Ardını oxu...
Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
 


 
Ardını oxu...
2000-ci ildən bəri (XXI əsrdə) UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı var.

O, “Neftçi” və “Qarabağ” komandalarının baş məşqçisi kimi 165 oyunda yer alıb və 67 görüşdən qalibiyyətlə ayrılıb.

XXI əsrdən bu yana qitə miqyaslı turnirlərdə ən çox portuqaliyalı baş məşqçi Jose Mourinyo təmsil olunub.

O, Avropa turnirlərində 231 matçda 131 qalibiyyət əldə edib.

61 yaşlı mütəxəssisi Mirça Luçesku təqib edir. Rumıniyalı baş məşqçi Avropada 226 oyunun 94-də komandasına qələbə qazandırıb.

İlk “üçlüy”ü isə Karlo Ançelotti başa vurur. İtaliyalı mütəxəssis 220 qarşılaşmanın 123-də qalib gəlib.
Ardını oxu...
Azərbaycanın dörd idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti günündə mübarizə aparıblar.

Oxu.Az xəbər verir ki, olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol yığmamız ikinci matçına çıxıb.

Komandamız II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıblar. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaqlar. Hər iki oyun bu gün gerçəkləşəcək.

Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışda qüvvəsini sınayıb. O, C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Məsafəni 7 dəqiqə 59.23 saniyəyə qət edən avarçəkən C finalına vəsiqə qazanıb.

Cüdoçu Elcan Hacıyev 1/16 finaldan mübarizəyə başlayıb. Bu raundda Türkiyə təmsilçisi Mixael Zqankı üstələyən tatami ustası, 1/8 finalda fransalı Nqayap Hambuya uduzaraq yarışı erkən başa vurub.

Azərbaycan triatlonçusu Rostislav Pevtsov da turnirə qoşulanlar sırasında yer alıb. İdmançımız ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət etməklə 43-cü olub.

Badmintonçumuz Edi Reski Dviçayo E qrupunda ikinci görüşünü keçirib. Danimarkalı Anders Antonsenə qarşı mübarizə aparan raketka ustası 0:2 (12:21, 14:21) hesabı ilə uduzaraq yarışı medalsız başa vurub.
 
Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, cüdoçumuz Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında finalda fransalı Joan-Benjamin Qabaya ipponla qalib gələrək çempion olub.

İdmançımız qələbəsini “Azərbaycan Olimpiya Evi”nin əməkdaşları, media nümayəndələri ilə yallı gedərək qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

“Qafqazinfo”

 
 
 
Ardını oxu...
"Neftçi" heyətini ukraynalı hücumçu ilə gücləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, "ağ-qaralar" Andrey Ştoqrinlə razılığa gəliblər.

Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə üç illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.
Ardını oxu...
İran azərbaycanının məşhur Traktor futbol klubu yeni loqosunu təqdim edib.

Klubun rəsmi İnstagram səhifəsində bu barədə məlumat yayılıb.

bu, son dörd il ərzində ikinci loqo dəyişikliyidir və bu addım azarkeşlər tərəfindən müxtəlif reaksiyalara səbəb olub. 2021-ci ildə klubun loqosu dəyişdirildi və bu loqo olduqca sadə idi.

Yeni loqoda qırmızı rəng üstünlük təşkil edir və sadə bir dizaynla diqqət çəkir. Klubun media hesabında verilən açıqlamada deyilir ki, loqonun dizaynı, beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və müasir incəliklərlə zənginləşdirilib.

Klubun loqosunda aparılan dəyişikliklərdən biri də təsis tarixi olan 1970-ci ilin yenidən dərc edilməsidir.

Yeni loqo haqqında verilən məlumatda bildirilir ki, loqonun hər iki tərəfində Azərbaycan xalçasının bədii motivlərindən, həmçinin göy məscid kaşılarından ilham alınaraq Traktor klubunun aid olduğu bölgənin mədəniyyətini nümayiş etdirir.

Bununla belə, sosial media istifadəçiləri və komandanın bəzi azarkeşləri loqodakı qara rəngə tənqidi yanaşsalar da, yeni loqonun bəyənib və onu müasir standartlara uyğun hesab edirlər.

Rəsmi yazışmalarda və komanda formalarında yeni loqonun tədricən əvəz olunacağı bildirilir.
 
Ardını oxu...
Paris-2024 Olimpiya oyunlarının qalibi, cüdoçu Hidayət Heydərov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin-2008-in Olimpiya çempionu Elnur Məmmədliyə təşəkkür edib.

Oxu.Az-ın məlumatına görə, H.Heydərov bu barədə "Instagram" hesabında paylaşım edib.

"Biz tarixik! Hər şeyə görə, çox sağ ol! Sən məni Olimpiya və Dünya çempionu etdin!" , -paylaşımda qeyd olunub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

TEREF paylaşımı təqdim edir:

 
Ardını oxu...
İyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında parlaq qələbə ilə Olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı və birinci xanım Olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, Olimpiadada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqdan və Dövlət Himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar əldə etmək üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.
 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib.

Mehriban xanımın paylaşımında deyilir:

"Əhsən! Əhsən! Əhsən, Hidayət! Təbrik edirəm! Yaşasın Azərbaycan!".
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti