Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib. Parisdə keçirilən Oyunların açılış mərasimində Olimpiya bayrağı Eyfel qülləsi yaxınlığındakı bayraq dirəyinə tərsinə asılıb. Bayraq səhnəyə aparılıb, sonra isə səhv vəziyyətdə bayraq dirəyinə yerləşdirilib və qaldırılıb. Olimpiya Oyunlarının açılış mərasimi ilk dəfədir ki, stadiondan kənarda keçirilir. Olimpiadada Rusiya və Belarus idmançıları neytral statusda mübarizə aparacaqlar. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsi onların açılış mərasimində yalnız tamaşaçı qismində iştirakına icazə vermək qərarına gəlib. Olimpiya Oyunları avqustun 11-dək keçiriləcək. Yarış çərçivəsində 41 idman növü üzrə 329 dəst mükafat veriləcək. Oyunlarda Rusiya Federasiyasından 15 idmançı iştirak edəcək. Qeyd edək ki, iyulun 26-da Parisdəki “Hotel du Collectionneur”un işçiləri 7 ildir maaş artımı almadıqları üçün tətilə başlayıblar. Bildirilib ki, Olimpiya Oyunları zamanı BOK nümayəndələri burada qalmalı idi.
Bu gün üç komandamız UEFA Konfrans Liqasında mübarizəyə start verir.
Oxu.Az xəbər verir ki, komandalarımızdan ikisi "Sumqayıt" və "Zirə" doğma meydanda, "Sabah" isə səfərdə oynayacaq.
"Zirə" - "Dunayska Ştreda" görüşü Bakı vaxtı ilə saat 19:30-da, "Sumqayıt" - "Fehervar" matçı saat 20:00-da, "Sabah" - "Makkabi Hayfa" qarşılaşması isə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçları isə iyulun 31-də baş tutacaq.
25 İyul
"Zirə" - "Dunayska Ştreda"
Saat 19:30, "Dalğa Arena"
"Sumqayıt" - "Fehervar"
Saat 20:00, "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"
Fransanın cənub-qərbindəki Jironde departamentinin polisi Paris Olimpiadası zamanı terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
“Report”un məlumatına görə, bu barədə RMC radiostansiyası Fransa Milli Antiterror Prokurorluğuna (PNAT) istinadən məlumat verib.
“18 yaşlı gənc Jironde departamentində saxlanılıb”, - məlumatda deyilir.
Saxlanılan şəxs terrorçu qruplaşmada iştirakda şübhəli bilinir. Qeyd olunur ki, o, sosial şəbəkələrdəki mesajlarında xüsusən də idman yarışları zamanı cinayət əməlləri törətmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 2024-cü il Olimpiadasının açılış mərasimi ilk dəfə olaraq stadiondan kənarda keçiriləcək, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək. Potensial təhlükə riskinin yüksək olduğu nəzərə alınaraq, açılış mərasimində tamaşaçıların sayının 600 mindən 326 min nəfərə endirilməsi qərara alınıb. Yarış zamanı təhlükəsizliyi təxminən 45 min fransız polisi və jandarması, həmçinin 20 min hərbçi təmin edəcək.
Almaniya hökuməti məmurların futbol üzrə Avropa çempionatının oyunlarına qatılmaq üçün 500 min avrodan çox pul xərcləyib.
Alman məmurların Avropa çempionatının oyunlarına girişi ilə bağlı xərclər 531 min avro təşkil edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bild” yazıb.
Bildirilir ki, dövlət qulluqçuları üçün biletlər pulsuz olub. Buna rəğmən onlar əsasən stadiona gedən yollarda 531 min avro xərcləyib.
Belə böyük məbləğin olmasının səbəbi kansler Olaf Şolts, səhiyyə naziri Karl Lauterbax, daxili işlər naziri Nensi Feser və başqalarının Müdafiə Nazirliyinin verdiyi eksklüziv transferdən istifadə etməsi olub.
Xüsusilə, Almaniya və İspaniya millilərinin qarşılaşdığı 1/4 finalda Şolts, Lauterbax və Feser iştirak edib. Bu matça görə, xarici işlər naziri Annalena Berbok gecə uçuşlarına qadağa qoyulmasına baxmayaraq, hətta Frankfurt hava limanından Lüksemburqa gecə uçub. Nazirlər Kabineti üzvləri Münhen, Frankfurt və Dortmundda milli komandaların oyunlarına da qatılıb.
Almaniya yığmasının iştirakı ilə keçirilən hər oyuna görə hökumət UEFA-dan 30, Almaniyanın iştirakı olmadan keçirilən oyunlar üçün isə 10 bilet alıb.
“Altı işgüzar səfər üçün yarım milyon avrodan çox xərc çəkən hər kəs tamamilə məsuliyyətsizdir. Hərbi hava qüvvələri federal hökumətin axşam əyləncə proqramı üçün səyahət variantı olmamalıdır”, deyə Bundestaqdakı Sol fraksiyasının lideri Soeren Poelmann bildirib.
Bundan əlavə, solçular kansler Olaf Şoltsun həyat yoldaşı Britta Ernstin matçlarda olmasını tənqid ediblər. UEFA-nın qaydalarına görə, fəxri biletlər yüksək vəzifəli dövlət məmurlarına – hökumət başçısına, nazirlərə və parlament nümayəndələrinə verilməlidir. 2023-cü ilə qədər Brandenburqun təhsil naziri vəzifəsində çalışmış Ernst bu kateqoriyaların heç birinə aid deyil.
Paris Olimpiya Oyunlarında iştirak edəcək bir sıra idmançılar Olimpiya kəndindəki yaşayış şəraitindən narazılıqlarını bildiriblər.
TNS xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, idmançılar sosial şəbəkələrdə karton çarpayılardan, yeməklərdən, televizorun olmamasından şikayətlənirlər.
“Bu, zarafat deyil, gördüyünüz kimi, olimpiya çarpayısı kartondandır”, - fransalı cüdoçu Jülyen Bryular deyib. Nəşrin yazdığına görə, onun sözlərini avstraliyalı su poloçusu Matilda Körns də təsdiqləyib.
Vurğulanıb ki, karton çarpayılar idmançılar üçün sürpriz olmayıb, çünki 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında onlardan artıq istifadə olunub. Amma o zaman da bu addım tənqid olunmuşdu. Builki olimpiada üçün isə təşkilatçılar Yaponiyanın “Airweave” şirkətindən 16 min belə çarpayı sifariş ediblər.
Məlumata görə, idmançılar yeməklərdən, qonaq otaqlarında televizorun olmamasından və digər məqamlardan da narazıdırlar. Təsdiq olaraq nəşr amerikalı gimnast Aleya Finneqan, onun belçikalı həmkarı Mellis Brassart və yeni zelandiyalı üzgüçü Lyuis Klerbertin yazdıqlarını göstərir.
Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Son araşdırmaya əsasən, dünyada 4 milyarda yaxın insan sosial mediadan istifadə edir. Sosial şəbəkələr yeni internet erası yaradıb. Onlar həm də futbol dünyasını dəyişib.
Kriştiano Ronaldonun “Yuventus”a keçidi 2018-ci ildə Ronaldo “Real Madrid”lə müqaviləsinin bitməsinə 1 il qalmış komandadan ayrılmaq qərarı alır. O, “kral klubu” ilə hər şeyə nail olub, yeni idman üfüqləri axtarır və bunu “Yuventus”da görür. Onun futbol kolleksiyasında İtaliyanın A seriyası titulu hələ yoxdur. Ronaldo 33 yaşındadır, amma 17 yaşındakı kimi iddialıdır. O, italyanların qəlbini fəth etmək istəyir.
CR7 qlobal brenddir. Bütün sosial media platformalarında Ronaldonun izləyicilərini toplasaq, onu təxminən 400 milyon insan izləyir. 2018-ci ilin yayında Kriştianonun transfer elanından əvvəl “Yuventus”un izləyicilərinin sayı CR7-nin izləyici sayının yeddidə biri qədər idi. Kriştiano Ronaldonun transferi rəqəmlərlə Ronaldonun transferindən sonra ilk dörd həftə ərzində “Yuventus” “Tvitter”də 350 min, “Yutubda” 500 min, “Feysbuk”da 1.7 milyon, “İnstaqram”da 3.5 milyon yeni izləyici qazandı. Növbəti 1 ay ərzində klub bütün şəbəkələrdə milyonlarla yeni izləyici qazandı.
Təkcə “Feysbuk”da “Yuventus”un paylaşımları 437 milyon istifadəçiyə çatırdı. “Tvitter”də 280 milyon retvit var idi. “İnstaqram”da isə 65 milyon bəyənmə və 630 min şərh yazılmışdı.
Transfer elan edildikdən sonra 24 saat ərzində 520 min Ronaldo forması satıldı. Onların böyük hissəsi Asiyada satılıb. Cəmi 15 ay sonra isə transfer öz xərcini tam ödədi. İnanılmaz nəticədir.
Kriştiano Ronaldo sosial media fenomeni kimi Rəqəmsal platformalarda insanların artıq sadəcə klubları izləməməsi yeni fenomendir. İzləyicilər fərdləri izləməyi üstün tuturlar. Kriştino Ronaldo uzun müddətdir ki, özü brenddir. O, gördüyü işdə son dərəcə orijinal və iddialıdır. Portuqaliyalı ulduz sosial medianı ən yaxşı şəkildə başa düşən futbolçulardan biridir.
Mario Leo bundan bəhs edərkən yazır:
“Frenk Riberinin Dubaydakı qızıl biftek ilə etdiyi saxtakarlıqdan sonra başına gələnlər heç vaxt Ronaldonun başına gəlmir. Əlbəttə, bu onunla bağlıdır ki, Kriştianonun kontent hazırlığında ona kömək edən üç işçisi var”.
CR7 2009-cu ildən sosial şəbəkələrdə aktivdir. İndiyədək o, “İnstaqram”da minlərlə şəkil və video yerləşdirib. “Yuventus”a keçidini elan etdiyi şəkil 12 milyon bəyənmə alıb.
Ronaldonun əziyyətinə baxmayaraq, “qoca senyora” 2018-2019-cu illər mövsümündə Çempionlar Liqasında qalib ola bilmədi. Şübhəsiz ki, ulduz futbolçu qısamüddətli deyil, uzunmüddətli perspektiv üçün nəzərdə tutulmuşdu.
Geriyə baxanda Neymar və Ronaldonun 2017 və 2018-ci illərdə klub dəyişikliklərini peşəkar futbolda ilk böyük sosial media transferləri hesab etmək olar.
Kriştiano Ronaldo sosial medianın zirvəsində Portuqaliyalı ulduz ötən ili də sosial medianın zirvəsində başa vurdu. Futbol karyerasına Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəssr”də davam edən Kriştiano 900 milyona yaxın izləyici kütləsi ilə sosial medianın ən populyar adları arasında ilk pillədədir.
Portuqaliyalı ulduzun “İnstaqram”da 635 milyon, “Feysbuk”da 170 milyon, “X” platformasında isə 113 milyon izləyicisi var. Keçən ilin yekunu ilə müqayisədə bu göstərici müvafiq olaraq platformalar üzrə 20 milyon, 2 milyon və 3 milyon daha çoxdur.
Ötən ilin yekununda Ronaldo izləyici sayına görə bir çox məşhuru geridə qoyub. “Feysbuk”da kolumbiyalı müğənni Şakira, “İnstaqram”da ABŞ-li aktyor Dveyn Conson, “X”də isə ABŞ-li müğənni Teylof Svift portuqaliyalı futbolçudan aşağı sıralarda yer alıblar.
Sosial mediadakı ümumi izləyici sayı 500 milyonu keçən ilk şəxs olan Ronaldonu yaşıl meydanlardakı əzəli rəqibi Lionel Messi izləyir.
Kriştiano Ronaldo və Lionel Messinin sosial media rəqabəti 2022-ci il FİFA Dünya Çempionatında 36 il sonra Argentinanı zəfərə daşıyan və transfer edildiyi ABŞ-nin “İnter Mayami” komandasına ilk kubokunu qazandıran Messi də son dövrlərdə azarkeş sayında sürətli yüksəliş yaşadı.
Futbolun ABŞ-də populyarlaşması prosesinə böyük töhfə verən ulduz futbolçunu “İnstaqram”da 504, “Feysbuk”da isə 117 milyon insan izləyir. Argentinalı ulduzun “X” hesabı yoxdur.
Kriştiano Ronaldo nə qədər qazanır? Ötən ilin yekun statistikasına əsasən, “İnstaqram”dan ən yüksək gəlir əldə edən məşhur Kriştiano Ronaldodur. O, Kayli Cenneri geridə qoyaraq bu ünvana sahib olub. Portuqaliyalı ulduz ötən il hər sponsorlu paylaşım üçün 1.87 milyon sterlinq qazanıb. Kaylidə isə bu göstərici 1.47 milyon sterlinqə bərabər olub.
Siyahıda üçüncü yeri digər ulduz futbolçu Lionel Messi tutub. Dördüncü Selena Qomez, beşinci Dveyn Consondur.
Sosial media fenomenləri izləyiciləri ilə qurduqları güclü bağ sayəsində markalarla əməkdaşlıq edərək əhəmiyyətli gəlir qaynaqları əldə edirlər.
Rəqəmsal marketinqin gücü “RESULT Sports”un icraçı direktoru Mario Leonun müştəriləri arasında UEFA da daxil olmaqla, 60-dan çox futbol klubu, liqa və assosiasiya var. Mario yazır:
“Stadion bukletində, ana səhifədə, lövhələrdə və ya ekranlarda özünüzü reklam etmək mümkün deyil. Bu, köhnə məktəbdir. Gələcək onlayndır. Rəqəmsal sponsorluq tezliklə ənənəvi marketinq üsullarından daha çox gəlir əldə edəcək. Rəqəmsal marketinq getdikcə daha innovativ olur və davamlı ölçülə bilmək sayəsində bütün idman klubları üçün daha vacib, daha davamlı sponsorluq sahəsinə çevrilir. Hədəf kütləsinə uyğunlaşdırılmış mesajlar onlayn olaraq daha effektiv şəkildə yerləşə bilər. İndi insanların istehlakçı davranışını ölçmək xeyli asanlaşıb”.
Bu gün Mayamidə argentinalı hücumçu Lionel Messinin 45-ci titulunu qazanması münasibəti ilə mərasim təşkil edilib.
Fanat.az xəbər verir ki, milli komanda ilə Amerika Kubokunun qalibi olan superulduz publika önünə sağ ayağındakı xüsusi fiksatorla çıxıb.
Xatırladaq ki, Messi Kolumbiyanı 1:0 hesabı ilə yendikləri final qarşılaşmasında sağ topuğundan xəsarət alıb. O, əvəzlənəndən sonra ehtiyat oyunçular skamyasında ağlayıb.