Ardını oxu...
Paris Olimpiadasının Təşkilat Komitəsi oyunların təşkilində uğur qazansa da, hər şey mükəmməl olmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında Oyunlara hazırlıq üzrə koordinasiya komissiyasının rəhbəri Pyer-Olivye Bekers-Vyejan bildirib.

“Əlbəttə, biz etiraf edirik ki, açığı, hər şey mükəmməl deyildi. Hətta tam hazırlıq və sınaq yarışları keçirilsə də, Oyunlar başlayan kimi bəzi planlar istər-istəməz düzəlişlər tələb edirdi. Bu düzəlişlər, məsələn, nəqliyyat məsələlərində və ya istirahət zonasında baş verdi, bəzi tətbiqlər, əlbəttə ki, hamınızın bildiyiniz kimi, planlaşdırıldığı kimi işləmədi”, – deyə o qeyd edib.
 
 


 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

TEREF təbrik paylaşımını təqdim edir:

“Əhsən! Sizinlə fəxr edirəm!

Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarının qalibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, finalda İspaniya millisi Fransa ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub – 5:3. İspaniya komandasından Fermin Lopez də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.

Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
Ardını oxu...
"Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam".

Bunu "Report"un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransa paytaxtında keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanan yunan-Roma güləşçisi Pərviz Nəsibov deyib.

Əslən azərbaycanlı olan Ukrayna təmsilçisi yarışla bağlı təəssüratlarını bölüşüb:

"Qızıl medal qazanmaq istəyirdim. Lakin qismətdə gümüş medal var imiş. Daha çox çalışmaq lazımdır. Düşünürəm ki, tələskənlik qızıl medal qazanmağıma mane oldu. Mən Ukraynanı təmsil edən Azərbaycan övladıyam. Heç vaxt ölkəmizin adına xələl gətirəcək nəsə etmərəm. Yarımfinal görüşündə qarşılaşdığım Həsrət Cəfərovla meydanda rəqib ola bilərəm. Güləş xalçasından kənarda dostuq".

Qeyd edək ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Nəsibov finalda iranlı Səid Esmaili Leyvesə məğlub olaraq gümüş medalla kifayətlənib.
 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" sosial şəbəkə hesabında Yay Olimpiya Oyunlarının bürünc medal mükafatçısı, yunan-Roma güləşçisi Həsrət Cəfərovla bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!"
Ardını oxu...
Portuqalya millisinin futbolçusu Pepe futbolçu karyerasını başa vurub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu son olaraq ölkəsində "Portu"nun formasını geyinib.

Qeyd edək ki, Pepe karyerası ərzində Türkiyənin "Beşiktaş" və İspaniyanın "Real" (Madrid) kimi klublarında çıxış edib. O, bu yay Almaniyada keçirilən Avropa çempionatında meydana çıxan ən yaşlı futbolçu kimi tarixə düşüb.

Ardını oxu...
  

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Məlumata görə, bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat əldə etməsi sayəsində mümkün olub.

Hələlik komandanın aktivində iki qızıl və bir gümüş medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci sıradadır.

İlk "üçlük"də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.

Hələlik 80 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.//Report

 
 
 
Ardını oxu...
Hindistanlı qadın güləşçi Vineş Poqat artıq çəkiyə görə olimpiadanın final mərhələsindən məhrum edilib.
Tribunainfo.az xəbər verir ki, Poqat 50 kq-a qədər çəki dərəcəsində mübarizə aparıb.
Avqustun 7-də hindistanlı atlet amerikalı Sarah-Ann Hildebrandla yarışmalı idi. Finalda Poqat əvəzinə kubalı Yusneilis Quzman çıxış edəcək.
“İndia Today” iddia edir ki, avqustun 7-də Poqat Paris xəstəxanalarından birinə yerləşdirilib. Bütün gecəni arıqlamağa çalışıb. O bütün gecəni uzunluğa tullanıb, qaçıb və velosiped sürüb, lakin bu, istənilən nəticəni verməyib.
Hindistan komandasının baş həkimi Vinşav Pardivala, avqustun 7-də səhər çəkilişə başlamazdan əvvəl Vineş Poqatın çəkisini azaltmaq üçün kəskin tədbirlər görüldüyünü deyib. Lakin 100 qram artıq çəki onun final arzusunu gözündə qoyub.
 
 
 
Ardını oxu...
Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Məhəmməd Əs-Sayed (Misir) və David Loşontsi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
 
 
 
Ardını oxu...
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, 1/8 finalda Bolqarıstanı təmsil edən erməniəsilli Aik Mnatsakanyanla qarşılaşıb.

Güləşçimiz bu görüşdə 2:0 hesablı qələbə ilə 1/4 finala adlayıb.

***

Sənan Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib. İdmançımız bu görüşdə qələbə qazanaraq yarımfinala çıxıb.

***

Yay Olimpiya Oyunlarının güləş yarışlarında 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov növbəti görüşünə çıxıb.

Qazaxıstanlı rəqibi Demeu Zadrayevə 6:1 hesabı ilə məğlub olan güləşçimiz finala vəsiqə qazana bilməyib.
 

Dünyapress TV

Xəbər lenti