|
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kadi Borqesin transferi ilə bağlı məsələyə aydınlıq gətirib.
İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis 28 yaşlı braziliyalının Macarıstan “Ferentsvaroş”una keçidini normal yanaşdığını deyib.
Onun sözlərinə görə, danışıqların yekununa əsasən transferin alınmamasına üzülməyib: “Dünya futbolunda o qədər olub ki, futbolçunun hansısa kluba transfer olunacağını eşitmişik. Ancaq sonradan tam əksi olub. Belə hallar normaldır. Düzünü desəm, heç də üzülmədim. Bu gündən sonra işimiz bir də rahat olacaq ki, bu mövzuda danışıqlar getməyəcək”.
Qeyd edək ki, “Qarabağ” yarımmüdafiəçinin transferi ilə bağlı “Krasnodar”la danışıqlar aparsa da, Kadi Macarıstan variantına üstünlük verib.