri ilə qüvvəsini sınayır.
Oxu.Az xəbər verir ki, sarı-qırmızıların rəqibi Almaniyanın ikinci divizion komandası "Fortuna" olub.
Düsseldorf təmsilçisi matç boyu iki top fərqilə öndə olsa da, İstanbul klubu hesabı bərabərləşdirməyi bacarıb. Lakin nəticəni qoruyub saxlaya bilməyən "aslanlar" sonda 2:5 hesabı ilə uduzublar.