“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin nəvələri Arda Gülerin forması ilə görüntüləniblər.
Türkiyəli futbolçuya münasibəti ilə tez-tez gündəmdə olan italyan məşqçi gah Ardanı tərifləyib, gah da tənqid edib.
Ancaq ümumi rəy belədir ki, Ançelotti nə düşünsə də, Güler “Real Madrid” azarkeşləri arasında sevilir. Təkcə klub azarkeşləri deyil, Ançelottinin nəvələri də Arda Gülerin pərəstişkarıdırlar.
İtaliyalı məşqçinin ailəsi ilə çəkilmiş fotosu buna sübutdur. Şəkildə Karlonun nəvələri Arda Gülerin 24 nömrəli formasını geyiniblər. Mənbə: Haber Global
İtaliyanın "Atalanta" klubunun futbolçusu Ademola Lokman UEFA Avropa Liqasında həftənin futbolçusu seçilib.
"Report" xəbər verir ki, "Marsel"lə yarımfinal duelinin cavab matçında (3:0) 1 qol, 1 assist edən nigeriyalı yarımmüdafiəçi həftənin ən yaxşısı adını qazanıb.
Qeyd edək ki, Lokman bu mübarizədə “Roma”nın qapıçısı Mile Sviları üstələyib.
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.
"Cebhe.info" xəbər verir ki, turun açılış matçı tarixi derbi ilə əlamətdar olub. "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. "Neftçi Arena"da oynanılan görüş "ağ-qaralar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.
Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.
“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.
Ən bahalı komandaların reytinqində birinci yerdə İngiltərənin “Mançester Yunayted” klubu qərarlaşıb. Məlumata görə, Mançester klubunun dəyəri 6,2 milyard dollardır.
Dünyanın ən bahalı futbol komandalarının onluğuna həmçinin “Real Madrid” (6 milyard dollar), “Barselona” (5,2 milyard dollar), “Liverpul” (5,1 milyard dollar), “Bavariya” (4,8 milyard dollar), “Mançester Siti” (4,7 milyard dollar), PSJ (4 milyard dollar), “Arsenal” (3,9 milyard dollar), “Tottenhem” (3,49 milyard dollar) və “Çelsi” (3,47 milyard dollar) daxildir.
Mayın 8-i futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib. TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüb.
İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatandan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum çəkib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qalatasaray” müqavilə ilə “Çelsi”yə məxsus olan vinger Hakim Ziyeşi almaq üçün onun anlaşmasındakı bəndi aktivləşdirib.
Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xəbərə görə, London klubu artıq müqaviləni təsdiq edən sənədi İstanbula göndərib.
31 yaşlı mərakeşli ötən ilin avqustunda “Qalatasaray”a icarəyə verilib. O, komandanın heyətində 21 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Çelsi” Ziyeşi 2020-ci ilin yayında “Ayaks”dan 40 milyon avroya alıb. Futbolçu London klubunda 107 oyun keçirib, 14 qol vurub və 13 məhsuldar ötürmə edib.